Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-933/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “evə köçrülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı “evə köçrülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun uşaqları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən tikiliyə (evə) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə nikahlarını xx.xx.2006-cı il tarixdə qeyd etdirməklə ailə həyatı qurublar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və 01.0.2010-cu il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Birgə nikah dövründə 2006ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu ünvanında özlərinə fərdi yaşayış evi tikdiriblər. Uzun müddət həmin evdə yaşamalarına baxmayaraq 2024-cü ilin yayında cavabdeh onu uşaqları ilə birlikdə həmin evdən çıxarmış və onların qayıdıb yaşamalarına imkan verməmişdir. Mübahisəli ev birgə nikah dövründə inşa edilməklə faktiki olaraq birgə istifadələrində olmuş, lakin heç birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində özünün adına qeydə alınmamış. Bununla da heç bir üstün hüququ əmələ gəlməmiş fərdi yaşayış evindən özü istifadə edir, iddiaçıya isə uşaqları ilə birlikdə qayıdıb orada yaşamalarına imkan vermir. Bu isə Konstitusiya ilə nəzərdə tutulan bərabərlik prinsipinə ziddir. Evə dair mülkiyyət hüququ qeydə alınmasa da, iddiaçı həmin əmlaka cavabdeh ilə birlikdə sahibdir. Digər tərəfdən cavabdehin öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək, bu evə başqa şəxslərin sahibliyinə yol verməmək, evi özgənin qanunsuz sahibliyindən geri tələb etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları qeydə alınmadığından, onun başqa yaşayış yeri olmadığı halda iddiaçını uşaqları ilə birlikdə tikildiyi vaxtdan yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarması və sonradan qayıdıb yaşamalarına imkan verməməsi qanunuz və uşaqların üstün tutulmalı, daha yaxşı təmin edilməli olan mənafelərinə zidd olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçı X1 vəfat etdiyini qeyd etmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, iddiaçı X2 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “evə köçrülmə” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-933/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-933/2025
07.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver