Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-675/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı (cavabdeh) İddiaçı, İddiaçı X20, Cavabdeh1 nümayəndəsi və vəkili X31 iştirakları ilə, İddiaçılar X20, Cavabdeh1, Cavabdeh2, X27 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X50 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin ünvan 2 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X37 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X50 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edirlməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 2 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X6 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 saylı fərdi ev xx.xx.2018-ci il tarixli RX seriyalı 1432/58 saylı çıxarış əsasında onun mülkiyyətindədir. Məlum daşınmaz əmlak anası X1 mülkiyyətində olmuş və anasının vəfatından vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Fərdi evdə yaşayanlar dayısı Atakişiyev Vəfanın övladları olmaqla mərhum anasının və onun razılığı əsasında fərdi evə nəzarət etmək məqsədilə buraxılmışdılar. Belə ki, qonşuluqda yerləşən Xəzər rayonu M.A.Əliyev küçəsi 41 saylı fərdi ev mərhum dayısı Vəfa Atakişiyevə məxsus olmuş və cavabdehlər bu ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Fərdi ev onun mülkiyyətində olmaqla kommunal xidmətlər onun adınadır. Cavabdehlər fərdi evi könüllü olaraq tərk etməkdən imtina etdikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X37 iddia ərizəsini onunla əsaslandırmışlar ki, atası X19 1969-cu ildə anası Atakişiyeva (Ələkbərova) Gülsümxanım İbrahimpaşa qızı ilə ailə qurduğu gündən ömürlərinin sonunadək Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 37 yaşamışlar. Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 4149 yaşayan babası Cavabdeh2 Əbdülsalam oğlu yeganə tək oğlu - atası üçün həyətində yəni Buzovna qəsəbəsi X56 37 ünvanında ev tikdirib, toylarından sonra oğlunu və gəlnini həmin evə köçürtmüşdür. X12 1970-ci ildə, qardaşı Cavabdeh1 1971-ci ildə, qardaşı Cavabdeh2 1974-cü ildə, özü X38 1976-cı ildə anadan olan gündən bu günə qədər sözü gedən mübahisəli evdə yaşayırlar. Atasının ailəsi- 5 bacı 1 qardaş olmaqla 6 nəfər övladdan ibarət olmuşdur. (X7 1931, X8 1932, X14 1936, X15 1940, X19 1942, X9 1945). Babası Cavabdeh2 Əbdülsalam oğluna məxsus 1956-cı ildə Buzovna qəsəbəsi 183 nömrəli evə dair çıxarışı var. Babası 1956-cı ildə Maştağa rayon X34 İcrayə Komitəsində fərdi ev tikməkdən ötrü bibisi X2 öz torpaq sahəsindən və Məmmədova Tubunun torpaq sahəsindən 600 kv. metr torpaq ayrılmasına şərait yaratmışdır. X41 ailə qurub ər evinə köçür. Mahmudov Aqoşla ailə quran Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının 3 övladı dünyaya gəlmişdi. Ailəsi ilə, övladları ilə Bakı şəhərində yaşayan gənc qız, evdar qadın - Mahmudova (Atakişiyeva) Zefirənin o illərdə ev tikmək üçün maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Onun babası Cavabdeh2 Əbdülsalam oğlu vəzifələrdə çalışmışdır, xeyriyyəçi idi, yüksək maddi imkanının olması oğlu üçün ayrı ev tikməyə imkan verirdi, sözü gedən mübahisəli evi atası üçün tikmişdir. Baxmayaraq ki, atası yeganə oğul övladı idi və babası oğlunu evləndirdikdən sonra rahatlıqla 18 yaşlı gəlnini öz evinə gətirə bilərdi. Lakin yuxarıda qeyd etdiyi kimi babasının maddi imkanları öz evindən 500 metr aralıqda atası üçün ayrı ev tikməyə imkan vermişdi. Evlərinin sağında, solunda, ətrafında yaşayan bütün qohumlar, qonşular hamısı bilir ki, sözü gedən mübahisəli evi babası Məmmədhüseyn oğlu Vəfa üçün tikdirib, evləndirdiyi ilk gündən həmin evə köçürdüb. xx.xx.1973-cü ildə babası Cavabdeh2 Əbdülsalam oğlu vəfat edir. Babasının vəfatından dərhal sonra bibisi Mahmudova (Atakişiyeva) Zefirə hərəkətə keçərək, atasının Moskva şəhərində olmağından istifadə edərək, hamıdan xəbərsiz 1956cı ilə dair sənədi, 1958-ci il tikintinin icazəsinə dair sənədi əsas götürərək guya ki, sözü gedən mübahisəli evi şəxsən özü tikdirmiş kimi göstərərək 1973-cü ilin sentyabr ayında öz adına texniki pasport əldə edərək, 1980-ci ildə sözü gedən mubahisəli evə dair çıxarış alır. Halbuki, 1956-cı ildə Maştağa rayon X34 İcrayə Komitəsinin fərdi ev tikməkdən ötrü babasının əlavə torpağından daxil olmaqla ayrılmış 600 kv. metr torpağın sənədi, 1958-ci il tarixli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair icazə sənədlərinin Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olmağı həmin torpağın üzərindəki mülkün onun mülkiyyətinin olduğunu sübut etmir. Lakin, buna baxmayaraq, atasının sağlığında cəsarət edə bilməyəcəyi hərəkətləri atası dünyasını dəyişəndən 8 ay sonra planlı şəkildə, həm atasının əməyini və arzusunu, həm də onun atasının ata hədiyyəsini və ocağını hiyləgərliklə öz adına rəsmiləşdirilmişdir. Halbuki, ona ayrılmış torpaq sahəsində bu günə kimi heç bir tikili mövcud deyildir. Babasının və atasının iştirakı və əziyyəti ilə 1960-cı illərin ortalarında başlayan tikinti 1968-1969-cu illərdə yekunlaşmışdır. xx.xx.1969-cu ildə toylarından sonra atası və anası ömürlərinin sonunadək Buzovna qəs., M.A.Əliyev ev 37-də yaşamışlar. Həmin ev onların istifadəsindədir. 1990-cı ildə qəfildən Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızı dünyasını dəyişir. Mahmudova (Atakişiyeva) Zefirənın vəfatından sonra 17 il həyatda yaşayan yəni 2007- ci ildə dünyasını dəyişən həyat yoldaşı X42 yaşadığı 17 il ərzində onlara aid olmayan evin qaynatası Cavabdeh2 tərəfindən qaynı Atakişiyev Vəfa üçün tikdirildiyini və onlara məxsus torpaq sahəsində heç bir tikinti işləri aparılmadığı halda arvadının adına mübahisəli evi rəsmiləşdirildiyini bildiyindən sözü gedən mübahisəli evə görə heç bir iddialar, heç bir tələblər irəli sürməmişdir. 33 il sonra, daha dəqiq desək 2023cü ilin 5 dekabrında qaz kartına pul yükləmək istədikdə abonentin İddiaçı olduğunu görmüş, Qazın kartına pul yüklənmədikdə araşdırıb bilmişdir ki, İddiaçı "xxxx"-a ərizə yazaraq mübahisəli evə qazın gəlişini dayandırmışdır. 1969-cu ildən 2023-cü ilin dekabr ayına qədər, yəni daha dəqiq desək, 55 il evin komunal ödənişlərinin abonent və ödəyicisi valideynləri olmuşdur. 55 il ərzində 2 dəfə qarşılaşdıqları "bibiləri qızı” İddiaçı yuxarıda yazılanlardan xəbərdar olduğu halda niyə belə hərəkətlər etməyini araşdırarkən onlara məlum oldu ki, onun ayrı – ayrı şəxslərə külli miqdarda borcu yaranmışdır. Belə ki, Hüquq mühafizə orqanlarında qanunla üz-üzə qalan İddiaçı borclarının bir qismini qaytarmaqla borclarını tam ödəməmişdir. Borc içində olan İddiaçı pulsuzluqdun hərislənərək onların ata ocağına göz dikmişdir. Anasının ölümündən 33 il sonra ortalığa çıxan İddiaçı sözügedən mübahisəli evdə bir gün belə olmamışdır. Nəinki mübahisəli evdə, hətta hasar, məhəllə qohum və qonşularını belə tanımır. Sözügedən mübahisəli evdə o və bacı-qardaşları doğulan gündən bu günə qədər, hətta övladları belə ata ocaqları olan evlərində yaşayırlar. Ata ocaqları olan mübahisəli ev valideynlərinin, onların, övladlarının xatirəsi ilə doludur. İllər ərzində sözügedən mübahisəli evin proyekti dəyişdirilmiş, tikinti təmir işləri aparılmışdır və orda külli miqdarda vəsait xərclənmişdir. Heç bir maddi, mənəvi hüququ olmadığı evə iddia edən İddiaçı əllərində olan sənəd və sübutlardan xəbəri olmadığı üçün belə cəsarətli addım atır. Qeyd etdiklərinə əsasən Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızına 1956-cı illə Maştağa rayon X34 İcrayə Komitəsinin qərarı ilə Buzovna qəsəbəsi 183 nömrəli evdə yaşayan Cavabdeh2 və Məmmədova Tubunun həyatyanı torpaq sahələrindən ayrılmış 600 kv.metr torpaq sahəsinin sözü gedən mübahisəli evin altındakı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Mahmudova (Atakişiyeva) Zefirəyə ayrılmış 600 kv.metr torpaq sahəsi tikilməmiş, indiyə qədər boş sahə olaraq qalmışdır. Mahmudova (Atakişiyeva) Zefirə babasının ölümündən sonra atasının işləri ilə əlaqədar əsasən Moskva şəhərində olmasından istifadə edərək babasının atası üçün tikdirdiyi hazır evin altındakı torpağın guya ki, 1956-cı ildə ona ayrılmış torpağın sənədi kimi göstərərək sözügedən mübahisəli evə sənəd almışdır. Bu əməlləri ilə Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızı babası Cavabdeh2 Əbdülsalam oğlunun və atası X16 mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçı (cavabdeh) İddiaçı özü tərəfindən verilmiş iddia ərizəsini müdafiə edərək təmin edilməsini, digər iddiaçıların iddia ərizəsinin rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu M.A.Əliyev küçəsi 41 saylı fərdi evdə Atakişiyevlərin heç birinin qeydiyyatı olmamışdır. Bakı şəhəri Xəzər rayonu M.A.Əliyev küçəsi 37 saylı fərdi ev onun anasından vərəsəlik qaydasında keçmişdir. Xəzər rayonu M.A.Əliyev küçəsi 41 saylı fərdi ev hazırda yerindədir. Həmin ev onların dədə-baba evidir və nənəsi ilə babasının evidir. Həmin ev nənəsinin adınadır. Nənəsinin beş qızı və bir oğlu olmuşdur. Onun nənəsi 1984-cü il tarixdə vəfat etmişdir. Daha sonra 37 saylı evi babası alaraq atasına vermişdir. 37 saylı ev vərəsəlik qaydasında keçərkən orada Fərhunə Atakişiyevanın anası, yəni onun dayısının arvadı müvəqqəti olaraq yaşamışdır. Hazırda 37 saylı evdə cavabdehlər yaşayırlar. X37 hazırda orada yaşayır. Qarşı tərəfin iddiası ilə razılaşmır. 37 saylı evə dair çıxarışı 2018-ci il tarixdə almışdır. Onun bacısı və qardaşı evdən imtina etmişlər. 37 saylı ev nənəsi Tubudan 1978-ci ildən qalmışdır. Məhkəmə iclasında iddiaçı (cavabdeh) Cavabdeh1 nümayəndəsi və vəkili İ.A.Cəfərov iddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X37 tərəfindən verilmiş iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini, İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı mülkiyyətində olan ev başqa torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsi 183 saylı torpaq sahəsidir. 37 saylı ev 1956-cı ildən mövcud olmuşdur. Həmin ev tamamilə başqa ərazidə tikilmişdir. Həqiqətən də İddiaçı nənəsi Tubuya 6 sot torpaq sahəsi ayrılmışdır. Amma həmin torpaq sahəsi 183 saylı ümumi bağ sahəsinə aiddir. 37 saylı evi Məmmədhüseyn tikmişdir. İddiaçı 37 saylı evdə yaşamır. Tubunun adına ayrılan torpaq sahəsi hələ də boşdur. 37 saylı ev başqa torpaq sahəsində tikilmişdir. Sənədləşmə işləri gizlin şəkildə aparılmışdır. Fərhunənin babası öləndən sonra sənədləşmə işləri baş vermişdir. Zefira özü 183 saylı həyətdə yaşamışdır. Məhkəmə iclasında iddiaçı (cavabdeh) (həmçinin digər iddiaçıların nümayəndəsi) X32 özü tərəfindən verilmiş iddia ərizəsini müdafiə edərək təmin edilməsini, İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, 1886 kameral kitabda babasının babasına Buzovna qəsəbəsində üzümlük sahəsi ayrılmışdır. Həmin sahə 2 hektardan çox olmuşdur. Onların hasarlarının dörd bir tərəfində əmisi uşaqları yaşamışdır. Qarşı tərəfin anasına ümumi 6 sotlu torpaq sahəsi 1956-cı il tarixdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hələ də boşdur. Babası 1969-cu il tarixdə ev tikərək qardaşların oraya köçürtmüşdür. 41 saylı evi sıfırdan tikərək hazırlamışdır. Qarşı tərəf 2011-ci il tarixdə 37 saylı evə qeydiyyata düşmüşdür. Onun atası və anası 1969-cu il tarixdə evlənmişlər. 37 saylı evlə bağlı qarşı tərəf heç bir addım atmamışdır. Çünki qarşı tərəfin atası bilirdi ki, o evdə heç bir haqları yoxdur. Ev qarşı tərəfin mülkiyyətində olsa da, evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil. Anasına aid torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində öz mülahizəsinə əsasən nə istəyir etsin. Cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru və ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməli, iddiaçılar X20, Cavabdeh1, Cavabdeh2, X27 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X50 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında sahəsi 0,01851 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən sahəsi 101 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçirilmişdir (xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli). -Azərbaycan SSR İnventarizasiya Komitəsinin Respublika Soveti Deputatlarıının xx.xx.1984-cü il tarixli arayışından görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi X10 ayrılmışdır. -xx.xx.2023-cü il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda digər şəxslər yoxdur. -AZ seriyalı 127434 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. -8 yanvar 1985-ci il tarixdə qeydə alınmış texniki pasportun surətindən görünür ki, ünvan 2 saylı ev X3 adınadır. -"xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş aktların, abonentin saldosunun surətlərindən görünür ki, ünvan 2 saylı evdə kommunal xidmətlər İddiaçı adınadır. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2825 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 saylı evdə qeydiyyatda olmaqla yaşayır. -ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi keçmiş Maştağa rayon X29 İcraiyyə Komitəsinin 58 saylı xx.xx.1956-cı il tarixli torpaq sahəsinin ayrılması barədə qərarına, 276 saylı 1958-ci il tarixli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair icazə sənədinə, keçmiş Əzizbəyov rayon X47 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli qərarına, xx.xx.1958-ci il tarixli akta əsasən ilkin olaraq xx.xx.1980-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V/1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. -Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli (reyestrdə 2V/1-10 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır. Miras qalan əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. -Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Bakı şəhəri 23 saylı Dövlət Notariat X13 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş anası X5 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona düşən vərəsəlik payını qəbul etməmişdir. Qəbul etmək niyyəti də yoxdur. Gələcəkdə bununla bağlı hər hansı iddia qaldırmayacaqdır. -Bakı şəhəri 23 saylı Dövlət Notariat X18 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş anası X5 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona düşən vərəsəlik payını qəbul etməmişdir. Qəbul etmək niyyəti də yoxdur. Gələcəkdə bununla bağlı hər hansı iddia qaldırmayacaqdır. -"xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sığorta etdirmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1840/2024 saylı qərardadı ilə 2(003)-1840/2024 saylı mülki işin 2(003)-675/2024 saylı mülki işlə birləşdirilməsi və mülki işə 2(003)-675/2024 nömrəsi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1976-cı ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964- cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Məcəllənin: -527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. -528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. -552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -553-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. İşin hallarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı anası X5 mülkiyyətində olmuşdur. Zefirə Mahmudova xx.xx.1990cı il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri əri X42, qızları İddiaçı, X40 və oğlu X45 olmuşdur. X42 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İlham Mahmudov və Səbinə Hüseynova isə notariat orqanına ərizə təqdim edərək miras əmlak kütləsindən imtina etmişlər. Buna görə də, yeganə vərəsə kimi İddiaçı miras əmlakdan tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da evə və torpaq sahəsinə dair çıxarış verilmişdir. İddiaçılar X20, Cavabdeh1, Cavabdeh2, X27 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X50 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələbdə də iddia olunan ünvan 1 ünvanında yerləşən ev iddiaçıların bibisi X11 məxsus olmuşdur. Sonuncunun birinci növbədən vərəsələri olduğuna görə iddiaçılar sonrakı növbə vərəsələr hesab olunurlar. Bu səbəbdən də onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları mövcud deyildir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı (cavabdeh) Cavabdeh1 vəkilinin 37 saylı evin 183 saylı ümumi bağ sahəsinə aid olması mülahizəsi ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı tərəf iddiasının əsasını sübut edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X37 ünvan 2 saylı fərdi yaşayış evindən çıxarılsınlar. İddiaçılar X20, Cavabdeh1, Cavabdeh2 və X27 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X50 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-675/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-675/2024
10.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver