Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-594/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3, Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə Ərizəçi doğum faktının təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi doğum faktının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət, edərək Nuray Süleymanovanın doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nuray Süleymanovanın anası xəstə olduğundan 2019-cu ilin axırlarında qonşuları tərəfindən Ərizəçi uşaq sığınacağına yerləşdirilmiş, hər bir ehtiyacı ödənilmişdir. Lakin, Nuray Süleymanova naməlum şəxs kimi sığınacağa yerləşdirilərkən onun heç bir sənədi olmamış, yaşı dəqiq bilinmir. Hazırda Ərizəçi uşaq sığınacağında yaşayır. Bundan sonra onun yaşaması və təhsili üçün sənədlərə ehtiyacı vardır. Uşağın yaşının dəqiqləşdirilməsi üçün X12-Təcrübi birliyinə müraciət edilmiş və ekspertizanın rəyinə görə Nuray Süleymanovanın yaşı 6 yaşa uyğundur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi bildirdi ki, uşağın mənafeyi nəzərə alınaraq onun doğum faktı müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, uşağın doğma nənəsidir. Uşağın anası uşaq 3 ayında olarkən gətirib ona vermiş və çıxıb getmişdir. Hazırda uşağın anasının harada olduğu barədə məlumatı yoxdur. 2019-cu il tarixədək uşağa özü baxmış, daha sonra uşağa sənədlər ala bilmədiyindən Ərizəçi sığınacağına verməyə məcbur olmuşdur. Oğlu 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Uşağı bir neçə dəfə atası ilə görüşməsi üçün cəzaçəkmə müəssisəsinə aparmışdır. Atası uşaqdan imtina etməmişdir. Uşaq Bakı şəhərində doğulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi tərəfindən verilmiş 376 saylı (uşaq fotosu əks olunmuş) arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə keçirilən Tibbi Ekspertiza təyininə əsasən 6-6.5 yaşlı X5 həqiqətəndə xx.xx.2019-cu il tarixindən ünvan 1 ünvanda yerləşən Ərizəçi uşaq sığınacağında məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli canlı şəxsin məhkəmə-tibbi müayinəsinə dair 392 saylı rəyindən görünür ki, Nuray Süleymanovanın yaşı 6-6,5 ilə uyğun gəlməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 saylı şəhər poliklinikası tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 xx.xx.2013-cü il tarixdən qeydiyyatdadır. İş materiallarında olan uşaq haqqında məlumatda X1 təvəllüdlü xx.xx.2013-cü il, sığınacağa düşmə tarixi xx.xx.2019-cu il, sığınacağa nənəsi Nazilə Xamoyeva (yaşadığı ünvan Tovuz rayonu, Hunanlar kəndi) tərəfindən gətirilməsi, habelə uşağın valideynləri haqqında məlumatda isə atası X4, (cəzaçəkmə müəssisəsində cəza çəkən), anası X2 (Lənkəran şəhəri, Poladlı kəndi tərbiyə müəssisəsində çalışır) göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X5 xx.xx.2019-cu il tarixdə Ərizəçi Uşaq Sığınacağına yerləşdirilmiş, sığıncağa yerləşdirilərkən şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Hazırda Ərizəçi uşaq sığınacağında yaşayır, bundan sonra onun yaşaması, təhsil alması üçün onun sənədə ehtiyac vardır. Şahid qismində ifadəsi alınmış nənəsinin ifadəsindən, həmçinin 21 saylı şəhər poliklinikası tərəfindən verilmiş tibbi arayışdan müəyyən olunur ki, uşaq xx.xx.2013-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cü bəndinə əsasən bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-594/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-594/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver