Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-731/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN” xidmətinin Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9.09.*996-cü ildə Bakı şəhərində anadan olmuş X4 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında ata qrafasında Ərizəçi, ana qrafasında isə X5 qeyd olunmaqla doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qızı X6 *9.09.*996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X5 olmuşdur. Qızının şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi bugünədək olmayıb. Hüquqi savadsızlığı nəticəsində bununla bağlı heç vaxt Qeydiyyat şöbəsinə müraciət etməmişdir. X2 şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə 28.09.202*-ci il tarixdə müraciət etsə də, qeydiyyat şöbəsi tibbi şəhadətnamə olmadan ona qızı üçün doğum haqqında şəhadətnamənin verilməsinin onlar tərəfindən mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayarq, maraqlı şəxs 5 saylı Bakı “ASAN” xidmətinin Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 ifadə verərək bildirmişdir ki, o Binədə yaşayır. Çinarə onun ana tərəfindən qohumudur. X6 *996-cı ildə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, X6 onun bacısıdır. X6 *9.09.*996-cı ildə doğulmuşdur. X* yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadə verərək bildirmişdir ki, X6 onun bacısıdır. Ondan 6 yaş balacadır. X6 *9.09.*996-cı ildə doğulmuşdur. X* yaşayır. Məhkəmə ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Əbdülhəsən oğlu ilə X** 24.*2.*984-cü il tarixdə nikaha daxil olmuşlar, bu barədə Xətai rayon Qeydiyyat şöbəsində nikah qeydi kitabında *336 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Xudaverdiyeva soyadı verilmişdir. İş materiallarında olan “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi 07.0*.2022-ci il tarixli AZ İİ 24*400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.0*.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi Elçin Şəmiyev adına *49 nöməli tam orta məktəb tərəfindən verilmiş *4.03.2022-ci il tarixli **3 nömrəli arayışdan qeyd edilmişdir ki, X6 20*2-ci tədris ilində Bakı şəhəri E.Şəmiyev adına *49 nömrəli orta məktəbin 9cu sinifi bitirmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN” xidmətinin Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 28.09.202*-ci il tarixli, 05/70-867 nömrəli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarının 2.5.3 yarımbəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd tələb olunur (*03 nömrəli doğum haqqında tibbbi şəhadətnamə). Tələb olunan Tibbi şəhadətnaməni bizə təqdim etmədiyiniz üçün doğumun qeydə alınması tərəfimizdən mümkün deyil. Sizin məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə X6 *9.09.*996-cı il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının Ərizəçi, anasının X5 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlər olunmadığına görə onun doğum akt qeydinin verilməsində imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Çinarənin doğum akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Çinarənin adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi ilə X3 birgə nikahından *9.09.*996-cı il tarixdə Bakı şəhərində qız uşağının doğulması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X3 birgə nikahından *9.09.*996-cı il tarixdə Bakı şəhərində qız uşağının doğulması, soyadının “Xudaverdiyeva”, adının “Çinarə”, ata adının “Rafiq”, atasının Ərizəçimilliyyətinin Azərbaycanlı, anasının X5 -milliyyətinin Azərbaycanlı kimi olması faktının müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-731/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-731/2022
16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver