Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-784/2020 26.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, X3 nümayəndəsi X6 iştirakı ilə, X4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 7 saylı X46 və X17 qarşı pay bölgüləri aparılmaqla qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pay bölgüləri aparılmaqla qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə X5nun cavabdehlər X24, İddiaçı2, İddiaçı3, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X5nun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı2 adına xx xxx 2018-ci il tarixdə verilmiş 2V-109 reyestr nömrəli, cavabdeh X16 adına xx xxx 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş xx xxx 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X42, İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Bikə Primovadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X42, İddiaçı3 hər birinin payının ¼ hissədə müəyyən olunması qət edilmişdir. İddiaçı X1 məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4852/2019 saylı Qərarı ilə qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-52/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası Qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvan 2 ünvanında yerləşən miras əmlaka iddiaçı və cavabdehlərin hər birinin ¼ hissədə payını müəyyən etməklə iddia tələblərindən kənara çıxmışdır. İş materiallarında vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehlərə, yaxud üçüncü şəxslərə verilmiş hər hansı çıxarış əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməyərək qeyri-müəyyən qətnamə qəbul etmişdir. Ali Məhkəmmənin qənaəti belə olmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərin adına olan vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməsi, Bikə Primovadan miras qalmış mirasın İddiaçı2, X42, X31 və İddiaçı3 Viıli qızının hər birinin ¼ hissədə müəyyən olunması hissədə qüvvədə saxlanıla bilməz. Həmçinin həmin tələblər iddianın təmin olunmuş hissələri, yəni cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, iddiaçı Yaşar Məmmədov tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi tələbləri ilə qarşılıqlı bağlı olmaqla bir-birini tamamlayır, bu tələblərə ayrı-ayrılıqda baxılması mümkün deyildir. Ona görə də apellyasiya instansiyası məhkəməsi qətnamə iddiaçının kassasiya şikayətinə əsasən bütövlükdə ləğv olunmalıdır, iş yeni apellyasiya baxışına göndərilməlidir. Bakı Apellyasiya Məhkəmərsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)11173/2019 saylı qətnaməsi ilə iddiaçi X59 oglunun cavabdeh İddiaçı1 ogluna, İddiaçı2 ogluna, İddiaçı3, Bakı səhəri 7 sayli notariat kontoruna və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dovlet Komitəsinin yanında X39 Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarsı "qanun üzrə vərəsəlik huquququ haqqında səhadətnamənin və huquqi nəticələrinin etibarsiz hesab edilməsi, mirasın qəbul edilməsi faktının muəyyən edilməsi” tələbinə dair mulki is üzrə Bakı səhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(003)-2658/2018 saylı qətnaməsindən iddiaçi tərəfindən verilmiş apellyasiya sikayəti qismən təmin edilməmiş, iş üzrə Bakı səhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2 (003)-2658/2018 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuşdur. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı2 adına xx xxx 2018-ci il tarixdə verilmiş 2V-100 reyestr nömrəli, cavabdeh İddiaçı1 adına verilmiş xx xxx 2018-ci il tarixli 2V108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş xx xxx 2018ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmış və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərin adına verilmiş çıxarıs ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Yuxarıda qeyd edilən və qəbul edilmiş məhkəmə instansiyaları qətnamə və qərarlarından, X42, İddiaçı2 və İddiaçı3 miras əmlakı və onun tərkib hissələrinin faktiki qəbul etmələri xüsusatlarının təkzib edilməməsini, lakin iddia predmeti olmadığlndan bu xüsusatlara qiymət verilməsi mümkün olmaması üzündən hazıırkı halda həmin vətəndaşların məhkəmə qaydasında ərizə ilə müraciət etmək hüququnun saxlanılmasından, yenidən təzə iddia predmeti ilə bağlı, mülki iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Mahiyyət üzrə və təqdim edilmiş sənədlərdən göründüyü kimi, ölüm haqqında akt qeydindən göründüyü kimi xx.xx.2015-ci il tarixli 1397 saylı çıxarışa əsasən X11 xx.xx.1976-cı ildə ölmüşdür. xx.xx.2001-ci il tarixli AZ 085395 nömrəli şəhadətnaməyə əsasən X43 xx.xx.2001-ci il tarixdə ölmüşdür. xx.xx.2017-ci il tarixli AZ-1 900901 saylı şəhadətnaməyə əsasən X32 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən təqdim olunmuş 2V-108, 2V109, 2V-113 saylı xx.xx.2017-ci il tarixdə başlanıb xx.xx.2018-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil xx.xx.2018-ci il tarixdə X18 adına daşınmaz əmlakın dövlət reyestrində 2850 saylı reyestr kitabının 265836 saylı vərəqində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı çıxarış verilmişdir. X18 xx.xx.2001-ci il tarixində Bakı şəhərində ölümündən sonra X42, İddiaçı2, eləcə də onların xx.xx.2012-ci il tarixdə ölmüş qardaşları X19 arvadı İddiaçı3 notariat orqanına müraciət edərək mirasa dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Bikə Primovadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, 4 saylı mənzilə dair X19 adına mirasın 14 hissəsində xx.xx.2018-ci il, İddiaçı2 adına mirasın ¼ hissəsində xx.xx.2018-ci il, İddiaçı3 adına mirasın ¼ hissəsində xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mirasın ¼ hissəsi açıq saxlanılmış və 443 saylı xx.xx.2018-ci il tarixli məktubla miras payını qəbul etməsi Yaşar Primova təklif edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil xx.xx.2018-ci il tarixdə hər birinin payı ¼ hissə olmaqla xüsusi paylı mülkiyyət hüququ üzrə X16, İddiaçı2 və İddiaçı3 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2850 saylı reyestr kitabının 265836 saylı vərəqində qeydiyyata alınmışdır. Beləliklə, işin sadalanan faktiki hallarından məlum olur ki, X11 və X18 birgə nikahından X31, X44, X42, İddiaçı2 və İddiaçı2 doğulmuşlar. İddiaçı2 evlənməmiş, övladı olmamışdır. X11 xx xxx 1976-cı ildə, miras qoyan X43 xx xxxxxx 2001-ci ildə, X33 xx xxxxxx 2011-ci ildə, X44 isə xx xxxxxx 2012-ci ildə ölmüşlər. Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil xx.xx.2018-ci il tarixdə mərhum Bikə Primovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. Ərizəçilər xx.xx.2017-ci il tarixdən notariat orqanına müraciət edərək, mirasa dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat orqanına da Bikə Primovadan miras qalmış mənzilə dair hər birinin payı ¼ hissəsi olmaqla cavabdehlərdən Alim Primovun adına xx.xx.2018-ci il, İddiaçı2 adına xx.xx.2018-ci il və Sayar Primovanın adına xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, eləcə də mirası qəbul etmiş Yaşar Primov gəlmədiyindən onun ¼ hissə payını açıq saxlayaraq qəbul etməsini Yaşar Primov təklif edilmişdir. Eləcə də qeyd edilməlidir ki, Yaşar Primov ailə qurandan sonra mübahisəli mənzildə yaşamağa başlamış, Bikə Primova öləndən sonra Yaşar Primov arvadının şəhərdə işləməsi səbəbindən bir müddət köçüb şəhərdə yaşayıb, 1-2 ildən sonra yenə həmin mənzilə qayıtmışdır. Bir müddət sonra Yaşar Buzovnada özü üçün ev tikdirib ora köçmüş, miras mənzil sahibsiz qalmışdır. Evin sahibsiz qalmamaması üçün qardaşlar qərara gəlmişlər ki, evi satsınlar, bununla bağlı Yaşar Primova bildirmişlər, sonuncu isə məhkəməyə müraciət etmişdir. Həmçinin, işə əlavə edilmiş 130 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli arayışdan görünür ki, mərhumə X43 Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, 4 saylı mənzildə qeydiyyatda olmuş və xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlərini oğlanları X42, X31, İddiaçı2 aparmışlar və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. Əlavə edilən xx.xx.2017-ci il tarixli 182813 nömrəli və xx.xx.2018-ci il tarixli 196902 nömrəli mədaxil qəbzlərindən görünür ki, mənzil kommunal xidmət haqqı X42 tərəfindən Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödənilmişdir. Əlavə edilən sənədlərdən aydın olur ki, mənzilə dair ödəmə sənədləri və bildirişlər X47, Bikə Primovanın adına, telefon xidmətlərindən istifadə üzrə ödəmə sənədləri Yaşar Primovun adına tərtib edilmişdir. Bilavasitə 1-ci və Apellyasiya instansiyası araşdırılmalarından o da məlum olur ki, mərhum Bikə Pirimovanın qırx mərasimindən sonra mirasın daşınar və tərkib hissəsini bölərək, evin miras qoyana məxsus bir sıra əşyalarını Yaşar Primova, paltartikən maşını İddiaçı2 vermişlər. Bundan başqa, qədimi xalçalar İddiaçı2la Adil Primov arasında bölüşdürülmüş, Alim Primova gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Bu hal faktiki olaraq mirasın tərkib hissələrinin iddiaçılar tərəfindən faktiki qəbul edilməsini tam təsdiq edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X4, İddiaçı2 və İddiaçı3 “Pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinin təmin edilməsi haqqında” iddia ərizəsindəki tələbin həcmini “hüquqi əhəmiyyəti olan mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbini də əlavə etməklə, “hüquqi əhəmiyyəti olan mirasın iddiçilar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X16 nümayəndəsi X12 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 və cavabdehlər Bakı şəhəri 7 saylı X29 nümayəndəsi və X31 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər X20, X9, X25, X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iddaçı İddiaçı2 izahatında bildirmişdir ki, mübahisə predmeti olan ev anasınındır. Evi o rəsmiləşdirmişdir. Evdə anası və kiçik qardaşı Fazil yaşayıb. Yaşar həmin vaxtlar evdən çıxmış və kirayədə yaşayırdı. Anasının xahişi ilə Yaşar evə qaytımışdır. 2001-ci ildə anası vəfat etdikdən sonra kiçik qardaşı Fazilə Yaşarla yaşamaq çətin olmuşdur. Yaşar da ordan köçərək ayrı yaşamışdır. 2011-ci ildı Fazil vəfat etmişdir. Sonrada evin açarları Yaşarda olduğundan eve gedib gələ bilməmiş və bu müddət ərzində Yaşar polis orqanlarında işlədiyindən ondan çəkinmişlər. 2013-cü ildə evlə bağlı vərəsəlik məsələsini qaldırmaq istədik, lakin iddiaçı Sarayın əri vəfat etdiyindən bu mümkün olmadı. Bir müddət sonra evlə bağlı sənədləri Yaşardan istədikdə, o sənədləri itirdiyini bildirdi. Bundan sonra notariat kontoruna müraciət etdik və məsələ bu qədər uzandı. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iddaçı İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, Yaşar miras əmlakda payı olduğunu etiraf edirik. Hazırkı mülki iş üzrə müddət iddianın predmeti deyildir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iddaçı X14 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçılar etiraf etdilər ki, Yaşar Primov həmin mülkə onların xahişi ilə qayıtmışdır. Bundan başqa müxtəlif dövrlərdə ödənilmiş qəbzlər də var, hansı ki, həmin qəbzlər iddiaçıların heç birində yoxdur. Məhkəmə mirasın faktiki qəbulunu nəzərə almalıdır. Bundan başqa, bildirirəm ki, eyni tərəflər arasında eyni predmet üzrə artıq məhkəmə aktları mövcuddur. Bundan başqa, müddətlə bağlı iddiaçı tərəf müddətin ötürüldüyünü etiraf etmiş və qeyd etmək istəyirəm ki, iddiaçı tərəfindən əsas götürülmüş mirasın faktiki qəbulu məsələsi də müddət tələb edir . Bu müddət iki aydır. İddia tələbini tam əsaasız hesab edirik və təmin edilməsinə etiraz edir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında cavabdeh Bakı şəhəri 7 saylı X29 vəkili və nümayəndəsi Vəkil1 iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı X29 xx.xx.2019-cu il tarixli, D/639 nömrəli məktunda qeyd edilmişdir ki, mərhum X13 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, 4 saylı ünvanında yerləşən mənzilə dair yuxarıda qeyd edilən şəxslərin mirasın faktiki qəbul etmələri məhkəmə qaydasında müəyyənləşdirilməli olduğundan həmin şəxslərə vərəslik şəhadətnamələrinin hazırda verilməsi mümkünsüzdür. Yuxarıda yazılanları nəzərə alaraq xahiş edirik ki, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciyət edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, mənzil 4 X15 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, AZ-İ694629 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AZ-513633 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Saatlı rayon Qeydiyyat şöbəsinin 293164 nömrəli, xx.xx.1983cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə X34 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Primov, arvada Primova soyadı verilmişdir. İş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 222 nömrəli arayışda qeyd edilmişdir ki, mərhumə X35 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X27 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. İş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 716 nömrəli arayışda X15 ailə üzvləri X36, İddiaçı1, Cavabdeh2, X26, X27 olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(003)-2658/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, X5nun cavabdehlər X24, İddiaçı2, İddiaçı3, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-52/2019 nömrəli qətnaməsindən görünür ki, X5nun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilərək Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı2 adına xx xxx 2018-ci il tarixdə verilmiş 2V-109 reyestr nömrəli, cavabdeh X16 adına xx xxx 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş xx xxx 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X42, İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Bikə Primovadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X42, İddiaçı3 hər birinin payının ¼ hissədə müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4852/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 52/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11173/2019 saylı qətnaməsi ilə iddiaçi X59 oglunun cavabdeh İddiaçı1 ogluna, İddiaçı2 ogluna, İddiaçı3, Bakı səhəri 7 sayli notariat kontoruna və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dovlet Komitəsinin yanında X39 Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarsı "qanun üzrə vərəsəlik huquququ haqqında səhadətnamənin və huquqi nəticələrinin etibarsiz hesab edilməsi, mirasın qəbul edilməsi faktının muəyyən edilməsi” tələbinə dair mulki is üzrə Bakı səhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(003)-2658/2018 saylı qətnaməsindən iddiaçi tərəfindən verilmiş apellyasiya sikayəti qismən təmin edilməmiş, iş üzrə Bakı səhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2 (003)-2658/2018 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuşdur. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı2 adına xx xxx 2018-ci il tarixdə verilmiş 2V-100 reyestr nömrəli, cavabdeh İddiaçı1 adına verilmiş xx xxx 2018-ci il tarixli 2V108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş xx xxx 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmış və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərin adına verilmiş çıxarıs ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatları və məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi, ev 11, mənzil 4 X15 mülkiyyətində olmuşdur. X35 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 130 nömrəli MKİS tərəfindən verilmiş arayışda X15 ailə üzvlərinin X36, İddiaçı1, Cavabdeh2, X26, X27 olduğu qeyd edilmişdir. X2 övladları X26, X36 vəfat etmişdir. Həmçinin tərəflərin vermiş olduğu izahatları və məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən olundu ki, X35 vəfat etdikdən sonra mənzildə abadlıq işlərini oğlanları Alim, Yaşar, Nazim aparmışlar və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. İşdə olan (Azəriqaz, Azərpoçt, Bakı Elektikşəbəkə) mədaxil qəbzlərindən görünür ki, mənzil kommunal xidmət haqqı hm Primov Yaşar, həm Primov Alim tərəfindən ödənilmişdir. İş materiallarından aydın olur ki, mübahisəli mənzilə dair ödəmə sənədləri və bildirişlər X28, Bikə Primovanın adına, tərtib edilmişdir. Mülki işijn materiallarına əlavə edilmiş qətnamələrdən də aydın olur ki, X21 məxsus mirasın daşınar hissəsi bölünərək, miras qoyana məxsus əksər əşyalarını Yaşar Primova, paltartikən maşını İddiaçı2 vermişdir. Bundan başqa qədimi xalçalar Nazim Pirimova və Adil Pirimov arasında bölüşdürülmüş, Alim Primova gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Göründüyü kimi tərəflər mirasin bir hissəsi sayılan daşınar əmlaklara yiyələnməklə mirası tamamilə qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsin əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3). Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində miras qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Miras qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyriformal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, vərəsələr tərəfindən miras əmlakla bağlı formal hərəkətlər həyata keçirilməsi də, qeyri-formal olaraq mirasın qəbulu ilə bağlı hərəkətlər həyata keçirilmişdir. Belə ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. X35 vəfat edtdikdən sonra onun ailə üzvləri (qanun üzrə vərəsə olan) X37, X22, X23 miras əmlakı (Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4) faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Cavabdeh X10 X4, İddiaçı2 və İddiaçı3 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X21 məxsus (Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4) əmlakı iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi barədə iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin işin faktiki hallarında göründüyü kimi iddiaçı miras əmlakı faktiki idarə edilməklə qəbul etmişdir. Əgər vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamışdırsa miras əmlak qəbul edilmiş hesab edilir. İşdə olan qətnamələr ilə və işin halları ilə müəyyən edilmişdir ki, X21 məxsus mirasın daşınar hissəsi bölünərək, miras qoyana məxsus əksər əşyalarını Yaşar Primova, paltartikən maşını İddiaçı2 vermişdir. Bundan başqa qədimi xalçalar Nazim Pirimova və Adil Pirimov arasında bölüşdürülmüş, Alim Primova gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Bundan başqa 130 nömrəli MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 222 nömrəli arayışda qeyd edilmişdir ki, X35 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X27 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X21 məxsus (Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlakın iddiaçilar tərəfindən faktiki qəbul olunmuş hesab edilməli və pay bölgüləri aparılmaqla, onlara qanun üzrə vərəsəlik şəhadətnamələri verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X21 məxsus olan (Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlakın X4, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilmiş hesab edilsin. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X21 məxsus olan (Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlaka X4, İddiaçı2 və İddiaçı3 1/4 hissədə payı müəyyən edilsin. X21 məxsus olan (Bakı şəhəri, Xəzər rayonu, X69 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlakın ¼ hissəsində X4, İddiaçı2 və İddiaçı3 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-784/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-784/2020
26.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver