Məhkəmə qərarları › İş №2(003)-921/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-921/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-921/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 2 desyatinə yaxın, yəni faktiki 1,5 ha torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində anadan olmuşdur. Babası X4 23 oktyabr 1937-ci il tarixdə yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində vəfat etmişdir. Bir çox sənədlərdə adı Mirzə Ən X3 qeyd edilmişdir. Babası dünyasını dəyişəndən sonra ondan miras olaraq Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, 2 desyatinə yaxın bağ torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsi faktiki olaraq onun istifadə və sahibliyindədir. Həmin torpaq sahələri faktiki istifadəsində olsa da, 2 desyatinə yaxın bağ torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd əldə etməmişdir. Hal-hazırda 2 desyatinə yaxın bağ torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə Azərbaycan Respublikasının ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinə baxılmamış və mülkiyyət hüququ tanınmamışdır. Ona görə də mülkiyyət hüququ üzrə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 15/1A ünvanda yerləşən torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət etmiş, adına vərəsəlik işi açılmışdır. Ərizəyə əlavə edilmiş Milli Arxiv İdarəsinin verdiyi 21 yanvar 2020-ci il tarixli A-6 saylı cavab məktubundan aydın görünür ki, həmin ünvanda babasına məxsus 10 desyatin əkin sahəsi və 2 desyatinə yaxın bağ torpaq sahəsi olmuşdur. Bakı şəhər 7 saylı xüsusi notariat ofisinin verdiyi 23 yanvar 2020-ci il tarixli 34 saylı məktubundan görünür ki, həmin torpağa dair vərəsəlik işi açılmışdır. Milli Arxiv İdarəsinin verdiyi 14 aprel 2015-ci il tarixli M-31 nömrəli məktubundan görünür ki, babası 23 oktyabr 1937-ci il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Milli Arxiv İdarəsinin verdiyi 08.04.2015-ci il tarixli 9/150 cavab məktubundan görünür ki, babası 10 desyatinə bərabər olan torpaqda əkin, sahəsi, 2 desyatinə bərabər olan torpaqda bağı olmuşdur. Ərizəyə əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 24.11.2020-ci il tarixli **********02 nömrəli cavab məktubundan görünür ki, babasına məxsus B.Əliyev küçəsi, ev 15/1A ünvanda yerləşən torpaq sahəsi qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək, bildirdi ki, 1916-cı ildən torpaq sahəsi iddiaçının babasının melkiyyətində olmuş, 1937-ci ildən bağlar idarəsinə verilsədə torpaq sahəsi onların faktiki sahibliyində olmuş, buna görə bağlar idarəsi ilə icarə müqaviləsinin bağlanmasına lüzum görməmişlər. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi X9 qeyd edilən torpaq sahəsinə dair hər hansı hüquq dövlət reyestrində qeydə alınmamışdır. Ərizənin rədd ediləsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 24.11.2020-ci il tarixli **********02 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şıhıri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusunun 23.01.2020-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, X1 23.10.1937-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələri 23.01.2020-ci il tarixli ərizəsi əsasında 23.01.2020-ci il tarixdə vərəsəlik işi açılmış Ərizəçi mərhumun varisidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 14.04.2015-ci il tarilxi, M-31 nömrəli məktubundan görünür ki, X4 23.10.1937-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 08.04.2015-ci il tarilxi, 9/150 nömrəli məktubundan görünür ki, Mirzə X2 Mərdəkan kəndində evi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 02.10.2020-ci il tarixli **********77 nömrəli məktubundan görünür ki, X1 adına dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat, ünvana dair texniki pasport və torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 08.05.2020-ci il tarixli **********25 nömrəli məktubundan qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 27.02.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər əlavə olunmamış və idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Mərədəkan bələdiyyəsinin 05.03.2020-ci il tarixli 1-3/15 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanı ilə bağlı Mərdəkan bələdiyyəsinin kompüter məlumat bazasında hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini (bundan sonra MPM) 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin faktiki hallarından görünür ki. mübahisəli torpaq sahəsi 1916-cı ildə iddiaçının babasının istifadəsində olsa da, 1937-ci ildən yeni yaradılmış bağlar iddarəsinin, yəni dövlətin mülkiyyətinə verilmişdir. İddiaçı və onun ailəsi torpaq sahəsi dövlət mülkiyyətinə verildikdən sonra bağlar idaərsindən bağın icarəyə götürülməsi barədə müqavilə imzalamamışlar. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Qanunverici daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən edilməsini qeyd edərkən məhz əvvəllər mülkiyyət hüququ üzrə mövcudluğu (ilkin qeydi) müəyyən edilmiş əmlakdan istifadə etmək faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. İş üzrə təqdim edilmiş sənədlərdən isə sözügedən evin əvvəllər mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən edilmir. Hazırki iş üzrə ilkin mülkiyyət hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan istifadə, sərəncam və sahiblik etmək faktının məhkəmə qaydasında fakt kimi müəyyən edilməsindən də söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ünvan 1 ünvanda yerləşən 2 desyatinə yaxın, yəni faktiki 1,5 ha torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması barədə ərizəsii təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar