Məhkəmə qərarları › İş №2(003)-906/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-906/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-906/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Xəzər (əvvəlki Əzizbəyov) Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 942 saylı sərəncamı ilə xx.xx.1953-cü il təvəllüdlü, xx.xx.2017-ci il tarixədək yaşamış iddiaçının atası X1 adına qeydiyyata alınmışdır. Həmin ev qısa müddətdə tikilmişdir. Nizami Quliyev vəfat edənədək iddiaçılar-İddiaçı1 və İddiaçı2 sözügedən mənzildə yaşamışlar. Birgə təsərrüfat aparmışlar. Hal-hazırda Cavabdeh iddiaçıların uzun illər birlikdə yaşadıqları həmin fərdi yaşayış evində yaşamağa imkan vermir və iddiaçıların həmin mənzildən istifadə hüququnu əlindən almışlar. Həmin mənzilə vərəsəlik işinin açılması üçün Bakı şəhəri 40 saylı Notariat Kontoruna müraciət olunub, miras işi açılıb, lakin cavabdeh tərəfindən icazə verilmədiyi üçün ölçülərin aparılması və çıxarışın alınması mümkün olmamışdır. Halhazırda iddiaçılar kirayəçi olaraq yaşayırlar. Cavabdeh iddia tələbini qismən, yəni İddiaçı2 həmin evə köçürülməsi hissəsində qəbul edərək izahatında göstərmişdir ki, atası Nizami Quliyev vəfat etməmişdən təxmini 11 il əvvəldən anası İddiaçı2 ilə münasibəti olmamış, faktiki olaraq ayrılmışlar. O, 2008-ci il tarixdə ailə qurmuş və adı çəkilən evdə atası, arvadı və uşaqları ilə birlikdə yaşamış, hazırda da yaşayırlar. Atası hər iki qardaşına Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən “Grand” marketin üzərində yerləşən mənzil vermişdir. Həmin mənzildən notariat ofisində qardaşı Samirin xeyrinə imza edərək imtina etmiş və qardaşı da öz növbəsində bildirmişdir ki, hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mübahisə qaldırmayacaqdır. Mübahisəli evin atası tiksə də, təmirinin xərclərini özü şəkmişdir. Hazırkı iddia tələbi üzrə anası İddiaçı2 mənzilə köçürülməsinə heç bir etirazı yoxdur, lakin qardaşı İddiaçı1 mənzilə köçürülməsinə etiraz edir və bununla bağlı məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, Elnurun atası Nizami ilə qonşu, həm də yaxın dost olmuşdur. Həmin ərazidə 1999-cu ildən yaşamışdır. Nizami Quliyev isə ondan daha əvvəldən orada yaşamışdır. Nizaminin arvadı Elza ilə münasibətləri yaxşı olmamış və bu səbəbdən mübahisəli evdə tək yaşamışdır. Rəsmi qaydada boşanmasalar da, birlikdə yaşamırdılar və Nizami oğlu Elnur və onun ailəsi ilə birlikdə adıçəkilən evdə yaşamışdır. Nizami ilə təxminən 2012-2013-cü illərdə söhbət etmiş, Nizami ona Səbuhi və Samirə ev verdiyini, bu evi də Elnura verdiyini bildirmişdir. Lakin, hazırkı evin sənədi olmamışdır. Bakı şəhəri 40 saylı Notariat Kontorunda Elnur Nizaminin Samirə verdiyi Həzi Aslanov metro stansiyası yaxınlığında yerləşən ev üçün Samirin xeyrinə qol çəkmişdir. Nizaminin həyat yoldaşı İddiaçı2 mübahisə predmeti olan evdə yaşamamışdır. Evin təmir və tikintisi zamanı Nizaminin oğulları Elnur və Samir iştirak etmişlər. Belə ki, onun tikinti materiallarının satışı mağazası olmuş və evin təmiri üçün lazım olan materialları Elnur və Samir onun mağazasından almışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını, şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli 942 saylı sərəncamının surətindən görünür ki, 5 nəfərdən ibarət ailə tərkibi olan X2, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 3/180 saylı sahədə fərdi ev tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. -07 iyul 1978-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X3 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1978-ci ilin iyul ayının 7-də 174 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadları verilmişdir. -5 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 859219 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə “Ü.İ.X Kəskin miokard infarktı” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin mart ayının 7-də 205 nömrə ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli X-661 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 942 saylı sərəncama əsasən Bakı şəhəri Mərdəkan qəsəbəsi 3/180 saylı sahədə fərdi ev tikmək üçün miras qoyan X1 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onun vərəsəsinin dairəsi müəyyən edilərək vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli elektron arayışından görünür ki, İddiaçı1 adına daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 942 saylı sərəncamına əsasən mərhum X1 adına verilmişdir. Həmin torpaq sahəsində yaşayış evi mərhum Nizami Quliyev tərəfindən inşa edilmişdir. Nizami Quliyev yaşayış evinə mülkiyyətini təsdiq edəcək çıxarışı əldə etmədən vəfat etmişdir. İddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Notariat ofisinə müraciət etmişlər və mübahisəli əmlakla bağlı xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həm İddiaçı1, həm də İddiaçı2 mərhum Nizami Qulioyevin vərəsələri kimi həmin əmlakdan pay və istifadə hüquqları vardır. İddiaçılar mərhum Nizami Quliyevin birinci növbədən qanun üzrə vərəsələri hesab edilirlər. İş materiallarından da göründüyü kimi iddiaçılar tərəfindən vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət edilmişdir. Cavabdeh izahatında göstərmişdir ki, atası digər iki qardaşına Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən “Grand” marketin üzərində yerləşən mənzil vermişdir. Həmin mənzildən notariat ofisində qardaşı Samirin xeyrinə imza edərək imtina etmiş və qardaşı da öz növbəsində bildirmişdir ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mübahisə qaldırmayacaqdır. Məhkəmə hesab edir ki, cavabdeh qardaşı İddiaçı1 mülkiyyətində hər hansı yaşayış sahəsinin olmasını təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin, İddiaçı1 adına digər yaşayış sahəsinin olması onun hazırkı iddianın predmeti olan yaşayış sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. Belə ki, İddiaçı1 daşınmaz əmlaka mülkiyyət və ya digər hüququndan imtina etməsi barədə ərizə və həmin ərizənin dövlət reyestrində qeydə alınması barədə sənəd təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Bundan başqa, Nizami Quliyev arvadı İddiaçı2 ilə ayrı-ayrılıqda yaşasalar da, onlar rəsmi olaraq nikahlarını pozmamışlar. Bu səbəbdən İddiaçı2 da oğlu İddiaçı1lə eyni əsaslarla mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123- cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflərin izahatlarından və şahid ifadəsindən məlum olur ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 942 saylı sərəncamına əsasən mərhum X1 adına verilmiş ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində yaşayış evi 2000-ci il sentyabr ayının 1-dək tikilmişdir. Yəni, iddiaçıların həmin yaşayış sahəsinə istifadə hüququ da həmin tarixədək yaranmışdır. Bu da onu deməyə əsas verir ki, hazırkı məqamda mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən evə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən evə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar