Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-70/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyi Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Buzovna- Maştağa yatağı, Buzovna-Maştağa yolunun sağ tərəfində, 39 T 418967.00 4486105.00 coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini, ərazinin boşaldılmasını, zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılmasını və ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə daimi istifadəsinə ayrılmış, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sağ tərəfində, 39 T 418967.00 4486105.00 coğrafi koordinatlarda yerləşən bir hissəsi cavabdeh X1 tərəfindən zəbt edilərək torpaq sahəsinin üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın İddiaçı neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur.Həmin torpaq sahəsi mühafizə zonasına düşmür.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh göstərdi ki, iddia tələbini qəbul edir. Onun adına həmin evdə kommunal xidmətlər aktivdir. Həmin torpaq sahəsini İsmayılova Sevildən 2014-cü ildə alıb.Buzovna Bələdiyyəsi tərəfindən həmin torpaq Sevilə 49 il müddətinə icarəyə verilmiş, o isə etibarnamə ilə həmin evi Sevildən alıb. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 333/06 saylı xx.xx.2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən İsmayılova Sevilə 50 il müddətinə illik 7.20 manat ödəmək şərti ilə 600 kvadrat metr sahəsi verilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6077 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (H.Z.Tağıyev adına NQÇİ). Sahə daxilində və yaxınlığında ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Sahənin və üzərindəki tikilinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin ərazisindədir. Ekspert rəyi də bunu təsdiq edir. Həmin ərazinin SOCAR-ın "Azneft" İB-ə məxsus olmasına baxmayaraq hal-hazırda orada neft-qaz hasilatının təmin edilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır.Eyni zamanda, sözügedən torpaq sahəsi mühafizə zonasına düşmür.Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş tikililər sökülməli və ərazi boşaldılaraq iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, “məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir”. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən “dövlət orqanları və bələdiyyələr müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir”. Belə ki,qətnamənin icrası həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman həyata keçirilməlidir.Bu halda cavabdeh Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə edə bilər. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6077 nömrəli tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilməsinin dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmədə müəyyən olundu ki, iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, 50 manat dəyərində tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin xeyrinə, 50 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sağ tərəfində, 39 T 418967.00 4486105.00 coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülsün, ərazi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Cavabdeh iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin xeyrinə 1 00,40 manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********) hesabına (AZ34CTRE********************) tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-70/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-70/2025
21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver