Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-723/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rəfayıl qızına qarşı əşyaların mənzildən çıxarılması tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rəfayıl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən və hal-hazırda müllkiyyətində olan fərdi yaşayış evi 03.02.2020-ci il tarixində X1 (anası) tərəfindən "bağışlama müqaviləsi" əsasında ona bağışlamış və daha sonra mülkiyyətə dair hüquqları 14.03.2020-ci il tarixində ƏMDK Yanında DƏDRX-də qeydiyyata alınmışdır. Sözügedən mülkiyyətini qardaşı Cavabdeh1 və keçmiş gəlinləri Cavabdeh2 kirayədə yaşamaması üçün müvəqqəti də olsa mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən və hal-hazırda müllkiyyətində olan fərdi yaşayış evində yaşamalarına izin vermişdir. Daha sonra hər iki cavabdeh ona məxsus fərdi yaşayış evinə köçmüşdür. Hal-hazırda hər iki cavabdehin nikahı Suraxanı rayon Məhkəməsinin iş № 2(010)-5069/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. Cavabdeh2 nikahın ləğv edilməsinə və gəlinlik statusunun itirilməsinə baxmayaraq onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə girməsinə maneə yaradır və ona məxsus aşağıda siyahıda qeyd etdiyi əşyalar hal-hazırda mülkiyyətində olan fərdi yaşayış evindədir. Dəfələrlə cavabdehə ona məxsus mülkiyyəti boşaltmasını tələb etsə də onun tərəfindən imtina ilə cavablandırılmışdır. Bu səbəbdən cavabehlərin onlara məxsus aşağıda siyahıda qeyd etdiyi əşyalarla birlikdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini boşaltması zəruri və qanuna müvafiqdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək ərizə məhkəməyə müraciət etməklə Cavabdeh1 və Cavabdeh2 Rəfayıl qızının ünvan 1 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən iddia ərizəsinə əlavə edilən özlərinə məxsus əşyalarla birlikdə çıxarılması və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini etiraf etdiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 Rəfayıl qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.03.2020-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsi, 160 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli 2(010)-568/2021 saylı qətnaməsi ilə X3 ilə Cavabdeh2 Rəfayıl qızı arasında olan nikahın pozulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqları qorunmasının təmin edilməsi ilə yanaşı cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsi, 160 saylı evinə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə tərəflər arasında yuxarıda sadalanan mütləq şərtlərin yerinə yetirilməsi müəyyən olunmadı. Digər tərəfdən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsindən istifadə hüququ olmadığından, onlar özlərinə məxsus əşyalarla birlikdə evdən çıxarılması barədə iddia tələbi əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər və onlara məxsus olan əşyalarının iddiaçının mülkiyyətində olan mənzilindən çıxarılmaması, iddiaçının mənzildən mülkiyyətçi kimi istifadə etmək hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənjam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktları normalarına və tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə hesab hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rəfayıl qızı 3 ədəd qara rəngli kişi kastyumu, 4 cüt qara ayaqqabı, 3 ədəd yun köynək, 1 ədəd qış çəkməsi, 1 ədəd kişi əl çantası, 1 ədəd nazik gödəkçə, 1 ədəd qalın gödəkçə, 1 ədəd qara rəngli kişi paltosu, qonaq otağı mebeli (2 rəf, 1 kamot), divan, kreslo - 1 dəst, jurnal stolu - 1 ədəd, yemək masası dəsti - 1 ədəd (1 masa + 6 ədəd stul), yataq otağı dəsti (dolab 1 ədəd, 2 nəfərlik çarpayı 1 ədəd, tumba 2 ədəd, pufık 1 ədəd, güzgülü kamot 1 ədəd), uşaq yatağı - 1 ədəd, soyuducu Hoffmann - 1 ədəd, paltaryuyan 6 kq-lıq Hoffmann - 1 ədəd, aspirator Lady - 1 ədəd, dördkünc qaz peçi - 1 ədəd, televizor Starsat markalı, 32 diaqonal (82 sm) - 1 ədəd, televizor LG markalı 108 sm - 1 ədəd, tozsoran Siemens - 1 ədəd, ütü - 2 ədəd, qozçəkən qırmızı rəngli - 1 ədəd, kofebişirən aparan Siemens - 1 ədəd 17.Sokçəkən Geepas - 1 ədəd, ətçəkən Galaksi - 1 ədəd, mikser - 1 ədəd, fuma kokteyl hazırlayan - 1 ədəd, vestel kombayn - 1 ədəd, çaynik emal olunmuş limon şəkilli - 1 ədəd, elektrik sobası Elif - 1 ədəd, qonaq otağı pərdəsi (tül və dekor) - 1 ədəd, xalça (3x4 m və 2x3 m) - 2 ədəd, mətbəx xalçası 2x3 m - 1 ədəd, sadə dəhliz xalçası 0.80x3.90 m - 1 ədəd, ayaq altı xalça 0.80x1.50 m - 1 ədəd, ağ rəngli 8 şamdanlı çilçıraq - 1 ədəd, uşaq masası - 1 ədəd, yorğan - döşək dəsti (tək nəfərlik 3 ədəd döşək, 3 yun yorğan, 3 sintifon yorğan, almc - 4 ədəd), bənövşə rəngdə pokrival - 1 ədəd, göy güllü pled qalın - 2 ədəd, nazik odyal boz rəngdə - 1 ədəd, üz dəsmalı 6 ədəd, çay dəsmalı - 6 ədəd, uşaq vannası - 1 ədəd, paltar zənbili plastmas - 1 ədəd, gümüşü rəngdə güzgü şamdan dəsti və lampa (toy) - 1 ədəd, dəvə fiquru - 1 ədəd, qaşlı vaza - 2 ədəd, qaşlı güldan - 1 ədəd, qapaqlı vaza - 2 ədəd, meyvə qabı yumru - 1 ədəd, qaşlı qrafın dəst (6 kiçik bardaqlı) - 1 ədəd, sadə kənarı zərli bardaq - 12 ədəd, qaşlı dolça dəsti (6 ədəd bardaqlı) - 1 ədəd, çərəz vazası - 1 ədəd, dördkünc şüşə vaza - 2 ədəd, saxsı güllü vaza - 2 ədəd, çərəz qabı yastı şüşə - 6 ədəd, çərəz qabı göy yastı - 3 ədəd, fincan nəlbəki - 6 ədəd, fincan nəlbəki (Schafer) - 1 dəst, fincan nəlbəki ağ rəngli - 5 ədəd, tort qabı dəsti zərli (iri qab + 6 nəlbəki), ağ rəngli Tort qabı dəsti (iri qab + 6 nəlbəki), zarin İran istehsalı qab dəsti (2 böyük, 2 kiçik bulud, 12 böyük boşqab, 10 kiçik boşqab, 12 dərin boşqab, 8 kasa, 2 duz qabı), uzun şüşə bulud balıq üçün - 1 ədəd, dördkünc qəndqabı qapaqlı - 2 ədəd, mürəbbə qabı ayaqlı - 2 ədəd, güllü qab dəsti (7 bulud, 1 dərin boşqab, 6 iri boşqab, 6 orta boşqab, 4 kiçik boşqab, 3 kiçik dərin boşqab, 1 duzqabı, 1 salfet qabı), ayaqlı lcanfet qaabı - 1 ədəd, qazan dəsti Hoffmann - 1 dəst, tava dəsti (iri, orta, kiçik tavalardan ibarət) - 1 dəst, tava çəhrayı rəngli 2 qulplu, qapaqlı - 1 ədəd, setka süzgəç - 1 ədəd, plastmas qab (1 ədəd balaca, 2 böyük ölçülü), sürtkəc - 1 ədəd, çömçə (6 ədədi i) - 1 dəst, bass bışaq dəsti 5 ədədli) - 1 dəst, qara plastmas çömçə dəsti - 6 ədəd, sini - 2 ədəd, mətbəx dəsti (ədviyyatlıq) - 7 ədəd, zərli şüşə stəkan - 6 ədəd, nəlbəki İnci - 10 ədəd, naxışlı kiçik şüşə bardaq - 4 ədəd, şüşə nəlbəki - 3 ədəd, şüşə limon qabı - 4 ədəd, oxlov - 1 ədəd, süfrə (1 iri, 3 jurnal masası, 2 adi ipək, 1 güllü)- 7 ədəd, qaşıq dəsti (11 iri, 2 aş, 3 yarıqlı qaşıq, 11 kiçik, 1 kəpgir, 2 çömçə, 2 tort qaşığı, 1 kiçik maşa, 12 bıçaq, 24 çəngəl(12 böyük, 12 kiçik)), bıçaq dəsti plastmas - 4 ədədli, zibil qabı - 1 ədəd, pol vedrəsi - 1 ədəd, Cavabdeh2 Rəfayıl qızına məxsus geyim əşyaları: çanta qaşlı - 1 ədəd, ayaqqqabı - 7dəst, geyim əşyası (kastyum, şalvar, ətək, libas daxil) - 8 ədəd, qısa palto (qırmızı, qara ağ çilli) - 2 ədəd, jaket - 4 ədəd, sadə kofta - 14 ədəd, toxunma papaq - 1 ədəd, şarf - 3 ədəd, hamam xalatı - 2 ədəd, yorğan üzü - 2 ədəd, balış üzü - 2 ədəd, uşaq oyuncaqları, ev tərliyi- 2 ədəd, uşaq ayaqqabıları - 2 dəst əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsi, 160 saylı evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-723/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-723/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver