Məhkəmə qərarları › İş №2(003)-582/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-582/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-582/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan və faktiki isitfadəsində olan və ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh verməsi müqabilində cavabdehdən 50000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, ona AR ƏMDƏK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 23.06.2015-ci il tarixində verilən RX seriyalı ******* saylı hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən (reyestr nömrəsi **********25) mülkiyyət hüququ ilə məxsus olan və ünvan 1də yerləşən 0,06 ha torpaq sahəsini 10 iyul 2015-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən Cavabdeh satmışdır. Həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi 15 iyul 2015-ci il tarixində cavabdehlərdən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlə aralarında alqı-satqı müqaviləsi imzalanarkən həmin alqı-satqı müqaviləsinin 4-cü maddəsinin şərtlərinə görə “Satıcı (iddiaçı) daşınmaz əmlakı 20000 (iyirmi min) manata satdı, Alıcı (cavabdehlərdən Cavabdeh) isə həmin qiymətə aldı” deyə qeyd olunmuşdu. Həmin müqavilənin 5-ci maddəsinin tələblərinə görə Alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. 2015-ci ildən bu günə qədər o adına notariusun depozit hesabına yatırılan pulu ala bilməmişdir. Bununla bağlı tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət olunmuş, onunla Cavabdeh arasında bağlanmış 10 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin əsasında Cavabdeh adına 15 iyul 2018-ci il tarixində verilmiş 15 iyul 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi istənilmişdi. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonradan Cavabdeh iddia tələbini dəyişdirərək cavabdeh İddiaçı alqı-satqı bredmeti olan torpaq sahəsindən çıxmağı tələb etmiş və bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1240/2019 saylı 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma”, İddiaçı Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi, Bakı şəhəri 24 saylı Xüsusi notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki işlə bağlı iddiaçı X2 Cavabdeh, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi, Bakı şəhəri 24 nömrəli Xüsusi Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" barədə iddia tələbi rədd edilmiş, iddiaçı Cavabdeh iddin tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2/17 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-9495/2019 saylı 07 avqust 2019 cu İl tarixli qətnaməsi filə İddiaçı nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(003)-1240/2019 saylı qətnaməsi İddiaçı Ahdulla oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-1385/2020 saylı 08 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-9495/2019 saylı 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. O, Cavabdeh ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalayarkən torpağın alqı-satqı yolu ilə onun mülkiyyətinə keçirilməsi barədə razılığa gəlmiş və bu müqaviləni də bu şərtlərlə bağlamışdır. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən ona alqı-satqı predmeti olan torpaq ilə bağlı razılaşdırılmış olan 20000 (iyirmi min) manat pul vəsaiti köçürülməmişdir. Düzdür bununla bağlı cavabdehlə olan məhkəmə çəkişmələri tərəfindən irəli sürülən pul tələbi ilə bağlı iddia tələbi təmin edilməsə də, yenə də qeyd etmək istəyir ki, o cavabdehə ancaq 0,06 ha torpaq sahəsi satmışdır. Cavabdeh isə onun evinin də boşaldılmalı olduğunu, evin də ona təhvil verilməli olduğunu bildirməkdədir. Onun tərəfimdən ev torpaq sahəsi alqı-satqı predmeti olmamışdan və imzalanmamışdan qabaq tikilmişdi. Bununla bağlı qonşular tərəfindən tərtib edilmiş akt əsasında həmin evin ona aid olduğu öz təsdiqini tapmaqdadır. 09 iyun 2018-ci il tarixində Bakı şəhəri, Binə qəsəbəsində tərtib edilmiş o aktda da qeyd edildiyi kimi, həqiqətən də İddiaçı ünvan 2 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsində 2 mərtəbəli ev inşa edərək indiyədək həmin evdə yaşamaqdadır. Həmçinin qeyd etmək istəyir ki, onun tərəfindən həmin torpaq sahəsi 28 aprel 2005-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə əsasında torpaq onun mülkiyyətinə keçmişdir. Yəni o torpağı satıcı Gülağa Musa oğlundan 1993-cü ildən satın alıb faktiki sahibliyi həyata keçirdiyi halda həmin torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi 28 aprel 2005-ci il tarixində həyata keçirilmişdir. Bu barədə aktda adları qeyd edilən şəxslərin də məhkəmədə şahid qismində çağırılıb dindirilməsi mümkündür. Həmin tarixdən etibarən də tərəfindən həmin torpaq sahəsində hazırda yaşadığı fərdi yaşayış evini tikmiş və bütün xərclər tərəfimdən qarşılanmışdır. Ancaq Cavabdeh hal-hazırda həmin evin də boşaldılmalı olduğunu bildirir. Bildirmək istəyir ki, o Cavabdeh 0,06 ha torpaq sahəsini 20000 manata satmaq barədə razılığa gəlmişdi. Ancaq onun daha əvvəlcədən tikdiyi ona məxsus evin dəyəri 20000 manatdan artıq bir dəyər təşkil edir ki, torpaq alqı-satqı müqaviləsi əsasında evin boşaldılmasının tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, o adına müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sərəncam və layihə sənədləri əsasında mülkiyyətində olan torpaq sahəsində tikinti aparmışdır. Tikintinin 2015-ci ilin iyul ayında torpaq sahəsinin alqı-satqısı aparılarkən qiyməti 20000 manat təşkil etməməkdəydi. Belə ki, istər həmin dövrdə, istərsə də hal-hazırdakı dövrdə 2 mərtəbi fərdi yaşayış evinin qiyməti həmin qiymətdən dəfələrcə artıqdır. Cavabdeh ilə torpaq alqısatqısına dair müqavilə imzalanarkən alqı-satqının predmetinin torpaq sahəsi olduğu razılaşdırılmışdı. Belə ki, o öz mülkiyyətində və faktiki sahibliyində olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə 20000 manata heç bir vaxt satmazdı. Tərəfindən mülkiyyətində və faktiki sahibliyində olan fərdi yaşayış evinin qiymətləndirilməsi məqsədi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmlakın qiymətləndirilməsi üzrə xidmət müqaviləsinin göstərilməsinə dair 06LBC saylı 23 iyun 2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında tərtib edilmiş 019/20 saylı qiymətləndirmə hesabatının şərtlərinə əsasən ünvan 1də yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunan vəsaitin miqdarı orta hesabla 41000 (qırx bir min) manat təşkil edir. Hər nə qədər torpaq sahəsi cavabdehə satılsa da fərdi yaşayış evi yerləşdiyi ərazi, şəhər mərkəzinə olan yaxınlığı, hal-hazırdakı daşınmaz əmlak bazarında orta bazar qiyməti ilə 50000 manat və ya bundan daha artıq bir qiymətlə qiymətləndirilə bilər. Hesab edirik ki, hal-hazırda fərdi yaşayış evi üçün müəyyən edilmiş real bazar qiyməti cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə, həmin məbləğə fərdi yaşayış evinin cavabdehə satılması mümkün ola biləcəkdir. Çünki 2015-ci ildə torpaq sahəsi üçün hesablanmış 20000 manatlıq vəsaitlə həmin evin tikintisinə xərclənmiş vəsait toplanacağı və evin qiymətləndiriləcəyi təqdirdə həmin evin orta bazar qiyməti torpaq sahəsi 70000-75000 manat arası bir rəqəm təşkil edir ki, torpaq sahəsindən sonra fərdi yaşayış evinə görə cavabdehin fərdi yaşayış evinin satış qiyməti üçün ödəyəcəyi vəsait müqabilində təhvil verilməsi üçün hüquqi əsaslar mövcuddur. Yəni yuxarıda qiymətləndirmə hesabatında da qeyd edildiyi kimi fərdi yaşayış evinin tikintisinə sərf olunan vəsait 41000 manat təşkil etsə də, tikilib başa çatıdırlılan evin qiyməti sadəcə həmin evin tikinitisinə sərf oluna vəsaitlə məhdudlaşmır, bununla yanaşı evin qiymətini formalaşdıran başqa meyarlar da mövcud ola bilir. O, İddiaçı 2015-ci il 10 iyul tarixində Cavabdeh 0,06 ha torpaq sahəsini satdığı halda tikilimiş fərdi yaşayış evinin də boşaldılmasına dair tələb irəli sürməsinin də heç bir hüquqi əsası yoxdur. Fərdi yaşayış evinin tərəfindən boşaldılacağı təqdirdə həmin evin real bazar qiymətinin müəyyənləşdirilərək cavabdehə satılması lazım olacaqdır ki, bu gün qeyd edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real bazar qiyməti 50000 (əlli min) manat təşkil edir. Bu isə həmin evin tərəfindən boşaldılaraq Cavabdeh Priəli oğluna verilməsi üçün cavabdeh tərəfindən ona 50000 manat ödənildikdən sonra mümkün ola bilməkdədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-582/2021 nömrəli 19.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan və faktiki isitfadəsində olan və ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh verməsi müqabilində cavabdehdən 50000 manatın tutularaq ona ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(102)- 3300/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qərardadına kassasiya instansiya məhkəməsində baxılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi fikir ayrılığı yaratdığından iş aidiyyət məsələsinin müəyyən edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında göründüyü kimi İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(011)-5515/2020 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarından görünür ki, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh verməsi müqabilində cavabdehdən 50000 manat pulun tutularaq ona ödənilməsi ilə bağlıdır. Yəni həmin tələbdə Mülki Prsessual Məcəllənin 39-cu maddəsində qeyd edilən müstəsna aidiyyətin yaranması ilə bağlı əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən göndərilmiş işin aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən MPM-in 31, 32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan və faktiki isitfadəsində olan və ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh verməsi müqabilində cavabdehdən 50000 manatın tutularaq ona ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar