Məhkəmə qərarları › İş №2(003)-922/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-922/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-922/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu göstərilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi – Cəbrayıl rayonu “Jdanov”adma sovxozda **84-**93-illər ərzində fəhlə qismində əmək fəaliyyətilə məşğul olmağı və həmin dövrün əmək stajı kimi müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.**67-ci il tarixdə Cəbrayıl rayonu Qazanzəmi kəndində anadan olmuşdur.**84-cü ilin iyul ayında kənddəki “Jdanov” adına sovxozda fəhlə qismində əmək fəaliyyətinə başlamışdır. **93-cü ilin avqustunda məlum Qarabağ hadisələri ilə əlaqədar yaşadığım yeri tərk etmişəm.Mənə aid olan sənədlər o cümlədən əmək kitabçası və əmək fəaliyyəti ilə bağlı sair sənədlər, yaşadığı yerdə qalmış, sonra düşmən tərəfindən yandırılaraq məhv edilmişdir. Onun yaşadığı Cəbrayıl rayonunda “Jdanov” adına sovxozda işlədiyi əmək stajı 9(doqquz) il təşkil edir. **84-**93cü illəri əhatə edir. Onun bu məkanda əmək fəaliyyəti ilə məşğul olmağını və yaşamağını məhkəməyə təqdim etdiyi sənədlər və şahidlər təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.**67-ci ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində anadan olmuşdur. Həmin kənddə 8-ci sinifi bitirmişdir. **84-cü ildə orta məktəbi bitirib və iyul ayından “Jdanov” sovxozunda fəhlə işləmişdir. Sovxozda direktoru Mustafa Məhərrəmov, biriqadir isə atası Məhəmmədəli Allahverdiyev olmuşdur. İyul **84-23.09.**93-cü illərdə qaçqın olmuşdur. **85-ci ilin oktyabr ayında əsgərliyə getmiş, **87-ci ildə əsgərlikdən qayıtmış və 02.01. ya 03.01.**88-ci il tarixdə "Jdanov" adına sovxozda fəhlə kimi işini davam etdirmişdir. Sovxoz üzümçülüklə məşğul olurdu. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, ərizəçinin **.11.**85-ci ildən 21.12.**87-ci illərdə hərbi xidmətdə olmasını qəbul edirlər. Ərizənin qalan hissəsini qəbul etmir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ərizəyə qarşı yazılı etirazla müraciət edərək göstərmişdir ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Lakin Ərizəçi müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ürnumi iş stajı 25 ildən az (13 il 11 ay 11 gün (**.11.**85-21.12.**87-ci il, 21.02.**94-30.09.**98-ci il, 01.10.**98-xx.xx.2001-ci il və xx.xx.2001-06.06 2006-cı ıl tarixləri arasındaki dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 2 ay 14 gün) (xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Ərizəçi məxsus N° ******* nömrəli əmək kitabçasında “Jdanov” adına sovxozda fəhlə işləməsi" işlədiyi illər üzrə müvafiq qeydlər mövcud deyildir. Həmçinin iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edildiyi kimi **.11.**85-ci il tarixdən 21.12.**87-ci il tarixədək işlədiyi illər nəzərə alınmasına baxmayaraq ərizədə qeyd edilən **84-**93-cü il tarixləri arasında “Jdanov” sovxozunda işləməsi ilə üst-üstə düşür. Odur ki, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" barədə Ərizəçi ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 22.11.**55-ci ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində anadan olmuşdur. Ərizəçi Arif onun eyni kənddə yaşamışdırlar. Kənddə “Jdanov” adına sovxoz (üzümçülük sovxozu) olmuşdur. Ərizəçi sovxozda işə başlamışdır. Özü məktəbdə müəllim işləmişdir. Hər il sentyabr və oktyabr aylarında onları və şagirdləri sovxozda üzüm yığmağa cəlb edirdilər. Sovxoz **90-**91-ci illərdə dağılmış və iki kolxoz olmuşdur. Arif **84-cü ildən **93-cü ilədək sovxozda, sonra isə “Şəhriyar” kolxozunda fəhlə işləmişdir. Sovxozda direktoru Mustafa Məhərrəmov olmuşdur. Arifin atası Məhəmmədəli Allahverdiyev isə biriqadır olmuşdur. Arif **85-**87-ci illərdə hərbi xidmətdə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmədə ifadə verərək bildirdi ki, 26.06.**68-ci ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində anadan olmuşdur. Ərizəçi onun qohumudur. Əmək kitabçası yoxdur. Çünki, əmək kitabçası sovxozda qalmışdır. Arif məktəbdən sonra sovxozda fəhlə işləmişdir. Sovxozun fəaliyyəti üzümçülük olmuşdur. Sovxozun direktoru Mustafa Məhərrəmov, biriqadir isə Arifin atası Məhəmmədəli Allahverdiyev olmuşdur. Arif **85-ci ildə əgərliyə getmiş, **87-ci ildə əsgərlikdən qayıtmışdır. Özü sovxozda **85-**87-ci ilədək fəhlə işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmədə ifadə verərək bildirdi ki, 28.08.**55-ci ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində anadan olmuşdur. Arif onun bacısının əridir. O, “Jdanov” adına sovxozda buxqalter işləmişdir. Sonra isə sovxoz “Dağ Tumas” adına kolxoz olmuş, **76-**93-cü ilədək işləmişdir. Əmək kitabçası seyfdə qalmış, qaçıb getmişdirlər. Arif fəhlə kimi işə başlamış, sonra əsgərliyə getmişdir. Qaçqın düşənədək Sovxozun direktoru Mustafa Məhərrəmov, biriqadir isə Arifin atası Məhəmmədəli Allahverdiyev olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi xx.xx.**67-ci il tarixdə Cəbrayıl rayonu Qazanzəmi kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzər Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 203/11 saylı arayışla müəyyən edilir ki, Ərizəçi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Tərəqqi” pansionatında müvəqqəti məskunlaşmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məktubu ilə ərizəçiyə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə ərizəçinin yalnız iyul **84-cü ildən oktyabr **85-ci ilədək hərbi xidmətdə olmuşdur. 03 yanvar **85-ci ildən **93-cü ilə qədər, yəni Cəbrayıl rayonunun işğal olunmasına kimi, Cəbrayıl rayonu “Jdanov” sovxozunda fəhlə işləməsi sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr **96-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, Ərizəçi ona pensiya təyin edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin bundan imtina olunmuşdur. Buna görə də ərizəçi haqlı olaraq mövcud hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Ərizəçi **84-cü ilin iyul ayından **85-ci ilin oktyabr ayınadək və 03.01.**88-ci ildən 23.09.**93-cü ilə qədər, yəni Cəbrayıl rayonunun işğal olunmasına kimi, Cəbrayıl rayonu “Jdanov” sovxozunda fəhlə işləməsi faktını sübuta yetirə bilmişdir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, Ərizəçi qeyd edilən hüquqi əhəmiyyətli fakt qismən müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi **84-cü ilin iyul ayından **85-ci ilin oktyabr ayınadək və 03.01.**88-ci ildən 23.09.**93-cü ilə qədər, yəni Cəbrayıl rayonunun işğal olunmasına kimi, Cəbrayıl rayonu “Jdanov” sovxozunda fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar