Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-68/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pulun turulması barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmi xidmətlərin müqabilində cavabdeh tərəfindən ödənilməyən 43222 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında sentyabr 2020-ci il tarixli şifahi razılaşma (əqd) bağlanmışdır. Bu şifahi razılaşmaya əsasən cavabdehə məxsus 78 küçə iti və 12 pişik müalicə olunmaq və bununla əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədi ilə iddiaçıya məxsus xüsusi saxlama məntəqəsində (oteldə) və klinikanın özündə yerləşdirilməli, əvəzində isə cavabdeh iddiaçıya hər ay üçün göstərilən xidmətin həcminə uyğun olaraq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Sentyabr və oktyabr aylarında müvafiq olaraq ödənilməli olan 4.174 manat və 21.774 manat məbləğin hamısı ödənilsə də, noyabr ayı üçün ödənilməli olan 21.842 manat məbləğin sadəcə 20.410 manat ödənilmişdir. Bununla da həmin ay üçün 1.432 manat borc yaranmışdır. Dekabr ayı üçün nəzərdə tutulmuş 21.024 manat, yanvar ayı üçün 18.048 manat, fevral ayı üçün isə 2.718 manat xidmət haqlarının heç bir qismi ödənilməmiş, nəticədə isə bu aylar ərzində cavabdehin 41.790 manat borc məbləği yaranmışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya ödənilməli xidmət haqqından yaranmış ümumi borc məbləği 43.222 manat (qırx üç min iki yüz iyirmi iki manat) təşkil edir. Həmin məbləğin ödənilməsi ilə əlaqədar cavabdehə şifahi müraciət edilmiş və 03 mart 2021-ci il tarixli yazılı xəbərdarlıq göndərilmişdir. Buna baxmayaraq, bu müraciətlər və xəbərdarlıqlar diqqətə alınmamış və nəticəsiz qalmışdır. Cavabdeh öz şəxsi istifadəsində olan “İnstagram” hesabında 08 yanvar 2021-ci il tarixdə paylaşdığı məlumata əsasən iddiaçı ilə aralarında bağlanmış şifahi razılaşmanı və razılaşmaya əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə yaranmış borc pul məbləğini birbaşa etiraf edir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin iddia tələbinin əsassız olduğundan rədd edilməsi, "xxxx" MMC ilə müqavilənin bağlanması üçün çəkdiyi xərcləri 59135 manat, 15480,23 ABŞ dolları, "xxxx" MMC-nin götürdüyü öhdəlikləri yerinə yetriməməklə aclıq çəkən həyatları təhlükə altında olan itləri xilas etmək məcburiyyəti qarşısında qalaraq onlara verdiyi 100 kisə “Qemon” it qidasını naturada ona qaytarılması, onlara dəymiş mənəvi zərərə görə kompensasiya məbləinin müəyyən olunması və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən "xxxx" MMC-dən pay-pal vasitəsi ilə "xxxx" MMC-nin hesabına köçürülmüş 7705,87 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tləbinin ikinci bəndində qeyd edilən 15480,23 dolların 32364,57 ABŞ dolları artımı kimi qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin avqust ayının axırlarında Cavabdeh ona məxsus 75 sayda itin 9-10 ay müddətinə mərhələli surətdə X3 gönrəcəyini "xxxx" MMC-yə bildirmiş icraçıdan həmin sayda itlərin saxlanılması üçün yaxşı şərait yaradılması, baytar normalarına uyğun qidalanması, xəstəliklərə qarşı profilaktik tədbirlətin görülməsi, qulluq saxlanılma yerlərinin gündəlik təmizlənməsi, dizinfeksiya olunması, 10 gündən bir çimizdirilməsi, uzanan dırnaqların tutulması, tələb olunan xidmətlərin icrası haqqında 15 gündən bir rəsmi hesabatın təqdim olunması xidmətlərə görə müəyyən olunmuş taarif cədvəlini, ümumi qiymət razılaşmasını özündə əks etdirən yazılı müqaviləni, onlarla bağlamağa hazır olduğunu bildirmişdir. İcraçı hazırda yazılı müqavilənin bağlanmasını mümkünsüz olduğunu bildirmiş, İstehlakçının irəli sürdüyü tələblərin yerinə yetririlməyə hazır olduğunu və yaxın vaxtlarda xidmətlərin həcminə uyğun xərclərin hesablanmasının onunla razılaşacağını və yazılı müqavilə bağlanacağını öhdəsinə götürmüşdür. İstehlakçı müqvilənin bağlanması arzusu ilə pay-pal vasitəsi ilə 1 sentyabr 2020-ci ildən 26 dekabr 2020-ci il dövründə icraçıya 12777 manat məbləğində ödəniş etmişdir. Bu məbləğdə ödənişin hansı xidmətlər üçün alındığı indiyədək məlum deyil. Heyvanların təkcə qəfəsdə saxlanması üçün sentyabr ayı 4174 manat, oktyabr ayı 21744 manat, noyabr ayı 20410 manat, cəmi 46358 manat məbləğində icraçıya ödənilmişdir. X1 Mişiyeva Kamila xx.xx.2021-ci ildən xx.xx.2021-ci il dövr ərzində 15480,23 ABŞ dolları icraçıya pay-pal vasitəsi ilə pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə X8 nümayəndəsi icraçıya nağd surətdə 10000 manat pul ödənilmişdir. Bundan əlavə göstərilən müddətdə 100 kisə (hər kisənin çıkisi 20 kq) vitaminlərlə zəngin “QEMON” it qidası icraçıya təhvil verilmişdir. İcraçının qüsurlu xidmətləri səbəbindən 15 it tələf olmuş, 24 it ağır xəstələnmiş və uzunmüddətli müalicəyə cəlb olunmuşdur. 2020-ci il inin noyabr aylarının axırlarında heyvanlara baş çəkən istehlakçının nümayəndəsi X5 tərəfindən girov götürülmüş azadlığa buraxılması müqabilində 21842 manat pul ödənilməsi və itlərin çıxarılması tələb olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, heyvanlar 2020-ci ilin sentyabr ayında təhvil alınmış və vaxtı dəqiq bilnməyən müxtəlif vaxtlarda geri təhvil verilmiş, 6 heyvan ölmüşdür və heyvanların saxlanması ilə bağlı otel xərci gündəlik 15 manatdan hesablanıb. Bun günə kimi cavabdeh 46358 manat ödəmişdir, borcu 43222 manat təşkil edir. Məhkəmə iclasında qarşılıqlı iddia iddia üzrə iddiaçı qarşılıqlı iddia iddianın təmin edilməsini və ilk iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 qəzə ifadəsində bildirmişdir ki, o "xxxx" MMC-yə 4174 manat pul ödəmişdir. Lakin pulun ödənilməsi ilə bağlı ona hər hansı bir qəbz təqdim edilməmişdir. Həmin Cavabdeh borcu ilə bağlı ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş müştəri ilə hesablaşma blankında qeyd edilmişdir ki, sentyabr 2020-ci ildən fevral 2021-ci ilədək göstərilən xidmətlərin hesabı 75 it və 12 pişik olmaqla ödənilən məbləğ 46358 manat (2020-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək), qalıq borc 43222 manat (2020-ci il dekabr ayından 2021-ci il in fevral ayınadək). İş materiallarında olan "xxxx" MMC-nin təqdim etdiyi Cavabdeh təhvil verilən itlərin və pişiklərin siyahısında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə 2 it, xx.xx.2020-ci il tarixdə 1 it, xx.xx.2020-ci il tarixdə 1 it, xx.xx.2020-ci il tarixdə 1 it, xx.xx.2020-ci il tarixdə 2 it, xx.xx.2020-ci il tarixdə 2 it, xx.xx.2020-ci il tarixdə 1 it, xx.xx.2021-ci il tarixdə 1 it, xx.xx.2021-ci il tarixdə 1 it, xx.xx.2021-ci il tarixdə 4 it, xx.xx.2021-ci il tarixdə 1 it, xx.xx.2021-ci il tarixdə 2 it, xx.xx.2021-ci il tarixdə 1 it, 02.2021-xx.xx.2021-ci iltarixinə qədər 25 it köhnə ünvanda yerləşən (Şamaxı yolu 15 km) məkandan təhvil verilib. 13 it yeni ünvana (Badamdar şossesi 35) gətirilərək uzun müddət müalicə almışdır. Oktyabr 2021-ci il tarixinədək müxtəlif vaxtlarda təhvil verilmişdir. Sonuncu dəfə AARC işçiləri tərəfindən xx.xx.2021-ci il tarixində 1 it və 2 pişik Fərid Mənsurovun rəhbərlik etdiyi sığınacağa təhvil verilmişdir. 17 it müxtəlif proseslərə gəlmiş və həmin günlərdə getmişdir. xx.xx.2020-ci il tarixdə 1 pişik, xx.xx.2021-ci il tarixdə 1 pişik, xx.xx.2021-ci il tarixdə 2 pişik, xx.xx.2021-ci il tarixdə 1 pişik, cəmi 75 it, 5 pişik təhvil verilmişdir. İş materiallarında olan ödənişlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 1338,23 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1442 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1530 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2070 ABŞ dolları, xx.xx.2021ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3100 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 219,41 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1121 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3769 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 277,65 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 558,82 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1760 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1120,94 ABŞ dolları,xx.xx.2021-ci il tarixdə 1394 ABŞ dolları, 0309.2021-ci il tarixdə 725,29 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC müştəri ilə hesablaşma blankında qeyd edilmişdir ki, 2020-ci ilin noyabr ayına borc 21842 manat, ödənişlər yanvar 2021-ci il 3009 ABŞ dolları (5115,80 manat) pay pal vasitəsi ilə Məmmədova Mədinə AARC klinikaya olan borcu 3188 manat ödəniş olmuş, qalıq 1927 manat Fərid Mənsurovun borc hesabına bağlanmışdır. Yanvar 2021-ci il 4990 ABŞ dolları (8483 manat) pay pal vasitəsilə GWARP getmişdir və fevral ayında əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, yanvar 2021-ci il tarixdə 10000 manat Elman bəy tərəfindən GOOD WORLD sığınacaq hesabına yardım etmişdir. Noyabr ayı üçün ödənilən məbləğ 20410 manatdır. Qeyd olunan məbləğlər müxtəlif tarixlərdə ödənilmişdir. Qalıq borc noyabr 2020-ci il tarixə 1432 manat, dekabr 2020-ci il tarixə 21024 manat, yanavr 2020-ci il tarixə 18048 manat, fevral 2020-ci il tarixə 2718 manat olmaqla, ümumilkdə 43222 manatdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İN/L-1127/2017 nömrəli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “X6 Center” MMC-yə özəl baytarlıq təbabəti fəaliyyətinin həyata keçirilməsinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılıq əsasında 75 küçə iti və 12 pişik müalicə olunmaq və bununla əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədi ilə "xxxx" MMC-yə məxsus xüsusi saxlama məntəqəsində (oteldə) və klinikanın özündə yerləşdirilməli, əvəzində isə Cavabdeh "xxxx" MMC-yə hər ay üçün göstərilən xidmətin həcminə uyğun olaraq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin heyvanlar "xxxx" MMC-yə 2020-ci ilin sentyabr ayından verilmişdir. Həmin heyvanlardan 75 it, 5 pişik Cavabdeh təhvil verilmişdir. Həmin heyvanların saxlanılması ilə bağlı gündəlik xərc tərəflər arasında olan razılaşmaya əsasən 15 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş ödənişlərdən görünür ki, heyvanların saxlanılması ilə bağlı ümumilkdə "xxxx" MMC-yə 54924,78 manat ödəniş həyata keçirilmişdir. Həmçinin məhkəmə iclasında "xxxx" MMC 56358 manat ödəniş edildiyini etiraf etmişdir. Hazırda ilk iddia üzrə iddiaçı 43222 manat ödəniş edilməli olduğunu iddia edir. Lakin buna dair sübut məhkəməyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı heyvanların müayinə və müalicəsi ilə bağlı ümumilkdə 89000 manat xərc çəkilmiş olduğunu iddia etsə də, Cavabdeh "xxxx" MMC-yə təhvil verdiyi it və pişiklər qəbul edilməsi barədə təhvil-təslim aktları, öz növbəsində "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş it və pişiklərin nə vaxt qaytarılması barədə təhvil-təslim aktları, Cavabdeh (və diqərləri) tərəfindən "xxxx" MMCyə aparılmış ödənişlər barədə hesabat (müqayisəli yoxlamanın aparılması üçün həm iddiaçı həm də cavabdeh tərəfindən tərtib olunmuş), "xxxx" MMC-yə məxsus cari bank hesabından çıxarış (qəbul olunmuş ödənişləri özündə əks etdirən) "xxxx" MMC tərəfindən nağd qaydada qəbul edilmiş ödənişləri özündə əks etdirən xəzinə kitabından çıxarışlar, Cavabdeh məxsus "xxxx" MMC-də qaldığı müddət ərzində müəlicə olunan it və pişiklərin barəsində “xəstə heyvanların ambulator jurnalı”ndan çıxarışlar, Cavabdeh məxsus "xxxx" MMC-də qaldığı müddət ərzində təlaf olmuş it və pişiklərin ölməsini təsdiqləyən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü ilk iddiaya münasibdətdə iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin cəmiyyətə edilmiş ödənişlər çıxılmaq şərti ilə 43222 manat borcun mövcud olmasına dair "xxxx" MMC tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbinə münsaibətdə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməldir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı 59135 manat, 32364,57 ABŞ dolları (32364,57x1.70=55019,77) ümumilkdə 114154,76 manat pulun "xxxx" MMC-dən alınaraq qaytarılmalı olduğunu iddia edir. Lakin işin faktiki hallarında müəyyən edilən odur ki, qarşılqlı iddia üzrə iddiaçı tərəfindən 54924,78 manat pulun müxtəlif vaxtlarda ödənilmiş olduğu işin mübahisəsiz halıdır. İddiaçının qalıq (114154,76-54924,78=59229,99) 59229,99 manat pulun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qeyd edilən hissədə rədd edilməlidr. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin 100 kisə “Qemon” it qidasını naturada ona qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, heyvanların saxlanılması ilə bağlı müxtəlif vaxtlarda yem alınmışdır. Lakin həmin heyvanların "xxxx" MMC-də saxlanılmış olduğu işin mübahisəsiz halı olduğundan həmin yemlərində məhz heyvanların saxlanılması üçün istifadə edilmiş olduğu qənaətinə gəlməyə əsas verir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia üzrə iddia 100 kisə “Qemon” it qidasını naturada qaytarılması hissəsində də rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının dəymiş mənəvi zərərə görə kompensasiya məbləinin müəyyən olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia qeyd olunan hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, ilk və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" MMC ilk iddia üzrə Cavabdeh qarşı göstərilmi xidmətlərin müqabilində cavabdeh tərəfindən ödənilməyən 43222 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı 59135 manat, 32364,57 ABŞ dolları pulun, "xxxx" MMC-nin götürdüyü öhdəlikləri yerinə yetriməməklə aclıq çəkən həyatları təhlükə altında olan itləri xilas etmək məcburiyyəti qarşısında qalaraq onlara verdiyi 100 kisə “Qemon” it qidasının naturada ona qaytarılması, onlara dəymiş mənəvi zərərə görə kompensasiya məbləğinin müəyyən olunması və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi tələbinə dair iddası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-68/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-68/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver