Məhkəmə qərarları › İş №2(003)-70/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-70/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-70/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh1 Balahəsən oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Balahəsən oğlu, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı hüquq və vəzifələrin keçirilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 Balahəsən oğlu, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı ev üzərində Cavabdeh2 2/3 hissədə payı onun üstünlük hüququ pozulmaqla Cavabdeh1 satıldığından, həmin payın dəyəri tərəfindən ödənilmək şərtilə pay üzrə alıcı Cavabdeh1 hüquq və vəzifələrinin ona keçirilməsi, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Daşınmaz əmlakın dövlət reyetsrində Cavabdeh1 hüququna dair qeydin silinməklə həmin qeydiyyatın onun adına aparılması, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsinə əsasən onun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi ünvan 1 unvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair Cavabdeh1 adına 08 oktyabr 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin (seriya RX ******* saylı çıxarış) ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(103)- 2120/2020 nömrəli qətnaməsinə əsasən onun tərəfimdən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Cavabdeh1 tərəfindən verilmiş apellyasıya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci İl tarixli 2(002)-1711/2021 nömrəli qərarına əsasən onun tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinın 09 iyun 2020-ci il tarixli 2(103)-2120/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi qətnaməsini aşağıdakı kimi əsaslandırmışdı. Qanunverici paylı mulkiyyətin mülkiyyətçisinə öz payını özqəninkdəşdirməkdə digər əmlak mulkiyyətçiləri kimi müstəsna səlahiyyət vermiş, lakin bu zaman onun üzərinə qanunventilikdə nəzərdə tutulmuş bəzi qaydalara əməl etmək öhdəliyi qoymuşdur. Həmin qaydalər isə MM-nin 218-ci maddəsində öz əksinı tapmışdır. Belə ki, qeyd edilən normaya əsasən - ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılın payı açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan müulkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Göründüyü kimi, mülki qanunvencilik ümum paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinə satılan payı satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququnu tanımışdır. Belə olan halda, payını özgəninkiləşdirmək istəyən mülkiyyətçi payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Hazırki işin faktiki hallarından və işdə olan sübutlardan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını 2/3 hissədə paylı mülkiyyətçisi Cavabdeh2 payın üçüncü şəxsə (digər cavabdehə) satmaq niyyəti barəsində iddiaçıya qanunvericiliyin qeyd edilən tələblərinə uyğun qaydada yazılı bıldiriş verməmişdir. Digər tərəfdən işin faktiki hallarından açıq-aşkar görünur ki, kidıaçının alqısatqıdan daha əvvəl məlumatlı olmuş (iddiaçının özü də iddia ərizəsində bu halı təsdiq etmişdir), tərəflər arasında müəyyən danışıqlar aparılmış, nəticədə alqı-satqı muqavıləsı bağlanılmış, yalnız bundan sonra iddiaçı bağlanmış əqdə etiraz etməyə başlamışdır. Lakın qeyd edilən hallar özü-özlüyündə qanunvericilikdə nəzərdə tutulmuş yazı bildinşin təqdim olunmasını istisna etməmişdir. Bu səbəbdən də mulki qanunvencilik müəyyən elmişdir ki, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mulkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələnnin ona keçiniməsini məhkəmə qaydasında tələb etsin (Mülki Məcəllənin 218.3-cü maddəsi) Yəni əgər əqd üstünlük hüququnun pozulması əsası ilə etibarsız sayılmış olarsa və əqdin tərəfləri əvvəlki vəziyyəli qaylarılarsa, lakin sonradan payı satın almaqda hüquqları olan paylı mülkiyyətçi həmin payı hər hansı səbəbdən almazsa o zaman payını satmış mülkiyyətçinin və onu almış olan alıcının huquqlan kobud sərətdə pozulmuş olardı. Məhz bu səbəbdən də, bu kimi mübahisələrdə yeganə doğru tələb yuxarıda da qeyd edildiyi kimi - alıcının hüquq və vəzifələrinin satın almaqda üstün hüquqa malik olmuş paylı mülkiyyətçiyə keçirilməsini məhkəmə qaydasında tələb etməkdən ibarətidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinin və Bakı şəhəri 31 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı və onun nümayəndəsi və vəkili X1, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinin və Bakı şəhəri 31 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Balahəsən oğlu iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin məhkəməyə təqdim etmiş olduöu etirazda iddianı qəbul etmədiyini, İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü, alqı-satqı müqaviləsindən üç il keçdikdən sonra iddia qaldırıldığı, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən 3 ay müddətində iddia qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontorunda bağlanmış 02.10.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsini Cavabdeh1 Balahəsən oğluna satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 8 saylı evin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Balahəsən oğlu arasında bağlanmış 02.10.2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair Cavabdeh1 Balahəsən oğlunun adına 08.10.2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeyd (seriya RX ******* saylı çıxarış) ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(103)- 2120/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Balahəsən oğlu, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.02.2021-ci il tarixli 2(102)-1711/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin ediməmiş və Bakı Apellyasiya Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(103)- 2120/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 8 saylı evin və torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh1 Balahəsən oğlunun mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh1 Balahəsən oğlunun məhkəməyə ünvanladığı 02.02.2022-ci il tarixli etirazda qeyd edilmişdir ki, İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü, alqı-satqı müqaviləsindən üç il keçdikdən sonra iddia qaldırıldığı, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən 3 ay müddətində iddia qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 8 saylı evin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Həmin əmlakın payçısı olan Cavabdeh2 öz payını Cavabdeh1 Balahəsən oğluna satmış və sonuncunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, İddiaçı cavabdehlər Cavabdeh1 Balahəsən oğlu, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sonradan qətnamədən verilmiş (apelyator Cavabdeh1 Balahəsən oğlu tərəfindən verilmiş olan) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(103)-2120/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı ev üzərində Cavabdeh2 2/3 hissədə payı onun üstünlük hüququ pozulmaqla Cavabdeh1 satıldığından, həmin payın dəyəri tərəfindən ödənilmək şərtilə pay üzrə alıcı Cavabdeh1 hüquq və vəzifələrinin ona keçirilməsi, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Daşınmaz əmlakın dövlət reyetsrində Cavabdeh1 hüququna dair qeydin silinməklə həmin qeydiyyatın onun adına aparılması, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin mülki iş üzrə Cavabdeh1 Balahəsən oğlu məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin (maddə 218.3). Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirildikdə paylı mülkiyyət hüququ yaranmış olur. Paylı mülkiyyətin digər mülkiyyət hüquqlarndan fərqli olaraq payın satılması hüququ üzrə digər payçıların üstünlük hüququ müəyyən edilmişdir. Eyni zamanda bu hüququn realizəsi üçün xüsusi iddia müddəti müəyyən edilmişdir. Belə ki, mülki qanunvericilik pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Hazırkı halda mülki iş üzrə iddiaçının bu cür hüququnun olması qəbul olunur, lakin həmin hüququn realisəzi ilə bağlı iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş olan müddət ötürülmüşdür. Belə ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb olan alqı-satqı müqaviləsi 02.10.2018-ci il tarixdə bağlanmışdır. Hazırkı mübahisə üzrə tərəflər arasında məhkəmə çəkişmələri üzrə ilkin olaraq İddiaçı tələbi üzrə 21.02.2019-cu il tarixdə qətnamə çıxarılmış (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin) və həmin qətnamədən verilmiş apellyasiya və kasassiya şikayətləri üzrə mülki işə mahiyyəti üzrə baxılaraq, iddia tələbinə hüquqi qiymət verilmişdir. Belə ki. Bakı Apellayasiya Məhkəməsinin 09.06.2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində də məhkəmə kollegiyası Mülki Məcəllənin 218.3-cü maddəsini əsas gətirərək qeyd etmişdir ki, pay satın almaq üstünlük hüququ pozulmaqla həyata keçirildikdə paylı müılkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. İşin hallarıdan görünür ki, iddiaçının hazırkı tələb üzrə hüququ 2018-2020-ci illər aralığından yaranmasına baxmayaraq, o, alıcının (hazırkı halda Cavabdeh1 Balahəsən oğlu) hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında 20.04.2021-ci il tarixdə tələb etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.1, 375.2). Hazırkı mübahisə üzrə Cavabdeh1 Balahəsən oğlu məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır (maddə 368). Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372). Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir (maddə 373.1). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Balahəsən oğlu, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı ev üzərində Cavabdeh2 2/3 hissədə payı onun üstünlük hüququ pozulmaqla Cavabdeh1 satıldığından, həmin payın dəyəri tərəfindən ödənilmək şərtilə pay üzrə alıcı Cavabdeh1 hüquq və vəzifələrinin ona keçirilməsi, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Daşınmaz əmlakın dövlət reyetsrində Cavabdeh1 hüququna dair qeydin silinməklə həmin qeydiyyatın onun adına aparılması, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar