Məhkəmə qərarları › İş №2(003)-600/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-600/2024

12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-600/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməsi, vərəsəlikdən məhrum etmə və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməsi, vərəsəlikdən məhrum etmə və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx.xx.*985-ci il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə elan edilməsi və vərəsəlikdən məhrum edilməsi barədə, cavabdeh xx.xx.*985-ci il təvəllüdlü Cavabdeh doğum haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək soyadının, ata və ana adının, qrafasında dəyişiklik edilməsi, yəni həmin şəxsi dünyaya gətirən öz valideynlərinin adlarının yazılması barədə, iddia ərizəsinin tərtib edərkən dövlət rüsumu olaraq "xxxx" ASC-yə ödədiyi 50 manat nağd pulun Cavabdeh alınıb ona ödənilməs barədə, məhkəməyə müraciət etməmişdən əvvəlilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 8 saylı Mediasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 56 manat nağd pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X*2 ilə *8 iyul *978-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 356 №-li akt qeydi əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onun mərhum həyat yoldaşı X*2 ilə evliliyi müddətində 7 il ərzində övladları anadan olmamışdır. Onlar ailələrində tənhalığın olmaması üçün onların valideynlərinin təkidi ilə onun X*3 ilə evli olan bacısı Əzimova (Mərdanova) Güldanə Ağaverdi qızının xx.xx.*985-ci ildə anadan olmuş oğlunu övladlığa götürməyə qərar vermişlər. Həmin oğlan uşağı Mərdəkan doğum evində anadan olmuşdur. Onlar uşağı doğum evindən uşağın valideynlərinin razılığı ilə özlərinin evlərinə gətirmişlər. Onlar xx.xx.*985-ci il təvəllüdlü oğlan uşağına onun mərhum qayınatası Xeybərin adını qoymuşlar. Uşağın doğum haqqında şəhadətnaməsində soyad qrafasında Əhmədov, ad qrafasında Xeybər, ata adı qrafasında Faiq, ana adı qrafasında isə Nəcibə yazılmışdır. Həyat yoldaşı X*2 ilə o xx.xx.*985-ci il təvəllüdlü Cavabdeh bütün təminatlarını öz doğma övladları kimi ən yüksək səviyyədə təmin etmişlər və X9 böyüdüb boya-başa çatdırmışlar. Onların evliliyinin *5-ci ilində Şirvanxanım adlı qız övladları anadan olmuşdur. Xeybər orta məktəbi bitirmiş və peşə məktəbini oxumuşdur. Onlar valideyn olaraq ən yüksək səviyyədə X*0 bir uşağın yaşaması üçün lazım olan bütün xidmətlə göstərmişlər.Onun mərhum həyat yoldaşı X*2 20.0*.*985-ci il tarixdə mədə xərçəngi xəstəliyindən vəfat etmişdir. O, tək qadın olaraq xx.xx.*985-ci il təvəllüdlü Cavabdeh böyütmüşdür. O, 2007-ci ildə Cavabdeh hərbi xidmətə yola salmışdır. Cavabdeh hərbi xidmətdən qayıtdıqdan sonra o, Cavabdeh toy mərasimini təşkil etmiş, Cavabdeh X7 ilə evləndirmişdir. Onların 05.*2.20*5-ci il təvəllüdlü Faiq adı övladları anadan olmuşdur. Onun cavabdeh X*2 ilə münasibəti daima normal olmuşdur. Cavabdeh xərbi xidmətdə qayıtdıqdan sonra spirtli içkinin aludəçisi olmuş və narkotik və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Cavabdeh ona və həyat yoldaşı X5 qarşı həddindən artıq dərəcədə şiddət göstərməyə başlamışdır. Cavabdeh onları döymüş və əxlaqsız küçə söyüşləri ilə təhqir etmiş, onların üzərinə bıçaq çəkmiş, küt əşyalarl onları döymüş, evdə olan bütün əşyaları şəxsi məqsədləri üçün satmışdır, narkotik və psixotrop maddələr almaq üçün xərcləmişdir. Cavabdeh onu öldürməklə hədələmişdir. O, qorxusundan evdən qaçıb getmişdir. Onun öz şəxsi evi olduğu halda o, hazırda Cavabdeh əxlaqsız və özbaşına hərəkətləri və pis vərdişləri ucbatından gizli ünvanlarda tənha olaraq kirayə qalır. O, Cavabdeh naktokit və psixotrop maddələrin istifadəçisi olduğuna görə həmin şəxsin barəsində qanuni tədbirlərin görülməsi üçün Azərbaycan Republikasının Daxili İşlər Nazirliyinə, Bakı şəhəri Baş Polis İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə şikayət ərizələri ilə çoxsaylı müraciətlər etmişdir. X2 Cavabdeh ona qarşı şiddət göstərdiyinə, həmin şəxsin spirtli içki aludəçisi və narkotik və psixotrop maddələrin istifadəçisi olduğuna görə nikahın pozulması barədə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.0*.2023-cü il tarixli, 2(0*0)-*46/2023 saylı qətnaməsi ilə həmin şəxslərin nikahı pozulmuşdur. Hazırda Cavabdeh tüfeyli həyat tərzi keçirir və onu öz evinə buraxmır. Cavabdeh həmin şəxsi böyüdüb boşa-başa çatdıran bir ana kimi ona hörmət qoymur, onu küçə söyüşləri ilə təhqir edir, onu öldürəcəyi ilə bağlı hədə-qorxu gəlir. Onlar Cavabdeh narkotik və psixotrop maddələrdən uzaq durması üçün müalicə alması məqsədi ilə 0*.04.2020-ci il tarixdən *8.06.2020-ci il tarixədək Maştağada yerləşən Respublika Narkoloji Mərkəzinə yerləşdirmişlər. Cavabdeh oradan qaçmışdır. 24.*0.2020-ci il tarixdə Cavabdeh qarın nahiyəsini və qollarını bıçaqla doğrayıb kəsmişdir. Onlar Cavabdeh öz bədəninə yetirdiyi xəsarətlərə görə tibbi yardım göstərilməsi üçün Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirmişlər. Cavabdeh göstərilən bütün qayğılara baxmayaraq bugünə qədər özünü doğrultmamışdır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən və onun mərhum həyat yoldaşından miras qalan torpaq sahələrini və onun aldığı maşını hissələrəbölərək bazar dəyərindən də ucuz qiymətə satıb öz şəxsi məqsədləri üçün və narkotik və psixotrop maddə almaq üçün xərcləmişdir. Hazırda onun həyatı real təhlükə altındadır. Onun yaşlı qadın olmasından və tək və köməksiz vəziyyətdə olmasından istifadə edən Cavabdeh onu öz evinə buraxmır və onu öldürməklə hədələyir. O, evinə getmək istəyəndə Cavabdeh həyətdə saxladığı itləri onun üzərinə buraxır. Onun yaşamaq üçün başqa evi yoxdur. O, çarəsiz vəziyyətdə qalmışdır və gizli ünvanlarda kirayə qalır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh barəsində Bakı Şəhər Baş Polis İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə, 3 saylı Şəhər Klinik Xəstəxanasına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X*9, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*7 X20 X*9 sorğular göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X*7 0*.02.2024-cü il tarixli, *9/5*-*287 nömrəli məktubuna əsasən Cavabdeh 0*.04.2020-24.*0.2020-ci il tarixdə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X*8 könüllü surətdə “Opoid qəbulu nəticəsində asılılıq sindiromu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*7 X20 X*7 xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh cərrahiyyə şöbəsində 24.*0.2020-ci il tarixdə, saat *0:20-də “Qarının ön divarının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası. Sol saidin kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə stasionar müalicə almış, 02.**.2020-ci il tarixdə evə buraxılmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Xİ-ЖГ seriyalı, 302953 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.*985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə həmin şəxsin atası X*2, anası X3 göstərilmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin 23 sentyabr 2022-ci il tarixli, 05/69- *404 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh və X* nikahı haqqında *8 iyul *978-ci il tarixdə 356 №-li akt tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Nikaha 20.0*.2005-ci il tarixdə F.Cavabdeh ölməsi ilə bağlı xitam verilmişdir. AZ-İ seriyalı, *27*5* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 20.0*.2005-ci ildə ölmüşdür. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*46/2023 nömrəli, 24.0*.2023cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 04 iyun 20*3- cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 569 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə X4 birgə nikahlarından doğulmuş 05 dekabr 20*5-ci il təvəllüdlü X*2 boşanmadan sonra anası X4 yanında qalması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi *00 (bir yüz) manat məbləğində pulun Cavabdeh iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh və X3 *8 iyul *978-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh xx.xx.*985-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə həmin şəxsin atası X*2, anası İddiaçı göstərilmişdir. X*2 20.0*.2005-ci ildə vəfat etmişdir. Hazırda İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə elan edilməsini və vərəsəlikdən məhrum edilməsini, Cavabdeh doğum haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini, doğum haqqında şəhadətnamədə Cavabdeh həqiqi valideynlərinin yazılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin **37-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə iddiaçının Cavabdeh ləyaqətsiz vərəsə elan edilməsi və vərəsəlikdən məhrum edilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçı tərəfindən Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi üçün sübutlar təqdim edilsə də, həmin sübutlarda bu tələbin təmin edilməsi üçün əsas qanunvericilkdə nəzərdə tutulmamışdır və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün qaunvericiliklə nəzərdə tutulmuş hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 46.*-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.*-ci maddəsinə əsasən bu Məcəllənin 46.*-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə iddiaçının Cavabdeh doğum haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək soyadının, ata və ana adının, qrafasında dəyişiklik edilməsi, yəni həmin şəxsi dünyaya gətirən öz valideynlərinin adlarının yazılması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Çünki həmin tələbin təmin edilməsi üçün qanunvericiklə müəyyən olunmuş əsaslar mövcud deyil. İddia tələbində cavabdehin doğum haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi aydın ifadə edilsə də, doğum haqqında şəhadətnamədə valideynlər qismində hansı şəxslərin göstərilməsi iddia tələbində əks olunmamışdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməsi, vərəsəlikdən məhrum etmə və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar