Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-6/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçı “Ləğv prosesində olan İddiaçı BOKT” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsi üzrə 221363,73 ABŞ dolları əsas, 73687,06 ABŞ dolları faiz, 144744,04 ABŞ dolları dəbbə pulu, cəmi 439794,83 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 240000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzildən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinə əsasən illik 19 faizlə 48 ay müddətinə evin təmiri məqsədilə 244000 ABŞ dolları borc almışdır. 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinə 26.10.2016-cı il tarixli 01 saylı əlavəyə əsasən kreditin faiz dərəcəsi 14 faizə endirilmişdir. Bu borcun təminatı olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m ümumi sahədən ibarət 223 saylı mənzil 02 sentyabr 2011-ci il tarixli 847/11/PB saylı ipoteka müqaviləsinə 02.06.2015-ci il tarixli 3 saylı əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsi və əlavə notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 13 dekabr 2016-cı il tarixədək Cavabdeh2 banka 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsi üzrə 221363,73 dolları əsas, 73687,06 ABŞ dolları faiz, 144744,04 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 439794,83 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. 15.10.2018-ci il tarixdə iddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 02 iyun 2015-ci il tarixli 0180/15 PB saylı kredit müqaviləsi üzrə 217763,73 ABŞ dolları əsas borc, 183512,52 ABŞ dolları hesablanmış faiz borcu, 436393,30 ABŞ dolları dəbbə pulu, cəmi 837669,55 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin 240000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzildən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 20.06.2019-cu il tarixdə iddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək 02 iyun 2015-ci il tarixli 0180/15 PB saylı kredit müqaviləsi üzrə 191786,13 ABŞ dolları əsas borc, 208652,67 ABŞ dolları hesablanmış faiz borcu, 538668,28 ABŞ dolları dəbbə pulu, cəmi 939107,08 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin 240000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzildən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 28.01.2020-ci il tarixdə iddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək 02 iyun 2015-ci il tarixli 0180/15 PB saylı kredit müqaviləsi üzrə 184586,13 ABŞ dolları əsas borc, 112134,74 ABŞ dolları hesablanmış faiz borcu, 625777,25 ABŞ dolları dəbbə pulu, cəmi 922498,13 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin 240000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzildən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 28.07.2021-cu il tarixdə iddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 02 iyun 2015-ci il tarixli 0180/15 PB saylı kredit müqaviləsi üzrə 165018,13 ABŞ dolları əsas borc, 147763,19 ABŞ dolları hesablanmış faiz borcu, 104057,96 ABŞ dolları dəbbə pulu, cəmi 416839,28 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin 240000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən Cavabdeh2 mülkiyyətindəki 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzildən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 28.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 xəbərdar olunmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmiş, habelə işə onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişdirlər. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsindən görünür ki, idiaçı təşkilat 19 faizlə 48 ay müddətinə 244000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh2 isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 26.10.2016-cı il tarixli “02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsin üzrə kreditin faiz dərəcəsi 15 faizə endirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2011-ci il tarixli, 847/11/PB saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil Ləğv prosesində olan İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2015-ci il tarixli “02 sentyabr 2011-ci il tarixli, 847/11/PB saylı ipoteka müqaviləsinə əlavə”dən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva, küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil 240000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23 iyul 2021-ci iul tarixə iddiaçı təşkilata 165018,13 ABŞ dolları məbləğində əsas, 147763,19 ABŞ dolları faiz məbləğində və 104057,96 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 416839,28 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 51-1303/17 saylı, 19.11.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilin 19.11.2017-ci il tarixə bazar dəyəri 320000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6857 saylı, 14.09.2018-ci il tarixli ekspert rəyindən görünür ki, 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsi üzrə Cavabdeh2 11.06.2018-ci il tarixə olan əsas borcu 221363,73 ABŞ dolları, faiz borcu isə 74808,43 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş “X4” MMC tərəfindən verilmiş 075/LBC saylı, 21.05.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilin rəy verilən tarixə orta bazar qiyməti 730000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş LP- 210/19 saylı, 28.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilin rəy verilən tarixə orta bazar qiyməti 314000 manat təşkil edir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 arasında 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh2 244000 ABŞ dolları məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 48 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 19 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin borc hissəsində qeyd edir ki, iddiaçı cavabdehdən 165018,13 ABŞ dolları məbləğində əsas, 147763,19 ABŞ dolları faiz məbləğində və 104057,96 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 416839,28 ABŞ dolları məbləğində pul vəsaiti tələb etmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 165018,13 ABŞ dolları məbləğində əsas borc, 147763,19 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddiaçının 104057,96 ABŞ dolları dəbbə borcunun cavabdehdən tutulması ilə əlaqədar tələbi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit məbləğinin miqdarını, hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını nəzərə alaraq, dəbbə borcunun 10000 ABŞ dolları məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Göründüyü kimi, girov və ipoteka hüququ ikili xarakter daşıyır və bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən “Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən “Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.” Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.” “İpoteka” Haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən “İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.” Həmin Qanunun 10.1, 10.2 və 10.4-cü maddələrinə əsasən “İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.” Həmin Qanunun 11.1 və 11.2-ci maddəsinə əsasən “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.” Həmin Qanunun 33-cü maddəsinə əsasən “Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İddia tələbinin ipoteka predmeti olan mənzilin 240000 manat məbləğində qiymətləndirilməsinə dair hissədə məhkəmə hesab edir ki, iş materiallarında olan əmlakin qiymətləndirilməsinə dair müxtəlif ekspert rəyləri mövcüddur. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertizaların nəticəsi kimi həmin mənzilin 19.11.2017-ci il tarixə bazar dəyəri 320000 manat, 21.05.2019-cu il tarixə 730000 manat, 28.11.2019-cu il tarixə isə 314000 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə sonuncu ekspert rəyində qeyd edilən mənzilin orta bazar dəyərini daha ağlabatan məbləğ hesab etdiyindən, habelə həmin rəyin sonuncu rəy olmasını nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil 314000 manat məbləğində qiymətləndirilməlidir. İddia tələbinin ipoteka predmeti olan mənzilin satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə aid hissəsində qeyd edirki, qanunvericiliyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak icra məmurunun sifarişi əsasında hərrac vasitəsilə satılmadıqda sonda tələbkara təklif olunur. Tələbkara təklif olunan mərhələyə qədər əmlak hərrac vasitəsilə hərracda iştirak edən hər hansı şəxsə satıla bilər. Hərrac vasitəsilə həmin əmlakı alan şəxs əmlakın yeni mülkiyyətçisi hesab edilir və bu əmlakla bağlı hər hansı hüquqi prosedurların həyata keçirilməsi həmin şəxsə məxsus olur. Göründüyü kimi iddia tələbinin bu hissəsində iş üzrə cavabdehlərin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq banka təhvil verilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlak tələbkar tərəfindən hərrac vasitəsilə əldə edildikən sonra tələbkarın bu iddia ilə çıxış etmək üçün subyektiv hüququ yaranır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 02 iyun 2015-ci il tarixli 0180/15 PB saylı kredit müqaviləsinə əsasən 165018,13 ABŞ dolları məbləğində əsas borc, 147763,19 ABŞ dolları məbləğində faiz borcu, 10000 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, cəmi 322781,32 ABŞ dolları məbləğində pul vəsaiti və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil 314000 manat məbləğində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 145 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh2 02 iyun 2015-ci il tarixli 0180/15 PB saylı kredit müqaviləsinə əsasən 165018,13 (bir yüz altmış beş min on səkkiz dollar on üç sent) ABŞ dolları məbləğində əsas borc, 147763,19 (bir yüz qırx yeddi min yeddi yüz altmış üç dollar on doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 10000 (on min) ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, cəmi 322781,32 (üç yüz iyirmi iki min yeddi yüz səksən bir dollar otuz iki sent) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı BOKT” ASCnin xeyrinə tutulsun. Tutma Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251A saylı binada yerləşən 179.18 kv.m. ümumi sahədən ibarət 223 saylı mənzil 314000 manat məbləğində qiymətləndirilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-6/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-6/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver