Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-60/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X17 (X4 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmalarını, ona vurduqları 15000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25000,0 əldən çıxmış faydanın və 30,0 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlər İddiaçı Əliəkbər oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X12 vəfat etdiyindən, o, hüquqi varisi X26 ilə əvəz edilmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, gənc mütəxəssis kimi Bakı şəhəri Kirov (hazırki Binəqədi) rayon XDS İK-nin 20 noyabr 1984-cü il tarixli 73 saylı qərarı ilə mənzil növbəsinə dayanmışdır. Sonradan ev növbələri ləğv olunduğundan o, Əzizbəyov rayon İcra Hakimiyyətinin (hazırki Xəzər rayonu) Türkan qəsəbə nümayəndəliyinə ərizə ilə müraciət etmişdir ki, atasının razılığı ilə atasına məxsus həyətyanı torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılsın. Bundan sonra Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi Əzizbəyov rayon X19 İcrayyə Komotəsinin 22 may 1990-cı il tarixli 01 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və onun mənzil növbəsi ləğv edilmişdir. Həmin qərarın tələbinə əsasən fərdi yaşayış evimin tikintisinin aparılması onun vəsaiti hesabına olmalı idi. O, ayrılmış torpaq sahəsində özünə ev tikmək üçün layihə smeta sənədləri tərtib etdirmiş və fərdi yaşayış evinin tikintisini aparmış və öz vəsaiti hesabına mərhum atasının istifadəsində olan torpaq sahəsindən kubik daşlarla hördürməklə ona verilmiş 600 kv.m torpaq sahəni ayırmışdır. Mərhum atası X5 məxsus olmuş (ona atasının mülkiyyətində olan torpaq sahəsindən 600 kv.m ayrılmışdır) Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanda yerləşən 50 kv.m yaşayış sahəsi 127,4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində sonradan onun mülkiyyətinə keçmiş və xüsusi mülkiyyətində olan əmlakıdır. Həmin əmlak mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatına alınmaqla 026280 saylı xx.xx.2004-cü il tarixli Çıxarışa əsasən verilmişdir. Mübahisəli evlərin olduğu yerləşdiyi torpaq sahələri mərhum atası X5 1943-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Sonra atası həmin evdə özünə fərdi yaşayış evi inşa etmiş və xx.xx.2001-ci ilə kimi, yəni vəfat edən günə kimi həmin evdə yaşamışdır. 10 fevral 2004-cü il tarixdə həmin ev vəsiyyətnamə üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməyə əsasən 026280 saylı xx.xx.2004-cü il tarixli Çıxarışla mülkiyyətinə verilmişdir. Atasının vəfatından sonra bir müddət həmin evdə heç kəs yaşamamış, lakin ev onun istifadəsində olmuş, o, həmin evdə olmaqla öz evinin tikintisini aparırdı. Mübahisəli ev onun mülkiyyətinə keçən vaxt Cavabdeh1 və digər cavabdehlər yaşadıqları, mərhum atası inşa olunmuş, Türkan qəsəbəsi, Yeni Kənd küçəsi 51 ünvanda, 1980-ci ildən ailə quraraq yaşadığı 2 otaqlı evdən köçərək Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanında yerləşən evini və mübahisəli inşa etdiyi yeni evini və torpaq sahələrinin zəbt etmiş, onu əmlakından mərhum etmişlər. Belə ki, cavabdehlər mülkiyyətində olan evi və inşa etdiyi yeni evini və torpaq sahələrini zəbt etdikdən sonra yeni inşa etdiyi olan tikinti materiallarını, orada olan tikinti qurğularını, instrumentləri, torpaq sahələrini ayıran, onun tərəfdə inşa olunmuş hasarı sökərək daşlarını satıb dağıtmışlar və beləliklə də ona maddi və mənəvi zərər vurmuşlar. Torpaq sahəsindən qanunsuz istifadə edərək yararlanmışlar, gəlir əldə etməklə onun əldə edə biləcəyi faydanı (əldən çıxmış fayda) mənimsəmişlər. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri topraq sahəsinin boşaldılması, vurduqları maddi-mənəvi zərərin ödənilməsi tələb olunsa da, könüllü olaraq torpaq sahəsini boşaltmırlar və vurduqları ziyanı ödəmirlər. Hesab edir ki, məhkəmə qaydasında cavabdehlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanda yerləşən mənə ayrılmış 600 kv.m torpqa sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxmaları, vurduqları (hasarın sökülərək daşlarının satılması, tikinti materiallarının mənimsənilməsi satılması və sair) 15000 manat maddi zərəri, 5000 manat mənəvi zərərin, 25000 manat əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddiasını onunla əsaslandırmışdır ki, Xəzər rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı Əliəkbər oğlu ilə cavabdehlər Cavabdeh1 və digərləri arasında (zəbt edilmiş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi və əldən çıxmış faydanın cavabdehlərdən tutlması tələbinə dair) mübahisələndirilən iddia üzrə Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında yerləşən torpaq sahəsində inşa edilmiş yarımçıq tikili onun tərəfindən 1988-ci ildə inşa edilmişdir. Mövcud vəziyyətdə onun tərəfindən tikilinin yerləşdiyi torpaq sahəsinə sonradan hasar da çəkilmişdir. Hal-hazırda həm iddiaçı həm də cavadehlər tərəfindən onun həmin əmlaka olan hüququ pozularaq, həmin əmlaka sahiblik və istifadə etməyinə maneələr yaradılmışdır və bu maneələr davam etməkdədir. Eyni zamanda, ona məxsus olan həmin əmlak tərəflər arasında əsassız olaraq mübahisə predmetində çevrilmişdir. Bununla da iddiaçı və cavabdehlər tərəfindən onun pozulmuş əmlak hüquqlarının məhkəmə qaydasında müdafiə və bərpa edilməsinə zərurət yaranmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişlər ki, İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlar reallığı əks etdirmir və bu faktlar iddiaçı tərəfindən uydurulmuşdur. İddiaçı tərəfindən qeyd edilən ünvanda heç bir tikili inşa edilməmişdir. Qeyd edilən ünvanda yeganə yarımçıq tikili böyük qardaşları X12 tərəfindən tikilmişdir. Ziyabı Hacıyev ünvan 2 ünvana köçürülməsi barədə məhkəmə qərarı olsa da, bu qətnamə icra edilməmişdir. Ünvanda iddiaçı tərəfindən heç bir tikili tikilmədiyindən və ona məxsus tikinti materiallarının və sair əşyaların olması faktını da inkar edir. İddiaçının özünə aid olmayan böyük qardaşının X4 tikdirdiyi yarımçıq qalan tikilisi ilə əlaqədar cavabdehlərə qarşı iddia qaldırması üçün ümumiyyətlə özünə aid olmayan tikili ilə əlaqədar subyektiv hüququ yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisəli ev onun vəsaiti hesabına, onun tərəfindən tikdirilmişdir. Otaqların hündürlüyü 3 metrdir. Pilləkan evin içərisindədir. Eni uzunluğu 18- 20 metrdir, ümumilikdə tikili 400 kv.m.-dir. Ev 1991-ci ildə tikilib, atası 2001-ci ildə rəhmətə gedib. Atası demişdir ki, “üç oğlum var, heç birini evə qoymuram, amma sən kiçik oğlum olduğun üçün evi sənə verirəm.”. Anası 1988-ci ildə rəhmətə getmiş, o, atası ilə qalırdı. O, həmin həyətə buraxılmır, şahidləri var. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 hüquqi varisi X26 iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin, İddiaçı Əliəkbər oğlunun iddiasını qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələblərini qəbul etməyərək, məhkəməyə göndərdiyi etiraz ərizəsindəki xüsusatlara qeyd edərək X4 və İddiaçı Əliəkbər oğlunun iddiasının rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı Əliəkbər oğlunun iddiasını qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Əlavə etmişdir ki, mübahisəli evin tikintisi onun vəsaiti hesabına həyata keçirilmişdir, ev ona məxsusdur. Tikilini layihə-smeta əsasında tikmişdir, sahəsi 361 kv.m.-dir. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X1 Bəyəli Əliəkbər oğlunun iddiasının təmin edilməsini, İddiaçı Əliəkbər oğlunun iddiasını qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı X20 məhkəmə iclasında bildirdi ki, mübahisəli ünvanda yaşayış yeri mövcuddur, natamam tikili var idi. Texniki pasport və sxem olmadığına görə ölçü apararkən 6 sot torpaq sahəsini müəyyən etmək olmadı. Arxiv texniki pasportunda qeyd olunan yaşayış evi mövcuddur. Torpaq sahəsində 2 mərtəbəli yarımçıq tikili inşa olunmuşdur. Bundan əlavə olaraq torpaq sahəsinə bitişik 2760,0 kv.m. torpaq sahəsi istifadə olunur. 600,0 kv.m. torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlər təqdim edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Vahid elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Türkan- Üzümçülük sovxozunun ərazisidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X27 ifadəsində göstərdi ki, X12 ilə qonşu olmuşdur.. Mübahisəli evi Bəyəli tikib. Həmin tikinti zamanı 250 ədəd tikinti daşı aparmışdır. Daşın pulunu Bəyəli verib. 1989-cu ilin axırında karyerdən daş gətirirdi. Bəyəli ilə 8-ci mikrorayonda qonşu olmuşlar. Tikinti üçün daşı ustaya o, verirdi. Bəyəli pulu onun atasına verirdi. Digər şahid Dosti-zadə Oqtay Əlimuxtar oğlu ifadəsində göstərdi ki, tərəfləri tanıyır, bir məhəllədə yaşamışlar. 1988-1989-cu illərdə evin tikintisi üçün X12 üçün daş gətirmişdir. Daşın pulunu Bəyəli verirdi. Daşı Zirə qəsəbəsindən gətirirdi. 20-25 maşın daş gətirmişdir. Daşın pulunu Bəyəli verirdi. Digər şahid X8 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, bir məhəllədə yaşamışlar. Ata-anası deyirdi ki, evi Bəyəli tikib. Digər şahid X28 ifadəsində göstərdi ki, evin tikintisində Əli kişinin yanında fəhlə işləmişdir. 1989-1990-cı illərdə evdə işləyirdi. Yeməyi burada yeyirdilər. Həyətdə atasının evi var idi. Atası tək yaşayırdı, atasından başqa orada heç kəsi görməmişdir. Pulu Əli kişidən alırdı. Bəyəlidən pul almamışdır. O, həmin tikintidə fəhlə işləmişdir. Bəyəlinin pul verdiyini görmüşdür. Ev 2 mərtəbəlidir zirzəmisi də var, qapısı pəncərəsi yox idi. Evin tikintisini 1988-1990-cı illərdən əvvəldən onlar tikməyə başlamışlar. Digər şahid X13 ifadəsində göstərdi ki, 1957-ci ilə Türkan qəsəbəsində doğulmuşdur. Türkan qəsəbəsində qonşudurlar. X2 qəsəbəsində doğulub. Evi 1988-1989cu illərdə tikilib. Bəyəli mağazada işləyib. Bildiyinə, gördüyünə görə evi Bəyəli tikib. Digər şahid X14 ifadəsində göstərdi ki, o, iddiaçı və cavabdehlərlə qardaşdır. Həmin ev atasının şəxsi evi olub, ataları uzun illər həmin evdə yaşayıb. 2001-ci ildə atası rəhmətə gedəndən sonra mübahisə yarandı, onu həyətdən çıxardılar. Atası istifadəsində olan torpaq sahəsindən Ziyabiyə 600 kv.m torpaq sahəsi ayırıb. Həmin ünvanda evin tikinisində şəxsən özü iştirak etmişdir. O, həyətdən 2010-cu ildən çıxmışdır. Ev tikilən vaxt anası sağ idi. 1986-1990-cı illərdə Ziyabi həyətə daş gətirmişdi və orada yaşayırdı. Yay fəslində atasının yanında qalırdılar. O, arada atasının yanına gedib gəlirdi. Tikintiyə o, nəzarət edirdi. Ziyabi ustaları göndərirdi, onlar da tikirdi. Ev iki mərtəbəlidir, zirzəmisi də var. 2001ci ildə atası öləndən sonra Ziyabini evdən qovdular. Ona verilmiş 600 kv. metr torpaq sahəsini atasına məxsus torpaq sahəsindən ayıran hasar var idi. Tikintinin pullarını Ziyabi verirdi. Digər şahid X9 ifadəsində göstərdi ki, iddiaçı Ziyabi onun həyat yoldaşı Ağaların qardaşıdır. Qaynatası sağlığında oğlu Ziyabini çox istədiyinə görə 6 sot torpağını Ziyabiyə verdi. 90-cı ildə Ziyabi orada tikintiyə başladı. Qaynatası öləndən sonra onlar ora gedə bilməmişlər. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon X33 icraiyyə komitəsinin xx.xx.1990cı il tarixli 01 saylı qərarının surətindən görünür ki, X5 fərdi ev tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 miras əmlakı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52-ə İddiaçı vərəsəlik hüququ müəyyən edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanında qeydiyyatdadır. İş materiallarında olan FM 026280 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 İddiaçı adına xx.xx.2004cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X10 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi 52 saylı şəxsi evin ilkin hüquqi qeydiyyata alınması haqqında Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısı xx.xx.2003-cü il tarixli sərəncam vermişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-226/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X14 və X3 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi 52 saylı evə köçürülməklə, onların həmin mülkdən istifadə hüquqlarının tanınması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanına dair X10 fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov rayon X33 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli qərarı ilə İddiaçı Ələkbər oğluna atası X10 məxsus olan həyətyanı sahədən 600 kv.m. fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən verilən plan sxemləri, layihə sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İş materiallarında olan Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov RİH-nin arxiv fondu üzrə 1990-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, fərdi yaşayış evinin arxiv texniki pasportuna əsasən torpaq sahəsi 2815,1 kv.m. olsa da, faktiki olaraq 2561,1 kv.m. təşkil edir. Arxiv texniki pasportunda qeyd olunan yaşayış evi mövcuddur. Torpaq sahəsində 2 mərtəbəli yarımçıq tikili inşa olunmuşdur. Bundan əlavə olaraq torpaq sahəsinə bitişik 2760,0 kv.m. torpaq sahəsi istifadə olunur. 600,0 kv.m. torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlər təqdim edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Vahid elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Türkan-Üzümçülük sovxozunun ərazisidir. Məhkəmə tərəfindən Cavabdeh1 iştirakı ilə mübahisəli ünvanda aparılmış yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvana yerli baxış keçirilir. Yerli baxış keçirilən ünvanda yerləşən tikililər mişar daşları ilə hasara alınıb. Yerli baxış zamanı Bakı şəhəri Xəzər rayonu, Xanlar küçəsi ev 52-də yerləşən ərazidə yerləşən torpaq sahəsinə dair Cavabdeh1 sağ tərəfdə yerləşən evdə ailəsi ilə birlikdə yaşadığını, yarımçıq tikilini qardaşı Hacıyev Bəyəlinin tikdiyini bildirdi. Ünvanda sağ tərəfdə yaşayış evi, sol tərəfdə isə yarımtikili yerləşir. Həmin yarımçıq tikilinin damı və digər yaşayış üçün yararlı elementləri olmadan hörgü divarından ibarətdir. Ünvanda, həmçinin, sökülmüş hasar izləri vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2001-ci il tarixdə ölmüş X10 Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında 2815 kv.m. torpaq sahəsi ayrılmışdır. Əzizbəyov rayon X33 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli qərarı ilə İddiaçı Ələkbər oğluna atası X10 məxsus olan həyətyanı sahədən 600 kv.m. fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda yaşayış evi və yarımtikilidən ibarət olmaqla iki tikili mövcuddur. İddiaçı həmin ünvanda yerləşən yarımtikilinin ona ayrılmış 600 kv.m. hissədə onun tərəfindən inşa edildiyini, X12 (hüquqi varisi X26 ilə əvəz edilməklə) isə tikilinin ona məxsus olduğunu iddia edir. Məhkəmə, İddiaçı iddiasına münasibətdə ilk növbədə qeyd edir ki, iddiaçının ona məxsus olduğunu və cavabdehlər tərəfindən zəbt edildiyini iddia etdiyi torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə edilib-edilmədiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış, müəyyən edilmişdir ki, 600,0 kv.m. torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlər təqdim edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə atası X10 məxsus olan həyətyanı sahədən 600 kv.m. fərdi ev tikmək üçün torpaq sahəsinin ona ayrılması barədə qərar təqdim edilsə də, ayrılmış torpaq sahəsinin harada yerləşməsinə dair çizgi planını təqdim etməmişdir. Yəni qeyd olunan torpaq sahəsinin torpağın hansı hissəsində ayrılması və yerləşməsi barədə məhkəməyə sübut təqdim olunmamışdır. İddiaçıya ümumi həyətyanı sahədən ayrılmış 600 kv. metr torpaq sahəsinin yerləşmə yeri naturada müəyyən edilə bilmədiyindən, iddiaçının faktiki olaraq göstərməklə cavabdehlərin çıxarılması iddia olunan torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı eyni zamanda öz tələbində cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv m torpaq sahəsində, yeni inşa etdiyi fərdi evdən çıxarılmalarını xahiş edir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X10 Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında ayrılmış torpaq sahəsinin 600 kv.m. hissəsi İddiaçı ayrılsa da, həmin torpağın hansı hissədə yerləşdiyi və tikilinin də məhz həmin hissədə inşa olunduğuna dair iddiaçının dəlili öz təsdiqini tapmamışdır. Bununla belə, tikilinin məhz İddiaçı tərəfindən inşa etdirilməsini yalnız onun vəsatəti ilə dəvət edilmiş şahidlər təsdiq etmiş, məhkəmə, onun maraq və mənafeyinə uyğun verilməklə işin tədqiq edilən halları ilə uyğunlaşmayan şahid ifadələrini iddianın təmin edilməsi üçün kifayət hesab etməmişdir. Bununla yanaşı, sözügedən yeni tikili yaşayışa yararlı olmamaqla, hörgü divarlarından ibarətdir. Hətta məhz sözügedən tikili iddiaçının iddia etdiyi torpaq sahəsində olsaydı belə həmin tikilidə hər hansı yaşayış olmadığından, iddiaçının təəbi həmin hissədə də təmin edilə bilməzdir. Nəzərə alınmalıdır ki, iddianın təmin olunması özündə pozulmuş hüquqların bərpasını ehtiva edir. Hazırda iddiaçının göstərilən tələb üzrə hüquqlarının pozulmasına dair iddiası öz təsdiqini tapmadığından, iddia həmin hissədə də təmin olunmamalıdır. İddiaçı, həmçinin, ona vurulduğunu iddia etdiyi 15000,0 manat maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25000,0 əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbinin bu hissəsini araşdıraraq hesab edir ki, iddianın tələbinin bu hissəsi törəmə hüquq münasibəti olub, cavabdehlərin torpaq və yaşayış sahəsindən çıxarılmasına dair iddia tələbindən törəndiyindən, iddia tələbləri həmin hissələrdə təmin edilməməli olduğundan, iddia tələbinin göstərilən hissələri də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 (X4 hüquqi varisi) iddiasını araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin iş üzrə artıq araşdırılaraq müəyyən edilmiş hallardan görünür ki, sözügedən tikili yarımçıq və yaşayış üçün yararsız olmaqla, hər hansı şəxs tərəfindən zəbt edilməmişdir. Həmçinin, iddiaçı sözügedən tikilinin onun tərəfindən inşa edilməsinə dair öz dəlillərini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun bu dəlilini yalnız məhkəmə iclasında onun vəsatəti ilə məhkəmədə ifadə vermiş şahidlər təsdiq etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şahid ifadəsində verilən məlumatlar sübutlarla təqdim edilsəydi bu məlumatlar digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənatə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər inandırıcı olmamış, məhkəmə, işin tədqiq edilən halları ilə uyğunlaşmayan şahid ifadələrini iddianın təmin edilməsi üçün kifayət hesab etməmişdir. Müstəqil tələb irəli sürən iddiaçı mübahisəli tikilinin mülkiyyətçisi deyildir. Ona görə də iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçının mövcud iddiası əsassızdır. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Bəyəli Hacıyevin hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli tikilinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli tikilinin məhz ona məxsus olduğunu və ya tikili ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən tikilinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən iddiaçının mübahisəsini etdiyi tikiliyə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə bütün qeyd edilənlərə əsasən hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X17 (X4 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddisı, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X17 (X4 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X17 (X4 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənEmin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-60/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-60/2023
23.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver