Məhkəmə qərarları › İş №2(003)-88/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-88/2021

28.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-88/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Sadıqova Səidə Akif qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi, ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə (faktiki 1204 kv) ibarət olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehlər tərəfindən məhkəməyə ərizə daxil olaraq tərəflər arasında barışıq sazişi imzalandığı üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tərəflər aşağıdakılar barədə barışıq sazişi bağlamışlar: “Bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 sazişi (torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iş üzrə) aşağıdakı şərtlərlə bağladılar:

1. Biz - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mübahisəli torpaq sahəsi olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi, ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1272.3 kv (faktiki 1204 kv) ibarət olan torpaq sahəsi və onun üzərində olan ümumi istifadədə olan tikililərdən İddiaçı istifadəsinə maneələrin aradan qaldırılmasını, həmçinin torpaq sahəsində olan tikililərdən (fərdi yaşayış evi istisna olmaqla) istifadəsinə şərait yaradılmasını öhdəsinə götürür.

2. Mən Maksaliyev X1 rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi, ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1272.3 kv (faktiki 1204 kv) ibarət olan torpaq sahəsindən fərdi yaşayış evi istisna olmaqla (fərdi yaşayış evi vəsiyyətnamə ilə bölünmüşdür) digər tikililərlə birlikdə ümumi şərtlərlə istifadəyə razıyam. Qarşı tərəfin torpaq sahəsi və fərdi yaşayış evi istisna olmaqla digər tikililərdən istifadəsinə maneə yaratmayacağımı öhdəmə götürürəm.

3. Sazişin şərtləri hər iki tərəfə izah edildi və nəticələri hər iki tərəfə aydındır.

4. Sazişin şərtlərinin pozulmasına görə hər iki tərəf qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. “

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. İddiaçı və cavabdehlər tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: “Bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 sazişi (torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iş üzrə) aşağıdakı şərtlərlə bağladılar: 1) Biz - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mübahisəli torpaq sahəsi olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi, ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1272.3 kv (faktiki 1204 kv) ibarət olan torpaq sahəsi və onun üzərində olan ümumi istifadədə olan tikililərdən İddiaçı istifadəsinə maneələrin aradan qaldırılmasını, həmçinin torpaq sahəsində olan tikililərdən (fərdi yaşayış evi istisna olmaqla) istifadəsinə şərait yaradılmasını öhdəsinə götürür. 2) Mən Maksaliyev X1 rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev (Vodnikov) küçəsi, ev 13-ün yerləşdiyi həyətyanı sahə ilə birlikdə 1272.3 kv (faktiki 1204 kv) ibarət olan torpaq sahəsindən fərdi yaşayış evi istisna olmaqla (fərdi yaşayış evi vəsiyyətnamə ilə bölünmüşdür) digər tikililərlə birlikdə ümumi şərtlərlə istifadəyə razıyam. Qarşı tərəfin torpaq sahəsi və fərdi yaşayış evi istisna olmaqla digər tikililərdən istifadəsinə maneə yaratmayacağımı öhdəmə götürürəm. 3) Sazişin şərtləri hər iki tərəfə izah edildi və nəticələri hər iki tərəfə aydındır. 4) Sazişin şərtlərinin pozulmasına görə hər iki tərəf qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. “

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar