Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-65/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh X3 qarşı "qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyi cavabdeh X3 qarşı "qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 tərəfindən Bakı şəhəri, Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sol tərəfində, “Xrustalni” adlanan ərazidə, 39 T 423260.00 4485042.00 coğrafi koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsinə ayrılmış, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini, ərazinin boşaldılmasını, zəbt edilmiş torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılmasını və ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq “Azneft” İstehsalat Birliyinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin nümayəndəsi X6 məhkəmə iclasında göstərdi ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə daimi istifadəsinə ayrılmış, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yatağı, Buzovna- Maştağa yolunun sol tərəfində, “Xrustalni” adlanan ərazidə, 39 T 423260.00 4485042.00 coğrafi koordinatlarda yerləşən bir hissəsi cavabdeh X5 tərəfindən zəbt edilərək torpaq sahəsinin üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın “Azneft” İstehsalat Birliyinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur.Həmin torpaq sahəsi mügafizə zonasına düşmür.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəli məhkəmə iclasında iştirak etmiş cavabdeh X5 göstərdi ki, iddia tələbini qəbul etmir. Həmin torpaq sahəsi H.Z.Tağıyev adına NQÇİ-nin bağçılıq birliyi tərəfindən dayısı X1 verilmişdir.Özü həmin torpaq sahəsindən 2001-ci ildən etibarən istifadə edir və həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı ev tikdirərək hasar inşa etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6078 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (H.Z.Tağıyev adına NQÇİ). Ətrafda bağ sənədləri ilə qeydiyyatdan keçən sahələr var (sahə Bahar bağçılıq-yoldaşlığı ilə həmsərhəddir).Sahədən 24-67 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır”. Məhkəmədə müəyyən olundu ki, cavabdeh X5 tərəfindən inşa edilmiş tikili iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin ərazisindədir. Ekspert rəyi də bunu təsdiq edir. Həmin ərazinin SOCAR-ın "Azneft" İB-ə məxsus olmasına baxmayaraq hal-hazırda orada neft-qaz hasilatının təmin edilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır.Eyni zamanda, sözügedən torpaq sahəsi mühafizə zonasına düşmür.Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş tikililər sökülməli və ərazi boşaldılaraq iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, “məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir”. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən “dövlət orqanları və bələdiyyələr müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir”. Belə ki,qətnamənin icrası həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman həyata keçirilməlidir.Bu halda cavabdeh Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə edə bilər. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmədə müəyyən olundu ki, iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu X2 iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sol tərəfində, “Xrustalni” adlanan ərazidə, 39 T 423260.00 4485042.00 coğrafi koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsinə ayrılmış, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülsün, ərazi boşaldılaraq “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Cavabdeh X2 iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin xeyrinə 1 00,40 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-65/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-65/2025
21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver