Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-611/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə 00/1208/İPK saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatından 24 ay müddətinə, illik 29%-lə 3200 (üç min iki yüz) manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə bağlanan zaman Cavabdeh (cavabdeh) X3 da zamin qismində bu işə cəlb edərək, onunla xx.xx.2015-ci il tarixli 00/1208/1PK saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borclu (cavabdeh) aldığı krediti vaxtlıvaxtında ödəmədiyi üçün, kreditorun tələbi ilə zamin kimi X5 xx xxxxxx 2020-ci il tarixdə onun əvəzindən kreditora , yəni "xxxx" MMC-yə 1000(bir min) AZN məbləğində pul vəsaiti ödəmişdir. Onun əvəzindən ödənilmiş məbləği iddıaçıya qaytarılması dəfələrlə xahiş və tələb edilsə də, cavabdeh nəinki borcunu qaytarmır, ona verəsi pulunun olmadığını bildirir, pulu olanda qaytaracağı barədə qeyri-müəyyən vədlər verir. Hərəkətlərindən belə görünür ki, cavabdeh onun əvəzindən zamin tərəfindən banka ödənilmiş pulu iddiaçıya qaytarmaq niyyətində deyil. Cavabdeh onun əvəzindən iddiaçının çəkdiyi xərcləri ona könüllü ödəmədiyi üçün iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən onun əvəzindən banka ödənilmiş 1000 (bir min) manat kredit borcu, habelə Azərbaycan Respublikası MPM-nin 119 və 121-ci maddələrinə əsasən məhkəmə xərcləri və vəkil xidmətinin xərcləru tutularaq iddiaçıya ödənilməlidir. Bu xərclərə vəkil xidmətinə və bank xidmətinə görə ödənilmiş 211 manat, etibarnamə verilməsi üçün 11 manat 50 qəpik, dövlət rüsumu və bank xidmətinə görə 30 manat 40 qəpik daxildir. Ona görə də Cavabdeh, onun əvəzindən iddiaçının banka ödədiyi 1000 manat, 210 manat vəkil xidməti haqqı, 30 manat dövlət rüsumunun, 1 manat 40 qəpik bank xidməti haqqının, etibarnamə verilməsi üçün 11 manat 50 qəpik, cəmi 1252,90 manat pul vəsaitinin alınaraq (tutularaq) iddiaçı X4 verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, həqiqətən də o, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatından 24 ay müddətinə, illik 29%-lə 3200 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə bağlanan zaman Cavabdeh (cavabdeh) X3 da zamin qismində bu işə cəlb edilmişdir. Maddi imkanın çətin olduğundan cəmiyyətə borclu qaldığı 1000 manat pulu onun əvəzinə iddiaçı ödəmişdir. Lakin, o Seyid Seyidəliyevin onun əvəzindən borcunu ödəməsini xahiş etməmişdir. O, özü imkanı olanda borcunu cəmiyyətə ödəyəcəkdi. Hazırda borcunu tam ödəyə bilmir. İmkanı olanda 1000,0 manat borcunu iddiaçıya ödəyəcəkdir. Cavabdeh iddia tələbinin “210 manat vəkil xidməti haqqı”nın da ondan tutulmasına etiraz etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 00/1208/İPK saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatından 24 ay müddətinə, illik 299 -lə 3200 (üç min iki yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş X5 ilə Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 00/1208/İPK saylı zaminlik müqaviləsindən görünür ki, müqaviləyə əsasən X1 Habil Qənbər oğlunun "xxxx" MMC Bank olmayan Kredit Təşkilatından götürdüyü kredit məbləğinin təminatı kimi zaminliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən aydın olur ki, “Cavabdeh ilə “xxxx” MMC arasında bağlanınış xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 00/1208/İPK saylı kredit müqaviləsinin təminatı kimi, X5 ilə “xxxx” MMC arasında bağlanan 00/1208/İPK saylı, xx.xx.2015-ci il zaminlik müqaviləsi üzrə zaminliyinizə xitam verilmişdir və “xxxx” MMC qarşısında zamin kimi heç bir öhdəliyi qalmamışdır.” İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına 1000 manat məbləöində pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən 3200 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə bağlanan zaman X3 da zamin qismində həmin müqaviləni imzalamışdır. Kredit müqaviləsi üzrə borclu (cavabdeh) aldığı krediti vaxtlı-vaxtında ödəmədiyi üçün, kreditorun tələbi ilə zamin kimi X5 xx xxxxxx 2020-ci il tarixdə onun əvəzindən kreditora , yəni "xxxx" MMC-yə 1000 AZN məbləğində pul vəsaiti ödəmişdir. Onun əvəzindən ödənilmiş məbləği iddıaçıya qaytarılması dəfələrlə xahiş və tələb edilsə də, cavabdeh borcunu qaytarmamışdır. Cavabdeh X2 onun "xxxx" MMC-yə qalan 1000,0 manat borcunu ödədiyini etiraf etmişdir. . Göründüyü kimi, cavabdehin kredit öhdəliyinin bir hissəsinin zamin, yəni hazırki iş üzrə iddiaçı olan X5 tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə “xxxx” MMC-yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı “xxxx” MMC qarşısında olan Cavabdeh pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, iddiaçı onunla birlikdə “xxxx” MMC qarşısında birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında “xxxx” MMC kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı zamin kimi cavabdehin əvəzinə öhdəliyi icra etdiyindən, cavabdehdən kreditora ödənilmiş məbləği tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə həmçinin iddianın 11,50 (on bir manat əlli qəpik) manat məbləğində notariat xərclərinin (etibarnamənin təsdiq edilməsi üçün) cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan notariat xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş notariat xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkil xidmətindən istifadə etdiyi üçün çəkdiyi 210,0 manat xərcin və 1,0 manat bank xidmət haqqının cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərc ağlabatan olmadığından, iddiaçının tələb etdiyi 210 manat vəkilin xidmət haqqı və həmin məbləğə görə bnka ödənilən 1 manat xidmət haqqı iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi (Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon sektorunun xx.xx.2020-ci il tarixli, 1855 saylı arayışı) İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi Sabunçu qəsəbəsində məskunlaşmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min manat) pul və 11,50 (on bir manat, əlli qəpik) manat məbləğində notariat xərci tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-611/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-611/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver