Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-646/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus əmlaka dair cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi və cavabdehlərin hüquqi məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışlar ki, 1993-1994-cü illərdə ona Əzizbəyov (indiki Xəzər) RİH Başçısının 1994-cü il, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin qərarı ilə ona xx.xx.1994-cü il tarixdə Buzovna-Mərdəkan yolunun kənarında 9346 saylı ticarət obyektinin tikintisi üçün 160x3960 m ölçüdə torpaq sahəsi ayrılmışdır. İmkansızlığından istifadə edən Kəlbəcər rayon qaçqını Cavabdeh1 və Laçın rayon qaçqını Cavabdeh2 birləşərək 2000-ci ildə Xəzər RİH-dən 4 ədəd: hər biri 0.12 ha olmaqla 3 ədəd, hər biri 0.10 ha olmaqla 1 ədəd sərəncamları başqa əraziyə almaqla onun tikinti obyektinin ərazisinə sürüşdürərək, X1. Onların sahələrinin nömrəsi 203, 205, 210 və 73 saylı sahəyə aid sərəncamlar sürüşdürərək ticarət obyektinin ərazisinə yönəldiblər. Onun qanuni əmlakı mənimsənilərək, başqa şəxsə satılmışdır. Qeyd olunanlara əsasən, ona məxsus əmlaka dair cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi və cavabdehlərin hüquqi məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, onun mübahisəli torpaq sahəsinin sənədləşməsində iştirakı olmamışdır. O, mübahisəli torpağın satılmasında vasitəçi kimi çıxış etmişdir. İddiaçının tanımır. Mübahisəli torpağın iddiaçıya aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi onun qohumlarına aid olub. Torpaq sahələri 2000-ci il tarixdə Xəzər rayon İH tərəfindən yaşayış evi tikmək üçün ayrılmışdır. Maddi vəziyyətləri yaxşı olmadığı üçün təxminən 15 il bundan əvvəl tanımadığı şəxsə satmışdır. İddiaçını tanımır. Mübahisəli torpağın iddiaçıya aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının İİ.03.1993-cü il tarixli 32 saylı torpaq sahəsi ayrılması haqqında Sərəncamının surətindən görünür ki, Əzizbəyov rayonu “Metalmədəniməişət” zavodunun cənub hissəsində Mərdəkan-Buzovna yolunda ticarət mərkəzinin layihələşdirilməsi və tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarına Əzizbəyov rayonu Mərdəkan-Buzovna yolunda Metalkult zavodunun cənubunda ticarət mərkəzinin tikintisi və layihələndirilməsi barədə xx xxx 1994-cü il tarixli 9346 saylı tikinti pasportunun üz qabığı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 1993-cü il tarixli 473 saylı sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi 31 nömrəli evdə yaşayan, Əzizbəyov RİH-də işləyən, İddiaçı Buzovna qəsəbəsində 216 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərəncam çıxdığı tarixdən bir il ərzində tikinti başlamalı, üç il ərzində qurtarmalıdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı Rafiq və Zakir adlı şəxslər barəsində şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zeynalova İradə Göyüş qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 73C saylı sahəni X2. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 73C saylı sahə X4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/203 saylı sahəni X2. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/203 saylı sahə X4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/205 saylı sahəni X2. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/205 saylı sahə X4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210A saylı sahəni X2. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210A saylı sahə X4 xüsusi mülkiyyətindədir. İddianın mahiyyətindən görünür ki, iddiaçı X5 mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 203, 205, 210 və 73 saylı sahələrin 1993- 1994-cü illərdə ona Əzizbəyov (indiki Xəzər) RİH Başçısının 1994-cü il, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin qərarı ilə ona xx.xx.1994-cü il tarixdə Buzovna-Mərdəkan yolunun kənarında 9346 saylı ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinə sürüşdürülərək, mülkiyyət hüququnun pozulduğunu irəli sürərək, həmin torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının İİ.03.1993-cü il tarixli 32 saylı Sərəncamına, Əzizbəyov rayonu “Metalmədəniməişət” zavodunun cənub hissəsində Mərdəkan-Buzovna yolunda ticarət mərkəzinin layihələşdirilməsi və tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Lakin həmin Sərəncamla torpağın kimə ayrılması və həmin torpaq sahəsinin harada yerləşməsi (sxem) işdən müəyyən olunmur. İşdə olan Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 1993-cü il tarixli 473 saylı sərəncamına əsasən İddiaçı Buzovna qəsəbəsində 216 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmış, 216 saylı sahədə 1 il ərzində tikinti başlanmalı və 3 il ərzində tikintinin qurtarmalı olduğu qeyd olunmuşdur. İddiaçı ona ayrılmış torpaq sahəsinin satıldığını bildirərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 203, 205, 210 və 73 saylı sahələrə dair verilmiş çıxarışların ləğv edilməsini xahiş etmiş, lakin iş materialları ilə həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dəlalət edən heç bir sənəd müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə araşdırılarkən ilk növbədə iddiaçının özünə aid olduğunu və cavabdehlər tərəfindən zəbt olunduğunu irəli sürdüyü torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mənimsənildiyini iddia etdiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər olmadığından, məhkəmə hesab edir ki, onun həmin torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğvinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğvinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-646/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-646/2020
08.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver