Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-834/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2, Cavabdeh X1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı “yaşayış evinə köçürülmə, həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən yaşayış evinə köçürülmə, Cavabdeh və digərləri tərəfindən həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fəhləliklə məşğul olaraq topladığı pulla özünə ev almaq qərarına gəlmişdir. Arif adlı şəxs vasitəsilə Azər adlı şəxslə tanış oldu və Azər adlı şəxs ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən torpaq sahəsində yarımtikili ev ilə birlikdə yaşayış evini 12000 manata Azər adlı şəxsdən almışdır. Belə ki, Azərlə birlikdə 12 saylı notariat ofisinə getdilər və Azərin adından həyat yoldaşı İddiaçı1 adına həmin torpaq sahəsində yerləşən yarımtikiliyə dair etibarnamə verilmişdir. Həmin vaxt Azər ona Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu üzrə (Mehriban Qonşular) 135 saylı əmrdən xx.xx.1999-cu il tarixli 428 nömrəli çıxarışın əslini də təqdim etmişdir və həmin etibarnamə də həmin sənəd əsasında onun həyat yoldaşının adına verilmişdir. Bundan sonra İddiaçı2 həmin evdə müəyyən tikinti işləri apardı, elektrik sayğacını çəkdirdi və həyətin darvazasını alıb qoydu. Bundan sonra daimi evinə gedib gəlib pul düzəltdikcə müəyyən təmir işlərini həyata keçirirdi. Təxminən 2 ay keçdikdən sonra Cavabdeh adında şəxs peyda olaraq onun evinə qanunsuz girərək zəbt etmiş və onun evindən istifadəsini məhdudlaşdırmışdır. Bu işdə ona kömək edən sahə müvəkkili Ülvi adında polis əməkdaşı ona himayədarlıq edərək onun qanunsuz hərəkətlərinə kömək etmişdir. Belə ki, Ülvi adında polis əməkdaşı onun evinin darvazası Cavabdeh adlı şəxs tərəfindən qanunsuz sökülüb evinə girən zaman orada olmuş və ona himayədarlıq etmişdir. Onun bu hərəkətlərinə son qoymasını tələb etdikdə isə sahə müvəkkili Ülvi onu hədələmiş, evə dair hər hansı müdaxilə edəcəyi təqdirdə onu polis bölməsinə aparacağı ilə hədələmişdir. Belə ki, Cavabdeh sahə müvəkkili Ülvi adında şəxslə, həmçinin Coşqun və Mikayıl adlı şəxslərə birlikdə onun evindən istifadəsinə maneə törədərək qanunsuz hərəkətlər etmiş və evindən istifadəyə qanunsuz maneə törətməkdədirlər. Belə ki, İsgəndər adlı şəxs ona guya evin onun tərəfindən alındığını bildirmişdir. İddiaçı isə ona etiraz edərək evin sənədinin ona məxsus olması, sənədin əslinin onda olması və həmin sənədə dair etibarnamənin onun həyat yoldaşı İddiaçı1 adına olması barədə sənədləri ona göstərsə də, o iddiaçıya heç bir sənəd təqdim edə bilmədi. O da ona etiraz etdikdə polis əməkdaşı və digər ətrafında olan şəxslərlə birlikdə iddiaçını hədələdi və ona məxsus evin darvazasının zorla sökərək zərər vurmuşdur. Hazırda bu onların qanunsuz müdaxilə və maneələrinə görə evindən istifadə edə bilmir. Bildirir ki, o Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən Abşeron rayonu, Donuzkökəltmə Sovxozu tərəfindən verilmiş, xx.xx.1990-cı il tarixli, 135 nömrəli Əmrdən Çıxarışa əsasən Abşeron rayonu, Donuzkökəltmə Sovxozu ərazisində 0.03 ha torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi və digər səlahiyyətləri X6 faktiki olaraq 28 fevral 2022-ci il tarixdə etibarnamə əsasında İddiaçı1 vermişdir. Həmin torpaq sahəsinin üzərində tikilmiş ev də iddiaçılara məxsusdur. Bu səbəbdən cavabdeh və digər şəxslərə həmin yaşayış evinə müdaxilənin qarşısı alınmalı və onların həmin yaşayış evinə köçürülmələri təmin edilməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən yaşayış evinə köçürülmə, Cavabdeh və digərləri tərəfindən həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmirbərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İddiaçı2 həmçinin izahatında bildirmişdir ki, mübahisəli əmlaka dair sənədi əmrdən çıxarışdır, başqa sənədi yoxdur. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, həmin torpaq sahəsini 2012-ci ildə almış, orada üç otaqdan, mətbəxdən, sanuzeldən və koridordan ibarət 111 kv.mertr sahəsi olan ev tikdirmişdir, maddi vəziyyəti yaxşı olmadığı üçün qapı-pəncərə qoya bilməmişdir. X18 Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yaşadığı üçün o tez-tez oğlunun yanında gedib gəlir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasına getdiyi üçün evə gedə bilməmiş lakin, evə qonşusu Musa Bağırov baxırdı. Təxminən 6-7ay bundan əvvəl qonşusu Musa ona zəng edərək Anar və Gülşən tərəfindən evinin ələ keçirildiyini bildirdi. Cavabdeh tez Bakı şəhərinə gəlib evində bir işiq sayğacı və dəmir qapı olduğunu gördü. Anarı tapıb ona evin ona məxsus olduğunu bildiri və bu barədə polisə məlumat verdi. Daha sonra o Anara zəng edib bildirdi ki, qapını söküb, gəlib aparsın, o da cavabdehdən maşın tapmaq üçün bir gün vaxt istədi, cavabdeh razılaşdı və qapını qonşunun həyətinə qoydu. Anar da səhəri gün gəlib qapını oradan apardı. Evində olan sayğacın çıxarılması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdi. O bu barədə yazılı izahatını və etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılarnın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Digər İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X9 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AR-İİ№ 609053 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 12 iyul 1990-cı il tarixli 426 saylı Əmrlə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda 0,03 ha torpaq sahəsinin üzərindəki hüquqlarını xx.xx.2092-ci il tarixədək İddiaçı1 vermişdir. İş materiallarında olan Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X2 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X10 tanışı X5 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12.000 (on iki min) manat pulu almış və həmin tarixdə İddiaçı2 hüquqverən rəsmi sənədi, yəni X4 adından xx.xx.1990-çi tarixli 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs İddiaçı2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 8 noyabr prospektində yerləşən yaşayış evində kirayədə yaşayır. Öz evi olmadığından, fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün "tap.az" sosial şəbəkəsində elanlarda olan bir ünvan diqqətini çəkmiş və həmin elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Özünü Emin kimi təqdim edən şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və sonuncu Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb danışsın. 2022-ci ilir fevral ayının sonlarında Arif adlı şəxsə zəng vurub, torpaq sahəsinə baxmaq istəyini bildirmişdir. Bunun səhərisi gün “Əhmədli” metrostansiyasının yaxınlığında Ariflə goruşmüş onun yanında sonradan adını bildiyi Azər adlı şəxsdə gəlmişdir. Arif bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur, həmn sahəni Azər satır və orada ikilmiş hasar və evi Azərlə birlikdə tikmişdir. Sonra onlarla birlikdə Binə qəsəbəşi, Donuzkökəltmə Sovxozuna getmiş və həmin evi görəndən sonra bəyənmişdir. Orada torpaq sahəsini tikililərlə birlikdə 12.000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. Orada 12.000 manatı sayıb Arifə vermiş, sonuncu da pulu yenidən sayıb Azərə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmş və orada Azərin adından onun həyat yoldaşı İddiaçı1 adına etibarnamə təsdiq etdirərək, ona təqdim etmişdir. X12 etibarnamədən başqa Abşeron Rayon Donuz Kökəltmə Sovxozu üzrə əmrdən çıxarışın surətini də təqdim etmişdir. Bundan təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. Bir neçə gündən sonra aldığı evin əvvəlki sahibi onu axtarıb tapmış və o, üzünü Cavabdeh kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin şəxs ona torpaq sahəsinın sənədini göstərmiş və məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi Cavabdeh məxsusdur. Onda başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onu aldadaraq, 12.000 manat puunu ələ keçirmişlər. Hal-haziradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə təqsirləndirilən şəxs Azər Novruzova qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X7 tanışı X13 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından sui-istifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12000 manat pulu alması və həmin tarixdə İddiaçı2 hüquq verən rəsmi sənədi, yəni X4 adından xx.xx.1990—cı il tarixli, 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə aldadın ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı müəyyən edilmişdir. Sonra İddiaçı1 cavabdeh X2 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən yaşayış evinə köçürülmə, Cavabdeh və digərləri tərəfindən həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə əsasında Novruzov Azərdən aldıqları Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasının Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılması tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və saxta sənəd əsasında iddiaçılara satıldığını nəzərə alaraq həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Belə ki, iddiaçılar, həmin sahənin və yarımtikilinin saxta sənəd əsasında onlara satılmasından xəbərləri var və zərərçəkmiş şəxs qismində İddiaçı2 məhkəmədə çıxış etmişdir, bu halı təsdiq edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü iş materiallarında mövcüddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun olması təsdiq olunmamış, əksinə torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsə ayrıldığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçıların tələbi əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı “yaşayış evinə köçürülmə, həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-834/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-834/2023
08.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver