Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-674/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu X5 ilə 2008-ci il tarixdə nikaha girərək ailə qurmuşlar. Oğlunun evi olmadığı üçün onları ünvan 1 ünvanda müvəqqəti yaşamaq üçün icazə vermişdir. 2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu X5 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh onu öz evində yaşamağa imkan vermir və onu evdən qovmuşdur. Dəfələrlə evə getmək istəmiş, onu söyüb təhqir edərək qovmuşdur. Cavabdeh və onun övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Daha sonra X4 məhkəməyə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh və onun övladlarının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsindən çıxarılmasına dair bildirir ki, həmin ünvana dair “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” ona: hazırki iddiaçının oğlu: X1 adına verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bununla əlaqədar olaraq xahiş edirəm əsl olmayan iddiaçı əsl iddiaçı ilə əvəz edilsin. İddiaçı X4 hesab edilsin və məhkəmə iddia üzrə işə baxaraq yekun qərar qəbul etsin. Nəzərə alənmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 mülki işin baxılmamış saxlnmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 mülki işin baxılmamış saxlanıb saxlanmamasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12 və 259.0.13-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. İş materiallarından müəyyən olunmuşdur ki, X4 iddiaçı qismində məhkəməyə müraciət etməmişdən öncə mediasiyaya müraciət etməmiş və müraciət etmiş olsa belə mediatorun müvafiq arayışı və ya protokolu məhkəməyə təqdim etməmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-674/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-674/2024
05.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver