Məhkəmə qərarları › İş №2(003)-669/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-669/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-669/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən mərhum X1 ayrılmış və ondanona miras qalmış 0,07 hektar həyətyanı torpaq sahəsinin qanunsuz olaraq bir hissəsini zəbt etmiş cavabdeh X9 tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahələri Həmkarlar Komitəsi ilə X13 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına ayrılıb. Adlı siyahıda vətəndaş siyahısında X1nın adı 490 sıra sayı ilə qeyd olunmuşdur. Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cu il tarixli 135 saylı əmri ilə Dövlət arxivində saxlanılır. X1 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2014-cü il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən rəhmətlik bacısının miras əmlakı tərəfindən qəbul edilmişdir. Bacısının qeyd olunan Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışı olmadığından tərəfindən qəbul olunan miras əmlaklarının siyahısında olsa da, bacısının qanun üzrə vərəsəsi, yəni prosessual hüquq varisi odur. Odur ki, həmin torpaq sahəsi üzrə mülkiyyət, sərəncam vermək, idarə etmək, istifadə etmək və sairlə bağlı subyektiv hüququ yaranır. Tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, qeyd olunan ünvanda rəhmətlik bacısı, o və digər bacısı X10 ilə birgə yaşamışdır. Hazırki dövrdə də bacısı X10 ilə yuxarıda qeyd olunan qərar və əmrlə bacısına ayrılmış həmin Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin torpağın çıxarışı olmadığından ünvan 1 ünvanında rəsmi pasport qeydiyyatındadır. Təxminən bir neçə müddət bundan qabaq ona məlum oldu ki, prosessual hüququ varisliyi ilə ona məxsus Abşeron rayon Donuzkökəltmə sovxozunda yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsinin cavabdeh X9 adlı şəxs tərəfindən bir hissəsi qanunsuz zəbt edilərək daş hasara salınmışdır. Cavabdeh tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərinə son qoymamış nəticədə onun torpaq sahəsini özbaşına olaraq zəbt etmişdir. Həmin Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsi Xəzər Rayonu Binə qəsəbəsində yerləşir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehin soyadının “Dilanova” yox “Tağıyeva” kimi qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı etiraf etməyərək, əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadə verərək göstərmişdir ki, 20 ildən çoxdur ki, Binədə yaşayır. Nəzifə kafe işlədirdi, yaxın münasibəti var idi. O, həmin vaxt ticarətlə məşğul idi. Hər zaman onun kafesində yığışardılar. Onlar soyuducu kirayələrək ticarətlə məşğul olurdular. Leylan da onun qonşusudur. Leylan Nəzifədən 13-14 il bundan qabaq 1500 ABŞ dollara almışdır. Nəzifənin torpağının kimə aid olduğunu bilmir. Nəzifə hər zaman torpağa sənəd almaq istəyirdi. Leylan pulu verib Nəzifədən 1500 ABŞ dollara alıb həmin torpağı, öz evlərinə yol yox idi deyə məcbur almışdır. Pulu verəndə o, orada olmuşdur. Aralarında rəsmi alqı-satqı məsələsini o, görməmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək göstərmişdir ki, o, Binə qəsəbəsində Əli İsazadə küçəsində yaşayır. Leylanı 2007-ci ildən tanıyır, qonşuluqda olur. Nəzifəni 1-2 dəfə görmüşdür. 2008-2009-cu illərdə 160 nömrəli marşurutun sonuncu dayanacığı, Binə sovxoz tərəfədə kafe işlətmişdir. Nəzifənin vəfat etdiyi ili xatırlamır. Leylan xanımgilin qonşuluğunda yaşayır. Onun deməsi ilə 2010-cu ildə qapı qoymuşdur. Hasar var idi amma qapısı yox idi. Leylanın deməsinə görə torpağı Nəzifə gildəndən almışdır. O, Nəzifəni qiyabi olaraq tanıyır. Onların evini tanıyır. Qapı qoymağa gələndə hasar var idi. Məhkəmə tərfələrinin izahatını, şahidlərin ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 135 saylı xx.xx.1990-cı il tarixli “Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə” əmrdən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 N-lı əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 N-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 N-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha, həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. ...490. X8. fəhlə İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi İddiaçı miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri TİB tərəfindən verilmiş 30/791N-ilə qeydə alınmış xx.xx.1986-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında Bakı şəh, Binə qəs, R.Məmmədov (əvvəlki A.Şmidt) küçəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 99,79 kv.m. olan 37 nömrəli ferdi yaşayış evində 2/3hissədən. 2. AR DİN BDYPİ QİS tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ABN-900395 olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında 90VA395 qeydiyyat nömrəli HYUNDAİ TUCSON minik markalı 2008-ci il buraxılış ili olan nəqliyyat vasitəsindən. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli hesabat cədvəlindən görünür ki, Cavabdeh məxsus Xəzər rayonu Binə qəsəbəsi Türmə ətrafında yerləşən torpağın sahəsi: 300.0 kv.m., binanın ümumi sahəsi: 114.0 kv.m olan əmlakın inventar dəyəri 26445.0 AZN-dir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1959-cu il tarixdə doğulmuş, onun atası X20, anası X17r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuş, onun atası X20, anası X17r. İş materiallarında olan Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi dairəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmrinin, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarının və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə Əmlak Kollektivi Şurasının birgə ümumi iclasında qəbul edlmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarını əsasən X6 ayrılmış 0.07 ha torpaq sahəsinin plan ölçü sənədini və torpaq sahəsinə dair digər sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, X4 adına sözügedən torpaq sahəsinə dair heç bir məlumat aşkarlanmadı. Sənəd surətləri yalnız məhkəmə sorğusuna əsasən verilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, mübahisə predmetinə aid torpaq sahəsinin ölçüləri ölçülmüşdür. Belə ki, torpaq sahəsinin en 4 m. 10 sm., uzunu isə 25 metr olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmrilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 N-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 N-li qərarına əsasən X11 (sovxoz fəhlə və qulluqçularına) 0,07 ha, həyətyanı torpaq sahəsi ayrılmışdır. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə il İddiaçı X7 vərəsəsidir və o, xx.xx.1986-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında Bakı şəh, Binə qəs, R.Məmmədov (əvvəlki A.Şmidt) küçəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 99,79 kv.m. olan 37 nömrəli ferdi yaşayış evində 2/3hissədən miras əmlakdan irs almışdır. Qeyd edilən torpaq sahəsinin 4 metr 10 sm. enində və 25 metr uzununda olan hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi öz təsdiqini tapmışdır. Bu da özlüyündə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən X6 ayrılmış 0,07 hektar həyətyanı torpaq sahəsinin 4 metr 10sm. enində və 25 metr uzununda olan hissəsi Cavabdeh tərəfindən boşaldılaraq özbaşına inşa edilmiş daş hasar cavabdehin hesabına sökülməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehin torpaq sahəsinin pul müqabilində X3 almasına dair dəlillinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi qanunvericiliklə daşınmaz əmlaka dair mülkiyyət hüququnun başqasına verilməsi notarila qaydada təsdiq olunmuş müqavilə ilə həyata keçirilir. Lakin cavabdeh buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X12 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən X6 ayrılmış 0,07 hektar həyətyanı torpaq sahəsinin 4 metr 10sm. enində və 25 metr uzununda olan hissəsi Cavabdeh tərəfindən boşaldılsın. Cavabdeh tərəfindən (mübahisəli torpaq sahəsində) tikilmiş daş hasar onun hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar