Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-58/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X7 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X7 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ev 31-in və həyətin qardaşları və ona məxsus 3/10 hissəsi olan payın naturada ayrılması, ayrılmış paya müvafiq olaraq evin və həyətin ölçülərinin müəyyənləşdirilməsi və ayrılmış paya dair ayrıca darvaza qoyulmasına razılıq verilməsinin, ünvan, həmin paya dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ev 31-in mülkiyyətçisi olmaqla həmin ünvanda qardaşları ilə yaşayır. ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görunur ki, sözü gedən evin 3/10 hissə qardaşları ilə ona, digər 3/10 hissə atasının qardaşı Məmmədov Elmana, o biri 3/10 hissəsə isə digər əmisi Məmmədov Abdulxaliqə məxsusdur. Hazırda əmiləri rəhmətə gedib və evin onlara məxsus hissəsində onların övladları yaşayır. Cavabdehlərlə paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər, həmin evdən birgə istifadə etmək mümkün deyil. Cavabdehlər qərəzli hərəkətlər etməklə onun mülkiyyət hüququnu pozurlar. Belə ki, onlara məxsus otaqlar ayrı olsa da giriş qapıları eynidir və otaqları da həmçinin hansı kimi olmasında mübahisə var, giriş eyni olduğundan onlar istədikləri kimi özlərini aparırlar, ucadan gülürlər, ucadan danışırlar, bir az da üstəlik bu hərəkətləri bilərəkdən edirlər. Onun giriş qapısı, hasarı ayrı olsa onlar yəqin ki curət eləməzlər istədikləri hərəkətləri bilərərkdən etsinlər. Hərə öz həyətində öz otağında yaşayar. Evin bütün kommunal xərclərini də o ödəyir. Hazırda iş üzrə cavabdeh tərəflə qeyd edilən evdən, həyətdən ümumi istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmədiklərinə görə o məhkəməyə iddia ərizəsi ilə müraciət edərək öz iddia tələbində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ev 31-in onlara məxsus 3/10 hissəsi olan paylarının ayrılması, ayrılmış paya müvafıq olaraq otaqların və həyətin ölçülərinin müəyyənləşdirilməsi və ayrılmış paya dair ayrıca ünvan, həmin paya dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ev 31 xüsusi mülkiyyət hüququ üzrə 3/10 hissə İddiaçı1, İddiaçı2 və İddiaçı3, digər 3/10 hissə X6, 2/5 hissəsi isə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 15268 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsi isə dövlət mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki pasportunun sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ev 31 İddiaçı1 və digərlərinə məxsusdur. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli qərarı ilə X2 Buzovna qəsəbəsi, Kommunist küçəsi, ev 31 ünvanındakı köhnə evi söküb yenisini tikməyə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1455 nömrəli rəyindən aydın olur ki, ünvan 1 ünvanı yerləşən yaşayış evinin faktiki vəziyyətini, planda yerləşməsini, evin tərkibində olan yaşayış və yardımçı sahələrinin sayını, sənəd üzrə sahələrin (yaşayış və yardımçı tikililər) texniki parametrlərinin müvafiq bəndlərin tələblərinə uyğun olduğunu sənəd üzrə tikililərin payçıların ayrı-ayrılıqda vəziyyətdə istifadəsində olduğunu, ayrı-ayrı giriş-çıxış yollarının mövcudluğunu, eləcə də evin digər texniki göstəricilərini nəzərə alaraq, tədqiq olunan 31 saylı yaşayış evininin payçılar (mülkiyyətçilər) arasında, faktiki istifadə vəziyyətinə uyğun olaraq bölünməsi, İnşaat Norma və Qaydalara 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkündür. Lakin həyətyanı torpaq sahəsinin üç tərəfdən qonşu sahələrlə əhatə olunduğu fərdi yaşayış evinin yola çıxış olan hasara bitişik şəkildə inşa olunduğunu, tərəflərin istifadəsində olan otaqların yerləşməsini və torpaq sahəsinin yerləşmə vəziyyəti nəzərə alaraq, tədqiq olunan ünvanda yerləşən 0.01454 kv.m olan həyətyani torpaq sahəsinin orada yerləşən DƏDRX-ın xx.xx.2011-ci il tarixli çıxarışına əsasən paylı mülkiyyətdə yaşayış evinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 paylarına uyğun şəkildə naturada istifadələrinə ayrıca giriş-çıxış yolu açılmaqla təcrid şəklində ayrılması texniki baxımdan mümkün olmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə 3/10 hissə İddiaçı1, İddiaçı2 və İddiaçı3, digər 3/10 hissə X6, 2/5 hissəsi isə X1 mülkiyyətindədir. Həmin fərdi yaşayış evi tikilidən və 0.01454 kv.m torpaq sahəsindən ibarətdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdehlərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən səbəblərdən mübahisəli payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olduğundan iddia bu hissədə təmin edilməli, tərəflərin paylarına uyğun şəkildə naturada istifadələrinə ayrıca giriş-çıxış yolu açılmaqla təcrid şəklində ayrılması isə texniki baxımdan mümkün olmamışdır. Buna görə də iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 100 (bir yüz) manat ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X5 müştərək qaydada tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin payçılar (mülkiyyətçilər) arasında faktiki istifadə vəziyyətinə uyğun olaraq ekspert rəyində göstərilən qaydada bölünsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X5 müştərək qaydada tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-58/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-58/2023
22.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver