Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-926/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dönuzkökəltmə (Südçülük) sovxozunda yerləşən 3 otaqlı evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2007-ci il tarixli 1090 saylı sərəncamı ilə keçmiş Donuzkökəltmə sovxozunun 19.08.1991-ci il tarixli 108 saylı əmrinə əsasən sovxozun ərazisində yerləşən 0.02 ha torpaq sahəsində onun tərəfindən tikilimiş fərdi yaşayış evinin rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə icazə verilmişdir. Ev kommunal xidmətlərlə təchiz edilmiş və orada yaşamağa başlamışdır. 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu il tarixdə azadlığa çıxmışdır. Cavabdehlər onun uzaq qohumlarıdır. Cavabdehlərin başqa yaşayış yerləri olmadığından o, cəzaçəkdiyi müddətdə onun evində yaşamalarına icazə vermişdir. Azadlığa çıxdıqdan sonra onlara evini tərk etmələrini bildirsə də, onlar gedəcək yerləri olmamaqla maddi imkanlarıaşağı olduğundan evindən çıxmaqdan imtina etmişlər. Məhkəmədə ddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə yanaşı izahatında bildirdi ki, həmin torpaq sahəsi iddiaçıya sərəncama əsasən ayrılmışdır. Bütün kommunal xərclərə dair sənədlər iddiaçının adınadır. Məhkəmədə Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddia tələbini etiraf etməyərək bildidi ki, ev 2006-ci il tarixlərdə Ramil tərəfindən tikilimişdir. Torpağı kimdən aldığını və hansı qaydada lındığını bilmir. Lakin həmin torpağı Ramil almış və ümumiyətlə onun istifadəsində olmuşdur. Faktiki olaraq iddiaçı tərəfdə həmin torpağın ona aid olmasını və orada ev tikməsini bildirsə də, həmin torpaq sahəsinin ona aid olmasına dair heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, o, cavabdehlərin qonşuluğunda yaşayır. Onları 2008-ci il tarixdən orada görmüşdür. Surxayı isə ümumiyyətlə tanımır. Cavabdehləri iki qızları bir oğulları vardır məktəbə gedirlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, o, ustadır. 2006-2007ci illərdə o, Ramil tərəfindən evin tikilməsinə cəlb edilmişdir. Ev iki mərtəbədən ibarətdir. Evin tikintisində 2 ay müddətində iştirak etmişdir. Evin tikilməsinə dair məsrəflər Ramil tərəfindən qarşılanmışdır. Surxayı tanıyır. Belə ki, onun Gənclikdə yerləşən evində təmirtikinti işlərində iştirak etmişdir. Surxay mübahisə edilən evdə yaşamamışdır. Ev tikilən zaman Ramil öz ailəsi ilə birlikdə qonşuluqda kirayədə yaşamışdır. Həmin vaxt onların iki qızları var idi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirakının təmin edilməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şahid ifadələrini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 23.10.2007-ci il tarixli 654-A saylı rəyinin surətindən görünür ki, İddiaçı məxsus torpaq üzərində inşa etdirdiyi yaşayış evinin rəsmiləşdirilməsinə və istismarına qəbul edilməsini xahiş etmiş və tərəflərindən Donuzkökəltmə sovxozu ərazisində inşa edilmiş tikiliyə baxış keçirilmişdir. Təqdim edilmiş sənədlərə və inşa edilmiş qeyri-yaşayış binasına baxış rəyinə əsasən İddiaçı məxsus ümumi sahəsi 0.02 ha olan fərdi yaşayış evinin rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə etiraz edilməmiş, bu barədə sərəncam verilməsi təklif edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçının 30.12.2007-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncam İddiaçı keçmiş Donuzkökəltmə Sovxozunun 19.08.1991-ci il tarixli 108 saylı əmri ilə keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin rəsmiləşdirilməsi və istismara qəbul edilməsi haqqında verilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 17.05.2021ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19.08.1991-ci il tarixli 108 saylı əmri ilə vətəndaşlara 0.08 ha torpaq sahəsi ayrılmıdşır. Həmin əmrlə torpaq sahəsi ayrılmış şəxslər siyahısında İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliyində (mülkiyyətində) olduğunu iddia etdiyi torpaq sahəsinə üzərində onun tərəfindən inşa edilmiş evə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin, eləcə də çıxarılma tələb etdiyi evə hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Beləki işin araşdırılmış halları ilə iddiaçıya sözügedən torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyən edici sənəd mövcud olmamaqla yanaşı, onun tərəfindən tikilməsi iddia edilən evində istismara qəbul edilməsi edilməsi barədə İcra hakimiyyətinin sərəncamı olmasına baxmayaraq həmin evin məhz cavabdehlərin faktiki istifadəsində olan ev olması işin halları ilə təsdiqini tapmır. Əksinə həmin cavabdeh tərəfin şahidləri tərəfindən verilmiş ifadələrdə də, həmin evin cavabdehlərdən Ramil tərəfindən tikilməsi və uzun müddətdir orada yaşaması müəyyən edilir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, sözügedən torpaq sahəsi və iddianın predmeti olan evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, hətta evin üzərində inşa edildiyi torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-926/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-926/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver