Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-560/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsini özbaşına zəbt edərək apardığı tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və məhkəmə məsrəflərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2011-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1953-cü il il təvəllüdlü X1 mülkiyyətinə aid torpaq sahəsinin bir hissəsini əldə etmişdir. Belə ki, AN - İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı - Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 25.02.2011-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanda yerləşən mülkiyyətində olan 0.075ha torpaq sahəsindən 0.03ha torpaq sahəsini alıcının, yəni onun mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsi Bakı şəhəri, 7-ci dövlət notariat kontorunun dövlət notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmişdir. Müqavilə 4Ə/1-160 qeydiyyat nömrəsi ilə müvafiq reyestrdə qeydiyyata alınıb. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər idarəsinin torpaq sahəsinin planı və ölçüsünə dair 02.06.2011-ci il tarixli, AA № 031585 nömrəli daşınmaz əmlakın rəqəmli xəritəsindən çıxarışına əsasən də torpaq sahəsi mənim adıma baza xəritələrinə əlavə edilmişdir. Bundan sonra, təxminən bir il bundan əvvəl həmin torpaq sahəsinə baxış üçün oraya gedən zaman, torpaq sahəsinin ona məxsus hissəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edildiyinin şahidi olmuşdur. Belə ki, Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada qanunsuz tikinti işlər aparmış, hamam və sanitar qovşaq tikmiş, həmçinin həmin ərazini hasarlamış, bununla da mülkiyyət hüququnu pozmuşdur. O, həmin şəxsə onun hərəkətlərinin qeyri-qanuniliyi və hüquqa zidd olmasını izah etsə də, bunun heç bir faydası olmamışdır. Bununla əlaqədar olaraq, ilk öncə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət, ona məxsus 0.03 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin onun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, həmin torpağı zəbt etməmiş, həmin torpaq əzəldən onların olmuşdur. İddiaçı onlara qulluq etmək üçün mal-qara vermiş, heyvanlar öldükdən sonra isə 0.03 ha torpaq sahəsinin ona satılmasına dair müqavilə bağlamalı olmuşlar. Hazırda ona pul təklif edilsə də onu geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı 30.03.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcı Cavabdeh ona məxsus ünvan 2 ünvanda yerləşən 0.075 ha torpaq sahəsindən 0.03 ha hissəsinin alıcı İddiaçı 20 000 manat müqabilində verməsi haqqında bağlanmışdır. İş materiallarında olan MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 sahəsinin 0.03 ha hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.06.2021-ci il tarixli 10/887 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə nəzarət şöbəsinin mütəxəssis rəyinə əsaəsn qeyd olunur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinn yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı 21.06.2011-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi M\162 saylı sahənin 0.03 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir və istifadə olunan hissədə sahəsi 25 metr kv.tikili mövcuddur. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarında olan həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri xidmətinin mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin elektron bazası məlumatları əsasında müəyyən olunmuşdur Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinn yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı 21.06.2011-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi M\162 saylı sahənin 0.03 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda köməkçi tikili də mövcuddur. İş materiallarında olan həmin mütəxəssis rəyinə əlavə edilmiş smetadan görünür ki, smetanın dəyəri 311 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Arşdırma zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatına əsasən müəyyən edilir ki, cavabdeh ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 0.03 ha hissəsindən qanunsuz istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilən və quraşdırılan tikililər cavabdehin hesabına sökülməlidir. İddiaçı dövlət rüsumunun da onun hesabına tutulmasını tələb etdiyindən, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası MPMin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq Azərbaycan Respubasının Dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, cavabdehdən məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına və mütəxəssis rəyinə görə 311 manat məbləğində pul vəsaiti tutularaq Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin AZ23AİİB**********701778 saylı müxbir hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 0.03 ha hissəsində inşa edilmiş tikili Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülsün. Cavabdeh 10 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh ekspertizanın dəyəri olan 50 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. Cavabdeh mütəxəssis rəyinə görə 311 manat məbləğində pul vəsaiti tutularaq Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin AZ23AİİB**********701778 saylı müxbir hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-560/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-560/2021
07.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver