Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-766/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi göstərilməklə) hüquq müəyyənedici sənəddə ünvanın eyni olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (Maraqlı şəxs1, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi göstərilməklə) 24 noyabr 1967-ci il tarixli 23 nömrəli protolu və 16 aprel 1968-ci il tarixli 64849 nömrəli orderə əsasında Bakı şəhəri,Xəzər ray onu,Şimal Dres, Bağlar küçəsi ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan iki otaqlı evin yerləşdiyi ünvanın orderdə və ya sərəncamda göstərilən faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu İcra hakimiyyətinin 24 noyabr 1967-ci il tarixli 23 nömrəli protolu və 16 aprel 1968-ci il tarixli 64849 nömrəli order əsasında Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi, ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan 2 otaqlı evlə təmin etmişlər. Atası xx.xx.2001-ci ildə vəfat etmişdir. Atasına verilmiş evin onun adına rəsmləşdirilməsi üçün rayon icra hakimiyyətinə rəsmi müraciət etmişdi. Müraciəti və digər ailə üzvlərinin razılığı əsasında həmin evin onun adına rəsmləşdirilməsi barədə Bakı şəhəri,Xəzər (Əzizbəyov) rayonu, İcra hakimiyyəti başçısı xx.xx.2003-cü il tarixli sərəncam qəbul etmişdir. Lakin sərəncamda göstərilən ünvanla orderdə göstərilən ünvan arasında ziddiyyətlər olduğundan həmin evin dövlət reyestri xidmətində qeydiyyata alınması ciddi problemlər yaradır. Ona görə də məcbur olub faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edir. Qeyd edir ki, sərəncamda göstərilən ünvan orderdə göstərilən unvanla uyğunluq təşkil etmir. Daha sonra Ərizəçi dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1967ci il tarixli 25 nömrəli protokol və xx.xx.1968-ci il tarixli 64849 nömrəli orderdə göstərilən Bakı şəhəri,Xəzər rayonu,Şimal Dres, Bağlar küçəsi ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan iki otaqlı evin yerləşdiyi ünvanın ünvan 5yyən edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs1, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, anası X10 olan birgə nikahından olan xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, X1 Asmaya Kəlbəli qızı ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 26 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X2 Afaq İskəndər qızı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 191 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Əliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2001-ci il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydiyyatı kitabında xx.xx.2001-ci il tarixdə 472 saylı qeyd aparılmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydiyyatı kitabında xx.xx.2003-cü il tarixdə 664 saylı qeyd aparılmışdır. Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu İcra hakimiyyətinin 24 noyabr 1967-ci il tarixli 23 nömrəli protolu əsasında X4 mənzil növbəsinə durmuşdur. Azərbaycan SSR Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsinin 16 aprel 1968-ci il tarixli 64849 nömrəli orderə əsasən X4 Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres,Bağlar küçəsi, ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan 2 otaqlı evlə təmin edilmə hüququ əldə etmişdir. Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə X3 ölməsi səbəbi ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi yaşayış sahəsi 25 kv.m olan. 2 otaqlı 9 saylı evin şəxsi hesabı qızı Ərizəçi adına rəsmləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X**, xx.xx.1959, X19, xx.xx.1993, X18, xx.xx.1987, X13, xx.xx.1986, X11, xx.xx.1972, X26, xx.xx.2014, X16, xx.xx.1962, X20, 23.**.1989, X14, 20.07.20**) Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi 9 saylı evdə qeydiyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.**.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Bağlar küçəsi, ev 9 unvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X4 ərizəçinin atasıdır. Atası Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu İcra hakimiyyətinin 24 noyabr 1967-ci il tarixli 23 nömrəli protolu və 16 aprel 1968-ci il tarixli 64849 nömrəli order əsasında Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi, ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan 2 otaqlı evlə təmin etmişlər. Atası xx.xx.2001-ci ildə vəfat etmişdir. Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə X3 ölməsi səbəbi ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi yaşayış sahəsi 25 kv.m olan. 2 otaqlı 9 saylı evin şəxsi hesabı qızı Ərizəçi adına rəsmləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Bağlar küçəsi, ev 9 unvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Mənzilin faktiki olaraq mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız fərgi sənədlərdə ünvanın fərgli olaraq göstərilməsi olduğundan xx.xx.1967-ci il tarixli 25 nömrəli protokol və xx.xx.1968-ci il tarixli 64849 nömrəli orderdə göstərilən Bakı şəhəri,Xəzər rayonu,Şimal Dres, Bağlar küçəsi ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan iki otaqlı evin yerləşdiyi ünvanın ünvan 7tə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.1967-ci il tarixli 25 nömrəli protokol və xx.xx.1968-ci il tarixli 64849 nömrəli orderdə göstərilən Bakı şəhəri,Xəzər rayonu,Şimal Dres, Bağlar küçəsi ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan iki otaqlı evin Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi ev 9, mənzil 1 ünvanı ilə eyni olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixli 25 nömrəli protokol və xx.xx.1968-ci il tarixli 64849 nömrəli orderdə göstərilən Bakı şəhəri,Xəzər rayonu,Şimal Dres, Bağlar küçəsi ev **5, mənzil 1 ünvanında yerləşən sahəsi 25 kv.m olan iki otaqlı evin Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres, Bağlar küçəsi ev 9, mənzil 1 ünvanı ilə eyni olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-766/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-766/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver