Məhkəmə qərarları › İş №2(003)-843/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-843/2024

15.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-843/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlunun, Cavabdeh2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Ağaməmməd oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı cavabdehlərin qanunsuz zəbt edilmiş torpağın boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 635 və 636 N-li sərəncamlarla verilmiş 1200 kv.m və 2400 kv.m torpaq sahələrinin zəbt edilərək orada qanunsuz tikinti işləri aparan X23, X28, Cavabdeh2, Həbibulin Hüsyanoviç, X29, Cavabdeh3, Cavabdeh1, X15, X10, Cavabdeh4, X5, X7, X24 şəxslərindən torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək həmin torpağın üzərində fərdi yaşayış evləri tikilmişdir. Belə ki, 2005-ci ilə qohumu İddiaçı adına Əzizbəyov rayon Qala bələdiyyəsindən xx.xx.2005-ci il tarixli 635N-li və xx.xx.2005-ci il tarixli 636N-li sərəncamlarla müvafiq alqı-satqı müqaviləsi üzrə həmin ərazidən 1200 kv.m və 2400 kv.m ölçüdə yanaşı torpaq sahələri almışdır. Torpaq sahələrini aldıqdan sonra həmin əraziyə 7(yeddi) yük maşını mişar daşı alıb yığmışdır. Maddi imkanı olmadığına görə orada tikinti işləri apara bilməmişdir. 2008-ci ildən Rusiya Federasiyasına işləmək üçün getmişdir. xx.xx.2023-cü ildə yenidən qayıtdıqdan sonra əraziyə baxış keçirərkən torpaq sahələrinin qanunsuz zəbt edildiyini görmüşdür. Həmin ərazilərdə 3 ev tikilmiş, bir neçə hissə də hasara alınmış, 3 yarım tikili inşa edilmişdir. Bununla əlaqədar olaraq Xəzər rayon polis idarəsinə müraciət etmişdir. Torpaq sahələri X23, X1 Azadağa Xanağa oğlu, Həbibulin Hüsyanoviç, X29, Cavabdeh3, Cavabdeh1, X15, X10, Cavabdeh4, X5, X7, X24 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bu şəxslərlə dəfələrlə əlaqə saxlayaraq qanunsuz zəbt edilmiş torpaqların boşaldılması, tikililərin sökülməsini tələb etsə də, onlar buna əməl etməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Ağaməmməd oğlu iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Əzizbəyov rayonu Qala Bələdiyyə sədrinin 635 nömrəli xx.xx.2005-ci il tarixli və 636 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamları əsasında, İddiaçı adına ev tikmək üçün 1200 kv.m. və 2400 kv.metrdən ibarət iki ədəd torpaq sahəsi Qala qəsəbəsində ayrılmışdır. Sərəncamlarda qeyd olunur ki, torpaq sahələri “Qala qəsəbəsi ərazisində” İddiaçı üçün ayrılıb. İddiaçı tərəfdən Məhkəməyə iddia ərizəsi və aşağıdakı sənədlər təqdim olunub:

1. Əzizbəyov rayonu, Qala Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 635 saylı və xx.xx.2005-ci il tarixli 636 saylı sərəncamların surətləri,

2. Qala Bələdiyyəsi sədrinin təsdiq etdiyi “Qala qəsəbə ərazisində” İddiaçı ayrılan sahələrinin sxemi və baş plandan çıxarışı,

3. Qala Bələdiyyəsi sədrinin İstintaq orqanına ünvanladığı xx.xx.2023-cü il tarixli 1- 1/67 saylı məktubunun surəti, 4.Bələdiyyə torpaqlarının alqı-satqısına dair 11 və 12 oktyabr 2005-ci il tarixlərdə qeyd olunan iki ədəd müqavilələrin surəti (2 ədəd). İddiaçının təqdim etdiyi iddia ərizəsində Cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahələrinin yerləşdiyi ünvan “Xəzər rayonu Binə qəsəbəsi, X31” göstərilmişdir. Qeyd olunan sənədlərdən məlum olur ki, vətəndaş İddiaçı üçün Bələdiyyə sədrinin sərəncamları əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi ünvan “Qala qəsəbəsidir”. İddiaçının mübahisələndirdiyi cavabdehlərə faktiki olaraq məxsus olan (mübahisələndirilən) torpaq sahələrinin yerləşdiyi ərazi isə Qala qəsəbəsi ərazisi deyildir. Cavabdehlərə faktiki olaraq məxsus olan torpaq sahələri X14 ərazisidir. Bu səbəbdən iddiaçının cavabdehlərin faktiki yaşadıqları torpaqlarından çıxarılması barədə iddia qaldırmaq hüququ yoxdur. İddia əsassızdır. Qala Bələdiyyəsi sədrinin qeyd olunan sərəncamlarında açıq-aydın yazılır ki, İddiaçı üçün torpaq sahəsi Qala qəsəbəsi ərazisində ayrılır. “Google xəritədən” çıxarışı (üç variantda) Məhkəməyə sübut növü kimi təqdim edərək, bildirir ki, Qala qəsəbəsi ərazisi və X31 ərazisi xəritədə dəqiqliyi ilə əks olunduğu üçün, iddiaçının cavabdehlərə qarşı iddia tələbi üzrə cavabdehlərin faktiki istifadələrində olan X14 ərazisində yerləşən torpaq sahələrinin, Qala qəsəbəsi ərazisinə heç bir aidiyyəti yoxdur. Belə olan halda, iddiaçının qeyd olunan cavabdehlərə məxsus torpaq sahələrinə münasibətdə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iddiaçı üçün ayrılmış torpaq sahələrinin ünvanı Qala qəsəbəsidir. Cavabdehlərin torpaq sahələrinin yerləşdiyi ünvan keçmiş X31 ünvanıdır. Qala Bələdiyyəsi sədrinin iddiaçı üçün Qala qəsəbəsi ərazisində ayırdığı torpaq sahələri, cavabehlərin faktiki olaraq 2002-ci ildən etibarən inşa edib yaşadıqları evlərin hüquqi və faktiki ünvanı Xəzər rayonu X9 ərazisidir. Cavabdehlərin inşa edib yaşadıqları evlərin yerləşdiyi ərazi Qala qəsəbəsindən kilometrələrlə aralıqda yerləşir. Yəni iddiaçının həmin torpaq sahəsi ilə əlaqədar hər hansı tələb ilə çıxış etmək hüququ yoxdur. Nəzərə alınmalıdır ki, Bələdiyyənin sərəncamlarında ayrılmış torpaq sahələrinin yerləşdiyi ünvan heç də Qala Bələdiyyə ərazisi kimi deyil, dəqiq olaraq Qala qəsəbəsi ərazisində torpaq ayrılıb. Hazırkı cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin iddiaçıya, yaxud iddiaçının məhkəməyə təqdim etdiyi Qala Bələdiyyəsinin sərəncamları əsasında ayrılmış torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrinin iddia olunan torpaq sahəsi ilə üstüstə düşmə ehtimalı yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsində yazılır: “Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur”. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya İcarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən İstifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi: istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə Torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması va Fazılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-TİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamədə aşağıdakı normalar müəyyay olunur: Qanun formasında təsdiq edilmiş əsasnamənin 1-ci müddəalarının 1-ci bəndində yazılır: “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”. Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə-müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya İcarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 25. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı ünvan 3 ünvanında 2005-ci ildən hazırkı vaxta qədər qeydiyyatdadır. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2005-ci il tarixli 635 saylı və 12,10.2005-ci il tarixli 636 saylı Qala Bələdiyyə sədrinin sərəncamları əsasında “Qala qasəbəsində” vətəndaş üçün torpaq “sahəsi ayrılmışdır. İddiaçının Məhkəməyə təqdim etdiyi Qala Bələdiyyəsi sədrinin təsdiq etdiyi Torpaq sahəsinin “sxemi” adlanan sənəddən məlum olur ki, 2 ədəd fərdi ev tikmək üçün torpaq sahəsi Bələdiyyə sədrinin sərəncamı əsasında — Qala qəsəbəsində ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR qanun (2001-el ildən qüvvədədir) Və-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması va “hazılalanması qaydaları haqqında” əsasnamənin (xx.xx.2002-ci ildən qüvvədədir) 1-ci bəndinə görə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquq) və fiziki şəxslərə verilməsi yalnız Bələdiyyələrin qərarları və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 26-cı maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatı olan Azərbaycan Respublikası vətəndaşlarına həmin qanun 9.8-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Qanunun bu norması baxımından “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 10, 25 və 25-1-ci bəndlərində qeyd olunur ki, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi qanunla müəyyən edilmiş hədlər daxilində ayrılır. Eyni şamanda qanun müəyyən edir ki, fərdi ev tikintisi məqsədilə torpaq sahəsi ayrılmış vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla biləri Ancaq iddiaçının Məhkəməyə təqdim etdiyi sərəncamlardan və iddiaçının şəxsiyyət vəsiqəsindən aydın görünür ki, iddiaçının Qala Bələdiyyəsi ərazisində qeydiyyatı yoxdur və olmamışdır. Digər tərəfdən Qala Bələdiyyəsinin sədri qanunu kobud surətdə pozaraq sərəncam əsasında torpaq sahəsini ayırmış, ikinci qanun pozuntusuna yol verərək iki gün müddətində iddiaçı üçün 2 ədəd fərdi ev tikintisi üçün torpaq sahəsi ayrıması qanun pozuntusu olmaqla yanaşı, səlahiyyətlərdən sui istifadə kimi faktın ortada olmasını sübut etmiş olur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2000-ci ildən etibarən iddiaçının təqdim etdiyi iddia ərizəsində göstərilən ünvanlarda, yəni Xəzər rayonu, Binə qəsəbəsi X31 ərazisində yaşamaqla, bu ünvanlarda əldə etdikləri torpaq sahələrində fərdi ev tikiblər.

1. Cavabdeh2 üçün Abşeron rayonu tabeliyində olmuş X31 üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmr əsasında 0,03 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində cavabdeh tərəfindən 2002-ci ildən etibarən fərdi ev inşa edilmiş və ailəsi ilə birlikdə həmin fərdi evdə yaşayır. Cavabdeh eyni zamanda yaşadığı Xəzər rayonu X31 ərazisində yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsinə görə Binə Bələdiyyəsinə torpaq vergiləri də ödəyir. Torpaq ayırmaya dair xx.xx.2000-ci il tarixli 01 saylı əmrin surətini, fərdi evdə istifadə edilən işıq və qaz xidmətlərinə görə, ödəniş qəbzlərinin sürətləri: və, torpaq vergisinin Binə Bələdiyyasinə ödənilməsinə dair qəbzlərin surətlərini təqdim edir.

2. Cavabdeh1 üçün Abşeron rayonu tabeliyində olmuş X31 üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmrdən çıxarış əsasında 0,04 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində cavabdeh tərəfindən 2002-ci ildən fərdi ev tikilmiş və ailəsi ilə birlikdə bu ünvanda yaşayır. Cavabdehin 2000-ci ildə aldığı evdə işıq, qaz və digər Xidmətlərdən istifadə edir. Fərdi evin texniki pasportu mövcuddur. İddiaçının sübut növü kimi Məhkəməyə təqdim etdiyi sərəncamlar Qala Bələdiyyəsi sədrinin təkbaşına imzalayaraq, tərtib etdiyi 635 və 636 saylı sərəncamlar açıq surətdə Qanunun tələblərinə zidd olmaqla yanaşı, Bələdiyyə sədrinin təkbaşına sərəncam əsasında Torpaq ayırma sərəncamı qanunsuz olduğundan, bu sərəncam əsasında tərəflər arasında bağlanmış müqavilə (əqd) əhəmiyyətsizdir. Bələdiyyə sədrinin öz sərəncamı əsasında torpaq ayırma ilə əlaqədar hərəkətləri AR MM-nin 339-cu maddəsinin təsiri altına düşməklə yanaşı, hakimiyyətindən sui-istifadə AR CM-nin 308-ci və 309-cu maddəsinin, habelə 320-ci maddəsində nəzərdə tutulmuş qaydada saxta sənəddən istifadə etmə faktının mövcudluğu, əslində Prokurorluq orqanları tərəfindən araşdırılmalıdır. Bu halda AR MPM-nin 265-ci maddəsinə uyğun, xüsusi qərardad qəbul edilərək tədbirlər görülməsi üçün Prokurorluğa göndərilməlidir. Qanunun tələblərindən görünür ki, Bələdiyyənin sərəncam (təkbaşına) əsasında torpaq ayırması, vətəndaşın Qala Bələdiyyəsi ərazisində ümumiyyətlə Bakı şəhərində iddiaçının qeydiyyatı olmadığı səbəbindən və Bələdiyyə sədrinin sərəncam (Bələdiyyə orqanları qərar əsasında torpaq sahələri ayıra bilərlər) əsasında torpaq ayırma səlahiyyəti olmadığı üçün, eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri qeyd olunan torpaq şahələrinin Qala qəsəbəsi ərazisinə aidiyyəti yoxdur. İddiaçı üçün sərəncam əsasında torpaq sahəsi Qala qəsəbəsində ayrılıb. Belə olduğu halda cavabdehlərin istifadə etdikləri Hövsan Süçülük ərazisində yerləşən torpaq sahələrinin, iddiaçı üçün ayrılmış Qala qəsəbəsindəki torpaq sahəsinə aidiyyəti olmadığı səbəbindən, iddiaçının cavabdehlərə qarşı hazırkı iddia qaldırmağa subyektiv hüququ yaranmır. İddiaçının cavabdehləri Xəzər rayonu Hövsan Südçülük ərazisindən bu vətəndaşların fərdi evlərinin sökülməsi və onların həmin evdən və torpaq sahəsindən çıxarmağı tələb etməyə subyektiv hüququ yaranmır. İddiaçının təqdim etdiyi Bələdiyyə sədrinin sərəncamları üzrə torpaq sahəsi Qala qəsəbəsində ayrıldığı üçün, həmin sərəncamlar əsasında cavabdehlərin Hövsan Südçülük ərazisində yerləşən torpaq sahələrindən çıxarılmasını tələb edə bilməz! Bu səbəbdən iddiaçının iddiası rədd olunmalıdır. Hövsan Südçülük ərazisindəki torpaqlar Aqrar islahat Komissiyalarının qərarlarının qəbul olunduğu 2005-ci ilə qədər Abşeron rayonunun sərəncamında olub, X31 Abşeron rayonun tabeçiliyində olmuşdur. Bu ərazidəki torpaq sahələrinə dair verilən bütün sənədlər Abşeron rayonun arxivlərində saxlanılır. Həmin sovxozların ərazilərində yerləşən torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətləri sovxozların və aqrar islahatların aparıldığı dövrdə islahat komissiyalarına aid olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2 hər biri ayrı-ayrılqda iddianı etiraf etməyərək rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Ağaməmməd oğlu iddianı etiraf etməyərək rədd edilməsini xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 636 nömrəli sərancamından görünür ki, ünvan 5 ünvanında yaşayan İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 2400 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 1-1/67 saylı məktubunun məzmununda qeyd edilmişdir ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair arxiv sənədlərinə baxış keçirildi və vətəndaş X8 Əzizbəyov rayonu Qala bələdiyyə sədrinin 635 saylı 11.10.200-ci il tarixli sərəncamına əsasən 1200 kv.m və 636 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən 2400 kv.m torpaq sahəsinin fərdi ev tikmək məqsədilə ayrılmasına dair sənədlər aşkar olunmuşdur. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsi ilə X16 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi X8 Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 2400 kv/m torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 635 nömrəli sərancamından görünür ki, ünvan 5 ünvanında yaşayan İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsi ilə X16 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi X8 Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 1200 kv/m torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki,

1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X17 və Fariz, Azad və Mais adlı şəxslərin törətmiş olduqları Azərbaycan Respublikası CM-nin 178 və 320-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyin görə onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

2. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X11, şəxsiyytləri istintaqa məlum olmayan Azad və Mais adlı şəxslərin barələrində Azərbaycan Respublikası 178 v 320-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir.

3. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən hazırda X25 məxsus torpaq sahəsinin müəyyən hissələrini hasarlayaraq və ya fərdi evlər tikməklə yaşayaraq istifadə edən Cavabdeh1, X12, X13, X6, X3 və qeyrilərinini əməllərində Azərbaycan Respublikası CMnin 188-ci maddəsinin əlamətləri oldmadığına görə onların barələrində cinayət təqibinin başlanması rədd edilmişdir.

4. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə təqsirləndirilən şəxs xx.xx.1984cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, sürücü, məhkum olunmayan, Nizami rayonu, Naxçıvanski küçəsi ev 34, mənzil 4-də qeydiyyatda olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozu, Şəhid qardaşlar küçəsi, nömrəsiz evdə yaşayan X18 barəsində Azərbaycan Respublkiası CM-n 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə başlanılınış cinayət təqibinə xitam verilmişdir.

5. Qərarın təsviri hissəsinlə göstərilənlərə əsasən hazırda Ayaz Əliyevə məxsus torpaq sahəsindən istifadə edən Cavabdeh1, Tural Məmmədov, Elsevər Nurili və qeyrilərinin həmin torpaq sahələrini zəbt etmələri təsdiq olunmadığına, zərərçəkmiş şəxsə məxsus 0,07 ha torpaq sahəsini zəbt etmiş X2 bu cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddətli keçdiyinə görə barələrində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilmişdir.

6. Qərarın təsviri hisəsində göstərilənlərə əsasən iş üzrə təqsirləndirilən şəxs-xx.xx.1984cü il, Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, sürücü, məhkum olunmayan, Nizami rayonu, Naxçıvanski küçəsi ev 34, mənzil 4-də qeydiyyatda ola Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozu, Şəhid qardaşlar küçəsi, nömrəsiz evdə yaşayan X12 barəsində Azərbaycan Respublikası CM-n 178.2.4, 320.1 və 320.2-ci maddədəri ilə başlanılmış cinayət təqibinə və eyni zamanda hazırki cinayət üzrə icraata xitam verilmişdirsin. İş materiallarında olan Abşeron rayon X31 üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrdən çıxarışdan görünür ki, sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X4 0,04 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Abşeron rayon X31 üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışdan görünür ki, sovxozda fəhlə işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh2 0,03 hektar torpaq sahəsi ayrılmışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmetinə aid olan torpq sahəsinin ona aid olduğu iddia etsə də, buna dair onun sübyektiv hüququnun olması, həçinin digər sübut, dəlil məhkəməyə təqdim etməmişlər. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-cu maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması va Fazılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-TİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 7-ci bəndinə əsasən Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 10-cu Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, iddiaçının sübut qismində təqdim etdiyi bələdiyyə sərancamının verildiyi taixdə bələdiyyələr ərazidə daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara, müvafiq icra hakimiyyətinin müvafiq rəyi əsasında və yerdə torpaq sahəsinin ayrıc akti tərtib edilməklə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin (ləğv edilmiş X22 Komitəsi) imzası ilə hərrac keçirilmədən, bələdiyyə orqanın üzvlərinin ümumi yığncağının müzakirəsinə çıxarılmaqla, bələdiyyənin Qərarı ilə ayrıla bilərdi. Lakin iddiaçın təqdim etdiyi bələdiyyə sərəncamından görünür ki, iddiaçı o dövrdə ünvan 5 yaşamaqla qeydiyyatda olmuş, bələdiyyənin ümümi yığncağına dair protokol təqdim edilməyib, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılmasına dair yerli icra hakimiyyətinin rəyi təqdim edilməyib, habelə torpaqğın ayrıc aktı mövcud deyil. Bundan başqa iddaçıya Qala bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi Qala qəsəbəsində yerləşdiyi halda, onun iddia etdiyi topraq sahəsi Hövsan Südçülük savxozunun ərazisində yerləşir. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 636 nömrəli və xx.xx.2005-ci il tarixli 635 nömrəli sərəncamlarına və həmin sərəncamlar əsasında bələdiyyə ilə hazırkı mülki iş üzrə iddiaçı arasında alqı satqı müqaviləsi bağlansa da, Xəzər rayonu Qala bələdiyyəsinin müvafiq sərəncamları ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmiş və müvafiq orqanda qeydə alınmamışdır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı cavabdehlərin qanunsuz zəbt edilmiş torpağın boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “ona məxsus olan 635 və 636 N-li sərəncamlarla verilmiş 1200 kv.m və 2400 kv.m torpaq sahələrinin zəbt edilərək orada qanunsuz tikinti işləri aparan X23, X28, Cavabdeh2, Həbibulin Hüsyanoviç, X29, Cavabdeh3, Cavabdeh1, X15, X10, Cavabdeh4, X5, X7, X24 şəxslərindən torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar