Məhkəmə qərarları › İş №2(003)-565/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-565/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-565/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X10, Cavabdeh, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ödənilmiş pul məbləğinin qaytarılması dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11645,21 (on bir min altı yüz qırx beş ) ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə manatla və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Xəzər Rayon məhkəməsinin 2(003)-5767/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh, X6, ondan, X2, X1 və X11 birgə qaydada 1 1645,21 (on bir min altı yüz qırx beş) ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30(otuz) manat tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Lakin Cavabdeh həmin məbləği ödəmədiyinə görə həmin məbləğ onun əmək haqqından tutulur və hazırda tutulmaqda davam edir. Ona görə də hesab edir ki, Cavabdeh zamin durduğuna görə onun əmək haqqından tutulan pulları ona qaytarmalıdır. Belə ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx xxx 2010-cu il tarixdə bağlanmış Kredit müqaviləsinə əsasən cavabdehə aylıq 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır). "xxxx" QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh 24 ay müddətinə aylıq 2,1667 faiz olmaqla 15000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi "xxxx" QSC ilə X13, İddiaçı, X7, X4 və Məmmədov Fariz. Əli oğlu (zaminlər) arasında zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "borcalan" kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir, lakin o, müqavilə üzrə öhdəliyə və müqaviləşərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2010-cu il tarixli Kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə 120 ay müddətinə illik 20000 ABŞ dolları kredit xətti açılmışdır."xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli razılaşmaya əsasən Cavabdeh istehlak məqsədi ilə 24 ay müddətinə illik 2,1667 faiz olmaqla 15000 ABŞ dolları kredit verilmişdir.Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdir. Zaminlər - X13, İddiaçı, X8, X4 və X19 ilə Bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən xx xxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın zaminliklə təmin edilmiş öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi halında borclu ilə birgə Kreditor qarşısında məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka 10058,58 ABŞ dolları məbləğində əsas borcu, 1386,63 ABŞ dolları məbləğində faiz, borcu yaranmışdır. Yaranmış borcu ödəmələri cavabdchlərə təklif olunmuşdur. İddiaçı hazırkı iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 11645,21 (on bir min altı yüz qırx beş ) ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə manatla və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, iddiaçıya 300 manat pul ödəmişdir. İmkanı yaxşı deyil, pul ödəyə bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi X9 məhkəməyə bildirmişdir ki, Xəzər Rayon məhkəməsinin 2(003)-5767/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh, X13, İddiaçı, X2, X4 və X11 birgə qaydada 1 1645,21 ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 manat tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən, Cavabdeh “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə zamin X5 əmək haqqından bu günə kimi ümumilikdə 4341.97 manat məbləğində pul tutulmuşdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(003)-5767/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, X6, İddiaçı, X2, X1 və X11 birgə qaydada əsas borc üzrə 10058.58 ABŞ dolları, faiz borcu üzrə 1386.63 ABŞ dolları, cərimə üzrə 200 ABŞ dolları olmaqla, cəmi 11645.21 ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 manat tutularaq “xxxx” QSC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xxxx QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5767/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Cavabdeh “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə zamin X5 əmək haqqından bu günə kimi ümumilikdə 4341.97 manat məbləğində pul tutulmuşdur. İddiaçı ondan tutulan pul vəsaitinin 11645.21 ABŞ dolları olduğunu bildirsə də, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun iddiası işin halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 4341.97 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1. maddəsində göstərilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını aylar üzrə hissə-hissə banka qaytarmalı olduğu halda, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək istehlak krediti müqaviləsinin şərtlərini pozmuşdur. Nəticədə isə, borclu Cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə, borclunun borcundan 4341.97 manat məbləğində borcu girovqoyan (zamin) kimi iddiaçı tərəfindən ödənilmiş və həmin kredit müqaviləsi üzrə tələb hüququ geridönməz qaydada bank tərəfindən iddiaçıya keçmiş, eyni zamanda iddiaçının qeyd edilmiş kredit müqaviləsi üzrə bankın kreditor kimi bütün hüquqlarına malik olmaqla borcludan öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1. maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2. maddəsindən görünür ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan İddiaçı xeyrinə 4341.97 manat məbləğində borc və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən iddia ərizəsinə görə ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4341.97 (dörd min üç yüz qırx bir manat doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar