Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-655/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6100 manat pul və 83 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh onun yaxın qonşusu olmaqla ailəsini yaxından tanıdığı üçün 2018-ci ilin dekabr ayında onun evinə gələrək bildirmişdir ki, qeyri-rəsmi yaşadığı həyat yoldaşının adına olan evin sənədləşdirilməsi və məhkəmə prosesinin aparılması üçün vəkil tutmaqdan ötrü pul lazımdır. Cavabdeh ona bildirmişdir ki, həyat yoldaşının adına olan mübahisəli evi məhkəmə qərarı ilə hərraca çıxarıb satdıqdan sonra onun pulunu qaytaracaq. O da cavabdehə etibar edərək 2018-ci ilin dekabr ayında 2019-cu ilin dekabr ayına kimi 1-ci dəfə 2.000 manat və bundan sonra isə mütəmadi olaraq hissə-hissə cavabdehə 5.100 manat pul vermişdir. Cavabdeh ona bildirmişdir ki, aldığı pulları vəkilə və evin sənədləşdirilməsində xərcləmiş və yaxın zamanlarda cavabdehin həyat yoldaşının məhkəmə prosesi qurtardıqdan sonra həyat yoldaşının evini sataraq onun pullarını qaytaracaq. Bu yaxınlarda ona məlum olmuşdur ki, məhkəmə qətnaməsinə əsasən cavabdeh qeyri-rəsmi yaşadığı X3 adına olan evindən düşən mülki payının pulunu əldə etmişdir. O, bundan sonra dəfələrlə cavabdehə borcunu qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə bildirmişdir ki, onu tanımır və pulunu verməyəcək. Cavabdehə verdiyi borc pulu məhkəmədə şahidlər təsdiq etməklə yanaşı onun sübut kimi telefon vasitəsi ilə vatsab yazılarını diskə köçürməklə iddia ərizəsinə sübut əlavə etmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 6100 manat pul və 83 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıdan ümumilikdə 4500 manat pulu borc almış, lakin hamısını qaytarmışdır. Pulu faizlə qaytarmaq şərti ilə iş yoldaşı ilə birlikdə götürmüşdür. Hazırda iddiaçıya borcu yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasdında şahid qismində çıxış edən X6 ifadəsində göstərmişdir ki, o, cavabdehlə 60 ildir, iddiaçı ilə 15 ildir qonşudur. Cavabdeh dəfələrlə ondan da pul istəyib. Cavabdehin hazırda da ona borcu var qaytarmır, qonşu olduğuna görə polisə vermirlər. Cavabdeh ondan borc aldığı il iddiaçıdan da almışdır. O, borc barədə yalnız eşitmişdir, borc onun yanında verilməyib. Digər şahid X2 ifadəsində göstərmişdir ki, tərəflərlə qonşudur.İddiaçı ona da, digər qonşulara da, eşitdiyinə görə cavabdeh Baxşiəliyə də borca pul verib. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifdələrini dinləyib, iş üzrə toplanmış sübutları tam və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən hər hansı şəxsin adı və imzası olmayan, pul verilməsi ilə əl yazısının surəti, həmçinin whatsapp audio yazıları əlavə olunmuş, lakin həmin materiallardakı iştirak edən şəxslərin kimlər olduğunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.12.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, izahatı alınmış X1 2019-cu ildə 4500 manat pulu götürdüyünü, lakin qaytardığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh aralarında olan şifahi razılaşma əsasında, 6100 manat məbləğində pul verdiyini iddia etmişdir. Cavabdeh iddiaçının tələbini qəbul etməmiş və cavabdehdən 4500 manat məbləğində pul götürdüyünü qəbul etmiş, lakin həmin pul vəsaitini geri qaytardığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıdan 4500 manat məbləğində borc pul aldığını etiraf etsə də, həmin pul vəsaitini qaytarmağına dair öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı cavabdehə 6100 manat borc pul verdiyinə dair öz iddiasını sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia cavabdehin etiraf etdiyi həcmdə, yəni cavabdehə 4500 manat pul verilməsi hissəsində əsaslıdır və həmin pul vəsaiti sonuncudan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə, iddiaçının Cavabdeh 6100 manat pul vəsaitini verməsinə dair hər hansı sübut təqdim edə bilməməsini, cavabdehin 4500 manat məbləğində pul vəsaitini iddiaçıdan almağını etiraf etməsini və həmin pul vəsaitini iddiaçıya qaytarmağına dair hər hansı sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 83 manat dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 61 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4500 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh 61 (altmış bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-655/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-655/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver