Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-584/2022 04.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ondan Bakı şəhərində *3 mart 200*-ci il tarixdə Bayram adlı oğlan uşağının, 30 mart 2004-cü il tarixdə Zeynəb adlı qız uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, X*2 adlı şəxslə qeyri-rəsmi nikahda olmuş və onların birgə nikahlarından 5 uşaqları doğulmuşdur. 3 uşağı doğum evində doğulduğundan onlara doğum haqqında şəhadətnamə ala bilmişdir. Lakin 2 uşağı ev şəraitində olduğundan onlara doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bayram adlı oğlunu *3.03.200*-ci ildə, Zibeydə adlı qızını isə 30 mart 2004-cü ildə Bakı şəhərində yaşadığı ünvanda doğmuşdur. İmkanları pis olduğundan uşaqları həkim nəzarəti altında doğmağı mümkün olmamışdır. Ailə münasibətləri qurduğu şəxs ölmüş, uşaqları böyümüşdür. Uşaqlarına doğulmaları ilə bağlı həkim arayışının verilməsinə yaşayış yeri üzrə xəstəxanaya etdiyi müraciətinə isə imtina edilmiş, ona görə də uşaqlarına doğum haqqında şəhadətnamənin verilməsindən Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, ondan Bakı şəhərində *3 mart 200*-ci il tarixdə Bayram adlı oğlan uşağının, 30 mart 2004-cü il tarixdə Zeynəb adlı qız uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin 8 uşağı olub, onlardan üçü rəhmətə gedib, hazırda beş uşağı var. Bayram 200*-ci ilin mart ayında, Zibeydə 2004-cü ilin mart ayında doğulub. Bayram məktəbə gedirdi, 8-ci sinifdən çıxdı. Uşaqlar onun gözünün qabağında böyüyüb. Onlar çox yaxın qonşudur, hər iki uşaq evdə doğulanda o eşidib gəlmişdir. Digər şahid, X6 məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçi qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, Xəzər rayonu 3* saylı BŞX-nın poliklinikası mübadilə vərəqəsindən görünür ki, 30 mart 2004-cü il təvəllüdlü X2 profilaktik peyvəndlər edilmişdir. İş materiallarına əlavə edilmiş 26 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş *8.05.20*7-ci il tarixli arayışdan görünür ki, 30 mart 2004-cü il tarixdə doğulmuş X3 adlı uşaq hal-hazırda sağ salamatdır və 26 saylı BŞX-nin uşaq şöbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 3* saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, X5 *7.09.202*-ci il tarixdən 3* saylı BŞX-nin poliklinika şöbəsində qeydiyyatdadır, sağlamdır. İş materiallarına 200*-ci il təvəllüdlü Hüseynov Bayramın qan analizinə dair blank əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 3* nömrəli BŞX tərəfindən verilmiş arayışdan görünür ki, X4 30 mart 2004-cü il tarixdə ev şəraitində qadın cinsində uşaq doğmuşdur. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/*5-*0*4 №-li, 24 sentyabr 202*-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş «X* X8»nın 2.5-ci yarımbəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd tələb olunur». Ərizəçinin doğumun qeydə alınması barədə ərizəsinin icrasından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi *3 mart 200*-ci il tarixdə oğlan uşağının, 30 mart 2004-cü il tarixdə qız uşağını Bakı şəhərində yaşadığı ünvanda dünyaya gətirmiş, lakin lazımi həkim sənədi olmadığından Bakı şəhəri Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *58.*-ci maddəsinə əsasən, X* qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 44.*-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin *66.*-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş «X* X8»nın 2.*-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi Bakı şəhərində *3 mart 200*-ci il tarixdə oğlan uşağının, 30 mart 2004-cü il tarixdə qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. xx.xx.*978-ci il təvəllüdlü Ərizəçi Bakı şəhərində *3 mart 200*-ci il tarixdə oğlan uşağının, 30 mart 2004-cü il tarixdə qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-584/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-584/2022
04.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver