Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-693/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı bağ sahəsinə giriş-çıxışının (yolun) verilməsi, maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlərin adına komunal xidmətlərə dair bağlanmış müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağ massivindəki 240 saylı, 600 kv.m (6 sot) bağ sahəsində giriş-çıxış yolunun verilməsi (ayrılması), cavabdehlərin buna dair maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlərin qanunsuz inşa etdikləri evlərin kommunal xidmətlərə dair (qaz, su, işıq) aidiyyəti qurumlarla bağladıqları müqavilələrin ləğv edilməsi, ona məxsus bağ sahəsinin qarşısında cavabdehlərin torpağı zəbt edib qanunsuz tikinti aparmaqlarına göz yumaraq hərəkətsizlik edən aidiyyəti dövlət təşkilatlarının vəzifəli şəxsləri müəyyən edilərək onların istintaqa cəlb edilmələri ilə bağlı xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 3 saylı, 20.02.1990-cı il tarixli qərarı ilə ona Buzovna qəsəbəsində 240 saylı sahədə fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin dəqiq yeri ekspert rəyləri ilə müəyyən edilmişdir. 2003-cü ildə qonşusu xəbər verdi ki, bağ sahəsinə gəlib baxaraq kimə məxsus olduğu ilə maraqlanan şəxs var, qonşu həmin şəxsə bağ sahəsinin ona məxsus olduğunu bildirib əlaqə nömrəsini həmin şəxsə vermişdir. O, zəng edib onunla görüşdükdən sonra onun Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 olmasını bildi və o, sözügedən bağ sahəsi ilə bağlı görüşüb söhbət etmək istədiyini bildirdi. 2003-cü ildə Cavabdeh1 ilə söhbət zamanı bağ sahəsinin 6 sotuna (600 kv.m) adına müvafiq qərarın olduğunu bildirdi. Sonra Cavabdeh1 qohumu Zahid adlı ağsaqqal şəxs onunla danışaraq Faiqin cavan ailə və məcburi köçkün olduğuna görə bağ sahəsindən bir sot ayırıb orada yaşamaq üçün bir otaq tikməsinə icazə verməyini, Faiqin həmçinin əraziyə də nəzarət edəcəyini, eləcə də onun tikinti ustası olduğundan gələcəkdə orada tərəfindən aparılacaq tikintiyə yardım edəcəyini bildirmişdir. Ümumi bağ sahəsinin 12 sotunun (6 sot mənə aid hissəsi, 6 sot isə qarşısında neytral sahə) 3 tərəfi qonşu ilə birgə vəsait hesabına mişar daşı ilə hasara alınmış, ona aid 6 sot sahə öz hesabıma traktor vasitəsi ilə düzlənmiş və oraya tərəfindən 3500 ədəd mişar daşı boşaldılmış, darvaza qoyulmadığından qarşı tərəfi, yəni bağa giriş-çıxış hissəsi açıq qalmışdır. O vaxtdan bağ sahəsinə nəzarət etməsini qonşudan xahiş etmişdi. Bağ sahəsində hər hansı bir tikintiyə başlamadığından buna razılıq verdi və yaşayış otağının hansı tərəfdə tikəcəyi ilə Cavabdeh1la razılaşmamız oldu. Bir müddət sonra Cavabdeh1 ona müraciət edərək bildirmişdir ki, həmin bağ sahəsində hər hansı tikinti işlərinin aparılmasında maneə yaranır. Belə ki, əraziyə dövlət təşkilatlarının nümayəndələri gələrək Faiqdən torpağın ona məxsus olub-olmaması və orada tikinti işlərinin aparılmasına dair müəyyən sənəd tələb edirlər. O bunun hansı qaydada həll edəcəklərini soruşduqda, Faiq tikinti işlərinin aparılması ilə bağlı ona etbarmamə verəcəyi halda sərbəst tikinti işlərini aparacağını bildirdi. Bundan sonra 26.11.2003-cü il tarixdə onlar notariat kontoruna getdilər və orada bağ sahəsində tikintinin aparılması barədə Faiqə etibarnamə verdi. Lakin Faiq elə zənn etmişdir ki, “artıq torpaq onun mülkiyyətidir və orada istədiyi hərəkəti edə bilər”. Bir müddət sonra bağ sahəsinə gəldikdə ona aid 6 sot bağ sahəsinin bir hisəsində 3 ədəd xırda təmirsiz otağın və tövlənin tikildiyini gördü. Daha bir müddət sonra bağ sahəsinə baş çəkdikdə gördü ki, Faiq ona məxsus 3500 ədəd mişar daşını istifadə edərək bağ sahəsinin giriş-çıxış hissəsində yeni ev tikdiyini gördü, onun özbaşınalıq hərəkətləri ilə bağlı aramızda mübahisə yarandıqdan sonra 2006-cı ilin mart ayında DNK-na müraciət edərək vermiş olduğu etibamaməni ləğv etdirdi, lakin buna baxmayaraq Faiq heç bir icazə və sənəd olmadan bağ sahəmin qarşısında evin tikintisini başa çatdırmış və darvaza qoyaraq ona məxsus olan qanuni bağ sahəsinə yolunu bağlamışdır. Daha sonra həmin neytral sahədə qardaşı Cavabdeh2 də ev tikərək yaşamağa bağlamış və onun bağ sahəsinə giriş-çıxış yolu bağlandığından bağ sahəsinə keçməyi mümkün olmamışdır. Əlavə qeyd edir ki, qardaşların bağ sahəsinin qarşısında neytral 6 sot ərazidə ev tikərkən Cavabdeh3 nümayəndələri buna göz yumaraq müdaxilə etməyib, tikintinin hansı icazə və ya sənəd əsasında aparıldığını aydınlaşdırmamışlar, tikintinin dayandırılması və sökülməsi məsələsini qaldırmamışlar. Bununla bağlı qarşı tərəflə aralarında məhkəmə mübahisələri başlamışdır. Qeyd edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənə məxsus 6 sot bağıma onlar girişçıxışı bağladıqlarından və Xəzər RİH-nin qardaşların bu özbaşınalığına biganə qalması nəticəsində 15 ildir bağ sahəmdən istifadə edə bilməmişdir. Necə ola bilər ki, torpaq sahəsi zəbt olunur və heç bir dövlət qurumu bu hərəkətlərin qarşısını almır, nəticədə qeyriqanuni evlər tikilərək onun kimi vətəndaşların Konstitusion hüquqları pozulur. Burdan belə nəticəyə gəlmək olur ki, cavabdehlər nəyəsə və ya kimlərəsə arxayın olub cəzasız qalacaqlarına əmin olaraq bu qeyri-qanuni hərəkətlərə əl atmışlar. Əfsuslar olsun ki, bu qeyd etdiyi hallar heç bir dövlət orqanları tərəfindən araşdırılmamışdır. Bundan başqa, cavabdehlər yenə də, hər hansı bir vasitə və tanışlıqla yenə də qanunsuz, zəbt olunmuş ərazidə, qeyri-qanuni tikililərlə bağlı kommunal xidmətlərə dair müqavilələr bağlamışlar (qaz, su, işıq). Aidiyyəti dövlət təşkilatlarına tikilmiş evlərlə bağlı heç bir sənəd təqdim etmədən müqavilə bağlayıb kommunal xidmətlərdən qanunsuz istifadə etmişlər. Cavabdehlərin torpağa və orada tikilmiş evlərə aid heç bir sənədləri olmadan müvafiq dövlət təşkilatları onlara şərait yaradaraq cavabdehlərin kommunal xidmətlərdən heç bir sənəd təqdim etmədən qanunsuz istifadə etməyə göz yummuşlar. Əlavə olaraq bildirir ki, cavabdehlər min bir bəhanələrlə onun öz ərazisindən istifadə etməməyi üçün, vaxt uzatmaq məqsədi ilə müxtəlif bəhanələrlə müxtəlif məhkəmələrdə müxtəlif iddialar irəli sürmüşlər. Təbii ki, heç bir iddiaları təmin olunmamış qalmışdır. Belə olan halda qanunvericiliyin müxtəlif tələblərini rəhbər tutaraq ona məxsus qanuni bağ sahəsinə girişçıxış verilməli, cavabdehlərin buna etdikləri maneələr aradan qaldırılmalı, onların qanunsuz hərəkətlərinə son qoyulmalı və kommunal xidmətlərlə (qaz, su, işıq) bağlı aidiyyəti təşkilatların cavabdehlərlə bağladıqları müqavilələr ləğv edilməlidir. Onların qeyri qanuni hərəkətlərinə göz yummuş aidiyyəti dövlət orqanlarının vəzifəli şəxsləri müəyyən edilərək onların istintaqa cəlb edilmələri ilə bağlı xüsusi qərardad qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 hər biri ayrı-ayrılqda iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o 2003-cü ildə mübahisəli ərazi torpaq sahəsini pul verərək almışdır. Həmin torpaq sahəsini 15000 manat verərk almışdır. Həmin torpaq sahəsinin 0,06 ha. hissəsinin sənədi mövcuddur, lakin digər hissənin sənədi yoxdur. Mübahisəli ərazidə mövcud tikilinin sənədi yoxdur. 18 ildir həmin ərazidə yaşayır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə digər Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsinin iştiakı olmadan baxılamasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əzizbəyov (indiki Xəzər) rayon X4 İcariyyə Komitəsinin 20.02.1990-cı il tarixli 3 nömrəli qərarına əsasən İddiaçı Məmmədrahim oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7-ci dövlət notariat kontorunun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinə ünvanlanmış 28.03.2006-cı il tarixli 21 nömrəli məktubunda 26.11.2003-cü il tarixdə İddiaçı Cavabdeh1 verdiyi 7E/13-4310 saylı etibarnamə onun ərizəsinə əsasən 28.03.2006-cı il tarixdə ləğv edilmiş olduğu və Cavabdeh1 adına heç bir əməliyyat aparılmaması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2020-ci il tarixli 26113 nömrəli ekspert rəyinin surətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin teşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsının məsləhətçisi S.Hümbətlinın tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, halhazırda mubahisəli torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında İddiaçı Məmmə çəş əqiq an torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Suleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixll, 3 saylı qərarı əsasında İddiaçı Məmmədrahim oğluna ayrılan torpaq sahəsində hazırda 4 kiçik həcmli tikili mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmış, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı Məmmədrahim oğlunun Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarıxlı, 3 saylı qərarı əsasında iddia etdiyi ərazi Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisı S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunan ərazi İddiaçı Məmmədrahim oğlunun adına ayrılmış Bakı şəhəri Əzizbəyov rayon XDS İKnin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında 598 kv.m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçısı S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı Məmmədrahim oğlunun Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında ayrılan torpaq sahəsi cavabdehlər X1 və Cavabdeh2 istifadəsindədir və həmin torpaq sahəsində kiçik həcmli tikili mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavinı Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu İl tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 4 kiçik həcmli tikili mövcuddur və tikililərin sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələlən Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rərs müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Həmin tikililər İddiaçı Məmmədrahım oğlunun Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında ayrılan torpaq sahəsinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu İl tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi istifadə etdiyi 1127 kv/m ərazinin 598 kv/m-i İddiaçı Məmmədrahım oğluna Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın 20 02.1990-cı il tarıxlı, 3 saytı qərarı əsasında ayrılan torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, ölçülmüş faktiki sahənin sxeminə əsasən Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-nın 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında İddiaçı Məmmədrahim oğluna ayrılan torpaq sahəsindən yola ən yaxın məsafə 23 m təşkil etdiyi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 234/2018 nömrəli 06.02.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi, torpaqğın boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək, Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli qərarı ilə İddiaçı Məmmədrahim oğluna Buzovna qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 600 m2 torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililər onların hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı, Cavabdeh1, Buzovna qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Emin Əliyevin iştiakı ilə yerli baxış keçirilməsi ilə bağlı tərtib edilmiş aktda qeyd edilmişdir ki, torpaq sahəsinin 4 tərəfdən giriş-çıxış vardır. Bağ sahəsinin 3 tərəfdən olan bağlar fiziki şəxslərin mülkiyyətində olan torpaqlardır. Cavabdehlərin evlərinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdə olmadığından mübahisəli torpaq sahəsinə giriş çıxış yalnız həmin sahədən nəzərdə tutulur. Hər iki cavabdehlərin evlərinin arasındakı məsafə 3,5 metr təşkil edir. Həmin yol üzərində mişar daşlar ilə toyuq hini yerləşir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon X4 İcariyyə Komitəsinin 20.02.1990-cı il tarixli 3 nömrəli qərarına əsasən İddiaçı Məmmədrahim oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq saəhisən giriş çıxış yolu cavabdehlər tərəfindən bağlanmışdır. Bunun nəticəsində iddiaçı özüə məxsus olan torpaq sahəsindən istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin ikinci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin özbaşına tikili olması və həmin torpaq sahəsinə dair cavabdehlərin hüquq müəyyənedici sənədlərin olmaması, habelə iddiaçıya məxsus torpaq sahəsinə olan giriş-çıxış yolunu bağlamaqla iddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq və onlardan istifadə etmək hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağ massivindəki 240 saylı 600 kv.m (6 sot) bağ sahəsindən istifadə edilməsi məqsədi ilə iddiaçıya məxsus torpaq sahəsinə olan girişçıxış yolu açılmalıdır. İddiaçının iddia tələbinin cavabdehlərin qanunsuz inşa etdikləri evlərin kommunal xidmətlərə dair (qaz, su, işıq) aidiyyəti qurumlarla bağladıqları müqavilələrin ləğv edilməsi, ona məxsus bağ sahəsinin qarşısında cavabdehlərin torpağı zəbt edib qanunsuz tikinti aparmaqlarına göz yumaraq hərəkətsizlik edən aidiyyəti dövlət təşkilatlarının vəzifəli şəxsləri müəyyən edilərək onların istintaqa cəlb edilmələri ilə bağlı xüsusi qərardad çıxarılması hissəsinə münasibət də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, qeyd edilən torpaq sahəsinin 0,12 ha olduğu və həmin torpaq sahəsindən yalnız 0,06 ha hissəsinə iddiaçının hüquqmüəyyənedici sənədlərinin olduğu halda iddiaçının qalan torpaq sahəsindən cavabdehlər tərəfindən tikilinti işlərinin aparılması iddiaçının hansısa hüquqlarının pozulmuş olduğu akar edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağ massivindəki (240 saylı bağ) 600 kv.m (6 sot) bağ sahəsindən istifadə edilməsi məqsədi ilə iddiaçıya məxsus torpaq sahəsinə olan giriş-çıxış yolu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən açılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-693/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-693/2021
23.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver