Məhkəmə qərarları › İş №2(003)-849/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-849/2021

10.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-849/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən çıxarılmağına dair əmrin ləğv olunması və işə bərpa edilməsi tələbi"nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n etdi: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən çıxarılmağına dair əmrin ləğv olunması və işə bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdən cavabdeh şirkətdə işə başlamışdır. Əvvəlcə, stajor kimi, sonra tam ştatda əmk müqaviləsi üzrə işləmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi əməl etmişdir. Pandemiya ilə əlaqaədar vəziyyətin nə qədər gərgin olması hamıya məlumdur. Ölkə rəhbəri, hörmətli cənab X5 sərəncamla bildirmişdir ki, belə həssas məqamlarda ixtisara , işdən çıxarılmalara yol verilə bilməz. Dövlətimiz bu məqsədlə sahibkarlara müvafiq qaydada pul vəsaiti də ayırmışdır. İşdən çıxarılması üçün heç bir əsas yoxdur. Belə ki, o, işində heç vaxt nöqsana yo verməmişdir. Onun ofiant işinə ehtiyac yoxdur demək olmaz. Çünki onun yerinə başqasını işə götürüblər. Nəyə görə? Bu, sırf şəxsi təəssüratlar əsasında baş vermiş, kiminsə subyektiv fikrinə əsaslanmışdır. Halbuki işəgötürənlə işçi arasında münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənir. qeyd olunanara əsasən onun işdən çıxarılmağına dair əmrin ləğv olunması, onun "Cavabdeh" MMC-yə ofisiant vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X2 məhkəmədə iddiaya etiraz edərək, iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir və bizə qarşı verilən iddia tam olaraq əsassızdır. Belə ki, Cavabdeh MMC və İddiaçı arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsinin 2.3-cü bəndinə əsasən Müqavilə müddəti başa çatdıqdan sonra bir həftə ərzində Tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi səbəbindən müqavilənin müddəti eyni müddətə, yəni ki 4 ay müddətinə, xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. xx xxxxxx 2020-ci il tarixdə tərəflər arasında X4 1 bağlanması yolu ilə əmək müqaviləsinin müddəti xx xxxxxx 2020-ci il tarixədək yenidən uzadılmışdır. Bu müddət bitdikdən sonra əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Qeyd olunan xitam müddətindən qabaq işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş təqdim edilmiş və o həmin bildirişlə tanış olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixdək "Cavabdeh" MMC-də ofisant vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2019-029 saylı əmək müqaviləsinə 1 saylı əlavəyə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan aydın olur ki, "Cavabdeh" MMC tərəfindən İddiaçı sonuncu ilə işəgötürən arasında bağlanmış xx.xx.2019-cu il tarixdə imzalanmış 2019-029 saylı əmək müqaviləsininin 1 saylı əlavəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən etibarən İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam veriləcəkdir. "Cavabdeh" MMC İddiaçı məxsus əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini təqdim etmək üçün işçini xx xxxxxx 2020-ci il tarixdə şirkətin Bakı şəhəri, Xəzər rayonu, X3 Aeroportu ünvanında yerləşən ofisinə dəvət etmişdir. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin 2020-222 nömrəli, xx.xx.2020ci il tarixli "işdən azad edilmə haqqında" əmrindən görünür ki, "Cavabdeh" MMC-nin "Fly inn" Baku Mehmanxanasının "Qida və içkilər" şöbəsində "ofisant" vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 2019-029 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) və həmin məcəllənin 73-cü maddəsinin qaydalarına riayət edilməklə xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Son-haqq hesab: istifadə edilməmiş 5,25 gün əmək məzuniyyətinə qanunla nəzərdə tutulmuş kompensasiya verilməsi əmr olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli 2019- 029 saylı əmək müqaviləsinə əsasən "Cavabdeh" MMC-nin "Fly inn" Baku Mehmanxanasının "Qida və içkilər" şöbəsində "ofisant" vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli 2019-029 saylı əmək müqaviləsinə 1 saylı əlavəyə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. "Cavabdeh" MMC-nin 2020-222 nömrəli, xx.xx.2020-ci il tarixli "işdən azad edilmə haqqında" əmrindən görünür ki, "Cavabdeh" MMC-nin "Fly inn" Baku Mehmanxanasının "Qida və içkilər" şöbəsində "ofisant" vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 2019-029 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) və həmin məcəllənin 73-cü maddəsinin qaydalarına riayət edilməklə xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. İşçi xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və xx.xx.2020-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir. Odur ki, iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən çıxarılmağına dair əmrin ləğv olunması və işə bərpa edilməsi tələbi"nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar