Məhkəmə qərarları › İş №2(003)-570/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-570/2023

12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-570/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 1 sot torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin Cavabdeh hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 1 sot torpaq sahəsi ona məxsusdur. Bir müddət əvvəl müəyyən etmişdir ki, həmin ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuş və orada icazəsi olmadan tikililər inşa etmişdir. Cavabdehdən həmin torpaq sahəsini tərk etməsini tələb etmiş, lakin imtina etdiyi üçün Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə şikayət etmişdir. Lakin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 1 sot torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin Cavabdeh hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, neçə illərdir o sahədən və tikilidən istifadə edir. Belə ki, həmin torpaq sahəsi 1989-cu ildən əmisinin istifadəsində olmuş, 2003-cü ildə əmisi öldükdən sonra isə onun istifadəsindədir. Həmin torpaq sahəsi onun evi ilə üz-üzədirr. Həmin torpaq sahəsi təxminən 60 kv.metr olar. Onun həmin torpaq sahəsinə bitişik hər-hansı torpaq sahəsi yoxdur. Mübahisəli torpaq sahəsi uzun müddətdir onun istifadəsində olduğundn iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri X5 xx.xx.2006cı il tarixli 10 saylı sərəncamın surətindən görünür ki, Şüvəlan qəsəbəsində A.İldırım küçəsində 100 kv.m torpaq sahəsi alqı-satqı qaydasında vətəndaş İddiaçı satılması qərara alınmışdır. İş materiallarına həmçinin həmin torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 29550H, KOD 00306016 seriyalı şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Şüvəlan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 0,01 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yaşayan vətəndaş İddiaçı ona məxsus olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İlqıdırm küçəsində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək orada tikinti işləri aparması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə ünvanladığı HK-1-91 saylı müraciəti nəticəsində araşdırılma aparılmış, həmin torpaq sahəsinə dair tərəflərdən hər-hansı birinin torpaq sahəsinin onlara mıxsus olması barədə mülkiyyət hüquqnu təsdiq edən sənəd olmadığından mübahisəli torpaq sahəsinin zəbt olunması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş (X5 xx.xx.2006-cı il tarixli 10 nömrəli sərəncamı) torpaq sahəsi (Şüvəlan qəsəbəsi) torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən tərtib edilmiş şəhadətnamədə göstərilən sxem və şəhadətnamənin işlənməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri əsasında 100 kv.m torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsinin 61,72 kv.m hissəsi ilə üst-üstə düşür. Şəhadətnamədə göstərilən torpaq sahəsinin 15,60 kv.m hissəsi digər şəxsin istifadəsində olan torpaq sahəsi, 22,68 kv.m hissəsi isə yol ilə üst-üstə düşür.Cavabdeh faktiki istifadəsində olan və şəhadətnamədə göstərilən torpaq sahələrinin konfiqurasiyasını özündə əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1714 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 10/1714 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsinin 61,72 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən şəhadətnamədə göstərilən torpaq sahəsinin 15,60 kv.m hissəsi digər şəxsin istifadəsinə olan torpaq sahəsi 22,68 kv.m hissəsi yol ilə üst-üstə düşür. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən torpaq sahəsi Bakı şəhəri X5 xx.xx.2006-cı il tarixli 10 saylı sərəncamına əsasən alqı-satqı qaydasında vətəndaş İddiaçı verilmişdir. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsinin 61,72 kv.m. hissəsini qanunsuz zəbt etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsini bir hissəsini zəbt edərək, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1714 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsinin 61,72 kv.m hissəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli torpaq sahəsindən cavabdeh çıxarılmalı və cavabdehin faktiki istifadəsində olan iddiaçıya məxsus 61,72 kv metr torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında olan 61,72 kv.m. torpaq sahəsindən çıxarılmalı, mübahisəli torpaq sahəsində yerləşən tikililər Cavabdeh hesabına sökülməli və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılmalıdır dır. Məhkəmə habelə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50,0 manat məbləğində pul Cavabdeh alınaraq X1 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 61,72 kv.m torpaq sahəsindən çıxarılsın. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikililər Cavabdeh hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar