Məhkəmə qərarları › İş №2(003)-57/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-57/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-57/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X18, Cavabdeh4 vəkili və nümayəndəsi X38 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X51, Cavabdeh4Çingizxan qızına, Cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) “bağ icarə müqaviləsinin, kadastr planının ləğv edilməsi, reyestrdən çıxarışın və həmin çıxarışəsasında bağlanmış alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, zəbt edilmiş bağ sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X51, Cavabdeh4, Cavabdeh5 qarşı “bağ icarə müqaviləsinin, kadastr planının ləğv edilməsi, reyestrdən çıxarışın və həmin çıxarışəsasında bağlanmış alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, zəbt edilmiş bağ sahəsindən çıxarılması”tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bağlar Təsərrüfatı və İnkişafı idarəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.1998-ci il tarixli, 21501 saylı, 0,12 ha sahəli 1991 a saylı bağın icarə müqaviləsinin, həmin müqaviləəsasında axırıncının adına verilmiş **********544 nömrəli kadastr planının və xx.xx.2014-cü il tarixli, ********** saylı reyestrdən çıxarışın, sonuncunun qeyd edilmişçıxarışəsasında Cavabdeh3 0,03 ha torpaq sahəsinin satılmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış, Cavabdeh4 0,03 ha xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış, X63 Qulu qızına 0,02 ha torpaq sahəsinin satılmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləəsasında verilmiş reyestrdən çıxarış, Abdullayeva X60 0,02 ha torpaq sahəsinin Cavabdeh5 satılmasına dair bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında axırıncının adına verilmiş reyestrdən çıxarış, Cavabdeh2 0,04 ha torpaq sahəsinin bağışlanılmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi, həmin müqavilə əsaında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, zəbt edilmiş bağ sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1992 saylı 0,25 ha sahəli bağ sahəsi ilkin olaraq Böyük Vətən müharibəsinin veteranı olmuş mərhum babası Rəbim Saleh oğluna 1965–ci ildə verilmiş, xx.xx.1987–ci il tarixdə isə həmin bağ sahəsı Bağlar Təssərüfatı və İnkişafı Birliyi ilə anası X19 arasında bağlanmış 14123 saylı müqaviləyə əsasən müqavilədə göstərilmiş 5 nəfər ailə 9 üzvüləri ilə birlikdə istifadə etmək üçün anasıX28 icarəyə verilmişdir. Bağ sahəsi istifadələrində olduğu müddətdə onların tərəfindən həmin bağda 4 ədəd 16 ton çəkisi olan hazır dəmir beton piltələrdən inşa edilmiş ev, su çənləri quraşdırılmış, hasar və dəmir darvaza qoyulmuş, müxtəlif cür ağaclar əkilmişdir. Bağın icarə haqqı və torpaq vergisi mütəmadi olaraq valideynləri tərəfindən ödənilmişdir. 2015–cı ilin əvəllərinədək olan son 8 il müddət ərzində anası X1 yaranmış problemlərlə əlaqədar bağ sahəsindən istifadə edə bilməmişlər. Lakin 2015-ci ildə yay mövsümü başladığı zaman hər dəfə olduğu kimi bu dəfə də bağa köçmək istəyərkən onlara məlum olmuşdur ki, bağ sahəsinin betondan olan hasarı sökülmüş, dəmir darvaza, su çənləri yoxa çıxmış,bağlarında daş hasarlarla bölünmüş və hər birində yaşayış evləri inşa edilmiş və bağ sahəsi faktiki olaraq X39 adında bir şəxs qardaşı Cavabdeh1 iləəlbir olub axırıncının adına sahəsi 0,12 ha olan 1991 a saylı bağa sənəddən istifadə edərək iddiaçının bağının bir hissəsinə sahiblik etməyə, özəlləşdirməyə başlamış,daha sonra isə işüzrə digər cavabdehlərlə bağladıqları alqı–satqı müqavilələr əsasında özgəninkiləşdirmişdir. 2015-ci ilin əvvəllərində bu fakt anasıX28 məlum olduqdan sonra o,əvvəl müvafiq polis orqanlarına müraciət etmiş, daha sonra isə xx.xx.2016–cı il tarixdə Bakışəhəri Xəzər rayon məhkəməsinə hazırki iddia üzrə cavabdehlərə qarşı iddia qaldırmış və məhkəmə iclaslarında onu təmsil etmək, sənədləri təqdim etmək, onun adından imza etmək səlahiyyətləri vəkili Nümayəndə vermişdir. Həmin mübahisə ilə bağlı 3 dəfə məhkəmə–tikinti ekspertizaların keçirilməsinə dair qərardadlar qəbul edilmiş,işin həqiqi halları və işüzrə verilmiş müvafiq ekspert rəyləri əsas götürülməklə Bakışəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli,2(003)-4/2017 saylı qətnaməsi ilə anası Sofiya Şərifovanın iddiası təmin edilmiş, X13 vəİstismarı Birliyi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.1998–ci il tarixlı 21501 saylı sahəsi 0,12 ha olan 1991a saylı bağın icarə müqaviləsi,həmin müqaviləəsasında AR DT və XK-nin Bakışəhər şöbəsi tərəfindən verilmiş A 502508 saylı xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı vəölçüsü,axırıncının adına həmin sənəd əsasında verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0, 03 ha olan 1991a saylı bağ sahəsinə dair X52 iləCavabdeh3 aralarında bağlanmış xx.xx.2014–cü il tarixli, AN–İ seriyalı ******* saylı alqı– satqı müqaviləsi,sahəsi 0,02 ha olan 1991a saylı bağ sahəsinə dair X52 ilə X6 aralarında bağlanmış AN–İ seriyalı ******* nömrəli xx.xx.2014–cü il tarixli alqı-satqı müqaviləsi və axırıncının adına həmin bağ sahəsinə dair verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014–cü il tarixli çıxarış, sahəsi 0,02 ha olan 1991k saylı bağ sahəsinə dair X11 ilə Cavabdeh5 aralarında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2015–cü il tarixli alqı–satqı müqaviləsi və həmin müqaviləəsasında axırıncının adına DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı 073915 7 saylı 19. 09.2015–ci il tarixli çıxarış, sahəsi 0,03 ha olan 1991a saylı bağ sahəsinə dair X52 ilə Cavabdeh4Çingizxan qızı aralarında bağlanmış AN–İ seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli alqı–satqı müqaviləsi və həmin müqavilə əsasında axırıncının adına DƏDRX–in Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2014–ci il tarixli çıxarış, sahəsi 0.04 ha olan 1991a saylı bağ sahəsinə dair X52 ilə Cavabdeh2 aralarında bağlanmış xx.xx.2014–cü il tarixli bağışlanma müqaviləsi və həmin müqaviləəsasında axırıncının adına DƏDRX–nin Bakıərazi idarəsi tərəfindən verilmiş RX seriyalı *** **** saylı xx.xx.2014–ci il tarixli çıxarış etibarsız hesab edilmiş,cavabdehlər X52, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mərdəkan qəsəbəsində yerləşən 1992 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçıX28 qaytarılması qət edilmişdir. Lakin qeyd edilmiş mübahisə ilə bağlı məhkəmə araşdırmaları davam edilərkən xx.xx.2016-cı il tarixdə iddiaçıX44 vəfat etmiş və bu haqda onun nümayəndəsi Nümayəndə məlumatı yalnız məhkəmə qətnaməsi elan edildikdən sonra məlum olmuşdur. Qeyd edilmiş əsaslarla da istinad edilmiş Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)–4/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli,2(103)–1028/2019 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakışəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli,2(003)-4/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçıX19 cavabdehlər X52, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və DƏDRX-nin Bakıərazi idarəsinə qarşı qaldırdığı bağın icarə müqaviləsinin kadastr planının,çıxarışın,alqısatqı aktları və həmin aktlar əsasında verilmiş reyestrdən çıxarışların etibarsız hesab edilməsi,bağ sahəsinin qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakışəhəri 16 saylı Dövlət notariat Kantorunun Notariusu G.Ə.Abiyevanın xx.xx.2018-ci il tarixli 645 saylı məktuba əsasən ünvan 30, mənzil 5-də qeydiyyatda olmuş və xx.xx.2016–cı ildə vəfat etmiş X14 miras qalmış Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1992 saylı 0,25 ha sahəli bağ sahəsinə dair vərəsəlik işi mərhumun oğlu olaraq iddiaçının xx.xx.2017–ci il tarixdə edilmiş müraciəti əsasında açılmış və miras iddiaçının tərəfindən qəbul edilmiş, bağ sahəsinə dair çıxarış olmadığından vərəsəlik işinə dair şəhadətnamə verilməmişdir. Hesab edir ki, mübahisə edilən bağ sahəsinə dair cavabdeh X33 və qeyrilərə qarşı qaldırdığı iddia aşağıda istinad edilmiş əsaslarla təmin edilməlidir. Mərhum iddiaçı anası Sofiya Şərifovanın iddiası ilə əlaqədar Bakı şəhəri Xəzər rayon məhkəməsində aparılan araşdırmalarla bağlı məhkəməyə DƏDRX-nin Bakı ərazi idarəsindən təqdim edilmiş rəsmi sənədlərdən məlum olmuşdur ki, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,25 ha sahəli 1992 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının anasıŞərifova Sofya Rəhim qızının, 0,12 ha ölçülü 1991 saylı bağ sahəsi isə xx.xx.1989cu il tarixli 1268 saylı müqavilə əsasında X40 icarəsində olmuş, xx.xx.1998-ci il tarixdə X61 ərizə ilə Bağlar Təsərrüfatı idarəsinə müraciət edərək icarəsində olan 1991 saylı 0,12 ha bağın X8 və Cavabdeh1 adına keçirməsini xahiş etmişdir. X56 idarəsi X40 icarəsində cəmi 0,12 ha torpaq sahəli bağ olduğu halda X20 ilə 1991 saylı 0,12ha bağ sahəsinə xx.xx.1998-ci il tarixli 1268 saylı icarə müqaviləsi bağlayır, Cavabdeh1 isə anası Sofiya Şərifova məxsus 1992 saylı bağ sahəsini zəbt edib istifadə etməsinə əhəmiyyət vermədən onunla həmin bağ sahəsinə 1991a saylı 012 ha sahəli xx.xx.1998–ci il tarixdə 21501 saylı icarə müqaviləsi bağlayır. X20 icarəsinə verilmiş 1991 saylı 0,12 ha bağ sahəsini özəlləşdirərək öz adına xx.xx.2002–ci il tarixli qeydiyyat vəsiqəsini alır, daha sonra isə həmin bağ sahəsini xx.xx.2005-ci il tarixdə X18 adına rəsmiləşdirir. Cavabdeh1 isə heç bir hüquqi əsası olmadan iddiaçıya məxsus 1992 saylı bağ sahəsinin 0,12 ha sahəsini özəlləşdirmək məqsədi ilə saxta yolla aldığı icarə müqaviləsi əsasında DT və XK–dən kadastr planı aldıqdan sonra bağı hissə–hissə cavabdehlər 1991a saylı bağ sahəsi kimi öz adına özəlləşdirdikdən sonra həmin bağın 0,03ha hissəsini 2014–cü ildə Cavabdeh4Çingizxan qızına, 0, 02ha hissəsini X21, 0, 03ha hissəsini Cavabdeh3 alqı– satqı müqavilələri əsasında satmış, 0,04 ha hissəsini isə Cavabdeh2 bağışlanma müqaviləsi əsasında bağışlamış, 2015–ci ildə X34 isə Cavabdeh1 aldığı 0,02 ha hissəsini Cavabdeh5 satmışdır. Cavabdeh1 iddiaçıya məxsus 1992 saylı bağ sahəsinin 0,12ha hissəsini saxta yolla aldığı 1991a saylı icarə müqaviləsi əsasında zəbt etməsi, daha sonra isə DT və XK-dən kadastr planı aldıqdan sonra bağı hissə–hissə işüzrə digər cavabdehlərə satması faktı anası Sofiya Şərifovanın iddiasıəsasında işüzrə verilmiş xx.xx.2017–ci il tarixli,]1879 saylı məhkəmə tikinti - texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir.Belə ki,həmin rəyə görə X22 göstərdiyi 1991a saylı bağ sahənin koordianatları 1992 saylı sahənin koordinatları iləüst–üstə düşür, 14123 saylı müqavilənin arxiv cizgisinəəsasən həmin sahə 1992 saylı bağın ərazisinin bir hissəsidir. Göstərilən sahə ləğv edilmiş DT və XK–nin **********544 nömrəli kadastr planına əsasən 012 ha sahəli 1991a saylı bağ kimi Cavabdeh1 Addas oğlunun adına qeydiyyatdan keçmiş,sonra isə həmin bağ 4 hissəyə bölünərək 0, 03 ha Cavabdeh3, 0,03 ha Cavabdeh4Çingizxan qızının, 0,02 ha X3,0,04 ha Cavabdeh2 adına keçmişdir. Həmin rəydən göründüyü kimi iddiaçının ailəsinə məxsus 1992 saylı bağın bir hissəsi 1991a saylı bağ kimi Cavabdeh1 Addas oğlunun adına əsassız olaraq icarə müqaviləsi əsasında rəsmiləşdirilmiş, axırıncı isə həmin bağı işüzrə digər cavabdehlərə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X40 adına olmuş 1268 saylı xx.xx.1983–cü il tarixli, 0,12 ha sahəli bağ icarə müqaviləsi əsasında hər biri 0,12 ha olmaqla X9 və Cavabdeh1 adına iki müqavilə bağlanmış, axırıncı qanunsuz bağlanmış həmin müqavilə əsasında iddiaçıya məxsus 1992 saylı bağın bir hissəsini zəbt etməklə özgəninkiləşdirdiyindən həmin müqavilə bağlanıldığı andan etibarsız hesab edilməlidir. Etibarsız müqavilə əsasında verilmiş kadastr planı, reyestrdən çıxarış, bağlanmış alqısatqı aktları və həmin aktlar əsasında verilmiş reyestrdən çıxarışlar qanuni vəəsaslı sayıla bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X39 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməmiş və məhkəməyəünvanlanmış yazılı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016–cı il tarixindəX44 cavabdeh X27 qarşı “zəbt edilmiş bağ sahəsindən çıxarılması, vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakışəhər Xəzər Rayon Məhkəməsinin 2017–ci il mart tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra xx.xx.2017–ci il tarixindəX44 hazırki iddia tələbi üzrə cavabdehlərəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-4/2017 saylı qətnaməsi ilə Sofiya Şərifovanın iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)–1028/20l9 saylı qərardadı ilə Cavabdeh1 ilə Cavabdeh4Çingizxan qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)–4/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X23 iddia tələbi baxılmamış saxlanılmışdır. İlkin olaraq İddiaçı iddia tələbinin “Bağlar təsərrüfatı vəİnkişafıİdarəsi ilə Cavabdeh1 aralarında bağlanmış xx.xx.1998-ci il tarixli, 21501 saylı, 0,12 ha sahəli 1991a saylı bağın icarə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, BakıŞəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatı komissiyasının xx.xx.1998-ci il tarixli sərəncamının 638 nömrəli protokolu əsasında Cavabdeh1 Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsi və həmin protokol əsasında Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsi Zəhra Rüstəmovaya icarəyə verilmişdir. Digər tərəfdən sözügedən protokolun 4–cü bəndinə əsasən, bağda olan mənzil sahəsindən istifadə haqqı Bakışəhər soveti icraiyyə Komitəsi tərəfindən təsdiq olunmuş qiymətlərə əsasən müəyyən olunur və ilin axırına kimi ödənilməlidir. İcarədar ödəniş müddətlərini pozduqda 3 ayadək gecikdirdiyi hər gün üçün illik məbləğin 0,05% qədərini cərimə verir. Borc 3 ay müddətində ödənilmədikdə icarədar bağdan istifadə etmək hüququndan məhrum edilir. İddiaçı isə uzun müddətdir icarə haqqınıödəmədiyindən onun icarə hüquqlarına xitam verilmişdir. Beləliklə, iddiaçının anasıX19 bağ sahəsinə dair icarə hüququ olmadığından Bağlar təsərrüfatı və İnkişafı İdarəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.1998–ci il tarixli, 21501 saylı, 0,12 ha sahəli 1991a saylı bağın icarə müqaviləsinin etibarsız hesab edilməsi”nə dair tələbləçıxış etməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, İddiaçı vərəsəlik hüququna dair şəhadətnamə verilmədiyindən X23 hüquqi varisi kimi “çıxarışların etibarsız hesab edilməsi, zəbt edilmiş bağ sahəsindən çıxarılma, bağ sahəsinin qaytarılmasına və maddi zərərin ödənilməsinə“ dair tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı X58 cavabdehlər X39, Cavabdeh1, Cavabdeh2, X41 və X4 qarşı cavabdehlərin ona və atasına məxsus olan Bakışəhəri, Mərdəkan qəsəbəsi(Şağan) ərazisində yerləşən 1990 nömrəli 0,12 ha bağ sahəsindən, sahəsi 13.5 kv.m olan 1 otaqdan ibarət evdən və Bakışəhəri Mərdəkan qəsəbəsi(Şağan) ərazisində yerləşən 1990a nömrəli, 0,12 ha bağ sahəsindən çıxarılmalarına və mülkiyyət hüququnun təmin edilərək, Bakışəhəri Mərədəkan qəsəbəsi əraziisndə yerləşən 1990 nömrəli 0,12 ha bağ sahəsindən, sahəsi 13,5 kv.m olan 1 otaqlı evin və Bakışəhəri Mərdəkan qəsəbəsi (Şağan) ərazisində yerləşən 1990a nömrəli , 0,12 ha bağ sahəsinin onun sahibliyi və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia iləəlaqəli olan sözügedən mülki işüzrə icraatın gedişində hazırda mübahisələndirilən 1991 saylı bağ sahəsinin BakıŞəhər icraiyyə Komitəsinin Bağlar Təsərrüfatıİdarəsi ilə X42 arasında bağlanmış xx xxxx 1976–cı il tarixli, 1268 saylı müqaviləəsasında 0,24 ha torpaq sahəsinin Təhmasibin icarəsinə verildiyi müəyyən edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, xx xxxxxx 1989cu il tarixli akt və BakıŞəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatıİdarəsi ilə X61 arasında bağlanmış xx xxxxxxx 1989-cu il tarixli 1268 saylı müqavilə əsasında Mərdəkan qəsəbəsi ərazisində 1991 saylı bağ sahəsi uzun müddət istifadə etməsinə görə torpaq sahəsi X40 icarəsinə verilmiş, daha sonra o, Mərdəkan qəsəbəsində yerləşən 1991 saylı bağının 0,12 ha torpaq sahəsinin X9, o biri hissəsinin, yəni 0,12 ha hissəsinin isə Cavabdeh1 adına keçirilməsini xahiş etmişdir. Nəticə etibarilə Bakışəhəri İcra Hakimiyyətinin X17 vəİstismarı Birliyi ilə X20 arasında bağlanmış 1991 saylı bağ sahəsinin 0,12 ha torpaq sahəsi Zəhra Rüstəmovanm icarəsinə verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin X13 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 1998-ci il tarixli 2150] saylı müqavilədən görünür ki, Bakı şəhəri Mərədəkan qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsi olan 1991a saylı bağ sahəsi Cavabdeh1 icarəsinə verilmişdir. Sözügedən mülki işüzrə BakıŞəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015–ci il tarixli, 2(003)– 249/2015 saylı qətnaməsi ilə iddiaçı X47 iddia tələbi təmin edilməmişdir. Daha sonra işə apellyasiya və kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda İddiaçı öz iddiasını əsaslı dəlillərlə sübut edə bilməmişdir. Belə ki, onun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh5 qarşı bağ sahəsindən çıxarılma, bağ sahəsinin qaytarılması və maddi zərərin ödənilməsinə dair tələblə çıxış etməsi üçün ilk növbədə, həmin bağ sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş olmasını sübut etməsi zəruri idi. Lakin iddiaçı məhkəməyə kifayət qədər əsaslı sübutlar təqdim edə bilməmişdir. Bundan öncəki məhkəmə proseslərində, yəni iddiaçıX23 cavabdeh X27 qarşı iddiasıüzrə xx xxxxxx 2017-ci il tarixli 21924 nömrəli ekspert rəyi iləX23 icarəsinə verilmiş 1992 saylı bağ sahəsi ilə X18 istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb–düşmədiyini müəyyən etmək mümükün olmamışdır. Daha sonra xx xxxxxx 2017-ci il tarixli 11879 nömrəli ekspert rəyi ilə həmin sahələrin üst–üstə düşməsi müəyyən edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə sözügedən torpaq sahələrinin koordinatlarının üst–üstə düşməsi müəyyən edilmişdir. Lakin keçirilən ekspertizalarm heç birində sözügedən torpaq sahələrinin koordinatlatların hansı hissədəüst–üstə düşməsi məsələsinə aydınlıq gətirilməmişdir. Bununla da torpaq sahələrinə dair ziddiyətlərin aradan qaldırılması prosessual cəhətdən mümkün olmamış, X28 məxsus olan Bakışəhəri Mərdəkan qəsəbəsi 1992 saylı 025 ha bağ sahəsinin cavabdehlər tərəfındən zəbt edilməsi öz təsdiqini tapmamışdır. Hesab edir ki, İddiaçı iddia tələbini əsaslı dəlillərlə sübut edə bilmədiyindən, eyni zamanda onun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4Çingizxan qızına, Cavabdeh5 qarşı bağ icarə müqaviləsinin, kadastr planının ləğv edilməsi, reyestrdən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı–satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, zəbt edilmiş bağ sahəsindən çıxarılması” tələbinə dair çıxış etməyə subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 vəkili və nümayəndəsi X38 verdiyi izahatında iddia tələbini qəbul etməmiş və məhkəməyəünvanlanmışyazılıetiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıöz tələbini onunla əsaslandırmışdır ki, guya Cavabdeh1 vaxtilə onun babası Rəhim Saleh oğlunun, daha sonra anasıX23 istifadəsində olmuş, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 1992 saylı bağ sahəsinin 0,12 ha hissəsini zəbt etmiş, sonradan həmin sahəni öz adına özəlləşdirmiş, bağ sahəsini özəlləşdirdikdən sonra sahənin 0,03 ha hissəsini X51, 0,03 ha hissəsini Cavabdeh4Çingizxan qızına, 0,02 ha hissəsini Abdullayeva X16, 0,04 ha hissəsini isə qardaşı oğlu Cavabdeh2 bağışlamışdır. X63 Qulu qızı isəöz növbəsində aldığı 0,02 ha torpaq sahəsini X5 satmışdır. Qeyd olunan müqavilələr lazımi qaydada rəsmiləşdirilmiş və torpaq sahəsinin alıcıları olan cavabdehlərin adına müvafiq çıxarışlar verilmişdir. İddia tələbi aşağıdakı mülahizələrə görə əsassızdır. Əvvəla, xx xxxx 1987-ci il tarixdə Bakışəhəri Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyi ilə X43 arasında bağlanmış 14123 saylı müqavilənin müddəti 1983–1993-cü illəri əhatə edir. Müqavilənin müddəti 1993–cü ildə bitdikdən sonra müqavilə yenilənməmiş və müddəti uzadılmamışdır. Müqavilə müddəti başa çatdıqdan sonra bağ sahəsinin X44 və onun ailəüzvləri tərəfindən istifadəsinin davam etdirilməsini sübut edən hər hansı sənəd (torpaq vergisinin ödənilməsi, Bağlar İdarəsinə haqq ödənilməsi, bağ sahəsindən istifadə iləəlaqədar kommunal xidmət haqqlarının ödənişi və sair) məhkəməyə təqdim edilməyib. Şərifovlar ailəsinin həmin bağ sahəsində hansı vaxta qədər yaşaması və istifadə etməsinə dair şahid ifadəsi də yoxdur. Əksinə, Rüstəmova Zəhra, Cavabdeh1 və Rüstəmov Elbrus ailəüzvləri ilə Ağdam rayonundan məcburi köçkün düşdükdən sonra mübahisəli sahədə təxminən 20 ildən artıq mübahisəsiz yaşamışlar və 1998-ci ildə sahəni satın almaqla qanuni mülkiyyətçi olmuşlar. Azərbaycan Respublikası MM-nın 551.1-ci maddəsinə görəəgər bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il keçdikdən sonra qüvvəsini itirir. Hazırki işüzrə İddiaçı hüquqi sələfi olmuş anasıX44 isə iddia ərizəsi ilə məhkəməyə 2016-cı ilin may ayında, yəni müqavilə müddəti başa çatandan 23 il sonra müraciət etmişdir. İddiaçıların (əvvəlki və hazırki iddiaçının) torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüququ nə hüquqi cəhətdən, nə də faktiki cəhətdən olmadığıüçün onların məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları (ixtiyarları) yoxdur. İkincisi, iddia ərizəsində göstərilir ki, guya bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Əslində isə bağ sahəsi Cavabdeh1 faktiki olaraq X61 tərəfindən salınmışdır və Bakışəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 15.Vİİ.1998–ci il tarixli 638 №li protokolu əsasında xx xxxxxx 1998–ci il tarixli 21501 №li müqavilə ilə 1991a №li bağ sahəsi Cavabdeh1 istifadəsinə verilmiş və sonradan qanuni əsasla özəlləşdirilmişdir. Deməli, burada sahənin zəbt olunmasından söhbət gedə bilməz. Üçüncüsü, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,24 ha olan 1991 №li bağ sahəsi xx xxxxx 1962-ci ildən X15 istifadəsinə verilmiş, onunla sonuncu müqavilə olan 1268 №li müqavilə xx xxxx 1976– cı ildə bağlanmışdır. Rza Təhmasib vəfat edəndən sonra onun arvadı Təhmasib X45 xx xxxxxx 1988–ci il tarixdə 15 saylı notariat kontorunda təsdiqlənmişərizəsindən görünür ki, 0,24 ha sahəsi olan 1991 saylı bağı tam həcmdə X53 vermişdir. X40 xx.xx.1998–ci il tarixli ərizəsindən görünür ki, Ağamirov F.H. ona məxsus 1991 saylı bağın 0,12 ha torpaq sahəsi ilə tikililər olan hissəsini X12, digər hissəsinin isə Cavabdeh1 adına keçirilməsini xahiş etmişdir. x xxxxxx 1998–ci il tarixli 1268 saylı müqavilə ilə 0,12 ha torpaq sahəsi olan 1991 №li bağ X8 istifadəsinə verilmişdir. x xxxxxx 1998–ci il tarixli 21501 saylı müqavilənin surətindən görünür ki, 1991 saylı bağın 0,12 ha olan digər hissəsi şərti olaraq 1991a №li ilə nömrələnərək Cavabdeh1 istifadəsinə verilmişdir. Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsində saxlanılan işdən götürülərək hazırki işəəlavə edilmiş sənədlərlə təsdiq olunur. Dördüncüsü, işüzrə keçirilmiş ekspertizaların nəticəsi üzrə ekspert rəyləri bir-birinə uyğun gəlmir. Ekspertlər bir neçə dəfə bağ sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsinin qeyri-mümkünlüyü barədə rəylər vermişlər. Məhkəmənin xx xxx 2019-cu il tarixli 2(003)–1367/19 №li qərardadıəsasında keçirilmiş xx xxxxxx 2019-cu il tarixli 15367 NQ-li ekspert rəyi ziddiyyətli olduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspertizanı aparmış X29 məsuliyyətdən yayınmaq məqsədi ilə rəydə mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmə iclasına dəvət edilmiş mütəxəssis isə işüzrə ağlabatan və inandırıcıizahat verə bilməmişdir. Ekspert rəyində tədqiqatın hansı medodika ilə aparıldığı göstərilmədən və bağ sahələrinin üst–üstə düşməsinin necə müəyyən edildiyi göstərilmədən, sadəcə göstərilir ki, X18 göstərdiyi sahənin koordinatları, X24 adına olan 14123 saylı müqavilədəki sahənin koordinatları ilə üst-üstə düşür, 14123 saylı müqavilənin arxiv cizgisinəəsasən, göstərilən sahə 1992 saylı bağın bir hissəsidir. Halbuki, ekspert rəyinin arxasına əlavə edilmiş cizgi ilə arvixdən götürülmüş 14123 saylı müqaviləyə əlavə edilmiş 1992 saylı bağın cizgisi nəinki eynilik təşkil etmir, hətta həndəsi fiqur olaraq bir– birinə bənzəmir. Ekspert rəyi mütəxəssisin adından deyil, öz adından verilməlidir və məsuliyyətini dəözü daşımalıdır. Ekspertin özünü mütəxəssis rəyi ilə sığortalayıb, yanlış rəy verməyə ixyitarı yoxdur. xx xxxxxx 2019-cu il tarixli 15367 N..»li ekspert rəyi mötəbər, obyektiv vəəsaslı deyil, sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X62 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış, mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqları əldə etmiş, lakin sonradan həmin bağ sahəsini Dövranova Solmaz Qurbanqulu qızınasatmışdır. Həmin sahəni aldığı zaman mübahisə olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh5 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, X63 Qulu qızına ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış, mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqları əldə etmişdir. Həmin sahəni aldığı zaman mübahisə olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X54 izahatında bildirmişdir ki, mübahisənin həlini məhkəmənin mülahizəsinə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş şahid Kərimov X79 ifadəsində bildirmişdir ki, o, 1987-2007-ci illərdə Bağlar İdarəsində işləmişdir. Həmin vaxt Bağlar İdarəsinə məxsus torpaq sahələrinə koordinatlar verilmirdi, yalnız həmin torpaq sahələrinin plansxemi hazırlanırdı, Bağlar İdarəsinə məxsus sxematik xəritələr olurdu və həmin sxematik xəritələr əsasında vətəndaşlarla icarə müqavilələri bağlanılırdı. Əgər Sxematik xəritədə hazırki mübahisə edilən torpaq sahəsi ilə Cavabdeh1 verilən torpaq sahəsi üst-üstə düşsə idi, X77 Rüstəmovla icarə müqaviləsi bağlamazdı. Məhkəmənin əvvəlki iclasında dindirilmiş ekspert X29 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən X18 göstərdiyi sahənin koordinatları X19 adına olan 14123 saylı müqavilədəki sahənin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. 14123 saylı müqavilənin arxiv cizgisinə əsasən göstərilən sahənin 1992 saylı bağın ərazisinin bir hissəsi olduğu və 14123 saylı müqavilədəki bağ evinin hazırda mövcud olmadığı və söküldüyü müəyyən olunmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X35 bildirmişdir ki, o, yerli baxış keçirib, koordinatları götürüb və idarəyə təqdim etmişdir. Həmin sənədlər əsasında kadastr şöbəsi araşdırıb rəy verib. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakışəhər Ərazi İdarəsinin arxivdə saxlanılan BakıŞəhər icraiyyə Komitəsinin Bağlar Təsərrüfatıİdarəsi ilə X42 arasında bağlanmış xx xxxx 1976–cı il tarixli, 1268 saylı müqavilənin surətindən aydın olur ki, Mərdəkan qəsəbəsində1991 saylı bağ sahəsinin 0,24 ha torpaq sahəsi X25 icarəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X44 arasında bağlanmış xx xxxx 1987-ci il tarixli 14123№-li müqavilənin surətindən görünür ki, Mərdəkan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 1992 saylı bağ sahəsi və sahəsi 22,7kv.m olan 1 otaqdan ibarət yaşayış sahəsi X19 icarəsinə verilmişdir. İş materiallarında olan, torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cavabdeh1 adına olan Mərdəkan qəsəbəsində yerləşən 1992 saylı bağ sahəsinə dair xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.2016-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Mustafa Şərifov, anası X30r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı ünvan 1 mənzil 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X61 arasında bağlanmış xx xxxxxxx 1989-cu il tarixli 1268 saylı müqavilədən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisindəki 1991 saylı bağ sahəsinin 0,12 ha hissəsi X40 icarəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin arxivdə saxlanılan X40 ərizəsindən görünür ki, sonuncu Mərdəkan sahəsində 1991 saylı bağının 0,12 ha torpaq sahəsinin tikililərlə birlikdə X9, o biri hissəsinin isə Cavabdeh1 Abasoğlunun adına keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanmış xx xxxxxx 1998-ci il tarixli 1268 saylı müqavilədən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində ki 0,12 ha torpaq sahəsiolan 1991 saylı bağ sahəsi və sahəsi 39,1 kv.m olan iki otaqdan ibarət tikili X9 icarəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Cavabdeh1 Abas oğlu arasında bağlanmış xx xxxxxx 1998-ci il tarixli 21501 saylı müqavilədən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisindəki 1991 saylı bağ sahəsinin 0,12 hahissəsi Cavabdeh1 Abas oğlunun icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkanqəsəbəsi, 1991asaylıbağ sahəsi 0,12 ha olmaqla mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş, AN-İ seriyalı ******* №-li xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (nümayəndəsi X39)mülkiyyətindəolan 0,03 ha torpaq sahəsindən ibarət Mərdəkan qəsəbəsində yerləşən 1991a saylı bağ sahəsini 5400 manata X2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991Hsaylıbağ sahəsi 0,03 ha olmaqla xüsusi mülkiyyət hüququ üzrə X49 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş, AN-İ seriyalı ******* №-li xx xxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X81mülkiyyətindəolan300 kv.m torpaq sahəsindən ibarət Mərdəkan qəsəbəsində yerləşən 1991 H saylı bağ sahəsini 4800 manata Dövranova Solmaz Qurbanqulu qızına satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991Hsaylıbağ sahəsi 0,03 ha olmaqla xüsusi mülkiyyət hüququ üzrə Dövranova Solmaz Qurbanqulu qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş, AN-İ seriyalı ******* №-li xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (nümayəndəsi X39) mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən ibarət Mərdəkan qəsəbəsində yerləşən 1991 a saylı bağ sahəsini 10000 manata Cavabdeh4 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991asaylıbağ sahəsinin 0,03 ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş, AN-İ seriyalı ******* №-li xx xxxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (nümayəndəsi X39)mülkiyyətindəolan 0,02ha torpaq sahəsindən ibarət Mərdəkan qəsəbəsində yerləşən 1991a saylı bağ sahəsini 5500 manata Abdullayeva X7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakışəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991asaylıbağ sahəsinin 0,02 ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə Abdullayeva X31 qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991asaylıbağ sahəsinin 0,04 ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991a saylı bağ sahəsinin 0,04 ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakışəhəri, Xəzər rayonu, Mərdəkanqəsəbəsi, 1991S saylı bağ evi 0,04 ha olmaqla xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********* qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakışəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991Ksaylıbağ Bağ evi xüsusi mülkiyyət hüququ üzrə Abdullayeva X60 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991S saylı bağ evinin 98,4 kv.m ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş, AN-İ seriyalı ******* №-li xx xxxxxxxx 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X63 Qulu qızımülkiyyətindəolan 0,02ha torpaq sahəsindən ibarət Mərdəkan qəsəbəsində yerləşən 1991K saylı bağ sahəsini 37600manataCavabdeh5satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********* qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakışəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1991Ksaylıbağ Bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017ci il tarixli 11879 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********01 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən X18 göstərdiyi sahənin koordinatları, X19 adına olan 14123 saylı müqavilədəki sahənin koordinatları ilə üst-üstə düşür. 14123 saylı müqavilənin arxiv cizgisinə əsasən, göstərilən sahə 1992 saylı bağın ərazisinin bir hissəsidir. 14123 saylı müqavilədəki bağ evi faktiki mövcud deyil, sökülüb. Araşdırma zamanı məlum oldu ki, göstərilən sahə, ləğv edilmiş DT və XK-nin **********4544 nömrəli kadastr planına əsasən 0,12 ha Cavabdeh1 adına 1991a saylı bağ nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sonra isə 4 (dörd) hissəyə bölünərək 0,03 ha X46, 0,03 ha Cavabdeh4 Çinqizxan qızının, 0,02 ha Cavabdeh5, 0,04 ha Cavabdeh2 adlarına keçmişdir». İş materiallarına əlavə edilmiş Bakı şəhəri 16 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 645 saylı məktubundan aydın olur ki, ünvan 3 ünvanda yerləşən 5 saylı mənzildə qeydiyyatda olmuş və xx.xx.2016–cı il tarixdə vəfat etmişX14 miras qalmış Bakışəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1992 saylı 025 ha bağ sahəsinə dair vərəsəlik işi mərhumun oğlu İddiaçı xx.xx.2017–ci il tarixdə 16 saylı notariat kontoruna müraciəti əsasında açılmışdır və miras əmlak onun tərəfindən qəbul edilmişdir. Hal–hazırda yuxarıda adıçəkilən bağ sahəsinə dair çıxarış olmadığından vərəsəlik işinə dair şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş Bakışəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-4/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, X13 vəİstismarı Birliyi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 21501 saylı sahəsi 0,12 ha olan 1991a saylı bağın icarə müqaviləsi, həmin müqaviləəsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakışəhər Şöbəsi tərəfindən onun adına verilmiş A №502508 nömrəli xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,03 ha olan 1991a saylı bağ sahəsinə dair Cavabdeh1 ilə X62 arasında bağlanmış AN-İ seriyalı ******* №li xx xxxx 2014–cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, sahəsi 0,02 ha olan 1991a saylı bağ sahəsinə dair Cavabdeh1 ilə X63 Qulu qızı arasında bağlanmış AN-İ seriyalı ******* №-li xx xxxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi və Abdullayeva X60 adına həmin bağ sahəsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №li xx.xx.2014–cü il qeydiyyat tarixli çıxarış, sahəsi 0,02 ha olan 1991K saylı bağ sahəsinə dair X63 Qulu qızı ilə Cavabdeh5 arasında bağlanmış AN-İ seriyalı ******* №li xx xxxxxxxx 2015–ci il tarixli alqı–satqı müqaviləsi və Cavabdeh5 adına həmin bağ sahəsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №li xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış, sahəsi 0,03 ha olan 1991a saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış AN–İ seriyalı ******* №li xx xxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh4Çinqizxan qızının adına həmin bağ sahəsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №li xx.xx.2014–cü il qeydiyyat tarixli çıxarış, sahəsi 0,04 ha olan 1991a saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh2 adına həmin bağ sahəsi barədə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən verilmiş RX seriyalı ******* №li xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X46, Cavabdeh4 Çinqizxan qızının, Cavabdeh5 Mərdəkan qəsəbəsində yerləşən 1992 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçıX28 qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli,2(103)–1028/2019 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4Çingizxan qızının apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakışəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli,2(003)-4/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçıX19 cavabdehlər X52, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı qaldırdığı bağın icarə müqaviləsininkadastr planının, çıxarışın, alqı-satqı aktları və həmin aktlar əsasında verilmiş reyestrdən çıxarışların etibarsız hesab edilməsi,bağ sahəsinin qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-249/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı X37 cavabdehlər X27, Cavabdeh1, Cavabdeh2, X32 və X4 qarşı cavabdehlərin torpaq sahələrindən və evdən çıxarılması, mülkiyyət hüququnun təmin edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəslrinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X50nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanının nəzdində olan X50 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırılması məqsədi ilə sorğu göndərilmişdir. Qərardadda qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır. 1) X18 göstərdiyi sahənin koordinatları, X19 adına olan 14123 saylı müqavilədəki sahənin koordinatları ilə üst-üstə düşür. 14123 saylı müqavilənin arxiv cizgisinə əsasən göstərilən sahə 1992 saylı bağın ərazisinin bir hissəsidir. 14123 saylı müqavilədəki bağ evi faktiki olaraq mövcud deyil, sökülüb. 2) X18 göstərdiyi sahənin koordinatları, X19 adına olan 14123 saylı müqavilədəki sahənin koordinatları ilə üst-üstə düşür. 14123 saylı müqavilənin arxiv cizgisinə əsasən göstərilən sahə 1992 saylı bağın ərazisinin bir hissəsidir. 3) Araşdırma zamanı məlum olmuşdr ki, göstərilən sahə ləğv edilmiş DT və XK–nin **********544 nömrəli kadastr planına əsasən 0,12 ha Cavabdeh1 adına 19913 saylı bağ nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sonra isə 4(dörd) hissəyə bölünərək 0,03 ha Cavabdeh3, 0,03 ha Cavabdeh4, 0,02 ha Cavabdeh5, 0,04 ha Cavabdeh2 adlarına keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının R-20- 112 saylı, xx.xx.2020-ci il tarixli məktubundan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1998-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: 638 saylı, xx.xx.1998-ci il tarixli "Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, vətəndaşlara bağ sahəsi ayrılması barədə" sərəncama əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il 6/333№li və Azərbaycan SSR Nazirlər Kabinetinin x xxxx 1988-ci il 195 №li qətnaməsinə əsasən Cavabdeh1 adına Mərdəkan qəsəbəsi 1991 a saylı bağ sahəsi ayrılmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu iltarixli 15367 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, qərardadın birinci və ikinci suallarıüzrə: Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr vəÜnvan Reyestri Xidmətinin mütəxəssis rəyinəəsasən, X18 göstərdiyi sahənin koordinatlarının X23 adına olan 14123 saylı müqavilədəki sahənin koordinatları iləüst– üstə düşməsi müəyyən olunmuşdur. 14123 saylı müqavilənin arxiv cizgisinəəsasən, göstərilən sahənin 1992 saylı bağın ərazisinin bir hissəsi olduğu və 14123 saylı müqavilədəki bağ evinin hazırda mövcud olmadığı və söküldüyü müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, mübahisəli ərazi ləğv edilmiş DT və XK–nin **********544 nömrəli kadastr planına əsasən 0,12 ha Cavabdeh1 adına 19913 saylı bağ nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sonra isə 4(dörd) hissəyə bölünərək 0,03 ha Cavabdeh3, 0,03 ha Cavabdeh4, 0,02 ha Cavabdeh5, 0,04 ha Cavabdeh2 adlarına keçmişdir. Mübahisəli bağ sahəsinə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin mübahisəli bağ sahəsi 4 hissəyə bölünmüş, hal-hazırda isə 3 ev inşa edilməklə, cavabdehlər həmin evlərdə yaşayırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər icraiyyə Komitəsinin Bağlar Təsərrüfatıİdarəsi ilə X42 arasında bağlanmış xx xxxx 1976–cı il tarixli müqaviləyə əsasən, Mərdəkan qəsəbəsində 1991 saylı bağ sahəsinin 0,24 ha torpaq sahəsi X25 icarəsinə verilmişdir. X44 ilə bağlanmış xx xxxx 1987-ci il tarixli müqaviləyə əsasən, Mərdəkan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 1992 saylı bağ sahəsi və sahəsi 22,7kv.m olan 1 otaqdan ibarət yaşayış sahəsi X19 icarəsinə 1983-1993-cü ilədək verilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X61 arasında bağlanmış xx xxxxxxx 1989-cu il tarixli 1268 saylı müqaviləyə əsasən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisindəki 1991 saylı bağ sahəsinin 0,12 ha hissəsi X40 icarəsinə verilmiş, sonuncunun ərizəsinə əsasən həmin bağ sahəsindəki 0,12 ha torpaq sahəsinin tikililərlə birlikdə X9, qalan hissəsinin isə Cavabdeh1 Abas oğlunun adına keçirilməsini xahiş etmiş, həmin bağ sahəsinin 0,12 ha torpaq sahəsi olan 1991 saylı bağ sahəsi və sahəsi 39,1 kv.m olan ikiotaqdan ibarət tikili X9 icarəsi nəvə həmin bağ sahəsinin 0,12 ha hissəsi Cavabdeh1 Abas oğlunun icarəsinə verilmiş, həmin bağ sahəsinin 0,12 ha hissəsi Cavabdeh1 Abas oğlunun adına dövlət qeydiyyatından keçmiş və daha sonra o, həmin bağ sahələrini alqı-satqı müqaviləsinə əsasən hissələrə bölərək Ümid Əhmədova, Cavabdeh4 və Nazilə Abdullayeva satmış, Nazilə Abdullayeva da ona məxsus bağ sahəsini Cavabdeh5 sataraq özgəninkiləşdirmiş, hazırda mübahisəli sahəsinin 0,03 ha hissəsi X46, 0,03 ha Cavabdeh4, 0,02 ha Cavabdeh5, 0,04 ha Cavabdeh2 adlarına dövlət qeydiyyatından keçmişdir. Məhkəmə iclasında eyni zamanda o da müəyyən edilmişdir ki, Nazilə Abdullayeva Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən alıb öz adına dövlət qeydiyyatından keçirdiyi 0,02 ha torpaq sahəsini sonradan cavabdeh Lyudmila Nikolayevnaya satmış, sonuncu da həmin bağ sahəsini öz adına dövlət qeydiyyatından keçirmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Ümid Əhmədov Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən alıb öz adına dövlət qeydiyyatından keçirdiyi 0,03 ha torpaq sahəsini sonradan Solmaz Dövranovaya satmış, sonuncu da həmin bağ sahəsini öz adına dövlət qeydiyyatından keçirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh1 həmin torpaq sahəsinə dair qanuni əsaslarla icarə müqaviləsi bağlamaqla sonradan həmin əsasa dayanaraq torpaq sahəsini mülkiyyət hüquqi ilə dövlət reyestrində qeydiyyata almış və sonradan hissələr şəkilində digər cavabdehlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada satmışdır. Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsi reyestrdə qeydiyyata alınarkən hər hansı mübahisə olmamaqla qeydiyyatın düzgünlüyünə dair belə bir etiraz da qeydiyyata alınmamışdır. O cümlədən, digər cavabdehlərdə həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə başqa şəxs arasında məhz həmin sahəyə dair mübahisənin olduğunu bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, hazırki torpaq sahəsi ilə bağlı mübahisə üzrə Mülki Məcəllənin 140-cı maddəsi tətbiq olunmalıdır. Qeyd olunan maddəyə əsasən qanunda daşınmaz əmlakın dövlət reyestrinin məzmununun düzgünlük və tamlıq prezumpsiyası mövcuddur. Lakin bu prezumpsiya əldə edən qeydiyyatın düzgün olmadığını bildiyi və ya MM-nin 141-ci maddəsinə əsasən qeydiyyatın düzgünlüyünə dair etiraz qeyd edildiyi hallarda qüvvədə olmur. Bununla yanaşı həmçinin qeyd edilməlidir ki, sonuncu vasitə həqiqi mülkiyyətçinin əlində dövlət qeydiyyatında hüquqi vəziyyətinə uyğun olmayan məlumatlara inanmaqla üçüncü şəxslərin vicdanlı əldə etməsinin tam aydınlaşdırılması və dövlət qeydiyyatında formal düzəlişlərin edilməsinə qədər qarşısını alan vacib vasitələrdən biridir. Bu prezumpsiya sübutetmə yükünün dəyişməsinə də səbəb olur. Belə ki, burada sübutetmə yükünü dövlət qeydiyyatına düzgün olaraq qeydə alınmayan deyil, dövlət qeydiyyatının düzgünlüyünü mübahisələndirən daşıyır. Bu halda şübhələr də onun ziyanına həll edilir. Məhkəmə qeyd edir ki, MM-in 140-cı maddəsi daşınar əşyalarla bağlı, MM-in 182.1-ci maddəsindən fərqli olaraq, ancaq qeyddiyyatın düzgün olmaması barədə pozitiv bilgi halında daşınmaz əmlakın vicdanlı əldə edilməsini istisna edir. Daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olmanı istisna etmək üçün kifayət etmir. Ona görə də digər cavabdehlər də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı əldə ediblər. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatıəsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Həmin məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssisin rəyinin verilməsinə dair xərclərlə bağlı xidmət tapşırığından aydın olur ki, ekspertiza xərci 166,10 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən 166,10 manat məbləğində mütəxəssisin rəyinin verilməsinə dair xərc İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı̇: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X51, Cavabdeh4, Cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncüşəxs Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakışəhər Ərazi İdarəsi) Bağlar Təsərrüfatı vəİnkişafı idarəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.1998-ci il tarixli, 21501 saylı, 0,12 ha sahəli 1991 a saylı bağın icarə müqaviləsinin, həmin müqavilə əsasında axırıncının adına verilmiş **********544 nömrəli kadastr planının və xx.xx.2014-cü il tarixli, ********** saylı reyestrdən çıxarışın, sonuncunun qeyd edilmiş çıxarış əsasında Cavabdeh3 0,03 ha torpaq sahəsinin satılmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış, Cavabdeh4 0,03 ha xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış, X63 Qulu qızına 0,02 ha torpaq sahəsinin satılmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış, Abdullayeva X60 0,02 ha torpaq sahəsinin Cavabdeh5 satılmasına dair bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında axırıncının adına verilmiş reyestrdən çıxarış, Cavabdeh2 0,04 ha torpaq sahəsinin bağışlanılmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi, həmin müqavilə əsaında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, zəbt edilmiş bağ sahəsinin ona qaytarılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə100 manat məbləğindəpul İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. İş üzrə mütəxəssisin rəyinin verilməsinə görə 166,10 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakışəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar