Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-910/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı TOİM-nin nümayəndəsi X2, Cavabdeh Sahın (Shahin) Huseyının, X1 iştirakları ilə, İddiaçı TOİM-nin cavabdeh Sahın (Shahin) Huseyınə qarşı “müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Sahın (Shahin) Huseyınə qarşı “müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı TOİM-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, ünvan 1 ünvanında fəaliyyət göstərən İddiaçı TOİM ilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə uyğun olaraq ünvan 2 ünvanında qeydiyyatda olan Türkiyə Respublikası vətəndaşı Sahın Huseyın arasında təhsilalan X8 iddiaçı məktəbdə təhsil alması üçün müxtəlif vaxtlarda təhsil müqavilələri bağlanmış və müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2019-cu il tarixdə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2020-ci il tarixdə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2021-ci il tarixdə isə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə bağlamışlar. Həmin təhsil müqavilələrinə əsasən Sahın Huseyın övladının təhsil alması ilə əlaqədar olaraq məktəblə qarşılıqlı razılığa gəlməsinə baxmayaraq bu müddət ərzində təhsil xərclərini ödəməmişdir. İddiaçı isə öz növbəsində təhsil müqavilələri üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş və təhsil standartlarına uyğun olaraq xidmət həyata keçirmişdir. İddaçı məktəbin mühasibatlığından təqdim edilmiş sənəddən görünür ki, təhsilalan X8 2018/2019-cu tədris ilinə görə 15000 manat, 2019/2020-ci tədris ilinə görə 15000 manat, 2020/2021-ci tədris ilinə görə 15000 manat və 2021/2022-ci tədris ilinə görə 15000 manat olmaqla, cəmi 60000 manat məbləğində təhsil xərcini cavabdeh Sahın Huseyın iddiaçı məktəbin bank hesabına ödənilməsini təmin etməmişdir. Eyni zamanda cavabdehin təhsil müqavilələrinə görə 109500 manat cərimə ödənişi də mövcuddur. Cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılaraq ödənilməmiş təhsil xərcinin ödənilməsi tələb edilsə də, sonuncu öhdəliklərini icra etməmişdir. Həmçinin, cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli ərizələrlə iddiaçı məktəbin baş direktoruna müraciət edərək yaranmış təhsil haqqı borclarının ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Xahişinin təmin olunmasına baxmayaraq o, yenə də öhdəliklərini icra etməmişdir. Cavabdehin ünvanına xx.xx.2022-ci il tarixli 005/3543 saylı məktub göndərilmiş və məktub cavabdehə çatdırılmışdır. Lakin yenə də öhdəliklər icra edilməmişdir. Cavabdehin öz öhdəliklərini icra etməməsi iddiaçı məktəbdə işçilərin aylıq əmək haqlarının və digər zəruri xərclərin ödənilməsində ciddi problemlər yaranmışdır. Bu səbəbdən cavabdehdən müqavilə öhdəliklərini pozduğuna görə 60000 manat təhsil xərcinin və penyaya görə hesablanmış 109500 manat məbləğin, cəmi 169500 manatın və ödənilmiş dövlət rüsumuna görə 459,50 manatın İddiaçı TOİM-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Sahın (Shahin) Huseyın iddia tələbini qismən etiraf edərək izahatında göstərdi ki, övladı X8 təhsil alması üçün İddiaçı TOİM ilə xx.xx.2018-ci il tarixdə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2019-cu il tarixdə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2020-ci il tarixdə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2021-ci il tarixdə isə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə bağlamışdır. xx.xx.2019-cu il tarixli müqavilə qardaşı "xxxx" MMC-nin direktoru Volkan Şahinlə bağlanmışdır. Volkan Şahin cavabdehin iradəsi ilə hərəkət etmişdir və cavabdeh daha sonra qardaşının bağladığı əqdi bəyənmişdir. Belə ki, bütün müqavilələr onun qızının iddiaçı olan məktəbdə təhsil alması ilə bağlı olmuşdur. Sonradan işləri pozulmuş, bağlanmış bankların birində külli miqdarda pulu qalmış və bu hal maddi imkansızlıq yaratmış, buna görə təhsil xərcini ödəyə bilməmişdir. Bununla bağlı 2 dəfə ərizə ilə məktəbə müraciət etmiş və borcun ödənilməsi üçün möhlət istəmişdir. Lakin, təhsil xərclərindən ödəniş edə bilməmişdir. İddiaçının əsas borcu, yəni 60.000 manatı qəbul edir, lakin cərimə məbləği ilə razı deyildir. Cərimə ödənişinin həddindən artıq çox hesablandığını düşünür. Eyni zamanda yaxın 2-3 ay ərzində ona borclu bankdan ödəniş ediləcəkdir və öz pulunu alan kimi iddiaçının pulunu ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, İddiaçı TOİM-nin Beynəlxalq istiqamətinin (2018-ci il üçün Year 8, 2019-cu il üçün Year 9, 2020-ci il üçün Year 10 və 2021-ci il üçün Year 11) sinfinə qəbul edilmiş X8 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla məktəbin tərtib etdiyi və müvafiq qaydada Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin təhsil alan tərəfindən vaxtlı-vaxtında iddiaçı məktəbə ödənilməsi nəzərdə tutulmuşdur. -xx.xx.2018-ci il tarixli təhsil müqaviləsinə əlavələrin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılığı əsasında təhsilalanın valideyni Cavabdeh 2018/2019-cu tədris ili üçün 15000 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, qalan 40% hissəsini 5 dekabr və son 30%-i 5 mart tarixədək, razılaşma əsasında təhsil haqqının ilkin 30%-i ödənildikdən sonra qalan ödənilməmiş təhsil haqqı məbləği aylara bölünərək hər aya düşən məbləğin həmin ayın 5-dək ödənilə biləcəyi qeyd edilmişdir. -xx.xx.2019-cu il tarixli təhsil müqaviləsinə əlavələrin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılığı əsasında təhsilalanın valideyni Cavabdeh 2019/2020-ci tədris ili üçün 15000 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, qalan 40% hissəsini 5 dekabr və son 30%-i 5 mart tarixədək, razılaşma əsasında təhsil haqqının ilkin 30%-i ödənildikdən sonra qalan ödənilməmiş təhsil haqqı məbləği aylara bölünərək hər aya düşən məbləğin həmin ayın 5-dək ödənilə biləcəyi qeyd edilmişdir. -xx.xx.2020-ci il tarixli təhsil müqaviləsinə əlavələrin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılığı əsasında təhsilalanın valideyni Cavabdeh 2020/2021-ci tədris ili üçün 15000 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, qalan 40% hissəsini 5 dekabr və son 30%-i 5 mart tarixədək, razılaşma əsasında təhsil haqqının ilkin 30%-i ödənildikdən sonra qalan ödənilməmiş təhsil haqqı məbləği aylara bölünərək hər aya düşən məbləğin həmin ayın 5-dək ödənilə biləcəyi qeyd edilmişdir. -xx.xx.2021-ci il tarixli təhsil müqaviləsinə əlavələrin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılığı əsasında təhsilalanın valideyni Cavabdeh 2021/2022-ci tədris ili üçün 15000 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, qalan 40% hissəsini 5 dekabr və son 30%-i 5 mart tarixədək, razılaşma əsasında təhsil haqqının ilkin 30%-i ödənildikdən sonra qalan ödənilməmiş təhsil haqqı məbləği aylara bölünərək hər aya düşən məbləğin həmin ayın 5-dək ödənilə biləcəyi qeyd edilmişdir. -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 005/3543 saylı məktubun surətindən görünür ki, cavabdehə məktəbdə təhsil alan X9 görə 2018/2019-cu tədris ilinə görə 15000 manat, 2019/2020-ci tədris ilinə görə 15000 manat, 2020/2021-ci tədris ilinə görə 15000 manat və 2021/2022-ci tədris ilinə görə 15000 manat olmaqla, cəmi 60000 manat təhsil xərcləri üzrə borcunun olduğu, bununla bağlı ona dəfələrlə məlumat verildiyi qeyd edilmiş və müqavilə üzrə öhdəliyin icrasının təmin edilərək gecikdirilmiş təhsil xərclərinin məktəbin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -İddiaçı TOİM-nin xx.xx.2023-cü il tarixli 005/3577 saylı şagirdin təhsil haqqı borcları haqqında məlumatdan görünür ki, cavabdehin 2018/2019-cu illər üçün 15000 manat, 2019/2020-ci illər üçün 15000 manat, 2020/2021-ci illər üçün 15000 manat və 2021/2022ci illər üçün 15000 manat olmaqla cəmi 60000 manat ödənilməmiş təhsil haqqı borcu mövcuddur. -Huseyin Şahin tərəfindən İddiaçı TOİM –nin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, övladının 2018-2019 və 2019-2020-ci tədris illəri üzrə təhsil haqqını xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürür. -Huseyin Şahin tərəfindən İddiaçı TOİM –nin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, övladının 2018-2019 və 2019-2020-ci tədris illəri üzrə təhsil haqqını və 2020-2021-ci il tədris ili üçün təhsil haqqının 20%-ni dekabr ayınınm 30-na kimi ödəməyi öhdəsinə götürür. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən məlum olur ki, Sahin Huseyinə xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək daimi yaşamaq icazəsi verilmişdir (Yaçayış ünvanı ünvan 3likası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış iş materialları ilə müəyyən edilir ki, iddiaçı məktəblə valideyn Sahın Huseyın arasında sonuncunun övladı -azyaşlı X8 təhsil alması ilə əlaqədar təhsil müqavilələri bağlanmışdır. Təhsil müqavilələrinin əsas şərtləri (ödəniş məbləği, ödənişin həyata keçirilməsi qaydası və s.) həmin müqavilələrə əlavələrdə öz əksini tapmışdır. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri , yəni X8 təhsil alması ilə əlaqədar müqavilə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəf iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və müqavilə ilə müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında və tam həcmdə ödəməmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli müqaviləyə münasibətdə qeyd edir ki, müqavilə cavabdehin qardaşı "xxxx" MMC-nin direktoru Volkan Şahinlə bağlansa da, cavadbeh Sahın Huseyın sonradan öz razılığını ifadə edərək həmin əqdi bəyənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1629/2022 saylı qərarından görünür ki, mülki dövriyyədə elə hallar olur ki, müqavilə tərəfinin iradə ifadəsi görünməsə belə, həmin tərəf sözügedən razılaşmanı (onun hüquqi nəticələrini) tanıdığını və ona bağlı olduğunu sərgiləyən hərəkətlər edir. Bu hallar bəyənmə sayılır və müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmasını təmin edir. Bəyənmə məcburi bir formaya tabe olmadığı üçün həm açıq iradə bəyanı, həm də müvafiq davranışlarla (məsələn, razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirmə, həmin müqavilənin icrasını tələb etmə və s.) nümayiş etdirilə bilər. Bu səbəbdən MM-in 357-ci maddəsində nəzərdə tutulmuşdur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (§ 18). Odur ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə bir-birinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olub-olmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin mübahisəsiz hallarını tədqiq edilmiş sübutlarla birgə məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 60.000 manat ödənilməmiş təhsil haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin olunmasına mütənasib olaraq ödənilmiş 459,50 manat dövlət rüsumunun 285 manat hissəsi iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 5000 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Əsas borcla birgə bu məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Sahın (Shahin) Huseyın-dən xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli təhsil müqavilələrinə əsasən 60.000 (altmış min) manat məbləğində təhsil xərci, 5.000 (beş min) manat məbləğində cərimə olmaqla ümumilikdə, 65.000 (altmış beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 285 (iki yüz səksən beş) manat pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 174,50 (bir yüz yetmiş dörd manat, əlli qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-910/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-910/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver