Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-763/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 onun xüsusi mülkiyyətindədir. O, qeyd edilən ünvanda hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Bu yaxınlarda ASAN Xidmətə yaşayış yerindən arayış almaqdan ötrü müraciət etdikdə, ona məlum olub ki, ona məxsus sözügedən mənzildə ona məlum olmayan şəxslər pasport qeydiyyatındadır. O, bu barədə ASAN xidmətə və polis idarəsinə müraciət etdikdə, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehlərin harada yaşaması ona məlum deyil və onun evində qeydiyyatda qalması maddi problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə kommunal xidmət haqqı ödəmək ona maddi və sosial çətinlik yaradır. Qeyd olunanlara əsasən, cavabdehlərin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, o, həm iddiaçını, həm də cavabdehləri tanıyır. İddiaçı və cavabdehlər ayrı-ayrı evlərdə yaşayırlar. İddiaçı həyat yoldaşı ilə onlara yaxın qonşudur, cavabdehlər isə başqa küçədə yaşayır, evləri ayrıdır. Digər şahid X2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsində yaşayır. İddiaçı onun qonşusudur. İddiaçının evində yoldaşı və uşaqları yaşayır. Cavabdehlər iddiaçının evində bir gün də yaşamayıb. Cavabdehlər tamam başqa yerdə, sənədsiz evdə yaşayırlar. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışlardan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, heç vaxt orada yaşamamış, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 istifadə hüquqları barədə onunla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 istifadə hüquqlarının mövcud olmamasını və oların həmin mənzildə yaşamamalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığı halda həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, ev 15-ə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi rədd edilsin. Bu qətnamə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 Oktyabr küçəsi, 1-ci dalan, ev 10; yeni qaydalarla: ünvan 1 qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-763/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-763/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver