Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-664/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 1938-ci il tarixdən X16 ilə nikah münasibətlərində olma faktının və X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə bütöv miras üzrə əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi M.Qasımov küçəsi 6 saylı fərdi yaşayış evi, 10 sot torpaq sahəsi ilə birlikdə Əzizbəyov rayon Zəhmətkeş Deputatları soveti icraiyyə” kömitəsi tərəfindən 1940-ci ildə daimi istifadə etmək məqsədilə dövlət fondundan Əjdər Əliyevə verilmiş, sonuncu qeyd olunan ünvana köçüb özünə fərdi yaşayış evi inşa etmiş, rayon inventar şöbəsində uçota alınmışdır. Əjdər Əliyev 1938-ci il tarixdə X17 ilə nikaha daxil olmuşdur. Bir müddət sonra Bakı şəhər Zəhmətkeş Deputatları sovetinin yaylaq təsərrüfatı trest Əidər Əliyevə qarşı məhkəmədə iddia qaldıraraq, Əydər Əliyevin 6 saylı yaşayış evindən köçürülməsini tələb etmiş, Əzizbəyov rayon xalq Məhkəməsinin 21 avqust 1959-cu il tarixli 2-232 saylı qəmaməsi ilə Bakı şəhəri X9 İcraiyyə komitəsi Bağ təsərrufatı trestinin cavabdeh X6 bağ tələbi əsassız olduğundan rədd edilmiş, vətəndaş Əliyevə təklif olunmuşdur ki, bir ay müddətində yaşadığı 6 nömrəli bağı Əzizbəyov rayon İcraiyyə Komitəsi komunal təsərrüfatı şöbəsində rəsmiləşdirilib qanunlaşdırılsın. X22 vəfati ilə əlaqədar 6 saylı fərdi yaşayış evi sonuncunun həyat yoldaşı X7 adına sənədləşdirlmişdir. X26 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Onların vəfatından sonra o, mərhumların vərəsəsi olaraq miras qalmış 6 saylı evdən və torpaq sahəsindən təyinatı üzrə hal-hazıradək istifadə edir. 2020-ci ildə miras qalmış 6 saylı ev və torpaq sahəsinin sənədləşdiriməsi üçün müxətəlif dövlət orqanlarına müraciət etmiş. Hazırda hüquqi əhəmiyyəti yoldan faktın müəyyən edilməsi, istifadəsində olan və qəbul etdiyi miras əmlakın sənədləşdiriməsi və 6 saylı yaşayış evinin torpaq sahəsi ilə birlikdə adına keçirilməsi üçün zəruridir. Ərizəyə baxılması zamanı Ərizəçi ərizəsini dəyişdirərək babası X5 1938-ci il tarixdən X16 ilə nikah münasibətlərində olma faktının və X7 1966-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X16 onun atasının dayısıdır. X2 Əliyeva Ağaəli qızı ilə ər-arvad olmuşlar və uzun müddət Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi M.B.Qasımov küçəsində yerləşən 6 saylı bağ evində birgə yaşamaqla təsərrüfat aparmışlar. Belə ki, onlar 1938-ci il tarixdən Tuğra Əliyevanın ölümünədəl birlikdə yaşamışlar və onların uşaqları olmamışdır. Tuğra Əliyeva 1966-cı ildə ölmüş və Şüvəlan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olmuşdur. Ondan sonra Əjdər Əliyev 1971-ci ildə avtoqəza nəticəsində ölmüşdür. Onların yaşadıqları və onlara məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi M.B.Qasımov küçəsində yerləşən 6 saylı bağ evi hazırda miras əmlak kimi faktiki olaraq o qəbul etmiş və uzun müddətdir ki, həmin bağ evində yaşayır. Həmin bağ evinin sənədləşdirilməsi üçün də X5 1938-ci il tarixdən X16 ilə nikah münasibətlərində olma faktının və X7 1966-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi M.B.Qasımov küçəsində yerləşən 6 saylı bağ evi ilə bağlı Əzizbəyov rayon xalq Məhkəməsinin 21 avqust 1959-cu il tarixli 2-232 saylı qəmaməsi ilə Bakı şəhəri X9 İcraiyyə komitəsi Bağ təsərrufatı trestinin cavabdeh X12 qarşı bağ tələbi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi və Əjdər Əliyevə bir ay müddətində yaşadığı 6 nömrəli bağı Əzizbəyov rayon İcraiyyə Komitəsi komunal təsərrüfatı şöbəsində rəsmiləşdirilib qanunlaşdırılmasının təklif olunması qət edilmişdir. Lakin müəyyən olunur ki, Əjdər Əliyev həmin bağ evini öz adına rəsmiləşdirilməmişdir. Belə ki, həmin bağ evinə dair texniki pasportdan görünür ki, bağ evi 1963-cü ilin sentyabr ayında X5 adına rəsmiləşdirilmişdir. Əjdər Əliyev ilə Tuğra Əliyeva ər-arvad olmuşlar. Lakin onların ər-arvad olması ilə bağlı, həmçinin Tuğra Əliyevanın ölməsi ilə bağlı rəsmi sənədlər hazırda mövcüd olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizə əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxslər Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Maraqlı şəxs1n nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, iş üzrə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. 1946-cı ildən ünvan 2 ünvanında yaşayır. X16 ərizəçinin atasının dayısı olmuşdur. Hazırda ərizəçinin yaşadığı evdə atasının dayısı Əjdər, öz ailəsi ilə yaşamışdır. Dayısının arvadı X20 olmuş və onların uşaqları olmamışdır. Əjdərlə atasının dostluq münasibətləri olmuşdur. Bildiyinə görə Əjdərlə Tuğra ər-arvad kimi təxminən 1938-1940-cı il tarixdən birgə yaşamışlar və onların uşaqları olmamışdır. Buna baxmayaraq onlar ölənə kimi birlikdə yaşamışlar. Tuğra Əliyeva 1966-cı ildə ölmüş və Şüvəlan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Ondan sonra Əjdər ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəşi ilə qonşudurlar. Tuğra Əliyeva ərizəçinin atasının dayısı Əjdərin arvadı olmuşdur. Tuğra ilə Əjdər uzun müddət ər-arvad kimi birlikdə yaşamışlar. Təxminən 30 il ər-arvad olmuşlar. Bildiyinə görə Əjdərlə Tuğra ər-arvad kimi təxminən 1935-1940-cı il tarixdən birgə yaşamışlar və onların uşaqları olmamışdır. Tuğra ilə Əjdər hazırda ərizəçinin yaşadığı evdə yaşamışlar və həmin ev onlara məxsus olmuşdur. Tuğra Əliyeva təxminən 1966-cı il tarixdə ölmüş, ondan sonra Əjdər avtoqəza nəticəsində ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o ərizəçi ilə qonşudur. 20 ildir ki, ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçinin atası Sultanla yaxın qonşu münasibətləri olmuşdur. Sultanın danışdıqlarından ona məlumdur ki, ərizəçinin yaşadığı evə atası Sultanın dayısı Əjdərə məxsus olmuşdur. Əjdər həmin evdə arvadı Tuğra ilə birlikdə yaşamış və onların uşaqları olmamışdır. Sultanın dediklərinə görə Əjdərlə Tuğra təxminən 30 il evli olmuşlar, Tuğra təxminən 1966-cı ildə ölmüş, ondan sonra Əjdər ölmüşdür. İş materiallarında olan AZ-İİ 687931 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş, atası X8, anası isə X1r. İş materiallarında olan 148 nömrəli xx.xx.1971-ci il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X16 xx.xx.1971-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əzizbəyov rayon xalq Məhkəməsinin 21 avqust 1959-cu il tarixli 2-232 saylı qəmaməsinin surətindən görünür ki, Bakı şəhəri X9 İcraiyyə komitəsi Bağ təsərrufatı trestinin cavabdeh X12 qarşı Şüvəlan qəsəbəsi 6 saylı bağ evindən köçürülməsinə dair iddiası əsassız olduğundan rədd edilməsi və Əjdər Əliyevə bir ay müddətində yaşadığı 6 nömrəli bağı Əzizbəyov rayon İcraiyyə Komitəsi komunal təsərrüfatı şöbəsində rəsmiləşdirilib qanunlaşdırılmasının təklif olunması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş Aəzrbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Şüvəlan qəsəbəsi M.B.Qasımova küçəsində yerləşən 6 saylı ev 1963-cü ilin sentyabr ayında X5 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həmin arayış Su8ltanov Vahid Sultan oğluna ondan ötrü verilmişdir ki, onun qohumu mərhum X20 1966-cı ildə vəfat etmiş və Şüvəlan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.4-cü maddəsinə əsasən ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X34 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, eyni zamanda faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi, həmin nikah münasibətləri zamanı əldə edilmiş əmlakın (miras qalmış əmlakın) vərəslik qaydasında sənədləşdirilməsi üçün zəruri olduğundan Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda və faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınması mümkün olmadığından həmin faktların (ölüm və faktiki nikah münasiblətlərində olma faktları) məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm və faktiki nikah münasiblətlərində olma faktlarının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan ərizəçi, X5 1966-cı ildə ölməsinə dair təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X16 ilə X14 arasında nikah onların ölmələri səbəbindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınması mümkün olmadığından, habelə X5 1966-cı ildə ölməsi, X16 ilə X14 arasında faktiki nikah münasibətlərinin olması ərzəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə X5 1966-cı ildə Bakı şəhərində ölməsi və X5 1938-ci il tarixdən 1966-cı il tarixədək X16 ilə faktiki nikah münasibətində olmasına dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 1966-cı ildə Bakı şəhərində ölməsinə və X5 1938-ci il tarixdən 1966-cı il tarixədək X16 ilə faktiki nikah münasibətində olmasına dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-664/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-664/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver