Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-601/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pul məbləğinin və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sentyabr ayında onun tərəfindən əvvəllər tanıdığı X2 vasitəçiliyi ilə X1 9150 manat dəyərində qızıl-zinət əşyası vermişdir. Həmin şəxs 4150 manat ödəmiş, 5000 manat borclu qalmışdır. Tərəfindən Xəzər RPİ-nin 1-ci polis şöbəsinə müraciət edilmiş, polis şöbəsində izahatı alınmış X5 və Cavabdeh 5000 manat borclu qaldığını təsdiq etmişdir. Xəzər RPİ-nin 1-ci polis şöbəsinin təhqiqatçısı polis mayoru İman İmranovun 12 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Hal-hazıradək dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh tərəfindən 5000 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icraata Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, ev 88-də yaşayan vət. İddiaçı ərizəsi daxil olmuşdur. Ərizədə vət. İddiaçı bildirmişdir ki, tanışı Gülnarə ondan 5000(beş min) manat dəyərində qızıl götürərək lombarda qoymuş ona qarşı dələduzluq etmişdir. Ərizəsinin sonunda İddiaçı Gülnarənin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı İddiaçı bildirmişdir ki, tanışı Gülnarə ondan 5000 (beş min) manat dəyərində qızəlı götürərək lombarda qoymuş və ona qarşı dələduzluq etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı X4 izahat verərək bildirmişdir ki, qohumu Sədaqət qızıl alveri ilə məşğuldur və dəfələrlə onunla qızıl alveri etmişdir. Sonuncu dəfə gətirdiyi qızıl xoşuna gəlmədiyi üçün qızılları Sədaqətində tanıdığı rəfiqəsi Lyudmila qızılları götürdü və pulunu hissə-hissə ödəyir. Aparılmış təhqiqat araşdırması zamanı X3 izahat verərək bidirmişdir ki,Gülnarənin vasitəçiliyi ilə Sədaqətdən 9150 manata qızıl almış pulunu ödəmiş və 5000 man borcu qalmışdır. Ərizədə göstərilənlərin onlara qarşı şər və böhtan olduğunu bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 2022-ci ilin sentyabr ayında iddiaçı tərəfindən cavabdeh X1 9150 manat dəyərində qızıl-zinət əşyası verilmiş, cavabdeh borcundan 4150 manat ödəmişdir. Onun iddiaçıya 5000 manat borclu qalmışdır. İddiaçı Xəzər RPİ-nin 1-ci polis şöbəsinə müraciət etmiş, polis şöbəsində izahatı alınmış Cavabdeh İddiaçı 5000 manat borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2- ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 433.1 -ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin qeyd olunan normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-601/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-601/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver