Məhkəmə qərarları › İş №2(003)-662/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-662/2022

02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-662/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhərində 30.**.202*-ci il tarixdə oğlan uşağının doğmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayır, X8 ilə 03 dekabr 20*0-cu ildə rəsmii nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 30 noyabr 202*-ci ildə ev şəraitində Ümid adlı oğulları anadan olmuşdur. O, ev şəraitində anadan olduğundan doğum haqqında şəhadətnamə alınmamışdır, doğumun qeydə alınması üçün müəyyən sənədlər olmadığından məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Uşaq doğulduqdan sonra onu həkim şəraitində saxlayır və o, hal-hazırda sağlam olmaqla Bakı şəhəri, Xəzər rayonu 3* saylı Birləşmiş şəhər xəstəxanasında qeydiyyatdadır. Hal hazırda uşaq böyüyür və uşağın doğum haqqında şəhadətnaməsi olmadığından sənədləri qaydaya sala bilmir, bu da bir çox problemlər yaradır. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı 28.*2.202*-ci il tarixli 05/*5-*479 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X* X4 təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü ilin *45 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 03.*2.20*0-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Rəhimov arvada Rəhimova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, o, 202*-ci ilin noyabr ayının 30-u Mingəçevirə müştəri aparmışdır. Yolda ona zəng vurub uşağın doğulmasını bildirmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, ərizəçinin həyat yoldaşı rayona getmişdir. Onunla evdə ikisi idilər. Doğuşu özü qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş X* X4 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.*985-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi 30.**.202*-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.*985-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi 30.**.202*-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 30.**.202*-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar