Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-656/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən tikilidən çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindən və tikilidən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2007-2017-ci illər ərzində icarə əsasında işlədiyi elektrik malları satılan mağazada satıcı olaraq işləmiş, 2009-cu il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində ev tikmək istədiyindən həmin ərazidə torpaq sahəsi satan Arif Nuriyev ilə tanış olmuş, onlar öz aralarında torpaq sahəsinin qiyməti olaraq 70.000 manat qiymətə razılaşmışlar və o, 10.000 dollar beh pul vermişdir. Lakin bundan həmin torpaq sahəsində sənədləşmə ilə bağlı problemlər yarandığından almaqdan imtina etmiş və Arifdən pulunu geri istəmişdir. Bu zaman Arif həmin ünvanın yaxınlığında 3 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini beh müqabilində ona vermək istədiyini bildirmişdir və o, Arifin təklifini qəbul etmiş və 3 sot torpaq sahəsini almışdır. Həmin vaxt Rusiya Federasiyasına getməli olduğu üçün Arifə bildirmişdir ki, həmin torpaq sahəsini işçisi Ceyhunun adına etibarnamə ilə versin. Arif onun dediklərini edərək həmin torpaq sahəsini onun istəyi ilə cavabdeh Ceyhunun adına etibarnamə ilə verdikdən sonra o, mağazadan pul götürməklə həmin torpaq sahəsində tikinti işləri aparmaqla ev tikintisini tapşırmışdır. Həmin evin tikintisindən sonra onun icazəsi ilə Cavabdeh 2017-ci il tarixdən etibarən ailəsi ilə birlikdə müvəqqəti olaraq həmin evdə yaşamağa başlamışlar. 2017-ci il tarixdən Cavabdeh onun mağazasından mənimsəmələr edərək qaçıb getmişdir. O, bir neçə dəfə cavabdehi axtarmış, hətta müvəqqəti yaşadığı evə belə getmiş, lakin cavabdeh evdə olmamışdır. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi və onun daxilində olan ev ona məxsusdur. Həmin torpaq sahəsini Arif Nuriyevdən şəxsən özü pul ödəyərək almış və həmin torpaq sahəsinin daxilində olan ev bilavasitə onun pulu ilə tikilmişdir. Hazırda Ceyhun ondan polisə şikayətlər edərək onun pulu ilə alınmış torpaq sahəsini və onun daxilində olan evi mənimsəmək istəyir. Cavabdehin dedikləri hamısı yalan və böhtandır. O, heç vaxt cavabdehin nə ailəsinə və nə özünə hədə-qorxu gəlməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, Xanlar massivində yerləşən tikili ona məxsusdur. O, özünə məxsus torpaq sahəsində ev tikmişdir. Cavabdehlərin ona məxsus evin yaşayış sahəsinə sahiblik və istifadə hüququ mövcud deyildir. Buna baxmayaraq, bu günə kimi cavabdehlərin əmlakı onun evindədir. İşin bu və digər halları onu deməyə əsas verir ki, cavabdehlər və onların əmlakları ona məxsus evdən çıxarılmalıdır. Hesab edir ki, işin faktiki halları və onları təsdiq edən sübutlar iddia tələbinin təmin olunmasına zəmin yaradır. Qeyd olunanlara əsasən, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindən və tikilidən çıxarılması və əmlakın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsindəki xüsusatları qeyd edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Arif torpağı 2009-cu ildə Ceyhuna verib. Evi Ceyhun 2 aya tikib, tikən kimi köçüb ora. Ev cavabdehin vəsaiti hesabına tikilib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X15 ifadəsində göstərmişdir ki, o, təxminən 2007-2009-cu illərdə 10000 ABŞ dollarına ərizəçi İddiaçı torpaq satmışdır. Zülal torpağı almağa anası ilə gəlmişdi, həmin vaxt o yoldaşı ilə evdə olub. Sonra Zülal ona zəng edib demişdir ki, Moskvaya gedir, işçisinə etibarnamə versin, işçisi ev tiksin həmin torpaqda.Ceyhun orada maaşa işləyən adam idi. Bütün ödənişi ona Zülal verib. Digər şahid X8 ifadəsində bildirmişdir ki, o, Zülalı tanımır, Ceyhunu tanıyır. Onlar Şüvəlanda qonşudurlar. O, Ceyhunu tikinti olanda görüb, qonşu kimi münasibəti olub. Torpağı kim alıb bilmir. Digər şahid X11 ifadəsində bildirmişdir ki, cavabdeh onun əmisi qızının yoldaşıdır. O, Ceyhunla qonşudur, Zülalı isə bazardan tanıyır. O, Ceyhunun evində təmir işləri edib. Ceyhunun torpağı kimdən aldığını bilmir. Təmirin pulunu onlara Ceyhun verib. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, şahid ifadəsinə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 01 iyun 2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X15 X2 aldığı etibarnaməyə əsasən Bakı şəhəri Çöl Şüvəlan qəsəbəsi 9ə saylı 0.03 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, özəlləşdirməni və DRX-dən arayış, çıxarış, kadastr planı və s. sənədləri almağı, sərəncam verməyi və s. digər hərəkətlər etməyi Cavabdeh 30 iyul 2018-ci ilədək etibar etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.11.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan 9ə saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X9 arasında bağlanılmış 02.03.2007-ci il tarixli, 39912 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Qeyd olunan müqavilə iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 mart 2021-ci il tarixli AR-İİ 245789 nömrəli etibarnamənin surətindən görünür ki, X1 ötürülmüş X15 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X4 və İstismarı Birliyi tərəfindən 02.03.2007-ci il tarixdə verilmiş 39912 saylı müqaviləyə əsasən ünvan ünvanında yerləşən ona ayrılmış 0.03 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində, Əmlak Xidmətləri məkanında fiziki və hüquqi şəxslər qarşısında və s. onun nümayəndəsi olmağı, adından sənədləşmə və özəlləşmə işlərini aparmağı və s. İddiaçı etibar etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan ndən və orada yerləşən tikilidən çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2009-cu il tarixdə sözügedən bağ sahəsini əvəzini ödəməklə Arif Nuriyevdən almış, lakin onun xahişi ilə torpaq sahəsinə dair işlərin aparılması işçisi Cavabdeh həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Arif Nuriyev iddiaçının göstərdiyi faktları təsdiq etmişdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh verilmiş etibarnamənin müddəti 30.07.2018-ci il tarixdə bitmiş, hazırda mübahisəli torpaq sahəsinə dair hüquqların həyata keçirilməsi X15 (X1 ötürülmüş) tərəfindən İddiaçı etibar edilmişdir. Cavabdehin vəsatəti əsasında ifadəsi alınmış şahidlər mübahisəli ünvanda tikinti işlərinin Cavabdeh tərəfindən aparıldığını göstərsələr də, həmin torpaq sahəsinin kimə məxsus olduğuna və Cavabdeh torpağı kimdən alındığına dair konkret faktlar göstərə bilməmişdir. Beləliklə, cavabdeh öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə, iş materialları ilə tamamlanmayan şahid ifadələrinin etirazın əsaslı hesab olunması üçün kifayət olmadığı qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları, şahid ifadələri və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak X5 icarəyə verilmiş, sonuncu da öz növbəsində həmin əmlakla bağlı hüquqlarını X12 etibar etmişdir. İddiaçı əmlakın dəyərini ödədikdən sonra onun xahiş ilə torpaq sahəsinə dair işlər aparılması Cavabdeh etibar edilmişdir. İddiaçının vəsaiti hesabına alınmış torpaq sahəsində onun vəsaiti ilə tikinti işləri həyata keçirilmişdir. Hazırda Cavabdeh verilmiş etibarnamənin müddəti bitmiş, həmin torpaq sahəsinə dair İddiaçı etibarnamə verilmişdir. Cavabdeh iddiaçının qanuni sahibliyində olan əmlakdan istifadə etməklə iddiaçının həmin əmlakdan istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz əmlakından sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlaka cavabdehin hüququ yoxdur, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan əmlakdan istifadəsinə etiraz etməyə subyektiv hüququ yoxdur, onun həmin tikilidən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh həmin torpaq sahəsindən və tikilidən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan ndən və orada yerləşən tikilidən çıxarılaraq, əmlak İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan ndən və orada yerləşən tikilidən çıxarılaraq, həmin əmlak İddiaçı təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-656/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-656/2022
01.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver