Məhkəmə qərarları › İş №2(003)-61/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-61/2024

08.05.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-61/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı bağ sahəsindən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında Əzizbəyov rayonunun (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində yerləşən 1623 nömrəli 0,24 ha sahəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onun həmin bağ sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcmini artıraraq məhkəmədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onun Xəzər rayonu Mərdəkan qəsəbəsi 1623 nömrəli bağa mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı bağ sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1623a nömrəli 0,12 ha bağ sahəsindən iddiaçının və onun ailə üzvlərinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək ilkin iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 oğlunun vəkili Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, iddiaçı ilkin iddia üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və digər tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etdiyi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, Cavabdeh2 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh ilkin və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiklərindən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi geri qaytarılmalı, ödənilmiş dövlət rüsumları geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 260, 263-264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı müqavilələrin bağlanması tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı bağ sahəsindən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 25,0 manatı İddiaçı, qalan 25,0 manat məbləğində pul isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. İddiaçı tərəfindən “eManat” vasitəsi ilə (1.Terminal nömrəsi: 1313, əməliyyat nömrəsi: **********, qəbzin nömrəsi: 42941, 2.Terminal nömrəsi: 1313, əməliyyat nömrəsi: **********, qəbzin nömrəsi: 42942) xx.xx.2023-cü il tarixdə ödənilmiş 70 (yetmiş) və 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumları dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar