Məhkəmə qərarları › İş №2(003)-623/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-623/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-623/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı5, İddiaçı, həmçinin İddiaçı3 nümayəndəsi İddiaçı4, İddiaçı2 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı naturada bölgü və mənzilin açıq hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçılar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin naturada bölgüsü, bu mümkün olmasa evin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına uyğun şəkildə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı5, iddiaçı, həmçinin İddiaçı3 nümayəndəsi İddiaçı4, İddiaçı2 nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, cavabdehlə aralarındakı mübahisəni sülh yolu ilə həll etdiklərini, bu səbəbdən iddia tələblərindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaçıların dediklərini təsdiq edərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, mülki işin materiallarını və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı naturada bölgü və mənzilin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iş üzrə çəkilmiş məhkəmə xərcləri barədə məsələ də həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. İddiaçıların iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyti vaxt ödədiyi dövlət rüsumu onların özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardadda məhkəmə işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 100,0 manat və qiymətləndirmə ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 300,0 manat təşkil edir. İddiaçılar mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 100,0 manat və qiymətləndirmə ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 300,0 manat ekspertiza xərci tərəflər arasında mütənasib bölünməklə onlardan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 100,0 (yüz) manat məhkəmə tikinti-texniki ekspertizasının xərcinin 50,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edirki, 300,0 (üç yüz) manat qiymətləndirmə ekspertizasının xərcinin 150,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada, 150 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin (İcraçının VÖEN-i **********, UniBank KB-nın 11 saylı Dərnəgül filialı, KOD 502058 VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h: AZ46NABZ********************, müştərinin hesab №AZ65UBAZ**********0060AZN001) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı naturada bölgü və mənzilin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. 100,0 (yüz) manat məhkəmə tikinti-texniki ekspertizasının xərcinin 50,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. 300,0 (üç yüz) manat qiymətləndirmə ekspertizasının xərcinin 150,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada, 150 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin (İcraçının VÖEN-i **********, UniBank KB-nın 11 saylı Dərnəgül filialı, KOD 502058 VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h: AZ46NABZ********************, müştərinin hesab №AZ65UBAZ**********0060AZN001) hesabına keçirilsin. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar