Məhkəmə qərarları › İş №2(003)-73/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-73/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-73/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin mənzilin 1/2 hissəsinə və Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Cavabdeh1 ilə 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan 29 mart 2000-ci il tarixdə X8, 06 iyul 2002-ci il tarixdə X19, 24 oktyabr 2003-cü il tarixdə X20 və 11 aprel 2008-ci i! tarixdə X16 adlı uşaqları olmuşdur. Cavabdehin iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə boşanmışlar. Məhkəmənin adıçəkilən qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə cəmi 468 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin birgə nikah dövründə əldə etdikləri əmlakın heç də hamısı cavabdehin ucbatından bölünməmişdir. Belə ki, Cavabdeh1 digər daşınar və daşınmaz əmlaklarla birlikdə birgə nikah dövründə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilini də almışdır. Sonradan Cavabdeh1 onu aldadaraq 01 avqust 2016-cı il tarixdə 5 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində ondan baş etibarnamə almış, bundan sonra birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakları onun razılığı olmadan satmağa başlamışdır. Odur ki, 10 avqust 2016-cı il tarixdə həmin etibarnaməyə onun müraciəti əsasında xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilini özgəninkiləşdirmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və X3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat kontoru) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların ona geri qaytarılmaqla, üzərində mülkiyyət hüququnun bərpa edilməsi və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17, 3/462, 3-7 və 3/409 saylı torpaq sahələrinə dair 09 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin, eyni zamanda “X30” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 2(003)-5499/2016 nömrəli qərardadı ilə iddia ərizəsindəki tələblərlə iddia tələblərinin həcminin artırılmasına dair ərizədəki tələblər üzrə icraat ayrılmış, X23 və X6 cavabdehlər, Azərbaycan Respublikası DİN-nin BDYP isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı i! tarixli 2(003)-6585/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilinəsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsi ilə onunla cavabdeh X6 arasında 7 saylı DNK-da bağlanmış ünvan 6 sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair 4Ə-213 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 7 sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair 4Ə-214 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 4 sahədə yerləşən 0,075 ha torpaq sahəsinə dair 4Ə-215 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 5 sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair 4Ə-216 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Yəni Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş hissəsi, yəni Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adma özgəninkiləşdirilmişdir. Yəni cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnamələrinin olmasına baxmayaraq, birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili yenə də onun razılığı olmadan özgəninkiləşdirmişdir. Bundan başqa, birgə nikah dövründə əldə etdikləri vəsait Cavabdeh1 tərəfindən Türkiyə Respublikasının müxtəlif banklarına (Halkbank, Akbank, Ziraat Bankası, Vakıf Bank, Deniz Bank, X31, X27), o cümlədən “Yapı Kredi” Bankına və eləcə də həmin Bankın Antaliya şöbəsinə əmanət kimi qoyulmuşdur. Lakin həmin vəsaitlərin dəqiq miqdarı barədə, “Yapı Kredi” Bankın Antaliya şöbəsi istisna olmaqla, məlumatı yoxdur. “Yapı Kredi” X18 cavabdehin 150.000 ABŞ dolları məbləğində əmanətinin olması barədə məlumatı vardır. Odur ki, 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə həmin mənzilin 1/2 hissəsinə və Türkiyə Respublikasının müxtəlif banklarında Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququ tanınmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, 2016-cı ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında Cavabdeh1 İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair ilkin iddiası, İddiaçı isə Cavabdeh1 qarşı “uşaqların ananın yanında qalması və aliment” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş olmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-5754/2016 №-li qətnaməsinə əsasən ilk iddianın təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında 21 aprel 1996-cı il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 642 № ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilərək tərəflərin birgə nikahlarından olan xx.xx.2000-ci il təvəllüdlü X8, xx.xx.2002-ci il təvəllüdlü X19, xx.xx.2003-cü il təvəllüdlü X20 və xx.xx.2008-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalmaları, xx.xx.2016-cı il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa görə 117 manat, cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili Cavabdeh1 ilə birgə nikah dövründə, yəni xx.xx.2016-cı il tarixdə alınmış, sonradan Cavabdeh1 onu aldadaraq xx.xx.2016-cı il tarixdə ondan baş etibarnamə almış və xx.xx.2016-cı il tarixdə həmin mənzili X1. Halbuki alqı-satqı müqaviləsinin bağlanmasından bir gün əvvəl – xx.xx.2016-cı il tarixdə Cavabdeh1 verdiyi etibarnaməyə xitam verilmişdir. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaqda məqsədi birgə nikah dövründə əldə edilmiş əmlak kimi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin üzərində mülkiyyət hüququnun bərpa edilməsi olmuşdur. Beləliklə, İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin üzərində mülkiyyət hüququnun pozulduğunu 2016-cı ildə, yəni həmin mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman bilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 №-li qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilərək, Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli 2(103)-5226/2017 №-li qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli 2(102)-7314/2017 №-li qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli 2(103)-5226/2017 №-li qətnaməsi qismən, yəni Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 5/17 saylı, 3/462, 3-7 saylı və 3/409 saylı sahələrə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 №-li qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə də təmin edilmiş, İddiaçı ilə X6 arasında 7 saylı DNK-da bağlanmış ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, həmin DNK-da ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, həmin DNK-da bağlanmış ünvan 4 ünvanında yerləşən 0,075 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və həmin DNK-da bağlanmış ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)- 150/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə aid hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli 2(103)-5226/2017 №-li qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxta qədər 5 ildən artıq müddət keçdikdən, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli 2(103)-5226/2017 №-li qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan isə 4 ildən artıq vaxt keçdikdən sonra həmin mənzilin 1/2 hissəsinə pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman, məhkəmədən həmin mənzil üzərində 1/2 hissədə pay hüququnun tanınmasını da tələb edə bilərdi. Lakin İddiaçı hazırkı iddia ərizəsində qeyd etmişdir ki, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin hüquqi rejimi arədə arayış alarkən məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bununla da İddiaçı həmin mənzilə dair hüquqlarının pozulduğunu 26 noyabr 2021-ci il tarixdən bildiyini və hazırkı iddianı qaldıran zaman iddia müddətini ötürmədiyini məhkəmənin diqqətinə çatdırmağa çalışmışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin üzərində mülkiyyət hüququnun pozulduğunu 2016-cı ildə, yəni həmin mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman bilmiş, mənzil üzərində pay hüququnun tanınmasını tələb etmək hüququ da 2016-cı il tarixdən yaranmışdır. Bundan başqa, İddiaçı birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlakların üzərində paylarının müəyyən edilməsini tələb etmək hüququnun olduğunu bildiyi 2016-cı ildən 3 il ərzində Cavabdeh1 qarşı birgə nikah dövründə əldə etdikləri pul vəsaitlərinin – Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bank”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmamışdır. Digər tərəfdən, iddiaçı adıçəkilən banklarda Cavabdeh1 bank hesablarının və həmin hesablarda pul vəsaitlərinin olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-335/2018-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə iddia ərizəsinə diqqət yetirdikdə görünür ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş və Türkiyə Respublikasında “Yapı Kredi” X18 hesabda olmuş pul vəsaitinin 50 faizinin Cavabdeh1 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasından 3 ildən artıq vaxt keçdikdən sonra təkrarən eyni tələblə məhkəməyə müraciət etməmiş, bununla da həmin tələb üzrə də iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd etdiyi kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 №-li qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək İddiaçı iddiası həmin hissədə də təmin edilmiş, ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 7 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən 0,075 ha torpaq sahəsinə və ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqavilələri etibarsız hesab edilməklə, həmin əmlaklar üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilmişdir. Beləliklə, tərəflər arasında olmuş çoxsaylı məhkəmə qətnamələrindən görünür ki, artıq 2016-cı ildən – Cavabdeh1 ilə aralarındakı nikahın pozulması barədə məhkəmədə iddiaya baxılan dövrdə İddiaçı birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlakların onların ümumi birgə mülkiyyətində olduğunu, həmin əmlaklar üzərində mülkiyyət hüququnun pozulduğunu və paylarının müəyyən edilməsini tələb etmək hüququnun olduğunu bilmiş, məhkəmə qətnamələri əsasında əmlakların bir hissəsi üzərində 1/2 hissədə pay hüququ tanınmışdır. Hazırda isə İddiaçı birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun pozulduğunu və paylarının müəyyən edilməsini tələb etmək hüququnun olduğunu bildiyi 2016-cı ildən 5 ildən artıq müddət keçdikdən sonra Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin və Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bank”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına olan əmanətlərin ½ hissəsinə pay hüququnun tanınmasını məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz edərək izahatında bildirdi ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, Cavabdeh1 iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016cı il tarixli qətnaməsi ilə onunla iddiaçı arasında nikah pozulmuş, məhkəmənin adıçəkilən qətnaməsi ilə uşaqlar iddiaçının yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçının xeyrinə cəmi 468 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh1 digər daşınar və daşınmaz əmlaklarla birlikdə birgə nikah dövründə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilini də almışdır. Sonradan Cavabdeh1 iddiaçını aldadaraq 01 avqust 2016-cı il tarixdə 5 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində ondan baş etibarnamə almış, bundan sonra birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakları onun razılığı olmadan satmağa başlamışdır. Odur ki, 10 avqust 2016-cı il tarixdə həmin etibarnaməyə iddiaçının müraciəti əsasında xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili özgəninkiləşdirmişdir. Odur ki, iddiaçı cavabdehlər Cavabdeh1 və X3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat kontoru) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların ona geri qaytarılmaqla, üzərində mülkiyyət hüququnun bərpa edilməsi və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərimin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016cı il tarixli alqı-satqı müqaviləsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17, 3/462, 3-7 və 3/409 saylı torpaq sahələrinə dair 09 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin, eyni zamanda “X30” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 2(003)- 5499/2016 nömrəli qərardadı ilə iddia ərizəsindəki tələblərlə iddia tələblərinin həcminin artırılmasına dair ərizədəki tələblər üzrə icraat ayrılmış, X23 və X6 cavabdehlər, Azərbaycan Respublikası DİN-nin BDYP isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X6 arasında 7 saylı DNK-da bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, 3-7 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair 4Ə-213 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 7 sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair 4Ə-214 reyestr nömrəli, 09 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 4 sahədə yerləşən 0,075 ha torpaq sahəsinə dair 4Ə-215 reyestr nömrəli, 09 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 5 sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair 4Ə-216 reyestr nömrəli, 09 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Yəni Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş hissəsi, yəni Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, lakin həmin qərar iddiaçıya göndərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarı vəkil sorğusu əsasında yalnız 27 yanvar 2022-ci il tarixdə alınmış və iş materiallarına əlavə edilmişdir. 26 noyabr 2021-ci il tarixdə iddiaçının Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin hüquqi rejimi barədə arayış alarkən onlara məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarının nəticə hissəsiinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yəni 26 noyabr 2021-ci il tarixdə onlara məlum olmuşdur ki, cavabdeh ümumi əmlaka olan mülkiyyət hüququnu pozmuş və həmin vaxtdan 3 il müddət keçməmişdir. Bundan başqa birgə nikah dövründə əldə olunmuş vəsait Cavabdeh1 tərəfindən Türkiyə Respublikasının müxtəlif banklarına (Halkbank, Akbank, Ziraat Bankası, Vakıf Bank, Deniz Bank, X31, X27), o cümlədən “Yapı Kredi” Bankına və eləcə də həmin Bankın Antaliya şöbəsinə əmanət kimi qoyulmuşdur. Lakin həmin vəsaitlərin dəqiq miqdarı, nə vaxt qoyulması barədə, “Yapı Kredi” Bankın Antaliya şöbəsi istisna olmaqla, məlumatları yoxdur. “Yapı Kredi” X18 cavabdehin 150.000 ABŞ dolları məbləğində əmanətinin olması barədə müəyyən məlumatları vardır. Lakin həmin ümumi əmlaka, yəni əmanət kimi qoyulmuş pula mülkiyyət hüququnun pozulması barədə onlarda hər hansı bir məlumat yoxdur. Ona görə də yuxarıdakılara əsasən hesab edir ki, iddia müddətləri ötürülmədiyi üçün iddia tələblərinə iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. Odur ki, iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Cavabdeh2 münasib qiymətə mənzil almaq istəmiş və bu barədə tanışlarına bildirmişdir. O, hazırda mübahisəsi gedən mənzilin satılmasını tanışlarından eşitmiş və mənzilə baxmışdır. Mənzilə baxan zaman müəyyən etmişdir ki, mənzilin divarları təmir edilmək məqsədilə çapılmış, həmçinin, mənzilin tavanı və pəncərələrinin qıraqları nəm çəkmişdir. Bundan sonra mənzili almaq istədiyini mülkiyyətçi Cavabdeh1 tanışı Anar adlı şəxsə bildirmiş və bundan sonra alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 heç vaxt görməmişdir. Mənzil alındıqdan sonra 400- 500 manat civarında sökülmüş hissələrin daşınıb aparılması üçün fəhlə və maşına vəsait xərcləmişdir. Daha sonra Cavabdeh2 mənzilin əsaslı təmiri üçün mənzilə bir neçə usta dəvət etmiş, ustalar təmir üçün usta xərci ilə birlikdə təxminən 20.000-25.000 manat vəsait lazım olduğunu bildirmişlər. Cavabdeh2 təmirə tələb olunan vəsait çox olduğundan və bunun üçün maddi imkanı olmadığından mənzili aldığı vaxtdan iki ay sonra satışa çıxarmış, 2019-cu ilin avqust ayında mənzili 15.000 manata satmışdır. Cavabdeh2 hazırda mənzilin mülkiyyətçisi deyildir, mənzili alarkən mənzillə bağlı hər hansı mübahisə olması ona məlum olmamışdır. Cavabdeh2 mənzili tam qanuni əsaslarla almış və sonradan satmışdır. Ona görə də həmin mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qanunsuzdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, Bəsti İsmayılova mübahisəli mənzili 2019-cu ildə Cavabdeh2 15.000 manata almışdır. Hazırda mənzil B.İsmayılovanın mülkiyyətindədir. Mənzil alınarkən mənzillə bağlı hər hansı mübahisənin olmasını eşitməmiş və belə bir halın mövcud olub-olmaması barədə onda heç bir məlumat olmamışdır. B.İsmayılova mənzili alarkən Cavabdeh2 əvvəlki mülkiyyətçi Cavabdeh1lə iddiaçı arasında həmin mənzillə bağlı əvvəllər hər hansı məhkəmə mübahisəsinin olmasını bilməmiş və belə bir məlumatı bilməli də deyildi. B.İsmayılova mənzili tam qanuni əsaslarla əldə etmişdir. Bundan başqa, Bəsti İsmayılova mənzili alarkən mənzil tam təmirsiz olmuş, o, mənzili aldıqdan sonra təmir etdirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -03 iyun 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X14 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilini 15.000 (on beş min) manata Cavabdeh1 satmışdır. -20 aprel 2019-cu il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilini 10.000 (on min) manata Cavabdeh2 satmışdır. -18 avqust 2019-cu il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilini 15.000 (on beş min) manata X2. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5754/2016 №-li 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ilk iddianın təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı аrasındа 21 aprel 1996-cı il tarixdə bаğlаnmış və Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 642 № ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından olan xx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2002-ci il təvəllüdlü X11, xx.xx.2003-cü il təvəllüdlü X12 və xx.xx.2008ci təvəllüdlü X9 аnаlаrı İddiaçı yanında qalmaları, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2002-ci il təvəllüdlü X11, xx.xx.2003-cü il təvəllüdlü X12 və xx.xx.2008-ci təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa 117 manat, cəmi 468 (dörd yüz altmış səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçınа ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6585/2016 №-li 15 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair AN-İ ******* saylı 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5226/2017 №-li 31 may 2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7314/2017 №-li 04 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5226/2017 №-li 31 may 2017-ci il tarixli qətnaməsinin qismən, yəni Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 5/17 saylı, 3/462, 3-7 saylı və 3/409 saylı sahələrə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, İddiaçı kassasiya şikayətinə əsasən qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 №-li 09 mart 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə də təmin edilməsi, İddiaçı ilə X6 arasında 7 saylı DNK-da bağlanmış ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, həmin DNK-da ünvan 7 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, həmin DNK-da bağlanmış ünvan 4 ünvanında yerləşən 0,075 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və həmin DNK-da bağlanmış ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4718/2018 №-li 03 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 №-li 09 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-335/2018 №-li 01 iyun 2018-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. -“HalkBank” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 haqqında bankın kayıtlarında aparılan araşdırma nəticəsində Cavabdeh1 bankın müştərisi olmadığı təsbit edilmiş və hər hansı hesaba rast gəlinməmişdir. -“AkBank” T.A.Ş. tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 haqqında aparılan araşdırma tamamlanmış olub mövcudiyyətinə rast gəlinməmişdir. -“YapıKredi” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına hesab məlumatlarının tələb edilməsi ilə bağlı yazının Ədalət Bakanlığı vasitəsi ilə gəlmədiyi anlaşıldığından müştərinin məlumatlarının müştərinin açıq onayı olmadan paylaşılamayacağı xüsusunu bilgilərinizə ərz edirik. -“DenizBank” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında Hüquqi və Ticari mövzularda X22 imzalanmış olub, hüquqi yardımın Ədalət Bakanlığı vasitəsi ilə və anlaşmada göstərilən üsula görə aparılması lazımdır. Bankımız tərəfindən tələbinizə cavab verilməməkdədir. -“AkBank” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 haqqında aparılan araşdırma tamamlanmış olub bankda mövcudiyyətinə rast gəlinməmişdir. -“Ziraat Bankası” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bankçılıq Qanununun 73-cü, 159-cu maddələrinə əsasən bank və ya müştəri sirri sadəcə qanunla açıqca səlahiyyətli orqanlara açıqlana bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür”. İddiaçı ilə Cavabdeh1 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olması, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilinin birgə nikah dövründə əldə edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6585/2016 №-li 15 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası əsasında Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair AN-İ ******* saylı 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilinin Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsini 2016-cı ildə mübahisələndirsə də, həmin mənzil üzərində payının müəyyən edilməsi tələbi ilə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı 2016-cı ildə qaldırdığı iddia tələbində Cavabdeh1 tərəfindən aldadılaraq 01 avqust 2016-cı il tarixli etibarnamə əsasında sonuncunun birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakları onun razılığı olmadan satdığını iddia etmiş, cavabdehlər Cavabdeh1 və X3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat kontoru) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və ünvan 8 ünvanında yerləşən qeyriyaşayış sahəsinə bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların ona geri qaytarılmaqla, üzərində mülkiyyət hüququnun bərpa edilməsi və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi, həmçinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17, 3/462, 3-7 və 3/409 saylı torpaq sahələrinə dair 09 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin, eyni zamanda “X30” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 №-li 09 mart 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə də təmin edilməsi, İddiaçı ilə X6 arasında 7 saylı DNK-da bağlanmış ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, həmin DNK-da ünvan 7 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, həmin DNK-da bağlanmış ünvan 4 ünvanında yerləşən 0,075 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və həmin DNK-da bağlanmış ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4718/2018 №-li 03 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 №-li 09 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə məqsədi ondan ibarət olmuşdur ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən onun mənzil üzərində Cavabdeh1lə payları bərabərdir. Deməli, mübahisəli mənzil üzərində payının olması və Cavabdeh1 tərəfindən mənzilin onun razılığı olmadan qanunsuz olaraq özgəninkiləşdirilməsi iddiaçıya 2016-cı ildən məlum olmuşdur. Məhkəmə iddia tələbinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində iddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Mübhisəli əmlak iddiaçının razılığı olmadan satılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində iddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin oluna bilən tələb olsa da qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən təmin oluna bilməz. Belə ki, iddiaçı nə mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə eyni vaxtda, nə də həmin mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)- 4718/2018 nömrəli qərarının qəbul edilməsindən keçən 3 il ərzində həmin mənzil üzərində payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamış, belə bir iddia qaldırmasına mane olan hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində 1/2 hissədə payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulmasını 2018-ci ilin iyul ayından (Ali məhkəmənin mübahisəli mənzillə bağlı qərarı) bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia tələbinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi hissəsində iddia müddəti ötürüldüyündən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının iddiaçıya göndərilməməsi, həmin qərarın vəkil sorğusu əsasında yalnız 27 yanvar 2022-ci il tarixdə alınması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəlillərini əsassız hesab edir. Belə ki, işdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı bütün instansiya məhkəmələrində nümayəndə və vəkillərlə təmsil olunmuş, keyfiyyətli hüquqi yardımla təmin olunmuşdur. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarını almadığını iddia edirsə, keçən 4 il ərzində özü və ya vəkili vasitəsi ilə həmin qərarı əldə edə bilərdi. Lakin iddiaçı bu müddət ərzində qərarı əldə etməsinə mane olan hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının vəkil sorğusu əsasında yalnız 27 yanvar 2022-ci il tarixdə alınması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəlilləri inandırıcı və əsaslı deyildir və həmin qərarın məhz 27 yanvar 2022-ci il tarixdə əldə edilməsi iddia müddətinin ötürülməməsi görüntüsü yaratmaq məqsədi daşıyır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən iddia tələbi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi hissəsində iddia əsassız olduğundan, məhkəmə, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görmür və həmin hissədə də iddia tələbini qanunsuz və əsassız hesab edir. Məhkəmə, Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması hissəsində də iddia tələbini əsassız hesab edir. Belə ki, məhkəmə iddianın və iddiaya olan etirazların əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Hazırkı mübahisədə Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına əmanətlərin olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Bundan başqa, məhkəmə sorğularına cavab olaraq yuxarıda adıçəkilən banklarda Cavabdeh1 adına hər hansı pul vəsaitinin olması müəyyən edilməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əmanətlərin mövcud olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması hissəsində də təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X31” və “X27”) Cavabdeh1 adına pul vəsaitləri olsa idi belə, iddiaçı bu tələb üzrə də məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 335/2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı digər əmlaklarla yanaşı, birgə nikah dövründə əldə edilmiş və Türkiyə Respublikasında “X33” DBLDK Antalya Şöbəsində hesabda olmuş pul vəsaitinin 50 faizinin Cavabdeh1 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı “Yapı Kredi” Bankda Cavabdeh1 hesabında pul vəsaitinin olmasını iddia edərək, həmin vəsaitin 1/2 hissəsinin ona ödənilməsi barədə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı həmin vaxtdan 3 il keçdikdən sonra qeyd olunan tələblə məhkəməyə müraciət etmiş, bununla da həmin tələb üzrə də iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar