Məhkəmə qərarları › İş №2(003)-718/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-718/2022

08.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-718/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh və vəkili Nümayəndə2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Binə qəsəbəsi Atçılıq massivində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binə qəsəbəsi, Atçılıq massivində ona torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Torpaq sahəsinin plan və cizgisi mövcuddur. İş üzrə cavabdeh ona məxsus yerə daxil olmuş, orada taxta sexi yaradaraq, həmin yeri icarəyə vermişdir. Dəfələrlə cavabdehə torpaq sahəsini boşaldıb təhvil verməyi xahiş etsə də, o haqlı tələblərinə heç bir əhəmiyyət verməyərək, torpaq sahəsini özününkü hesab edir. Qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinə **********89 saylı xx.xx.2021-ci il tarixli çıxarış İddiaçı adına verilmişdir Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşıllqlı iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 2-0074 saylı torpaq sahəsinə cavabdeh İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdrır ki, İddiaçı torpaq sahəsinin boşaldılması barədə ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. cavabdeh iddiasında bildirir ki, Binə qəsəbəsi Atçılıq massivində ona torpaq sahəsi ayrılmış AR ƏMDK yanında Dövlət Reyestri Xidməti tərəfindən ona çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi etdiyi müraciət əsasında Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu iltarixli 096 sərəncamı ilə ölçüsü 0.10 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Torpaq sahəsi ona ayrılan vaxtdan orada abadlıq işləri apararaq səliqə səhman yaratmışdır. Həmin əraziyə qaz və işıq çəkdirmişdir. 2003-cü ildə həmin torpaq sahəsində sex tikərək müxtəlif işlərlə məşğul olmuşdur. Çoxdandır ki, həmin ərazidəki sexi icarəyə vermişdir. Cavabdeh sərəncamla onun adına ayrılmış 20 ildən artıq sahiblik etdiyi torpaq sahəsinə görə ona qarşı iddia qaldıraraq həmin ərazini boşaltmağını istəyir. Hətda mübahisəli torpaq sahəsinə dair ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alındığını bildirir. Uzun müddətdir ki, sərəncamla onun adına ayrılmış torpaq sahəsinə heç bir qanuni əsaslar mövcud olmadan cavabdeh tərəfindən çıxarış alınması onun üçün anlaşılmazlıq yaradıb və hesab edir ki, həmin çıxarışın cavabdehə verilməsi qanunun tələbləri bozulmaqla baş vermişdir. Ona görə də ona sərəncamla ayrılmış və uzun müddət onun sərəncamıda olan torpaq sahəsinə onun mənafeyinə zidd və əsassız olaraq cavabdehin adına cıxarışın verilməsinin etibarsız hesab edilməsindən ötrü qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə ilk iddia üzrə İddiaçı iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, ilkk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş AA 595566 nömrəli xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı məxsus ünvan də yerləşən 0,0434 ha. torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın alqı-saqısı barədə xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, Cavabdeh 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilk- südçülük sovxozu (zərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, Cavabdeh 0,10 ha torpaq sahəsinin ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan X6 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verlmiş AA 594615 nömrəli xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X7 məxsus ünvan də yerləşən 0,0434 ha. torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2582 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı ayrılmış torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X3 ayrılmış torpaq sahəsinin eyni sahə olduğu, həmin torpaq sahəsinin bütövlüklə mübahisə predmeti olan və Cavabdeh faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, daşınmaz əmlakın alqı-saqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini İddiaçı satmış və hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən ünvan İddiaçı mülkiyyətindədir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı ayrılmış torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X3 ayrılmış torpaq sahəsinin eyni sahə olduğu, həmin torpaq sahəsinin bütövlüklə mübahisə predmeti olan və Cavabdeh faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə ilk iddia üzrə İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi mübahisəli torpaq sahəsinə ilk iddia üzrə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, mülkiyyətçilərin hüquqlarının təmin edilməsi məqsədi ilə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli ilk iddia üzrə cavabadeh tərəfindən zəbt edilmiş İddiaçı məxsus Binə qəsəbəsi Atçılıq massivində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbi Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 2-0074 saylı torpaq sahəsinə cavabdeh İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cıxarışın etibarsız hesab edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncam ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi hazırkı mülki iş üzrə Cavabdeh ayrılsa da, iş üzrə həmin torpaq sahəsi üzərəində Cavabdeh mülkiyyət hüquqları qeydə alınması öz təsdiqini tapmamış, həmçinin mübahisə predmetinə aid olan torpaq sahəsinin onun torpaq sahəsi ilə eyniliyini təşkil etməsi sübut olunmur. Belə ki. işdən görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsi X2 mülkiyyətində olmuş, bu hüquqlar sonuncunun adına dövlət reyestrində qeydə alınmış və daşınmaz əmlakın alqı-saqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə mübahisəsi zamanı hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İşin faktiki hallarından göründüyü kimi Ağayev X4 Xəyyam Osman oğluna qarşı çıxarışın etibarsızlığı ilə məhkəməyə müraciət etsə də, onun qeyd edilən tələb üzrə müvafiq subyektiv hüququnun olması müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşıllqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 2-0074 saylı torpaq sahəsinə cavabdeh İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı iddiası təmin edilsin. İlk iddia üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Binə qəsəbəsi Atçılıq massivində yerləşən torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar