Məhkəmə qərarları › İş №2(003)-860/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-860/2022

18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-860/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ondan 29 dekabr 202*-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, Babək küçəsi, ev *9 ünvanında qeydiyyatsız yaşayır və xx.xx.*996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 29.*2.202*-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. 28 noyabr 20*7-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Uşaq dünyaya gəldiyi zaman təcili yardıma getmək istəsələr də, uşaq məcburiyyətdən ev şəraitində doğulmuşdur. Sonradan təcili yardım çağırmışlar və ana ilə xəstəxanaya yerləşdirilmişdir. Uşaq ana bətnində olduğu 9 ay ərzində dəfələrlə müayinə üçün 26 saylı BŞX-ya getmişlər. Doğumun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, bununla bağlı imtina məktubu verilmişdir. Uşağın doğumunun qeydə alınması üçün tibbi sənəd fl03 olmadığından qeydiyyat şöbəsi doğum faktını qeydə ala bilməmişdir. Qeyd olunanlara əsasən, ondan 29 dekabr 202*-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizədəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs və ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun gəlinidir, oğlu Xanış Hümbətovun həyat yoldaşıdır. Onlar Buzovnada yaşayırlar. 29 dekabrda gəlini bir oğlan uşağı dünyaya gətirib. Həmin vaxt o, evdə olub. Səhər saat 6-da gəlini Suğranın sancısı tutub. O, dərhal böyük oğluna zəng edib gəlməyini istəyib. Onlar xəstəxanaya getməyə fürsət tapmadan, gəlini evdə uşaq dünyaya gətirmişdir. Digər şahid, X5 məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçi onun gəlinidir. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş əvəzləmə kartından görünür ki, Ərizəçi 29.*2.202*-ci il tarixdə evdə doğuş həyata keçirmiş, 3*.*2.202*-ci il tarixdə doğum evindən çıxmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İbrahimova (Hümbətova) Suğra Xosrov qızı 28.**.20*7-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş *4 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş *5.0*.2022-ci il tarixli arayışdan görünür ki, 29 dekabr 202*-ci il tarixdə doğulmuş oğlan uşağı hal-hazırda sağ salamatdır və *4 saylı BŞX-nin uşaq şöbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçi X3 (Ərizəçi səlahiyyətli nümayəndəsi) ünvanlanmış 05/*5-62 №-li, *5 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş «X* X7»nın 2.5.4-cü yarımbəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd tələb olunur». Ərizəçinin doğumun qeydə alınması barədə ərizəsinin icrasından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 29 dekabr 202*-ci il tarixdə oğlan uşağını Bakı şəhərində yaşadığı ünvanda dünyaya gətirmiş, lakin lazımi həkim sənədi olmadığından Bakı şəhəri Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *58.*-ci maddəsinə əsasən, X* qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 44.*-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin *66.*-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş «X* X7»nın 2.*-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi 29 dekabr 202*-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması faktı müəyyən edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. xx.xx.*996-cı il təvəllüdlü Ərizəçi 29 dekabr 202*-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması faktı müəyyən edilmiş hesab edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar