Məhkəmə qərarları › İş №2(003)-630/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-630/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-630/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X8 və X6 qarşı bağ sahəsindən, bağ evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması və onlardan istifadəyə görə pul tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh Firuddin oğlunun cavabdeh İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ilkin iddia ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən verilmiş **********18-11301 №-li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanda yerləşən, onun tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdeh xx.xx.1974-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və daimi orada ailəsi ilə yaşayan Cavabdeh Məhəmmədəli oğlunun məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından onun icazəsi olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində ona vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatəti ilə X8 və X9 cavabdeh qismində işə cəlb olunmuşlar. Daha sonra ilkin iddia üzrə İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********61-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2021-ci il tarix üçün son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində pul vəsaitinin, ilkin iddiaya əlavə olaraq, xx.xx.2021-ci il tarixdən bu günə kimi, yəni 2021-2022-ci illər ərzində on bir ay müddətində də bağ evindən, bağ sahəsindən və orada olan meyvə ağaclarının barından özbaşınalıqla və icazəsi olmadan istifadəyə görə, hər ay üçün 400 manat, yəni cəmi 4400 manat məbləğində pul vəsaitinin də, yəni ümumilikdə 15200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh, X8 və X3 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2021-ci il tarix üçün son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi, xx.xx.2021-ci il tarixdən bu günə kimi, yəni 2021-2022-ci illər ərzində on bir ay müddətində də bağ evindən, bağ sahəsindən və orada olan meyvə ağaclarının barından özbaşınalıqla və icazəsi olmadan istifadəyə görə, hər ay üçün 400 manat, ümumilikdə 15200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş - **********18-11301 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanında yerləşən 0,1660 ha torpaq sahəsi və onun üzərində yerləşən 30,10 kv/m bağ evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur və xx.xx.2020-ci il tarixli, ********** sayla qeydiyyata alınmışdır. Göstərdiyi xüsusi mülkiyyət həyat yoldaşı X7 adına olmuşdur. O, xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra həmin mülkiyyət mövcud qanunvericilik əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh, xx.xx.1974-cü il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan və daimi orada ailəsi ilə yaşayan Cavabdeh Məhəmmədəli oğlu onun mərhum həyat yoldaşı X7 uzaq qohumudur. Bir neçə il öncə Cavabdeh müvəqqəti olaraq bağ evindən istifadə etməyi xahiş etmişdir. X21 ağır yataq xəstəsi olduğu üçün göstərilən bağ evindən istifadə etmirdilər. Bu səbəbə bağ və bağ sahəsi ilə bağ evi sahibsiz qalmasın deyə istifadə etmək üçün Rauf Sultanov Cavabdeh müvəqqəti olaraq razılıq vermişdir. xx.xx.2018-ci il tarixdə X21 vəfat etdikdən sonra, o, Cavabdeh dərhal bağ sahəsini və bağ evini boşaltmağı tələb etmişdir. Cavabdeh əvvəlcə tələbinə razılıq versə də, sonradan əsası olmayan müxtəlif bəhanələr gətirərək haqlı tələbini yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinə dair və bağ sahəsi ilə bağ evini boşaltması üçün bir neçə dəfə polis şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh isə bu müraciətlərindən narazı qaldığı üçün, heç bir halda bağ sahəsini və bağ evini tərk etməyəcəyini bildirərək, əgər qanunla buna məcbur edilərsə, bağ sahəsindəki ağacları məhv edəcəyini, bağ evini, hasarı söküb dağıdacağını və tam yararsız hala gətirəcəyini bildirmişdir. Xüsusi mülkiyyəti olan bağ evindən, bağ sahəsindən və orada olan çoxsaylı müxtəlif bar verən meyvə ağaclarının bəhrəsindən Cavabdeh daimi olaraq son üç ildə onun icazəsi olmadan, yəni özbaşınalıq etməklə istədiyi kimi özünün və ailə üzvlərinin xeyrinə istifadə etmiş və bu qanunsuz hərəkətləri ilə faktiki olaraq onu öz qanuni mülkiyyətindən, əmlakından istifadə etməkdən məhrum etmişdir. Cavabdeh özünün bu qanunsuz hərəkətləri ilə ona müəyyən məbləğdə qiymətləndirilə biləcək maddi ziyan vurmuşdur və o, məhkəmə qaydasında cavabdeh tərəfindən vurulmuş maddi ziyanı, son üç ildə, yəni 36 ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsini hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində qiymətləndirir. Bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı müxtəlif meyvə ağaclarından istifadə etmək barədə cavabdehə heç bir icazə verməmiş, aralarında nə şifahi, nə də yazılı heç bir razılıq olmamışdır, əksinə mütəmadi olaraq cavabdehdən öz qanunsuz hərəkətlərini dayandırmağı və dərhal onun xüsusi mülkiyyəti olan bağ sahəsini və bağ evini tərk etməyi tələb etmiş, hətta yuxarıda göstərdiyi kimi polisə də müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, ilkin İddiaçı Bakı şəhəri. Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinə və bağ evinə görə ödədiyi 3000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən əmlakı ilkin İddiaçı mərhum əri X10 2001-ci ildə aralarında olan alqı-satqıya görə ona satmışdır. Həmin bağ sahəsinə görə tərəfindən Rauf Sultanova 3000 ABŞ dolları məbləğində pul ödəniş edilmişdir. Bundan sonra isə X10 xx.xx.2009-cu il tarixdə 10 il müddətinə bütün hərəkətlərin edilməsi barədə ona notarial etibarnamə vermişdir. xx.xx.2018-ci ildə X10 vəfat etmişdir. Rauf Sultanovun qanun üzrə vərəsəsi, yəni ilkin iddiaçı əri ilə aralarında olan razılaşmanı bildiyi halda vərəsəlik hüququndan istifadə edərək həmin sahəni ondan xəbərsiz özəlləşdirmiş və eyni zamanda DƏDRX-dən çıxarış alaraq ona qarşı sözügedən iddianı qaldırmışdır. Bu halda aşağıda qeyd olunan suallar yaranır. Həmin torpaq sahəsi ona satılmamışdısa niyə 20 ildən çoxdur onun istifadəsindədir və həmin torpaq sahəsinə mütəmadi xərc çəkməyinə göz yumulmuşdur? Həmin torpaq sahəsi iddiaçının ailəsinə məxsus idisə mərhum X10 nikahda olduğu arvadı olduğu halda həmin əmlakın özəlləşdirməsi üçün nəyə görə ona etibarnamə vermək məcburiyyətində qalmışdı? Həmin torpaq sahəsi 2001-ci ildə 3000 ABŞ dollarına ona satılmışdır. Qohumluq əlaqələri əmisi oğlu ilə yaxşı olduğu üçün həmin mənzil tərəfindən özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin sahəni öz mülkiyyəti kimi istifadə edərək orada tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, həmin sahənin hasarı olmadığı üçün tərəfindən 150 metr uzunluğunda daş hasar çəkilmiş, quyu inşa edilmiş və digər işlər görülmüşdür. Həmin işlərin dəyəri təxmini 40.000 manat təşkil edir. Həmin torpaq sahəsinə çəkdiyi xərc tərəfindən tam hesablandıqdan sonra iddia həcmi tərəfindən artırılacaqdır. İddiaçı onun xeyrinə 2001-ci ildə ödədiyi 3000 ABŞ dolları məbləğində pul onun xeyrinə tutulmalıdır. Daha sonra Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı Bakı şəhəri Xəzər rayonu Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinə və bağ evinə görə ödədiyi 3000 ABŞ dolları məbləğində pulun və həmin bağ sahəsinin təmiri, tikintisi və digər tərəfindən çəkilən xərclərin əvəzi 40000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianı qəbul etməyərək qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, qarşılıqlı iddiaya etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh ilkin iddia ərizəsini aldığı gündən 20 gün yox, təxminən 320 gün keçdikdən sonra özünün “qarşılıqlı iddia ərizəsi”ni məhkəməyə təqdim etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, onun iddiası ilə bağlı Xətai rayon Məhkəməsində 2(011)-2822/2021 saylı mülki işə baxılarkən, 05 mart 2021-ci il tarixdə keçirilən hazırlıq məhkəmə iclasında hakim Sərdar Mehrəliyev tərəfindən məhkəmə zalında Cavabdeh imza etdirməklə iddia ərizəsinin surəti verilmişdir. Həmin 2(011)- 2822/2021 saylı mülki iş Xətai rayon Məhkəməsi tərəfindən qanuvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə göndərilərək Nəsimi rayon Məhkəməsində 2(006)- 3444/2021 sayla davam etdirilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə davam etdirilməsi üçün Sabunçu rayon Məhkəməsinə yönləndirilimişdir. Oradan isə Xəzər rayon Məhkəməsinə göndərilərək hal-hazırda davam etdirilir. Cavabdehla onun nümayəndəsi və vəkili Vəkil1 2021-ci ilin iyul-sentyabr aylarında Sabunçu rayon Məhkəməsində keçirilmiş bütün məhkəmə iclaslarında hər ikisi davamlı olaraq iştirak etmişlər və ərizələri, sənədləri, arayışlar, vəsatəti məhkəməyə təqdim edərək mülki işin baxılmasının davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Xəzər rayon Məhkəməsinə göndərilməsini məhz onlar xahiş etmişlər. Lakin ilkin iddia ərizəsini aldığı gündən 11 ay keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh “qarşılıqlı iddia ərizəsi”ni məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianı qəbul etməyərək qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak etmiş ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianı qəbul etməyərək ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak etmiş ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianı qəbul etməyərək ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia tələbi üzrə cavabdeh X8 ilkin iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisələndirilən əmlakı ilkin İddiaçı mərhum əri X10 2001-ci ildə yoldaşı İlqarla aralarında olan alqı-satqıya görə ona satmışdır. Həmin bağ sahəsinə görə İlqar tərəfindən Rauf Sultanova 3000 ABŞ dolları məbləğində pul ödəniş edilmişdir. Bundan sonra isə X10 xx.xx.2009-cu il tarixdə 10 il müddətinə bütün hərəkətlərin edilməsi barədə ona notarial etibarnamə vermişdir. xx.xx.2018-ci ildə X10 vəfat etmişdir. Rauf Sultanovun qanun üzrə vərəsəsi yəni ilkin iddiaçı əri ilə aralarında olan razılaşmanı bildiyi halda vərəsəlik hüququndan istifadə edərək həmin sahəni İlqardan xəbərsiz özəlləşdirmiş və eyni zamanda DƏDRX-dən çıxarış alaraq ona qarşı sözügedən iddianı qaldırmışdır. Həmin torpaq sahəsi 20 ildən çoxdur İlqarın istifadəsindədir və həmin torpaq sahəsinə mütəmadi xərc çəkmişdir. İlqarın qohumluq əlaqələri əmisi oğlu ilə yaxşı olduğu üçün həmin bağ evi tərəfindən özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin sahəni öz mülkiyyəti kimi istifadə edərək orada tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, həmin sahənin hasarı olmadığı üçün İlqar tərəfindən 150 metr uzunluğunda daş hasar çəkilmiş, quyu inşa edilmiş, otaq artırılmış və digər işlər görülmüşdür. Həmin işlərin dəyəri təxmini 40.000 manat təşkil edir. Bağ sahəsi 20 ildən çoxdur İlqarın istifadəsindədir. Bağda o, İlqar və Məhərrəm qalır. İlqarın əmisi oğlu ilə əlaqəsi yaxşı olduğu üçün həm də sırf səhlənkarlığı ucbatından həmin mənzil özəlləşdirilməmişdir. Soltanın uşaqları o bağa gəlməmişlər. Bütün qohumlar bildirdi ki, bu bağ İlqara məxsusdur. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonrakı iclasında cavabdeh qismində cəlb edilərək məhkəmə iclasında iştirak etmiş ilkin iddia tələbi üzrə cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun qaynıdır. Mübahisəli bağı qayınatası Firuddin və arvadının əmisi Soltan anaları üçün almışlar. İlqar onun qayınatası ilə həmişə o bağda qalmış, onlar isə arada gedib-gəlmişlər. Soltanın ailəsi, uşaqları heç vaxt o bağa getməmişlər. Bağın sənədləri Soltanın adına rəsmləşdirilmiş, lakin ümumi istifadədə olmuşdur. Firuddin və Soltan öləndən sonra bağa baxan olmadığı üçün o, arada gedibgəlmişdir ki, bağı zəbt etməsinlər. O, bağda olan zaman Bağlar İdarəsinin əməkdaşı ona yaxınlaşıb bildirmişdir ki, bu bağın sənədlərini yeniləmək lazımdır, yoxsa dövlətin balansına keçəcək. Bağın köhnə sənədlərinin Soltanın adına olduğu üçün o, Soltanın oğlu Raufa bildirmişdir ki, gəl bu bağı sənin adına rəsmləşdirək, bütün xərci özü ödəyəcək. Rauf razılıq vermiş və bağı sonuncunun adına rəsmiləşdirmiş, lakin yenə də bağa onlar baxmış və orada İlqar qalmışdır. Sonra eşitmişdir ki, Rauf o bağı satmaq istəyir, o, da İlqarla Raufa bağı onlara satmasını təklif etmiş, onlar bağı 3000 ABŞ dollarına almağa razılaşmış və onun yanında İlqar Raufa 500 ABŞ dolları beh vermişdir. Təxminən 10 gündən sonra Rauf bağa gəlmiş, İlqar onun yanında qalan 2500 ABŞ dollarını Raufa vermiş, Rauf da bağa aid bütün hərəkətlərin edilməsi barədə İlqara etibarnamə vermişdir. O vaxtdan İlqar daimi o bağda qalmış, orada təmir işləri aparmış, bağa təxminən 40.000 manatdan çox xərc çəkmişdir. Bağ sahəsi 20 ildən çoxdur İlqarın istifadəsindədir. Bağda İlqar, arvadı Aytac və o, qalır. İlqarın əmisi oğlu ilə əlaqəsi yaxşı olduğu üçün həmin mənzil onun tərəfindən özəlləşdirilməmişdir. Soltanın uşaqları o bağa gəlməmişlər. Bütün qohumlar bilmişdir ki, bu bağ İlqara məxsusdur. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, o, bağda 1995-ci ildən yaşayır, İlqar da onun qonşusudur. Mübahisəli evdə İlqar, atası və yoldaşı yaşayıblar. Təxminən 2002-ci illərdə İlqar evini təmir edirmiş, o, da usta kimi evin bünövrəsini, damını, dəmir və taxta işini icra etmişdir. İlqar ona 4000 ABŞ dolları usta pulu vermişdir. Evin təmir və usta pulu xərcini İlqar ödəmişdir. O, Raufu və Nailəni tanımır və həmin bağda görməmişdir. O və bütün qonşular həmin evin İlqara məxsus olduğunu bilmişlər. Həmin bağda İlqar və ailəsindən başqa heç kim olmurdu. İş üzrə şahid qismində dindirilmiş X11 məhkəmədə ifadə verərək bildirmişdir ki, İlqar onun qonşusudur. Mübahisəli evdə İlqar, atası və yoldaşı yaşayıblar. Təxminən 2001-2002-ci illərdə İlqarın evində və həyətində təmir işləri getmiş, o, da orada usta kimi işləmiş, hasar və hovuz tikmiş, şambo qazmışdır. Həmçinin evin bünövrəsini, damını, dəmir və taxta işini etmişdir. İlqar ona 3000 ABŞ dolları usta pulu vermişdir. Evin təmirini, usta pulunu, yeməyi İlqar vermişdir. O, Raufu və Nailəni tanımır və həmin bağda görməmişdir. O və bütün qonşular həmin evin İlqara məxsus olduğunu bilmişlər. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmədə ifadə verərək bildirmişdir ki, cavabdeh onun qardaşı, iddiaçı isə əmisinin gəlinidir. Mübahisəli bağı onun atası Firuddin və əmisi Soltan pul qoyub almışdılar. Nənəsi xəstə olduğu üçün iki qardaş o bağı analarının təmiz hava qəbul etməsi üçün almışdılar. O bağ boş torpaq sahəsi olmuş, sonra iki qardaş sadə ev tikib yay aylarında atası, əmisi və nənəsi ilə gedib orada qalmışlar. İlqar onun atası ilə həmişə o bağda qalmış, onlar isə arada gedib-gəlmişlər. Onun Soltan əmisinin ailəsi, uşaqları heç vaxt o bağa getməmişlər. Bağın sənədləri əmisi Soltanın adına rəsmləşdirilmiş, lakin ümumi istifadədə olmuşdur. Atası və əmisi öləndən sonra bağa baxan olmadığı üçün əri Məhərrəm arada gedib-gəlmişdir ki, bağı zəbt etməsinlər. Əri bağda olan zaman Bağlar İdarəsinin əməkdaşı ona yaxınlaşıb bildirmişdir ki, bu bağın sənədlərini yeniləmək lazımdır, yoxsa dövlətin balansına keçəcək. Əri da bağın köhnə sənədlərinin Soltanın adına olduğu üçün oğlu Raufa bildirmişdir ki, gəl bu bağı sənin adına rəsmləşdirək, bütün xərci özü ödəyəcək. Rauf razılıq vermiş və əri bağı yoldaşı Raufun adına rəsmləşdirmiş, lakin yenə də bağa onlar baxmış, orada İlqar qalmışdır. Sonra onlar eşitmişlər ki, Rauf o bağı satmaq istəyir, İlqar əri Məhərrəmlə Raufla görüşüb razılaşmışlar və o Raufa 3000 ABŞ dolları məbləğində pul ödəmiş, Rauf da ona bağa aid bütün hərəkətlərin edilməsi barədə etibarnamə vermişdir. O, vaxtdan İlqar daimi o bağda qalmış, orada təmir işləri aparıb, bağa təxminən 40.000 manatdan çox xərc çəkmişdir. Bağ sahəsi 20 ildən çoxdur İlqarın istifadəsindədir. İlqarın əmisi oğlu ilə əlaqəsi yaxşı olduğu üçün həmin mənzil onun tərəfindən özəlləşdirilməmişdir. Soltanın uşaqları o bağa gəlməmişlər. Bütün qohumlar bilmişdir ki, bu bağ İlqara məxsusdur. İlqar Raufa bağın pulunu onun əri Məhərrəmin yanında vermişdir. Bağda daimi İlqar onun arvadı Aytac və Məhərrəm qalmışlar. İş üzrə ilkin olaraq şahid qismində dindirilmiş X9 məhkəmədə ifadə verərək bildirmişdir ki, cavabdeh onun qaynıdır. Mübahisəli bağı qayınatası Firuddin və arvadının əmisi Soltan anaları üçün almışlar. İlqar onun qayınatası ilə həmişə o bağda qalmış, onlar isə arada gedib-gəlmişlər. Soltanın ailəsi, uşaqları heç vaxt o bağa getməmişlər. Bağın sənədləri Soltanın adına rəsmləşdirilmiş, lakin ümumi istifadədə olmuşdur. Firuddin və Soltan öləndən sonra bağa baxan olmadığı üçün o, arada gedib-gəlmişdir ki, bağı zəbt etməsinlər. O, bağda olan zaman Bağlar İdarəsinin əməkdaşı ona yaxınlaşıb bildirmişdir ki, bu bağın sənədlərini yeniləmək lazımdır, yoxsa dövlətin balansına keçəcək. Bağın köhnə sənədlərinin Soltanın adına olduğu üçün o, Soltanın oğlu Raufa bildirmişdir ki, gəl bu bağı sənin adına rəsmləşdirək, bütün xərci özü ödəyəcək. Rauf razılıq vermiş və bağı sonuncunun adına rəsmiləşdirmiş, lakin yenə də bağa onlar baxmış və orada İlqar qalmışdır. Sonra eşitmişdir ki, Rauf o bağı satmaq istəyir, o, da İlqarla Raufa bağı onlara satmasını təklif etmiş, onlar bağı 3000 ABŞ dollarına almağa razılaşmış və onun yanında İlqar Raufa 500 ABŞ dolları beh vermişdir. Təxminən 10 gündən sonra Rauf bağa gəlmiş, İlqar onun yanında qalan 2500 ABŞ dollarını Raufa vermiş, Rauf da bağa aid bütün hərəkətlərin edilməsi barədə İlqara etibarnamə vermişdir. O vaxtdan İlqar daimi o bağda qalmış, orada təmir işləri aparmış, bağa təxminən 40.000 manatdan çox xərc çəkmişdir. Bağ sahəsi 20 ildən çoxdur İlqarın istifadəsindədir. Bağda İlqar, arvadı Aytac və o, qalır. İlqarın əmisi oğlu ilə əlaqəsi yaxşı olduğu üçün həmin mənzil onun tərəfindən özəlləşdirilməmişdir. Soltanın uşaqları o bağa gəlməmişlər. Bütün qohumlar bilmişdir ki, bu bağ İlqara məxsusdur. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmədə ifadə verərək bildirmişdir ki, cavabdeh onun qardaşı, iddiaçı isə əmisinin gəlinidir. Mübahisəli bağı onun atası Firuddin və əmisi Soltan pul qoyub almışlar. Nənəsi xəstə olduğu üçün iki qardaş o bağı analarının təmiz hava qəbul etməsi üçün almışlar. O bağ boş torpaq sahəsi olmuş, sonra iki qardaş sadə ev tikib yay aylarında atası, əmisi və nənəsi ilə gedib qalırmışlar. İlqar atası ilə həmişə o bağda qalmış, onlar isə arada gedib-gəlmişlər. Soltan əmisinin ailəsi, uşaqları heç vaxt o bağa getməmişlər. Atası və əmisi öləndən sonra bağa yeznəsi Məhərrəm baxmışdır. Sonra eşitmişlər ki, Rauf o bağı İlqara 3000 ABŞ dollarına satıb. İlqar həmin bağda 20 ildən çoxdur ki, qalır, orada ev tikib, hovuz tikib cox işlər görüb. Bağ sahəsi 20 ildən çoxdur İlqarın istifadəsindədir. İlqarın əmisi oğlu ilə əlaqəsi yaxşı olduğu üçün həmin mənzil onun tərəfindən özəlləşdirilməmişdir. Soltanın uşaqları o bağa gəlmirdilər. Bütün qohumlar bilmişdir ki, bu bağ İlqara məxsusdur. Nailə o bağa getməmişdir. Raufun ailəsi bildirdi ki, o bağı Rauf İlqara satıb. İlqar bağı alanda ora cox pis vəziyyətdə olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən **********61-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02/205 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Vişnyovka -1, 9 hal-hazırda Albalılıq-1) bağlar sahəsi ərazisində 1620 saylı bağ Xəzər rayonu Buzovna qəsəbəsinin inzibati ərazisinin sərhədləri daxilində M.Namazov küçəsi, döngə 4-də yerləşir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10/2580 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayon, Vişnovka bağ sahəsində yerləşən torpaq sahəsinin daxilində inşa edilmiş hovuz, fərdi yaşayış evi və torpaq sahəsinin sərhədinə inşa edilmiş daş hasarın inşasına çəkilmiş xərcin ümumi dəyəri təqribən 26065,0 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, mübahisəli bağ sahəsi ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir. X20 məxsus olduğu vaxt, ilkin iddia üzrə cavabdehlərin sahibliyinə keçmiş və hazırda bağdan onlar istifadə edirlər. İlkin iddiaçı, bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı müxtəlif meyvə ağaclarından istifadə etmək barədə cavabdehə heç bir icazə vermədiyini, aralarında nə şifahi, nə də yazılı heç bir razılıq olmadığını bildirməklə yanaşı, Rauf Sultanovun xəstə olması və bağ sahəsinin sahibsiz qalmaması səbəbindən müvəqqəti Cavabdeh istifadəsinə verildiyini qeyd etmişdir ki, bu da bağ sahəsinin ilkin iddiaçının mülkiyyətinə keçənədək, keçmiş sahibinin iradə ifadəsi ilə ilkin iddia üzrə cavabdehlərin müvəqqəti sahibliyinə keçdiyini və bu sahibliyin qanuni olduğunu təsdiq edir. Bununla yanaşı ilkin iddia üzrə cavabdehlərin bağ sahəsinə mülkiyyətçi hüquqlarının əmələ gəlməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı bağın keçmiş sahibi Rauf Sultanov tərəfindən 3000 ABŞ dallarına ona satıldığını iddia etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının 3000 ABŞ dolları məbləğində pulun tutulması tələbinin əsası kimi istinad etdiyi halın (tutulması tələb olunan pulun verilməsi) təsdiqi üçün təqdim etdiyi sübutları “əsaslı şübhədən kənar” sübut saymır. Belə ki, 3000 ABŞ dolları məbləğində pulun verilməsi halını gördüyünü təsdiq edən X3 bildirdikləri qarşılıqlı iddiaçının və özünün maraq və mənafeyinə uyğun olmaqla, yanaşı yoxlanılmış sübutlarla tamamlanmamış, ifadələri dinlənilmiş şahidlər isə qaytarılması tələb olunan pul vəsaitinin onların bilavasitə şahidliyi ilə verilməsi halını təsdiq etməmişlər. İş üzrə “əsaslı şübhədən kənar” sübutlarla qarşılıqlı iddiaçının bağ sahəsini satın alması və bunun üçün 3000 ABŞ dolları məbləğində pul ödəməsi halı təsdiq edilməmişdir. Halbu ki, Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, qeyd edilənlərə əsasən mübahisəli bağ sahəsinin ilkin iddia üzrə cavabdehlərin müvəqqəti sahibliyinə verildiyini işin hallarına uyğun sayır. Qarşılıqlı iddiaçı eyni zamanda mübahisəli bağ sahəsində yaxşılaşdırma işlərinə 40000 manat məbləğində xərc çəkdiyini iddia etsə də, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10/2580 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisəli bağ sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyərinin təqribən 26065,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübut təqdim etmədiyini, rəyi vermiş ekspertin isə qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və qarşılıqlı iddiaçının mübahisəli bağ sahəsində 26065,0 manat dəyərində yaxşılaşdırma işləri aparmasını işin hallarına uyğun sayıır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-in 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə ilkin iddia üzrə belə nəticəyə gəlir ki, ilkin iddiaçının mübahisəli bağ sahəsinə ilkin iddia üzrə cavabdehlərin sahibliyinə yol verməmək səlahiyyəti olduğundan və onun bu hərəkəti cavabdehlərin hüquqlarının pozulmasına səbəb olmadığından, eləcə də hüquqdan sui-istifadə olmadığından, ilkin iddia üzrə cavabdehlər ilkin iddiaçıya məxsus bağ sahəsindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmalı, ilkin iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, vicdanlı sahib olan cavabdehlər əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu olmadıqlarından, ilkin iddia bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından istifadəyə görə zərərin əvəzinin tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə belə hesab edir ki, qarşılıqlı iddiaçının apardığı və ayrılması mümkün olmayan yaxşılaşdırmalar üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, yaxşılaşdırma xərclərinin əvəzi hesabına 26065,0 manat pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən, qarşılıqlı iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, qarşılıqlı iddiaçının bağ sahəsini satın alması və bunun üçün 3000 ABŞ dolları məbləğində pul ödəməsi halı təsdiq edilmədiyindən, eləcə də ilkin iddia tələbinin rədd edilməsi məsələsi qarşılıqlı iddianın həll edilməsi qaydasında deyil, ilkin iddiaya qiymət verilməklə həll edilməli olduğundan, qarşılıqlı iddia qalan hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, hər iki iddia qismən təmin edildiyindən, ekspertiza xərci tərəflərlərə bərabər qaydada aid edilməli, ekspertiza xərcinin 25 manatı ilkin iddia üzrə İddiaçı, 25 manatı isə cavabdehlər Cavabdeh, X1 və X2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə eyni zamanda belə hesab edir ki, proses iştirakçılarının qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə, eləcə də onları hazırkı qətnamənin icrasında intizamlandırmaq üçün ilkin iddia üzrə cavabdehlərin bağ evindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və yaxşılaşdırma xərclərinin əvəzi hesabına 26065,0 manat pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi eyni vaxtda icra olunmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh, X8 və X9 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılsınlar. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26065,0 (iyirmi altı min altmış beş) manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh, X8 və X3 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və Bakı şəhəri Xəzər rayonu Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26065,0 (iyirmi altı min altmış beş) manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi eyni vaxtda icra edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehlər Cavabdeh, X1 və X2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar