Məhkəmə qərarları › İş №2(003)-75/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-75/2025

10.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-75/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı SOCAR-ın «Azneft» İB-nin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın «Azneft» İB-nin Cavabdeh (Maraqlı şəxs) qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı SOCAR-ın «Azneft» İB Cavabdeh (Maraqlı şəxs) qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sol tərəfi, 39 T 421639.00; 4485463.00 coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması və ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq’Azneft” İB-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sol tərəfi, 1119 və 28 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 421639.00; 4485463.00 coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın İddiaçı (İB) neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarf’nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 03 dekabr 2009ci ildə təsdiq olunmuş xəritədir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı SOCAR-ın «Azneft» İB-nin nümayəndəsi X7 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğunun və rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarının kserosurətindən görünür ki, Buzovna qəsəbəsində fərdi evin tikintisi üçün X2 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, Q-20-091 saylı cizgisindən görünür ki, Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarının ilə Bakı şəhəri Buzovna qəsəbəsi, 131 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi X2 ayrılmışdır. xx.xx.2020-ci il tarixdə X1 adından Cavabdeh verilmiş etibarnamədən görünür ki, Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarına əsasən Bakı şəhəri Buzovna qəsəbəsi, 131 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsinə DTXK-dən kadastr planı almağa, torpaq sahəsinin üzərindəki tikililəri özəlləşdirməyə, yüklülük və məhdudiyyətin olmaması barədə arayış aldıqdan sonra həmin torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etməsi barədə yazılı səlahiyyətə dair etibarnamə Bakı şəhəri 17 saylı dövlət notariat kontoru tərəfindən 7E-12413 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Etibarnamə 2120-ci il tarixədək qüvvədədir. “Azneft” İB “Abşeronneft” NQÇİ-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış özbaşına tikinti işləri ilə bağlı məlumat verilməsi barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yatağı,Buzovna-Maştağa yolunun sol tərəfində, 39 T 421639.00: 4485463.00 koordinatlarda yerləşən dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində aparılan özbaşına tikinti işləri ilə bağlı məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” Əsasnaməsinin 3.0.36 bəndinə əsasən (dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq müvafiq tədbirlərin görülməsini xahiş edilmişdir. “Azneft” İB “Abşeronneft” NQÇİ-nin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin rəlsi cənab Cəbrayıl Xanlarova ünvanlanmış özbaşına tikinti işləri ilə bağlı məlumat verilməsi barədə bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri,Xəzər rayonu, Buzovna - Maştağa yatağı,Buzovna-Maştağa yolunun sol tərəfində, 39 T 421639.00, 4485463.00 koordinatlarda yerləşən hissəsində Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılırması barədə məlumat verilmişdir. “Azneft” İB “Abşeronneft” NQÇİ-nin Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin başçısı cənab Elşən Salahova ünvanlanmış özbaşına tikinti işləri ilə bağlı məlumat verilməsi barədə bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri,Xəzər rayonu, Buzovna - Maştağa yatağı,Buzovna-Maştağa yolunun sol tərəfində, 39 T 421639.00, 4485463.00 koordinatlarda yerləşən hissəsində Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılırması barədə məlumat verilmişdir. “Azneft” İB “Abşeronneft” NQÇİ-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsinin rəisi cənab Əli İbrahimova ünvanlanmış cinayət işinin başladılması ilə bağlı məlumat verilməsi barədə bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yatağı,Buzovna-Maştağa yolunun sol tərəfində, 39 T 421639.00, 4485463.00 koordinatlarda yerləşən hissəsində Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılırması barədə məlumat verilmişdir. məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/4668 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Naibov Ayazın mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evləri mövcuddur (1 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli). Sahəyə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 600.0 kv.m torpaq sahəsinin korordinatları əlavə olunur. XY

1. 421658.432 4485479.485

2. 421659.957 4485459.666

3. 421630.345 4485457.598

4. 421628.985 4485478.242 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (H.Z.Tağıyev adına NQÇİ). məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/2598 saylı rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 600.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində yaşayış evləri mövcud olduğu müəyyən olunmuşdur (1 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli). Sahəyə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 600,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi olduğu müəyyən edilmişdir (H.Z.Tağıyev adına NQÇİ).

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 nöməli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması, hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri, quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.5 və 115.0. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Maddə 101.7. ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Maştağa yatağı, Buzovna-Maştağa yolunun sol tərəfi, 39 T 421639.00; 4485463.00 coğrafi koordinatlarda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi olduğu müəyyən edilmişdir (H.Z.Tağıyev adına NQÇİ). Qeyd olunan torpaq sahəsində Bakı şəhəri Buzovna qəsəbəsi, 131 №-li sahə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikililəri faktı aşkar olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Buzovna qəsəbəsində fərdi evin tikintisi üçün X2 Buzovna qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, Q-20-091 saylı cizgisinə əsasən Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarının ilə Bakı şəhəri Buzovna qəsəbəsi, 131 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi X2 ayrılmışdır. xx.xx.2020-ci il tarixdə X1 adından Cavabdeh verilmiş etibarnamə verməklə Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990cı il tarixli qərarına əsasən Bakı şəhəri Buzovna qəsəbəsi, 131 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsinə faktiki olaraq sahibliyinə və istifadəsinə vermişdir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş (H.Z.Tağıyev adına NQÇİ) ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 600.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində yaşayış evləri mövcud olduğu müəyyən olunmuşdur (1 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli). Sahəyə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 600,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidə (H.Z.Tağıyev adına NQÇİ) yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikinti (inşa olunan fərdi yaşayış evi) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidə yerləşsə də, həmin tikili hazırda qüvvədə olan Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990cı il tarixli qərarı ilə X2 ayrılmışdır. X4 isə öz növbəsində etibarnamə əsasında Cavabdeh istifadəsinə və sahibliyinə vermişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə aid olan ərazi bağlar təsərrüfatı üçün ayrılmış ərazilərə aiddir. Qeyd olunan ərazidə neft, qaz hasilatı aparılmır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi sübutlardan məlum olmuşdur ki, Əzizbəyov rayon X9 icraiyyə komitəsinin vətəndaşlara fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarına əsasən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi X2 məxsus olmuşdur. Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, Q-20-091 saylı cizgisində X2 ayrılmış Bakı şəhəri Buzovna qəsəbəsi, 131 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsinin yerləşdirilməsi öz əksini tapmışdır. Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən X4 ona məxsus torpaq sahəsi ilə bağlı bütün sərəncam verilməsi hüquqları cavabdehə etibar etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz tikili olmasını və aparılan tikintinin qanunsuz əsaslarla aparılmasını iddia etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur və tikili qanuni əsaslarla müvafiq icra hakimiyyətinin qərarına əsasında ayrılmış torpaq sahəsində inşa edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli tikilinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da cavabdehin təqdim etdiyi sənədlərdə öz əksini tapmışdır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı da təkzib etmir. Qeydə alınmasa da cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi həmin evdə ailə üzvləri ilə eyni əsaslarla yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu tikili üzərində təmir yaxud bərpa işləri aparılmasına cəhd edilsin, lakin bu hal da iddiaçıya əsas vermir ki, o, bütövlükdə inşa edilmiş evin kompensasiya ödəmədən tam sökülməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddiaçı SOCAR-ın «Azneft» İB-nin Cavabdeh (Maraqlı şəxs) qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 10/2598 saylı xx.xx.2025-ci il tarixli rəy üçün 100 (yüz) manat və xx.xx.2024-cü il tarixli 10/4668 saylı rəy üçün 50 (əlli) manat ekspertiza xərci İddiaçı SOCAR-ın «Azneft» İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar