Məhkəmə qərarları › İş №2(003)-713/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-713/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-713/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublı̇ kası adından QİYABİ QƏTNAMƏ 28 dekabr 2023-cü il İş № 2(003)-713/2023 Bakı şəhəri BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-nə qarşı "pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ”OBA CONSTRUCTİON” MMC ilə 14 avqust 2022-ci il tarixində müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh onun sifarişinə əsasən ona məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən torpaq sahəsində iki ədəd istirahət evi tikməlidir. Müqavilənin 4.1-ci bəndində və tərəflərin imzaladıqları “Əlavə № 1”-də olan şərtlərə görə sifarişçi ilkin olaraq icraçıya 22.000 manat ödəməlidir. Müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il, **.08.2022-ci il və xx.xx.2022-ci il tarixində cavabdehə cəmi 22.000 (iyirmi iki min) manat ödənilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilədə göstərilən işlər görülməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh bütün işləri 3 ay müddətinə ( “Əlavə № 1” bənd 12) icra edilməsini öhdəsinə götürmüş, lakin həmin müddət keçdiyinə baxmayaraq bu şərtə əməl etməmişdir. Cavabdehlə bağlanmış 14 avqust 2022-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən, icraçıdan hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0,1 % miqdarında cərimə tutulur. Nəzərə alınsa ki, **.08.2022-ci il tarixindən **.12.2022-ci il tarixinədək cəmi 122 gün keçmişdir, deməli cavabdehdən cəmi tutulmalı olan cərimə məbləği 5.368 manat (müqavilənin ümumi dəyəri 44.000 manat, onun 0.1 % = 44 manat x 122 gün = 5.368 manat) təşkil edir. Qeyd olunanlara əsasən, Cavabdeh-dən 22.000 (iyirmi iki min) ödənilmiş avans, 5.368 (beş min üç yüz altmış səkkiz) 122 günə cərimə və ödənilmiş dövlət rüsumu 172,10 (bir yüz yetmiş iki manat on qəpik) ümumilikdə 27.540,10 (iyirmi yeddi min beş yüz qırx manat on qəpik) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinə əlavə ərizə təqdim edilərək İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh ”OBA CONSTRUCTİON” MMC-dən 22.000 (iyirmi iki min) manat ödənilmiş avans və **6 (bir yüz əlli altı) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh şirkət müqavilənin şərtlərinə əməl etmədiyi üçün iddiaçı qeyd olunan ərazidə özü tikinti işlərin aparmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, cavabdehin vəzifəli şəxsi və ya nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 14 avqust 2022-ci il tarixli, № A20220814 saylı müqavilədən görünür ki, İddiaçı (Sifarişçi) və Cavabdeh-nin (İcraçı) direktoru X2 şəxsində 14 avqust 2022-ci il tarixdə, № A20220814 saylı xidmət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Bundan başqa tərəflər arasında 14 avqust 2022-ci il tarixli, № A20220814 saylı xidmət müqaviləsinə № 1 saylı əlavə olan X1 (bundan sonra Protokol) imzalanmışdır. Həmçinin, göstərilmişdir ki, bu Əlavə № 1 tərəflərin onu təsdiq etdiyi gündən qüvvəyə minir (Protokol 13). Müqavilənin predmeti olaraq göstərilmişdir ki, iddiaçı ona məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən torpaq sahəsində, tikinti sahəsində hər birində 40 m2 (8x5) olmaqla, “A-Frame” üslubda, beton döşəməli, taxta quşardırmalı, 2 ədəd istirahət evi sifariş edir. İstrahət evinin eskiz layihəsinin çəkilməsi, layihə əsasında tikinti və təmir işlərinin görülməsini cavabdeh öz üzərinə götürərək, texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razıdır (Müqavilə 1.1). İcraçı müqavilənin 1.1-ci bəndində qeyd edilmiş tikinti və təmir işlərini həyat keçirməyi, Sifarişçi isə müqavilədə göstərilən ödəniş şərtlərini yerinə yetirməyi öhdəsinə götürür (Müqavilə 1.3). Tikinti və Təmir işləri Əlavə № 1-də göstərilmişdir (Müqavilə 1.2). Müqavilədə ödənişlə bağlı göstərilir ki, Sifarişçi ilə İcraçı arasında razılaşmaya əsasən, İcraçı tikinti və təmir işlərinin həyata keçirilməsi üçün xidmət haqqı təyin edir (Müqavilə 1.4). Müqaviləyə əsasən yerinə yetiriləcək işin dəyəri Əlavə № 1 (Protokol) -dəki razılaşmaya uyğun hesablanacaqdır (Müqavilə 2.2). Bu Əlavə № 1 üzrə göstəriləcək xidmətin ümumi dəyəri (vergilər və icbari tutumlar daxildir) 44.000,00 AZN (qırx dörd min) manat təşkil edir (Protokol 7). Razılaşmaya əsasən, Sifarişçi ödənişi aşağıda göstərilən qaydada, İcraçının Müqavilədə göstərilən hesabına köçürmə yolu ilə və ya kassasına manatla (AZN ilə), nağd şəkildə ödəməklə həyata keçirməlidir. İlkin ödəniş ümumi məbləğin 50 (əlli) faizi, yəni 22.000 (iyirmi iki min) manatdır (Protokol 11). Ödənişlər kassa mədaxil çeki ilə təsdilənərək, hər iki tərəfdə bir nüsxə olacaq (Protokol 11). Eyni zamanda müqavilədə işlərin icra olunma müddəti ilə bağlı göstərilmişdir ki, İcraçı Müqavilədə nəzərdə tutulan işlərin razılaşdırılmış qrafikə uyğun yerinə yetirilməsinə AR qanunlarına uyğun aparılmasına və yerinə yetiriləcək işlərin keyfiyyətinə zəmanət verir (Müqavilə 1.5). Müqavilənin 1.1-ci bəndində göstərilən işlərin yerinə yetirilmə müddəti (başlama və bitmə tarixi), tərəflərin təsdiq etdikləri Müqaviləyə əsasən, Əlavə № 1-də qeyd olunacaq və qeyd olunan tarix aralığında işlər tamamlanmalıdır (Müqavilə 4.1). Bu müqavilənin Əlavə № 1-də qeyd olunmuş ödəniş qaydasına əsasən, vəsait köçürüldükdən sonra, İcraçı 4.1-ci bəndi üzrə iş qrafikinə əsasən, işi yerinə yetirməyi öhdəsinə götürür və iş yerinə yetirildikdən sonra, Təhvil-Təslim Aktı təhvil verilir (Müqavilə 3.3). Razılaşmaya əsasən, işin icra müddəti müqavilənin bağlanma tarixindən sonra 3 aydır (Protokol 12). Avans ödənişi olunduqdan sonra 3 (üç) iş günü müddətində İcraçı işə başlamalıdır (Protokol 8). İş materiallarında olan kassa mədaxil orderi qəbzlərinin surətindən görünür ki, 14 avqust 2022-ci il tarixli, Seriya ƏXZ/2 № 126124 saylı qəbzə əsasən 9600,0 manat, ** avqust 2022-ci il tarixli, Seriya ƏXZ/2 № 126125 saylı qəbzə əsasən 3400,0 manat, 16 avqust 2022ci il tarixli, Seriya ƏXZ/2 № 126128 saylı qəbz əsasən isə 9000,0 manat olmaqla, ümumilikdə 22.000 (iyirmi min iki min) manat pul məbləği İddiaçı tərəfindən Cavabdeh-nə ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-713/2023 saylı qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə çıxarılmış qərardad iş materialları ilə birlikdə ekspertizanın aparılması həvalə edilmiş orqana göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 18 avqust 2023-cü il tarixli, № 10/2120 saylı məktubdan görünür ki, göstərilən tədqiqat obyektinə baxış keçirilmiş, lakin aparılmış tikinti işlərinin ilkin vəziyyətinin saxlanılmadığı müəyyən olunmuş, bu səbəbdən də tədqiq olunan ünvanda aparılmış tikinti işlərinin ölçüləri, konstruktiv elementləri, istifadə olunmuş materialların nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 172,10 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh arasında 14 avqust 2022-ci il tarixdə podrat xidmətinin göstərilməsi üçün yazılı formada müqavilə bağlanmış, xidmətin göstərilməsi üçün iddiaçı tərəfindən cavabdehə müqavilədə şərtləşdikləri kimi ilkin ödəniş olaraq 22.000 manat pul ödənilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, hər-hansı iş görülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı həmin müqavilə əsasında verilmiş pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıdan xidmət göstərilməsi üçün pul almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında üzərinə götürdüyü öhdəliyinin icrasına, yəni müqavilə predmeti olan evlərin tikilərək təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan xidmət üçün pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, xidmətin göstərilməsinə dair vəzifəsini isə icra etməyərək, müqavilə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı pulun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Həmçinin, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 172,10 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, **6,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh-dən 22.000,0 manat pul və ödənilmiş dövlət rüsumuna görə **6,0 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh-dən 22.000,0 (iyirmi iki min) manat pul və ödənilmiş dövlət rüsumuna görə **6 (bir yüz əlli altı) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli İŞ № 2(003)-713/2023 Q Ə R A R D A D 28 dekabr 2023-cü il Bakı şəhəri Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh-nə qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 22.000,0 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4 və 238.5-ci maddələrinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh-nə qarşı "pul” tələbinə iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar