Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-711/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin S.Abbasov adına 117 nömrəli tam orta məktəbin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin S.Abbasov adına 117 nömrəli tam orta məktəbin (maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün ödənilməli olan vəsaitin tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin S.Abbasov adına 117 nömrəli tam orta məktəbinə (maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün ödənilməli olan vəsaitin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili X3 ərizəni müdafiə edərək, iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin S.Abbasov adına 117 nömrəli tam orta məktəbin nümayəndəsi X* işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini, iddianın baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-26*, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh S.Abbasov adına 117 nömrəli tam orta məktəbinə (maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün ödənilməli olan vəsaitin tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-711/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-711/2024
06.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver